Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə113/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   109   110   111   112   113   114   115   116   ...   132

425

   


        

İthaflar


Eteri_(Solmaz_Qurbanova).___“Yarımçıq_şəkil”_tamaşası._Bakı._1967.'>Knyaz (Oqtay Ramazanov) və Eteri (Solmaz Qurbanova).

“Yarımçıq şəkil” tamaşası. Bakı. 1967.


 

426


İthaflar

Bəhruz. Sizin Salamon dünən məni üç saat yalqız kamerada saxlayıb. 

Eteri (həyəcanla) Necə? Sizi də həbs etmişdilər? Mən ondan xahiş edərəm, sizdən üzr istəsin.

Bəhruz. Nə danışırsız, Eteri? O knyazdır. 

Eteri. O mənim pərəstişkarımdır. (Bəhruz dinmir.) Mənə inanırsınızmı?

Bəhruz. Sizə inanmamaq olar? 

Eteri. İnanmayanlar tapılır. 

Bəhruz. Sizdəki etibar, səmimiyyət, ülviyyət...

Eteri. Lakin bunları bir təhqir kimi başa düşənlər var.

Bəhruz (eyhamı başa düşür). Gəlin bu barədə danışmayaq.

Eteri. Yox, məhz bu barədə danışaq. Mən ondan ötrü gəlmişəm. Rəssamların axşam düşəndə 

işləmədiklərini bilirəm.



Bəhruz. Axı... 

Eteri. Siz çox kövrəksiniz.  

Bəhruz. Görünür peşəmizin bir xüsusiyyəti də budur.

Eteri. Düz demirsiz. Həssaslıq insana itrətən bəxş edilmiş keyiyyətdir.

Bəhruz. Eləmi?

Eteri. Axı mən Peterburqda tibb instutunda oxuyuram. Psixologiya keçirəm. Siz mənə qarşı 

biganə deyilsiniz. Sevirsiz məni.



Bəhruz. Yox, yox.

Eteri. Siz qorxursuz. Şöhrət, sərvət qorxudur sizi. Lakin mən sizdən vücudumu ləl-cəvahirata 

tutmağı tələb etmirəm. Mən sənətin, sənətkarın pərəstişkarıyam. Məndən olsa, sizin barmaqlarınızı 

qızıla tutaram.

Bəhruz. Sənətkarın...

Eteri. Təvazökarlıq insanın zinətidir. Ancaq onun da bir həddi var. 

Bəhruz. Mən hələ heç bir şey yaratmamışam. Çəkdiklərim adi bir çızma-qaradır.

Eteri. Lakin bu cızma-qaralar məğrur bir knyaz qızının ürəyini mum kimi əridirsə...

Bəhruz (yalvarırmış kimi). Əl çəkin bu fədakarlıqdan. Qorxuram ki...

Eteri. Qorxu çox mənhus duyğudur, Bəhruz! Din ayrı, dil ayrı, adət-ənənə ayrı... Bibilər, 

xalalar, başa düşürəm, hamısını başa düşürəm. Lakin gərək ki, Şərqdə Şeyx Sənanla Xumar əfsanəsi 

vardır. 

Bəhruz. O əfsanədir. 

Eteri. Hər əfsanə bir həqiqətin övladıdır. Bir də ürəyin atəşi hər cür qanunun təməlini yandıra 

bilər.


Bəhruz. Siz cavansız, gözəlsiz. 

Eteri.  Təbiətin  qəribəlikləri  çoxdur.  Kiminin  gözəlliyini  zahirə  çıxardır,  kimininkini  yox. 

Mən buna görə bəzən təbiətə nifrət edirəm. 



Bəhruz. Eteri, mən sizin portretinizi lap tez başa vurmaq ikrindəyəm.

Eteri (incik). Mənimlə görüşməkdən qorxursunuz? Hislərinizi boğmaq, öldürmək istəyirsiniz?

Bəhruz. Mən sizi xoşbəxt edə bilmərəm, Eteri! Sizin bəxş etdiyiniz xoşbəxtliyi gəzdirmək isə 

məndən ötrü çox ağır olar. Gərək ki, Salamon sizi çox sevir.




427

   


        

İthaflar


Eteri. Çox, dəlicəsinə. Gecələr Romeo kimi eyvanımızın altında gəzib mənə serenada oxuyur. 

Əlbəttə, gürcü dilində.



Bəhruz. Siz onu xoşbəxt edin! 

Eteri (çılğınlıqla). Siz məni təhqir edirsiniz, Bəhruz!

Bəhruz (günahkar adamlar kimi). Ürəyinizə toxundum, bağışlayın. Ancaq kimsəsiz, yoxsul 

bir rəssam sizə layiq deyil.



Eteri (tab gətirə bilməyib, lap ucadan). Siz susacaqsınızmı?! (Qapıya tərəf getmək istəyir).

Bəhruz. Sabah gələcəksinizmi?

Eteri.  Gələcəyəm.  Sabah  da,  biri  gün  də.  Bu  yoxsul  emalatxana  mənim  mehrabım, 

qibləgahımdır. 



Bəhruz (qeyri-ixtiyari). Eteri, çox çətindir, çox-çox...

İşıq sönür.

SƏHNƏ QABAĞI

Salamon. Eteri, ayaq saxla. Eteri! Niyə dinmirsən?

Eteri. Sən qorxaqsan. 

Salamon. Bu sözü özgə bir adam desəydi, mən onun başını bədənindən üzərdim.

Eteri. Qoçaqlığını işdə göstər. Başını üzmək istədiyin dustağı mənə bağışla.

Salamon. Yenə də Ülfət?

Eteri. Bəli. O xilas edilməyincə mədən xoş söz gözləmə!

Salamon. Axı o mənim dustağımdır. Onun üçün mən cavabdehəm.

Eteri. Mənim xatirimə.

Salamon. Sən mənim boynuma çox ağır yük qoyursan, Eteri!

Eteri. Bəhruz mənim şəklimi çəkir, Salamon!

Salamon.  Sənin  rəssamın  çox  bacarıqlıdır,  Eteri!  Metexdən  dustaq  qaçırmaq  sənə  zarafat 

gəlməsin.



Eteri. Çəkdiyi zəhmət üçün o bizdən heç şey istəmir. Təkcə Bəhruzun bu ricasını yerə salma!

Salamon. Elə zarafat yoxdur. İndi heç kəs havayı işləməz. Keçdi cəngəvərlik əyyamı. Sənin 

portretin üçün mən ona qızıl verəcəyəm. Nəqd qızıl. Qaldı ki, Ülfət...



Eteri. Get, Salamon. Dedim ki, onu xilas etməyincə məndən lütfkarlıq gözləmə (Çıxır).

Salamon. Eteri, Eteri!..

                                     



İşıq sönür.

                                   




 

428


İthaflar

ÜÇÜNCÜ ŞƏKİL

Tilis. Metex qalasına yaxın küçələrdən biri. Gecədir. Bəhruz həyəcanlı halda küçədə gəzir. 

Papiros çəkir. Bu vaxt uzaqdan gələn bir kareta görünür. Qara paltara bürünmüş Eteri karetadan 

çıxır.

Bəhruz. Eteri! 

Eteri. Bəhruz! Siz dostunuz üçün çox əziyyət çəkirsiniz. 

Bəhruz. O təkcə mənim dostum deyil. O, bizim səhnəyə çox lazımdır. O, böyük istedaddır. 

Eteri. Siz buradan gedin! Görən olar. Axı dünən özünüz bu qalanın divarları dalında idiniz. 

Bəhruz. Yox, nigaranam. 

Eteri. Qorxmayın, mən tək gəlməmişəm. Salamon da qapıçıya sərəncam verib.

Bəhruz. Əgər biz Ülfəti xilas edə bilsək...

Eteri. Axı, siz mənə söz verdiniz ki, bu həndəvərə ayaq basmayacaqsınız.

Bəhruz. Elədir, amma ürəyim dözmədi. Gecə vaxtı, tək qız...

Eteri. Mən knyaz qızıyam. Gürcüstanda axşamlar kef çəkmək çoxdan dəbdir. Kim məni öz 

karetamda sevgilim Salamonla gəzmək feyzindən məhruz edə bilər? (Ayaq səsi gəlir). Bizimkilərdir. 

Salamon gəlir, sizi görməsə yaxşıdır, gedin!

Bəhruz qaranlıqda gözdən itir. Salamon gəlir.

Salamon. Buradasan? Mən yalnız sənin xatirinə bu işə razı oldum.

Eteri. Bilirəm.

Salamon. Növbətçi bir azdan onu buraxacaq. Şübhə oyatmamaq üçün iki dustağı da azad 

edəcəklər.



Eteri. Bəs qapıçı?

Salamon. Tapşırmışam, pul da vəd etmişəm.

Eteri.  Sən  çox  dəqiq  adamsan.  (Saatına  baxır).  Vaxtdır,  get.  (Salamon  gedir).  Mənim 

xatirimə... Yox... Möhtərəm Salamon! Bunlar hamısı mənim Bəhruzumun xatirinədir.



Eteri (çıxır). Bir azdan Bəhruz qayıdır. Bu vaxt qarşıdan gələn polislə rastlaşır. 

Polis. Nə edirsiniz burada, cavan oğlan? Tfu, cənab...

Bəhruz. Sevgilimi gözləyirəm. 

Polis. Görüş üçün başqa yer seçə bilmədiniz. Yoxsa könlünüzə qazamat düşüb? 

Bəhruz. Qazamat? Siz ki, məni dünən ora apardınız amma bir təqsirim olmadı.

Polis. Hə, tanıdım. Şəkilçəkən... Tfu, yox tələbə. Gedin, rədd olun buradan, yoxsa...

Vaso dostları kintolarla gəlir.



Bəhruz. Vaso! (Vaso polisi görür, sözünü dəyişir). 

Vaso. Genasvale, şeni cirime, çemo badona! Bu saat səni aparım kefə, gözəllər məclisinə. 

Bağışla gecikmişəm (Oxuyur).




Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə