432
İthaflar
Eh, müsibətdir bizim işimiz. Hə, yadıma düşdü, oğul, o qurban olduğumun şəklini çək, qurtar!
Bayaq Hacı Kazımın oğlu Ziyad gəlmişdi. Hacı sifariş eləmişdi ki, bacarsa məhərrəmliyəcən
qurtarsın.
Bəhruz. Sənin sözündən çıxmaram, anacan! Lap tez qurtararam. Amma bir-iki gün mənə
dəyib toxunma. İsfahan lotusunun şəklini çəkirəm.
Şirin. İsfahan lotusunun?
Bəhruz. Hə, anacan!
Şirin molbertə yaxınlaşır.
Şirin. Deyəsən iş başına
qəhət olub, ay Bəhruz! İsfahan lotusu hara, sən hara?
Bəhruz. Mənim onlarla hələ işim çoxdur, anacan! Sən bir stəkan çay gətir!
Şirin çiyinlərini çəkərək təəccüblə o biri otağa keçir. Bəhruz böyük bir albomun arasından bir
neçə dekorasiya və geyim eskizi çıxarıb yan-yana düzür, baxır, sonra birini əlinə alıb,
karandaşla harasını isə təshih edir. Bu vaxt Qəmküsar və Ülfət gəlirlər.
Ülfət. Salam!
Qəmküsar. Xoş gördük!
Bəhruz. Xoş gəlmisiz!
Ülfət. Deyəsən lap vaxtında gəlmişik.
Bəhruz. Lap vaxtında. Bəs Oğulbəy hanı?
Ülfət. Harada olsa indicə özünü yetirər.
Qəmküsar. Sonra da mötəbər ikrini deyər (Oğulbəyin səsi və ədası ilə.) “Əzizim əsərin çox
gözəldir, amma bunu nə mən dedim, nə də sən eşitdin”.
Gülüşürlər.
Ülfət. “El güzgüsü”nün səsi bütün mahalı tutub. Hamı “Ölülər”dən danışır. Gətir görək bir
şey eləmisənmi?
Bəhruz. Bir
şey deyəndə ki, necə deyərlər. dəlləkliyi “Ölülər”in başında öyrənmişəm.
Qəmküsar. Sənin də utancaqlığın olmaya, ay Bəhruz! Tök malını ortaya, xiridar özü qiymətini
verər.
Bəhruz (albomun arasında saxladığı eskizlərin üstünü açır, bir-bir göstərir). Bu Hacı Həsənin
evi, birinci şəkil.
Ülfət. Yaxşıdır. Ancaq çalış ki, səhnədə artıq şey olmasın. Bax, bu sandığı götür! Pərdələrin
rəngini də bir az tünd elə!
Qəmküsar. Sən də təriini deməmiş tənqidə başladın ki...
Bəhruz. De, Ülfət, de. Birinci işimdir. Bilirəm, qüsuru çoxdur.
Ülfət. Yaxşı, olmağına, yaxşıdır. Ancaq bunları da düzəltsən, olacaq lap əla. Bilirsən, elə
434
İthaflar
etmək lazımdır ki, bu əhvalat təkcə Naxçıvana aid olmasın. Axı ölülər təkcə burada deyil, bəlalı
Şərqin hər yerində var... Yaxşı, göstər o biriləri.
Bəhruz eskizləri göstərir, bu vaxt Şirin çay gətirir.
Şirin. Xoş gəlmisiz! Həmişə siz gələsiz!
Qəmküsar. Sağ ol, ay xala.
Şirin. (Eskizlərin birinə diqqətlə baxdıqdan sonra). Ay Bəhruz, bu İmamzadənin şəkli deyil?
Bəhruz. Odur.
Şirin. Bunu kimdən ötrü çəkmisən, ay bala!
Bəhruz. Kimdən ötrü? Səndən ötrü!
Şirin. Məndən ötrü?
Qəmküsar. Yox, ay xala! İsfahan lotusundan ötrü!
Şirin. Bu İsfahan lotusu kimdir, axı, elə hey ondan danışırsız?
Ülfət. O, çox hiyləgər adamdır, anacan! Hiyləgər və namussuz bir adam.
Şirin. Yaxşı, bu Bəhruz harada görüb onu?
Qəmküsar. Harada görüb? Bax, bu evdə, məsciddə. Naxçıvanın hər kəndində, hər
məhəlləsində...
Şirin. Boy, başıma xeyir, Naxçıvanda İsfahan lotusu nə gəzir, ay bala?
Qəmküsar. O hər yerdə var, ay Şirin xala! İranda, Turanda, Ərəbistanda, evdə, məsciddə,
bizim beynimizdə, ruhumuzda...
Şirin. Vallah, danışdığınızdan bir şey anlamadım.
Qəmküsar. (bir neçə misra şeir deyir)
Ey Molla dayı, gəl bu müsəlmana dolaşma,
İnsaf elə, hər sahibi-imana dolaşma...
Bir dəfə Cüvəllağı uzun etsə, müşərrəf
Eyb etmə ona, yazdığı hədyana dolaşma! -
İndi başa düşdün?
Şirin. Sizin əziz canınız üçün, Bəhruzun əziz canı üçün yox!
Ülfət. Onda bir dayan!
Bəhruz. Əl çəkin arvaddan, canım!
Ülfət. Sən bircə dəqiqə səbr elə, Bəhruz!
Bəhruz. Yoxsa bu günkü məşqi burada eləmək istəyirsən?
Ülfət. Nə olar? Heç bura da pis deyil, eskizlər də göz qabağındadır. (Stulların yerini dəyişdirir,
qəbiristanlığı xatırladan bir mənzərə yaradır). Qəmküsar, yaxın gəl! Qəbirsitanlıq şəkli yadındadır?
Başla?
Qəmküsar. (Şeyx Nəsrullah rolunda). Xub, sən də get ikirləş!
Ülfət. (İskəndər rolunda). Hamı getdi ikirləşməyə. Bu meydanda qaldı bircə keli İskəndər.
Bu meydan pəhləvan meydanıdır. Hünər istər ki, İskəndər kimi bir igid gəlib, şəst ilə dursun
meydanda və desin, cənab şeyx! Hər nə qədər bu qəbiristanlıqda ölü dəfn olunub, hamısını dirilt.
Xa, xa, xa... Hamı getdi ikirləşsin. Şeyx əl ver, səninlə dost olaq!
436
İthaflar
Qəmküsar. Kənar ol! Mən sənə əl vermərəm. Sən şərab istemal eləyirsən.
Ülfət. Cənab şeyx! Siz gərək şükr eyləyəsiz ki, mən şərab içirəm. Əgər mən şərab içməsəm,
ağlım başımda olar, onda da gözümü birdən açaram, görərəm ki, aha, bizim şəhərimizə bir müctəhid
gəlib, adını qoyub ölüdirildən və mömin hacılarımızın başını ricət məsələsi ilə piyləyib, hər gecə
bir balaca qız alır, xa, xa, xa... Mən ölüm, əl ver, lotusan ayə, əl ver, xa, xa, xa...
Şirin (heyrət içində). Ay bala, bu ki, bizim Qala məhləli Hacı Həsənin başına gələn əhvalatdır.
Ölüdirildən şeyxin şəhərə gəlməsi əhvalatı indiki kimi yadımdadır.
Qəmküsar. Bax, bizim dediyimiz İsfahan lotusu odur.
Ülfət. İndi biz onu “El güzgüsü”ndə göstərəcəyik.
Şirin. Hacı Həsəni də?
Qəmküsar. Lap Kərbəlayi Fatmanı da.
Bəhruz. Lap onun istəkli kürəkəni Mirbağır ağanı da...
Şirin. Deynən qiyamət olacaq ki... havaxt göstərəcəksiz bu teatrı?
Ülfət. Bir-iki həftəyə.
Şirin. Ay Bəhruz, məni də apararsan o teatra, sən canın! Sən allah apar. Bərk ayaqda pərdə
dalından baxaram.
Bəhruz. Gözüm üstə, apararam!
Şirin (birdən xəcalət çəkən adamlar kimi). Başımı söhbətə qatdınız, çaylarınız soyudu. Verin
təzələyim. (Şirin çıxır. Bir azdan Oğulbəy pərt halda gəlir).
Oğulbəy. Bağladılar.
Qəmküsar. Nəyi bağladılar?
Oğulbəy. Nəyi? Hə, nəyi? Mətbəəni... Tilisdən gələn var. Deyir senzor Mirzə Cəlili yenə
çəkib məhşər ayağına. Mətbəəsinin qapısına yekə bir qıfıl vurublar, özünü də veriblər məhkəməyə.
Ülfət. Bu yaxşı xəbər olmadı.
Bəhruz. Ona kömək eləmək lazımdır.
Qəmküsar. Ürəyinizi sıxmayın. Qoca Molla Nəsrəddin belə hədələri çox görüb. Biz “Ölülər”i
tezliklə göstərərik. Bu da olar cənab senzora təzə bir sillə.
Ülfət (abomu əlinə götürür). Elədir, tezliklə dekorasiyalarla məşqə başlamalıyıq.
Bəhruz. Mən özüm ustalara kömək edəcəyəm. Paltarları da evlərdən yığarıq.
Qəmküsar. O barədə korluğumuz yoxdur. Hər evdə beş-on arxalıq, tuman tapılar.
Oğulbəy. Mən də nənəmin nimtənələrini gətirərəm, bir də nəleyinlərini. Amma bu sözü nə
mən dedim, nə də siz eşitdiniz.
Ülfət. Köhnə çul-çuxa da kein istəyən qədər, Bəhruz, sabah məşqə sən də gəl, özün bax
geyindir yavaş-yavaş camaatı. İstəyirəm məhərrəmliyə qədər göstərək tamaşanı.
Bəhruz. Mütləq.
Oğulbəy. Məndən arxayın olun. Rolumu su kimi içirəm. İstəyirsiz bu saat çıxım səhnəyə
(Mirbağır ağanın hərəkətlərini təqlid edir). Hə, necədir? Xoşunuza gəldi?
Şirin (gəlir). Üzün gülsün, ay Oğulbəy!
Ülfət. Yaxşı, uşaqlar, daha gedək. Hava lap qaralır.
Oğulbəy. Mən səhərdən evdən çıxanam.