Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə119/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   115   116   117   118   119   120   121   122   ...   132

 

446


İthaflar

Şirin. Heç şey olmaz, mənim balam! Heç şey olmaz. İstəyirsən, bir az dincəl, Yasəmən, gəl 

otur qardaşının yanında. 



Yasəmən. Dadaşıma canım qurban. Ona gələn dərd mənə gələydi, ay ana!

Bəhruz (pəncərədən baxır). Qar əriyir, havadan yaz iyi gəlir.

Yasəmən (pəncərənin yanına bir stul qoyur). Otur, ay dadaş!

Bəhruz. Yox, bir az  həyətə çıxım. Ürəyim darıxır.

Yasəmən. Onda paltonu sal çiyninə.

Bəhruz paltonu çiyninə salıb, həyətə çıxır. Şirin onun arxasınca baxır. Bir azdan qapı döyülür.



Şirin. Ay bala, gör bir kimdir? (Yasəmən gedir, bir azdan Ziyadla qayıdır). Bəs salamın hanı, 

ay oğul?


Ziyad. Sizə nə salam? Yediyiniz haram, içdiyiniz haram.

Şirin. Nə yaxşı gəlmisən? 

Ziyad. Nəyə gələcəyəm. Dolamısız bizi?

Şirin. Neyləmişik?

Ziyad. Daha neyləyəcəksiz? Oğlun pul alır, amma iş görməyə can çəkir.

Şirin. Bu necə danışıqdır, ay Ziyad?

Ziyad. Nə danışıqdır özüm bilərəm. Uzun müşərrəf eləmə, pulu gətir!

Yasəmən. Pulu?

Ziyad. Dədəm dedi ki, ağanın şəklini çəkibsə versin, çəkməyibsə versin pulumuzu. 

Şirin. Axı naxoşdur Bəhruz.

Ziyad. Dinc otursun, naxoşlamasın. Ölüyə-diriyə sataşmasın, salamat olsun.

Yasəmən. Yaxşı daha. Sən ona dərs vermə. O nə elədiyini yaxşı bilir.

Ziyad. Buna bax ha! Sən hardan pırtlayıb çıxdın?

Şirin (Yasəmənə). Sakit ol, qızım. (Ziyada). Əgər ayaq üstə olsa ikicə günə qurtarar.

Ziyad. İki aya qurtarmayıb, iki günə qurtaracaq? (Bərkdən gülür).

Yasəmən. Ey, dadaşıma gülmə ha! O, hər adamın tayı deyil.

Ziyad. Xox! Sən sus, yetimçə! Qorxduq qardaşından.

Şirin. Həddini aşma!

Ziyad. Pulu verin bura. 

Şirin (əlindəki dəsmalı açıb, pul çıxardır). Al, bu da pul. Dədənə de ki, çox sağ olsun.

Ziyad. Bəs şəkil?

Şirin. Çəkməyəcək. De ki, heç vaxt çəkməyəcək.

Ziyad  çiyinlərini  çəkib  çıxır.  Şirin  yaylığının  ucu  ilə  gözünün  yaşını  silir.  Yasəmən  onu 

qucaqlayır.

Yasəmən. Anacan!

Şirin. Darıxma, bilirəm nə deyəcəksən. 

Yasəmən. Deyirdim ki, axı, o pul dadaşımın dərman puludur.

Şirin. Sıxma ürəyini, adamların hamısının ürəyi daş deyil, pul da taparıq, hər şey taparıq.

Yasəmən. Bircə dadaşımın təzədən şəkil çəkən gününü görsəydim!

Şirin. Darıxma, qızım, mən ümidimi itirməmişəm.



447

   


        

İthaflar


Yasəmən. Mən də, ay ana. Dadaşımın canı, ürəyim buz kimidir. 

                                  



Qapı döyülür.

Şirin.  Bir  gör  kimdir,  ay  bala?  (Yasəmən  çıxır).  Balamın  mərəzi  güclənir. Aləmin  qarışıq 

vaxtında bu dərd hardan gəlib Bəhruzu tapdı?



Bu vaxt Ülfət və Yasəmən gəlir. Ülfət çox həyəcanlıdır. 

Ülfət. Şirin xala!

Şirin. Gəl, ay ağrın alım! Niyə ikirlisən?

Ülfət. Bəhruzla vidalaşmağa gəlmişəm. 

Şirin. Səfərin haradır, ay bala?

Ülfət. Deyəsən uzağadır...

Şirin. Ay qızım, çağır bağçadan qardaşını (Pəncərəni açıb Bəhruzu səsləyir).

Yasəmən. Dadaş, ay Bəhruz dadaş! 

Bəhruz (arxadan). Gəldim! (Səhnəyə çıxır).

Yasəmən. Ülfət dadaşım gedir.

Bəhruz. Neçə vaxta? Hara?

Ülfət. Ola bilsin tez qayıdam, amma birdən...

Şirin. Elə danışma, ay oğul! Sən də Bəhruz kimi bircəsən.

Ülfət. Hökumət adamları izimə düşüb. 

Şirin. Onda get. Yoxsa sərnigün olmuşlar, bir sədəmə toxundurarlar.

Ülfət (Bəhruza). Əgər qayıtmasam ata-anamdan muğayat ol, məni əvəz elə.

Bəhruz. Sən nə danışırsan, Ülfət. Qayıdacaqsan, lap tez qayıdacaqsan.

Ülfət. Təşkilat məni ələ vermək istəmir. Bakıya getməyim, on birinci orduya qoşulmağım 

qərara alınıb.



Şirin. Onlar kimdir, ay oğul?

Ülfət. Bizim dostlarımız. 

Şirin. Daha onda niyə kövrəlirsən?

Ülfət. Mən Bəhruzu tək qoymaq istəmirdim.

Bəhruz.  Burada  sənə  xətər  toxunsa,  bu  daha  böyük  dərd  olar.  Get,  Ülfət,  nə  vaxt  yola 

çıxacaqsan?



Ülfət. Qaranlıq düşən kimi.

Bəhruz. Qaranlıq düşən kimi?

Ülfət. Qorxma, bələdçimiz olacaq. Nəzarət postlarında da adamlarımız var, hələlik.

Bəhruz. Hələlik. Gəl, lap yaxın gəl, qorxuram səni bir də görməyim. Mən çəkdiyim təzə şəkli 

ilk dəfə sənə göstərmək istəyirdim.



Ülfət. Təzə şəkil?

Bəhruz. "Azadlıq fədaisi". Tilisdə güllə ilə vurulan o cavan yadındadırmı?

Ülfət. Bəhruz, əziz dost!

Bəhruz. Heyif ki, ürəyimcə işləyə bilmirəm. Naxoşluq əl-qolumu bağlayıb.


 

448


İthaflar

Ülfət. Mən qayıdınca çəkdiyin şəkil də hazır olar. Biz onu şəhərin ən izdihamlı yerindən 

asarıq. Di sağ olun.



Bəhruz. Yaxşı yol!

Ülfəti qucaqlayır.



Şirin. Allah amanında, ay oğul! (Yasəmənlə birlikdə onu yola salır. Yasəmən  Ülfətin dalınca 

su atır. Qapını örtür). Onu özün dərdi-bəladan qoru, ilahi.

Bəhruz. Qəmküsarı öldürdülər. Ülfəti didərgin saldılar... Belə getsə kim bilir hələ nələr olacaq?

Bu vaxt yenə qapı döyülür. Yasəmən qapını açır. Oğulbəy içəri girir.



Oğulbəy. Salam, şirin xala!

Şirin. Gəl, ay başına dönüm, gəl.

Oğulbəy (Bəhruza). Al bu dərmanları. Tanrının dərmanı da tapılmır. İki dəfə Bazarcangilə 

getmişəm.



Yasəmən. Bazarcan? O kimdir?

Şirin. Doktordur, erməni, qızı! Yaxşı adamdır.

Oğulbəy. Dedi bunları Bəhruza çatdır. De ki, özüm də onu yoluxmağa gələcəyəm. Mən onun 

sənətini çox sevirəm. Bir də dedi ki, dilimiz, dinimiz bir deyil, ürəyimiz ki, birdir.



Şirin. Lap ürəyimcə deyib. Sağ olsun onu. (Oğulbəyə). Səni də görüm min budaq olasan, ay 

oğul! Çox əziyyət çəkirsən.



Oğulbəy. Nə əziyyət, Şirin xala, borcumdur.

Bəhruz. Yaxşı, teatrda nə var?

Oğulbəy. Teatrda məşqlər gedir. “Pəri cadu”. Aktyorlar da səndən çox razılıq eləyirlər.

Bəhruz. Məndən?

Oğulbəy. Bəs o boyda dekorasiya – qılınc, qalxan, iblis, şeytan sənə zarafat gəlir? (Bəhruz 

razılıqla gülümsəyir).  Amma bunu nə mən dedim, nə... Al, bu həbi at!

Bəhruz (həbi atır). Şəhərdə nə var, nə yox? Nə danışırlar?

Oğulbəy. Şəhərdə qatı açılmamış təzə xəbərlər. Birini desəm dava-dərmansız durarsan ayağa.

Yasəmən. Sən canın, de!

Oğulbəy.  Bakıda  müsavatın  dədəsini  veriblər  dalına.  İndi  də  deyəsən  növbə  çatıb  bizim 

Naxçıvana.



Bəhruz. Eləmi?

Oğulbəy. Bakıdan gələnlər danışır. Əlbətdə xısın-xısın... Deyirlər Naxçıvana xüsusi bir alay 

göndəriblər. Onlar da Şuşadan, Gorusdan, Bazarçaydan aşıb, gəlirlər köməyimizə.



Şirin. Səni xeyir xəbər olasan, ay oğul!

Oğulbəy. Amma bunları nə mən dedim, nə siz eşitdiniz (Bəhruz bu sözlərə gülür, birdən onu 

öskürək tutur). Hə, hələ dalına qulaq asın. İkinci qatı açılmamış xəbər.

Cibindən bir qazet çıxardır.



Yasəmən. Bu nədir, ay vəkil dadaş!

Oğulbəy.  Qardaşın  haqqında  şirin  sözlər.  Ürəkaçan  tərilər.  Qulaq  asın,  görün  “İqbal”  nə 

yazır. Bakı nələr deyir...



Şirin. Oxu, oxu.


Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə