Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə109/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   105   106   107   108   109   110   111   112   ...   132

 

410


İthaflar

Bir zaman könüllərdə

açan çiçəklər solur.

Ana, röyalar gerçək,

gerçəklər yalan olur.

Aydan gəlmişdi bəlkə,

yenə Aya çəkildi

bəlkə indi bir bulud,

ya da bir bəyaz güldü.

Mən də Ay adamıyam,

qəribəm yer üzündə.

Ay doğub qəlbiləndi

Göyün Cıdır Düzündə...

III

Sağlığında həmişə

nimdaş paltar geyərdi.

Təknəsi boş olanda

ürəyini yeyərdi.

Öz telefon nömrəsi

huşundan çıxardı.

Könlüylə savaşardı,

öz-özünü yıxardı.

Ölüm ilə savaşda

fırça da bir silahdı.

Ölümə təslim olmaq

bağışlanmaz günahdı.

Unudardı ara bir

duanın sözlərini.

Baxardı güzgülərdən

Rembrantın gözləri...


411

   


        

İthaflar


IV

Fırçanın ucundaydı

onun halal ruzusu.

Parisi görmək idi

bu dünyada arzusu.

Üzünə açılmayan

qapıları döyərdi.

Fransızca danışar,

Monmartrı öyərdi.

Amma Parisi görmək

qismət olmadı ona.

Bir ömür bir hücrədə

bir gecə çatdı sona...

Rəsmləri, fırçası,

güzgüsü yerindəydi.

İçimdən bir ah qopdu,

uçub divara dəydi...

Güzgütək çiliklənib 

töküldü qaranlığa.

Ay diksindi səmada,

diksindi bir anlığa.

Hər güzgü qırığında

bir gümüş Ay parçası.

Yenə öz yerindəydi

palitrası, fırçası...

Hər güzgüdə bir boya,

hər güzgüdə bir çiçək,

hər güzgüdə bir röya,

hər güzgüdə bir ürək.

Hər güzgüdə bir bulud,

hər buludun öz rəngi,

hər sevdada bir ümüd,

hər rəngin öz ahəngi...


 

412


İthaflar

V

Ah, sevdiyi qadınlar

yenə sevirlər onu.

Demək ayrılıq deyil

hər sevdamızın sonu.

Xatirəsi yaşayır

sözlərdə, öpüşlərdə -

Ağatlı oğlan idi

sevdalı görüşlərdə.

Güzgülər arasında

yaşayırdı elə bil,

hər güzgüdə bir qadın,

hər güzgüdə bir fəsil.

Gün gəldi bu şəhərdə

hamı onu unutdu,

amma rəssam könlünü

röyalarda ovutdu.

Görmədilər rəssamın

içindəki çiçəyi,

Son anda uçub gəldi

göy üzündən mələyi...

Heç kim yoxdu yanında –

nə dostu, nə arvadı.

Tənhalıqda öldü o,

unudulmuşdu adı.

Rəssam son nəfəsində

mələyinə baxırdı.

Ayılıb bayılırdı,

gözündən yaş axırdı.

Bəlkə bu gerçək deyil,

bir röyadı, xəyaldı.

O mələk yavrusunun 

rəsmi gözündə qaldı.


413

   


        

İthaflar


Divarlar gül açmadı,

güzgülərdə bahardı.

İndi dünyada yalnız

bir bəyaz mələk vardı...

VI

Bir mələk gözləyirdi

rəssam illər uzunu,

amma mələk illərlə

göstərmədi üzünü. 

Hər gecə uçub gəldi

rəssamın hücrəsinə – 

baxdı rəsmlərinə,

qulaq verdi səsinə.

İndi yenə də gəlib,

oturub pəncərədə,

yenə gözə görünmür

bu qaranlıq hücrədə.

Ax, yenə də rəssamın

gözü toxdu, qarnı ac,

yenə də bu hücrənin

xanımıdı ehtiyac...

Allah, yenə unudub

duanın sözlərini.

Yenə baxır güzgüdən

Rembrantın gözləri.


 

414


İthaflar

Adil Babayev

BƏHRUZ

(“YARIMÇIQ ŞƏKİL”)



3 pərdə 7 şəkildə tarixi dram

İŞTİRAK EDİRLƏR

Bəhruz  

– rəssam


Qəmküsar  

– şair


Ülfət  

– aktyor


Oğulbəy  

– vəkil


Şirin  

– Bəhruzun anası



Yasəmən  

– yetim qız



Eteri  

– knyaz qızı



Vaso  

– Bəhruzun dostu



Salamon  

– Metex qalasında növbə rəisi



Mirbağır ağa   – ruhani

Vidad  

– dəliqanlı gənc



Polis

 Hadisələr 1912-1920-ci illərdə Tilisdə və Naxçıvanda cərəyan edir.

BİRİNCİ PƏRDƏ

BİRİNCİ ŞƏKİL

Tilis, rəssamlıq məktəbi. Bəhruzun emalatxanası. Səhər tezdəndir. Hardasa uzaqlarda neydə 

çalan “Səhər” mahnısı ətrafa yayılır. Bəhruz bütün diqqətini cəmləşdirərək molbert qabağında 

işləyir. Bu vaxt Vaso həyəcanla içəri girir.



Vaso. Sabahın xeyir, Bəhruz, qamarcoba!

Bəhruz. Sabahın xeyir, Vasocan, hardan belə? 

Vaso (ney səsi gələn tərəfə işarə edir). Oradan, knyazın kef məclisindən. 

Bəhruz. Knyazın?

Vaso. Knyaz Salamonun. Eterinin pərəstişkarının... Gəldim sənə deyəm ki, emalatxanada çox 

yubanma, axşamlar tez qayıt evə.



Bəhruz. Nədir bu təlaş?

Vaso. Görmürsən? Dəli-qudurmuşlar dünən gecə Ortaçalada yenə iki adam öldürüblər.


Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə