Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə115/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   111   112   113   114   115   116   117   118   ...   132

 

432


İthaflar

Eh, müsibətdir bizim işimiz. Hə, yadıma düşdü, oğul, o qurban olduğumun şəklini çək, qurtar! 

Bayaq  Hacı  Kazımın  oğlu  Ziyad  gəlmişdi.  Hacı  sifariş  eləmişdi  ki,  bacarsa  məhərrəmliyəcən 

qurtarsın.



Bəhruz. Sənin sözündən çıxmaram, anacan! Lap tez qurtararam. Amma bir-iki gün mənə 

dəyib toxunma.  İsfahan lotusunun şəklini çəkirəm. 



Şirin. İsfahan lotusunun?

Bəhruz. Hə, anacan!

 Şirin molbertə yaxınlaşır.

Şirin. Deyəsən iş başına qəhət olub, ay Bəhruz! İsfahan lotusu hara, sən hara?

Bəhruz. Mənim onlarla hələ işim çoxdur, anacan! Sən bir stəkan çay gətir!

Şirin çiyinlərini çəkərək təəccüblə o biri otağa keçir. Bəhruz böyük bir albomun arasından bir 

neçə dekorasiya və geyim eskizi çıxarıb yan-yana düzür, baxır, sonra birini əlinə alıb,  

karandaşla harasını isə təshih edir. Bu vaxt  Qəmküsar və Ülfət gəlirlər.

Ülfət. Salam!

Qəmküsar. Xoş gördük!

Bəhruz. Xoş gəlmisiz!

Ülfət. Deyəsən lap vaxtında gəlmişik.

Bəhruz. Lap vaxtında. Bəs Oğulbəy hanı?

Ülfət. Harada olsa indicə özünü yetirər.

Qəmküsar. Sonra da mötəbər ikrini deyər (Oğulbəyin səsi və ədası ilə.)  “Əzizim əsərin çox 

gözəldir, amma bunu nə mən dedim, nə də sən eşitdin”. 

                                     



Gülüşürlər.

Ülfət. “El güzgüsü”nün səsi bütün mahalı tutub. Hamı “Ölülər”dən danışır. Gətir görək bir 

şey eləmisənmi?



Bəhruz. Bir şey deyəndə ki, necə deyərlər. dəlləkliyi “Ölülər”in başında öyrənmişəm. 

Qəmküsar. Sənin də utancaqlığın olmaya, ay Bəhruz! Tök malını ortaya, xiridar özü qiymətini 

verər.


Bəhruz (albomun arasında saxladığı eskizlərin üstünü açır, bir-bir göstərir). Bu Hacı Həsənin 

evi, birinci şəkil.



Ülfət. Yaxşıdır. Ancaq çalış ki, səhnədə artıq şey olmasın. Bax, bu sandığı götür! Pərdələrin 

rəngini də bir az tünd elə!



Qəmküsar. Sən də təriini deməmiş tənqidə başladın ki...

Bəhruz. De, Ülfət, de. Birinci işimdir. Bilirəm, qüsuru çoxdur. 

Ülfət.  Yaxşı,  olmağına,  yaxşıdır. Ancaq  bunları  da  düzəltsən,  olacaq  lap  əla.  Bilirsən,  elə 


433

   


        

İthaflar


Bəhruz (Firdovsi Naibov) və Şirin xanım (Rəhilə Məlikova).

“Yarımçıq şəkil” tamaşası. Bakı. 1967.


 

434


İthaflar

etmək lazımdır ki, bu əhvalat təkcə Naxçıvana aid olmasın. Axı ölülər təkcə burada deyil, bəlalı 

Şərqin hər yerində var... Yaxşı, göstər o biriləri.

Bəhruz eskizləri göstərir, bu vaxt Şirin çay gətirir. 

Şirin. Xoş gəlmisiz! Həmişə siz gələsiz!

Qəmküsar. Sağ ol, ay xala. 

Şirin. (Eskizlərin birinə diqqətlə baxdıqdan sonra). Ay Bəhruz, bu İmamzadənin şəkli deyil?

Bəhruz. Odur. 

Şirin. Bunu kimdən ötrü çəkmisən, ay bala! 

Bəhruz. Kimdən ötrü? Səndən ötrü!

Şirin. Məndən ötrü?

Qəmküsar. Yox, ay xala! İsfahan lotusundan ötrü!

Şirin. Bu İsfahan lotusu kimdir, axı, elə hey ondan danışırsız?

Ülfət. O, çox hiyləgər adamdır, anacan! Hiyləgər və namussuz bir adam.

Şirin. Yaxşı, bu Bəhruz harada görüb onu?

Qəmküsar.  Harada  görüb?  Bax,  bu  evdə,  məsciddə.  Naxçıvanın  hər  kəndində,  hər 

məhəlləsində...



Şirin. Boy, başıma xeyir, Naxçıvanda İsfahan lotusu nə gəzir, ay bala?

Qəmküsar. O hər yerdə var, ay Şirin xala! İranda, Turanda, Ərəbistanda, evdə, məsciddə, 

bizim beynimizdə, ruhumuzda...



Şirin. Vallah, danışdığınızdan bir şey anlamadım.

Qəmküsar. (bir neçə misra şeir deyir) 

Ey Molla dayı, gəl bu müsəlmana dolaşma,

İnsaf elə, hər sahibi-imana dolaşma...

Bir dəfə Cüvəllağı uzun etsə, müşərrəf

Eyb etmə ona, yazdığı hədyana dolaşma! -

İndi başa düşdün?

Şirin. Sizin əziz canınız üçün, Bəhruzun əziz canı üçün yox!

Ülfət. Onda bir dayan!

Bəhruz. Əl çəkin arvaddan, canım! 

Ülfət. Sən bircə dəqiqə səbr elə, Bəhruz!

Bəhruz. Yoxsa bu günkü məşqi burada eləmək istəyirsən?

Ülfət. Nə olar? Heç bura da pis deyil, eskizlər də göz qabağındadır. (Stulların yerini dəyişdirir, 

qəbiristanlığı xatırladan bir mənzərə yaradır). Qəmküsar, yaxın gəl! Qəbirsitanlıq şəkli yadındadır? 

Başla?


Qəmküsar. (Şeyx Nəsrullah rolunda). Xub, sən də get ikirləş!

Ülfət. (İskəndər rolunda). Hamı getdi ikirləşməyə. Bu meydanda qaldı bircə keli İskəndər. 

Bu  meydan  pəhləvan  meydanıdır.  Hünər  istər  ki,  İskəndər  kimi  bir  igid  gəlib,  şəst  ilə  dursun 

meydanda və desin, cənab şeyx! Hər nə qədər bu qəbiristanlıqda ölü dəfn olunub, hamısını dirilt. 

Xa, xa, xa... Hamı getdi ikirləşsin. Şeyx əl ver, səninlə dost olaq!




435

   


        

İthaflar


“Yarımçıq şəkil” tamaşasının proqramı. Bakı. 1967.

“Yarımçıq şəkil” tamaşasından səhnə. Bakı. 1967.


 

436


İthaflar

Qəmküsar. Kənar ol! Mən sənə əl vermərəm. Sən şərab istemal eləyirsən. 

Ülfət. Cənab şeyx! Siz gərək şükr eyləyəsiz ki, mən şərab içirəm. Əgər mən şərab içməsəm, 

ağlım başımda olar, onda da gözümü birdən açaram, görərəm ki, aha, bizim şəhərimizə bir müctəhid 

gəlib, adını qoyub ölüdirildən və mömin hacılarımızın başını ricət məsələsi ilə piyləyib, hər gecə 

bir balaca qız alır, xa, xa, xa... Mən ölüm, əl ver, lotusan ayə, əl ver, xa, xa, xa...



Şirin (heyrət içində). Ay bala, bu ki, bizim Qala məhləli Hacı Həsənin başına gələn əhvalatdır. 

Ölüdirildən şeyxin şəhərə gəlməsi əhvalatı indiki kimi yadımdadır. 



Qəmküsar. Bax, bizim dediyimiz İsfahan lotusu odur. 

Ülfət. İndi biz onu “El güzgüsü”ndə göstərəcəyik. 

Şirin. Hacı Həsəni də?

Qəmküsar. Lap Kərbəlayi Fatmanı da.

Bəhruz. Lap onun istəkli kürəkəni Mirbağır ağanı da...

Şirin. Deynən qiyamət olacaq ki... havaxt göstərəcəksiz bu teatrı?

Ülfət. Bir-iki həftəyə. 

Şirin. Ay Bəhruz, məni də apararsan o teatra, sən canın! Sən allah apar. Bərk ayaqda pərdə 

dalından baxaram.



Bəhruz. Gözüm üstə, apararam! 

Şirin (birdən xəcalət çəkən adamlar kimi). Başımı söhbətə qatdınız, çaylarınız soyudu. Verin 

təzələyim. (Şirin çıxır. Bir azdan Oğulbəy pərt halda gəlir).



Oğulbəy. Bağladılar.

Qəmküsar. Nəyi bağladılar?

Oğulbəy. Nəyi? Hə, nəyi? Mətbəəni... Tilisdən gələn var. Deyir senzor Mirzə Cəlili yenə 

çəkib məhşər ayağına. Mətbəəsinin qapısına yekə bir qıfıl vurublar, özünü də veriblər məhkəməyə.



Ülfət. Bu yaxşı xəbər olmadı.

Bəhruz. Ona kömək eləmək lazımdır.

Qəmküsar. Ürəyinizi sıxmayın. Qoca Molla Nəsrəddin belə hədələri çox görüb. Biz “Ölülər”i 

tezliklə göstərərik. Bu da olar cənab senzora təzə bir sillə.



Ülfət (abomu əlinə götürür). Elədir, tezliklə dekorasiyalarla məşqə başlamalıyıq. 

Bəhruz. Mən özüm ustalara kömək edəcəyəm. Paltarları da evlərdən yığarıq.

Qəmküsar. O barədə korluğumuz yoxdur. Hər evdə beş-on arxalıq, tuman tapılar.

Oğulbəy. Mən də nənəmin nimtənələrini gətirərəm, bir də nəleyinlərini. Amma bu sözü nə 

mən dedim, nə də siz eşitdiniz.



Ülfət. Köhnə çul-çuxa da kein istəyən qədər, Bəhruz, sabah məşqə sən də gəl, özün bax 

geyindir yavaş-yavaş camaatı. İstəyirəm məhərrəmliyə qədər göstərək tamaşanı. 



Bəhruz. Mütləq.

Oğulbəy. Məndən arxayın olun. Rolumu su kimi içirəm. İstəyirsiz bu saat çıxım səhnəyə 

(Mirbağır ağanın hərəkətlərini təqlid edir). Hə, necədir? Xoşunuza gəldi?

Şirin (gəlir). Üzün gülsün, ay Oğulbəy!

Ülfət. Yaxşı, uşaqlar, daha gedək. Hava lap qaralır.

 Oğulbəy. Mən səhərdən evdən çıxanam.


Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə