Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə117/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   113   114   115   116   117   118   119   120   ...   132

439

   


        

İthaflar


BEŞİNCİ ŞƏKİL

Naxçıvan. “El güzgüsü” teatr truppasının səhnə arxası. “Ölülər” tamaşası gedir. Arxadan səslər, 

alqışlar eşidilir.Bir azdan yeni şəkil başlanacaqdır. Bu vaxt əvvəlcə Qəmküsar-Şeyx Nəsrullah

sonra Ülfət-İskəndər cilidində gəlirlər. Bəhruz qabaşa gəlib, onları qucaqlayır.

Bəhruz. Gözəldir. Çox gözəldir. 

Qəmküsar. Təriləmə görək.

Oğulbəy.'>Bəhruz.  Vallah,  xoşbəxt  adamsan.  Təbiət  heç  bir  nemətini  səndən  əsirgəməyib.  Şeirlərin 

duzlu, özün yapışıqlı... Artistliyinə də ki, söz ola bilməz. Canım üçün, Ərəblinski əvvəl-axır səni 

bizdən alacaq.

Ülfət. Onda bəs bu taziyanələri, bu həcvləri kim yağdıracaq milyonerlərin başına? Sabir sağ 

olsaydı bundan əl çəkmək olardı... O da ki...



Bəhruz. Salma yadıma!

Qəmküsar. Ərəblinski mənim yaxamdan əl çəksə də, mən ingilis köpəkoğlunun yaxasından 

əl çəkən deyiləm.



Bəhruz. Təkcə ingilisin?

Qəmküsar. Yox, o döyündə olan bütün əclaların... Hansı millətdən oldu, hansı dindən oldu, 

təfavütü  yoxdur.  Xalqın  canına  daraşan,  malını  alanların  hamısı  ilə  varam.  Zalım  uşaqları  min 

verstlik yolda oturub, bizə böyüklük eləyirlər. Altdan-altdan kim bilir nə hiylələr işlədirlər. Amma, 

bu günkü aşnam ingilisdir. Qulaq asın, görün, İngiltərənin dədəsini necə vermişəm dalına (Cibindən 



bir vərəq çıxardıb oxuyur). 

Qoymaq olsun ki, sahib-ixtiyar,  İngiltərə,

Yoxsa bizlərdən çəkər axır damar, İngiltərə, –

Yolladım bu gün Molla əmiyə, zənn edirəm ki, xoşuna gələr. Sonra növbə Kerenskinindir. 

Sonra da müsavatın, daşnakın, menşevikin. Bütün aləmi bu ağalardır çaxnaşdıran.

Ülfət. Xalqdan xəbəri olmayan, xalqın adından alver eləyən ağalar!

Bəhruz. Həyətdən, qarın altından o gün bir yetim qız uşağı tapdım. Bir həftə dərə-təpə yol 

gəlib. 


Qəmküsar. Hamısı da bu məlun ingilislə, qudurqan daşnakın ucbatından.

Ülfət. Yaxşı yadıma saldın. Qaçqın uçaqları küçələrdə qoymaq olmaz. Özəyimiz qərara alıb 

ki, onları hələlik evlərə paylaşdıraq. Sonra isə cəmiyyəti-xeyriyyənin köməyi ilə uşaq evi açaq.



Bəhruz. Ağıllı tədbirdir.

Qəmküsar. Mən bir-iki günə kəndlərə gedəcəyəm. Odur ki, uşaqlarla gərək günü sabahdan 

məşğul olaq. 



Ülfət. Yox, sən tezliklə Tilisə getməlisən.

Qəmküsar. Tilisə? Balam, niyə qoymursunuz doğma Naxçıvanımızda yaşayaq?

Ülfət. Sənin qətlin barəsində itva verilib. “Ölülər” şəhərə yaman çaxnaşma salıb. Mən bunu 

sənə sonra demək istəyirdim. Ancaq mümkün deyil. Eşidirsənmi, camaatın hay-küyünü?



Qəmküsar. Bəs tamaşamız, işlərimiz, arzularımız?


 

440


İthaflar

Bəhruz. Sən bizə çox gərək olacaqsan, Qəmküsar! Yolun əvvəlində səni itirsək...

Qəmküsar. Ölmək... Yox, mən hələ ölmək istəmirəm. Olsun, gedərəm. Ancaq torpağın altında 

olsam da, onlar mənim əlimdən dinc otura bilməyəcəklər. (Səhnəyə tərəf gedir.) 



Oğulbəy (gəlir). Səhnə hazırdır. 

Ülfət. Yaxşı vaxtdır. Gedək səhnəyə. Hanı artistlər?

Oğulbəy. Hamı yerindədir. 

Ülfət. Vur zəngləri.

Oğulbəy, Mirbağır ağanın paltarlarında, pərdələrin birinin dalına keçib,  

zəng çalmağa başlayır. Oğulbəy (geri qayıdır, ətrafdakılara).  

Zənglər vuruldu, axırıncı şəkil başlanır. Hamı yerində olsun.

Artistlər səhnəyə tərəf gedirlər.

Bəhruz. Möhkəm olun, qorxmayın!

Ülfət. Sən də get bax, bir vaxt gərəyin olar.

Oğulbəy (qayıdır). Səhnəyə gedirdim, yadıma düşdü.

Bəhruz. Nə var, Oğulbəy?

Oğulbəy. Burada tək oturma! Birdən xudanəkərdə, bir sədəmə dəyər.

Bəhruz. Mənə?

Oğulbəy. Görmürsən mollaları, qırmızı saqqallıları? Qapının qabağını kəsdiriblər. Deyirlər 

bunu yazan da kafərdir, oynayanlar da, şəkillərini çəkən də...



Bəhruz. Eləmi?

Oğulbəy. Bəs bu vur-harayı görmürsən? Amma bunu nə mən dedim, nə də...

Bəhruz. Narahat olma, dostum. Mən nəkarəyəm ki? Get!

Oğulbəy. Yox! Get salona, ürəyim sakitləşsin.(Bəhruz tamaşa etmək üçün salona gedir, bu vaxt 

Mirbağır ağa gəlir. Oğulbəyin boğazından yapışır.) Burax boğazımı canım, məndən nə istəyirsən?



Mirbağır ağa. Belə canına azar istəyirəm, ürəyinə dərd. Məlun, bişərəf. 

Oğulbəy. Bir az ədəbli danış, molla ağa!

Mirbağır ağa. Ədəbsiz özünsən, biədəb. Molla ağa deməyinə bax, təqlidimi çıxarmağına 

bax. Ləinin biri ləin. Sayaçı nəvəsi bundan artıq olmaz ki?



Ziyad. Hə də... 

Oğulbəy. Ay aman, qurtarın məni molla ağanın əlindən. Yoxsa bu saat Həzrət Abbası, İmam 

Hüseyni, cənab Fatiməni yığacaq bura. 



Ziyad. Çəkmə onların adını, hoqqabaz!

Mirbağır ağa. Gətirmə onların adını dilinə. Laməzhəb!

Oğulbəy. Bəli də, indi də oldum laməzhəb. Yaxşı hər nə desəz qəbulumdur. Amma buraxın 

gedim səhnəyə.



Mirbağır ağa. Səhnəyə?

Oğulbəy. Gecikirəm ey... Hacı Həsən ağa məni orada gözləyir.

Mirbağır ağa. Nə! Hacı Həsən ağa?


441

   


        

İthaflar


Oğulbəy. Hə də... Qaynatam. Yox e, sənin qaynatan.

Ziyad. Burax, cəhənnəm olsun. 

Oğulbəy dartınıb çıxır, Mirbağır ağa onun dalınca qeyz ilə baxıb tüpürür.

Mirbağır ağa. Tfu sənin zatına, bişərəf, laməzhəb.

Otaqdan çıxmaq istərkən səsə qayıdan Bəhruzla rastlaşırlar.



Bəhruz. Bu nə səsdir, nə olub?

Mirbağır ağa. Salam, qohum, buradasan?

Bəhruz. Əleykəssalam, əyləşin, nə olub, molla ağa?

Mirbağır ağa. Baxırsan?

Bəhruz. Baxıram. 

Mirbağır ağa. Allah kəssin! Allah heç kafərə də göstərməsin, bunu yazanın görüm beli sınsın.

Bəhruz. Nə olub ki?

Ziyad. Daha nə olacaq? Şəhərdə adam qəhət idi, gərək bizə dolaşsın?

Bəhruz. Sizə?

Mirbağır ağa. Bilmirsən? Kimə bir pisliyim dəyib! Duadır yazıram, yasindir, oxuyuram.

Bəhruz. Elədir. 

Mirbağır ağa. Rəhmət əjdadına.

Bəhruz. Sənin gördüyün ancaq səvab işlərdir.

Mirbağır ağa. Afərin fəhminə. 

Bəhruz. Gərək ki, arvadının üstünə bir qız da almısan?

Ziyad. Belə şeylərə siz gəlin, qarışmayın.

Mirbağır ağa. Şəriət özü buna yol verir. Məhəmməd peyğəmbər əleyhissalam buyurub ki, 

müsəlman kişisinin yeddi arvad almağa ixtiyarı var.



Bəhruz. Yeddi arvad?

Mirbağır ağa. Lap siğələri ilə qırxını da almaq olar, bunu Qurani-şərifdə yazıblar. Mən ki, 

cəmi üç arvad almışam, biri rəhmətə gedib, ikisi də evdə.



Bəhruz. Qurani-şərif? Bəs vicdan, bəs mürvət?

Ziyad. Balam, nə çəkmisən kişini məşhər ayağına?

Mirbağır ağa. Belə şeyləri əyalım bilər, mən bilərəm. Dayanın hələ, məni bəzəyib camaatın 

qabağına çıxarmağınız sizə ucuz oturmayacaq.



Bəhruz. Səni bəzəyiblər?

Mirbağır ağa. Arifə bir işarə kifayətdir. Bəs Oğulbəy kimin hoqqasını çıxardır? Baxmamısan? 

Əmmaməsi, qurşağı eyzən mənimkidir.



Ziyad. Hələ yerişi, danışığı...

Bəhruz (bir şey bilmirmiş kimi). Heç ikir verməmişdim. Doğurdan oxşayır ki...

Mirbağır ağa. Mən onlardan incimişəm. Onlar dinsiz, məzhəbsiz adamlardır. Bir adam ki, 

bığını qırxdıra, başına irəng papağı qoya, amma sən gərək onlara qoşulmayasan. Axı, sən abırlı bir 

kişinin oğlusan. 



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə