Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə112/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   108   109   110   111   112   113   114   115   ...   132

421

   


        

İthaflar


Oğulbəy. Tez gəl ha, Bəhruz! Qərib yerdir, anan sənsiz darıxar.

Bəhruz. Arxayın ol, bir az işləyib gəlirəm. (Oğulbəy çıxır, Bəhruz rənglərini təzələyib portreti 

işləyir... Bu vaxt Qəmküsar gəlir.)

Qəmküsar. Salam, Bəhruz. Metexə getmişdim. Dedilər səni buraxıblar. 

Bəhruz. Məni buraxdılar. 

Qəmküsar. Bəs Ülfət?

Bəhruz. Oradadır. Ora çox müdhişdir. (Pauza) Darıxma, bəlkə bir çarə tapdıq.

Qəmküsar. Nə çarə tapacağıq? Zəmanə dostlarımızı əjdaha kimi bir-bir udur. 

Bəhruz. Necə? Bu nə sözdür? 

Qəmküsar. Birimizi küçədə vururlar. Birimizi dara çəkirlər. Ülfət həbsxanada... Mirzə Cəlil 

nəzarət altında. İndi də...

Arizi qəmlər əlində ürəyim şişmiş idi,

Zənn edirdim edəcəkdir ona çarə ciyərim.

Bəxti-mənhusimə bax, mən bu təmənnada ikən

Başladı şişməyə indi üzü qarə ciyərim.



Bəhruz. Bu nədir? Əllərin əsir, dodaqların titrəyir.

Qəmküsar. Sabir ölüb, Ələkbər Sabir! Bu, onun son sözləri olub.

Bəhruz. Sabir ölüb?

Qəmküsar. “Molla Nəsrəddin”ə indicə teleqram gəldi. Gecə keçinib. Bu nədir? Sən ağlayırsan? 

(pauza). Biz Şamaxıya getməliyik. 

Bəhruz. O bizə çox lazım idi, Qəmküsar, çox lazım idi. (Oturduğu yerdən birdən sıçrayaraq.) 

Mən  Eterinin  portretini  günü  sabah  qurtaracağam.  Mən  sabah  gün  doğan  kimi  son  rənglərimi 

vuracağam.  Bəli,  günü  sabah,  son  rənglərimi,  son  rənglərimi!  Mən  knyazdan  aldığım  bütün 

mükafatı Şamaxıya göndərəcəyəm, Şamaxıya, Sabirin külfətinə. O, bizim hamımızın vuran əli, 

danışan dili idi. Onun bura, mənim emalatxanama gəldiyi gün indiki kimi yadımdadır. Mirzə Cəlil 

gətirmişdi. Bax, burada, bu kresloda oturmuşdu. Mən onda “Qanadlı qulu” çəkirdim. Baxdı, baxdı, 

sonra xəif-xəif gülümsədi. “Qul qanadlı olsa da, yenə də quldur”, – dedi. Sonra isə iki misra şeir 

oxudu. Cəmi iki misra... İndiki kimi xatirimdədir:

Kim ki, insanı sevər-aşiqi hürriyyət olur,

Bəli, hürriyyət olan yerdə də insanlıq olur



Portretə yaxınlaşır. Qəmküsar ikirli halda eyni sözləri təkrar edir, bu vaxt Eteri gəlir.  

O, zərif çöhrəli, mütənasib vücudlu bir qızdır. On səkkiz yaşını təzəcə tamamlamış bu knyaz 

qızının danışığı da, yerişi də, duruşu da şahanədir, cazibədardır.

 

Eteri. Xoş gördük, Bəhruz, deyəsən gedirsiniz?



Bəhruz. Yox, yox... 

Qəmküsar. O məni yola salırdı. Hələlik, gözəl xanım!


 

422


İthaflar

Eteri. Xoş gəldiniz...

Bəhruz. Ülfətə bir çarə tapmalıyıq, Qəmküsar!

Qəmküsar. Axşam mütləq gəl, gözləyəcəyəm... (Qəmküsar çıxır.)

Eteri (Bəhruzun gözlərinə diqqətlə baxır). Gözləriniz niyə yaşarıb? 

Bəhruz. Yəqin rənglərdəndir. 

Eteri. Dostunuz sizi hara isə aparmaq istəyirdi. 

Bəhruz. Elədir.

Eteri. Ziyafətə? 

Bəhruz. Yox, hüzr yerinə. Biz böyük bir şairimizi itirmişik.

Eteri. Məni də ora apararsınızmı?

Bəhruz. Təəssüf ki, yox. 

Eteri. Mən sənətkarlara pərəstiş edirəm, istər xristian olsun, istər müsəlman, istər bütpərəst.

Bəhruz.  Mən  bunu  çoxdan  duymuşam,  ancaq...  O,  Şamaxıda  ölüb.  Buradan  iki  günlük 

mənzildə. Dostum indicə teleqram alıb.



Eteri. Eləysə, siz gərək gedəsiz.

Bəhruz. Yox, mən onun yasını saxlayacağam... Ömrüm boyu saxlayacağam... Sizin portretiniz...

Eteri. Onu sonra tamamlarsınız.

Bəhruz. Nə danışırsınız. Mən söz vermişəm. Gərək ki, ad gününüzə az qalıb?

Eteri. Elədir. Ancaq dərdli ürəklə, pərişan xəyallarla necə işləyəcəksiniz?

Bəhruz. Öyrəncəliyəm.

Eteri. Bəlkə?! Cəsarətim üçün üzr istəyirəm. Bəlkə pulunuz azlıq eləyir?

Bəhruz. Yox, yox... Amma mənim sizdən bir ricam olacaq.

Eteri. Nədir? Lütfən buyurun.

Bəhruz. Mənim bir yoldaşımı, bir dostumu həbs ediblər. Dünən.

Eteri. Dostunuzu? Günahı nədir? 

Bəhruz. Necə deyim? O, dünən küçədə vurulan tələbənin yoldaşı idi.

Eteri. Eləmi? 

Bəhruz. Başa düşürəm, çətindir, ancaq... Dedim ki, bəlkə... Ümidim sizə gəldi.

Eteri. Həyəcanlanmayın! Bir az işləyin. Salamon yarım saata bura gələcək. O, sizinlə şəxsən 

tanış olmaq istəyir.



Bəhruz. Bu mənim üçün böyük şərəfdir. 

Eteri. Əksinə.

Bəhruz. Lazım bilsəydiniz, mən özüm Salamonun görüşünə gedərdim. Yaxşı, əyləşin bir az 

işləyək.


Eteri kresloda oturur, poza alır. Bəhruz portretə yaxınlaşır, bir qədər işləyir,  

bu vaxt Salamon içəri girir.

Salamon. Olarmı? 

Bəhruz (çevrilib Salamona yer vermək istəyir, onu tanıyır, lakin vüqarını sındırmır). Buyurun, 

knyaz!


Salamon (kənara). Necə, Bəhruz? (Bəhruza.) Deyəsən mane oldum?


423

   


        

İthaflar


Eteri (Solmaz Qurbanova) və Bəhruz (Firdovsi Naibov).

“Yarımçıq şəkil” tamaşası. Bakı. 1967.


 

424


İthaflar

Bəhruz. Mən knyaginyanın sifarişini yerinə yetirmək üçün tələsirəm.

Salamon. Mən də sizi mükafatlandırmaq üçün. İltifat göstərib, evimə ayaq basaydınız... 

Bəhruz. Vaxt olmur, knyaz! 

Salamon. Bilirəm. 

Bəhruz. Mən iki gündür ki, işləyə bilmirəm. Səbəbini deməyə məncə ehtiyac yoxdur. Bilirsiniz.

Salamon. Bilirəm. Qoca Tolstoy yaxşı deyib ki, təsadüfün hökmü böyükdür.

Eteri. Təsadüfün hökmü? Bu nə sözdür, Salamon?

Salamon (sözü dəyişdirmək məqsədi ilə). Heç, heç... Elə-belə. Bir az əllaməlik eləmək istədim. 

(Bəhruza.) Nə isə... İşinizi başa vurun, sonra doyunca kefə baxaq. (Portretə işarə ilə.) Çəkdiyiniz 

portret çox gözəldir. Eteri məni atıb uzaq ellərə gedəndə daha darıxmayacağam. Yaxşı, bu gün 

işlədiyiniz kifayətdir. Mən sizi Qocordakı yaylağıma aparmaq istəyirdim. Xudmani bir məclisdə 

boğazımızı yaşlamaq üçün. 



Bəhruz. Çox sağ olun, knyaz. 

Salamon. Təşəkkürü sonra eləyərsiz. Şərabsız nə təşəkkür? 

Eteri. O, nigarandır, Salamon! Onun dostu məhbəsdədir.

Salamon. Onun dostu... Ülfət... (pauza) Axı o, ixtilalçıdır. Siyasi dustaqdır.

Bəhruz. O, aktyordur. 

Salamon. Aktyor səhnədə hər şey eləyə bilər. Adam da öldürə bilər, baş da kəsə bilər. Amma, 

həyatda... Mən indiyəcən artist tayfasından inqilabçı görməmişdim. 



Bəhruz. İnqilab hamının qəlbində vardır, knyaz! Artistin də, vəkilin də, ədibin də. 

Salamon. Bəs rəssamın?

Bəhruz.  Nə  deyim,  knyaz!  Bizdə  dirilik  çeşməsinin  üstündə  yatmış  əjdahanı  parçalayan 

cəngavər haqda gözəl bir əfsanə var.  Mən çox sevirəm o əfsanəni.



Salamon. Eləmi? 

Eteri. Qurtar onu, əzizim! Bacararsan, hamsını qurtar! 

Salamon. Nə danışırsan, Eteri? Mən... Mənim vəzifəm.

Eteri. Sən knayzsan? 

Salamon.  Elədir,  knyazam.  Mənim  atam-babam  heç  vaxt  istəkli  adamlarının  sözünü  yerə 

salmayıblar.  Xüsusən, knyaz qızlarının.



Eteri. Bu səndən mənim ilk xahişimdir.

Salamon  (tərəddüdlə).  Bəs  vəzifə,  bəs  əmr? Yox,  Ülfət  mənim  dustağımdır.  Onun  xilası 

mənim məhvim olar.



Eteri.  O  həlak  olsa,  mənim  şəklim  yarımçıq  qalar,  Salamon!  Görürsənmi  Bəhruzu? 

Həyəcanlanır, darıxır.



Salamon. Ən ağır cəza gözləyən bir dustağı, ən müdhiş zindana salınmış bir adamı buraxmaq? 

Yox! Mənə belə təklif etməyin, cənab rəssam! 



Bəhruz. Mən yalnız xahiş etdim. 

Salamon. Siz xahiş edirsiz... Eteri əmr edir... Yox! Mən zəhmətinizin haqqını artıqlamasıyla 

verəcəyəm, cənab Kəngərli! Amma Ülfət... Bir şəkil üçün bir dustaq?! Yox, yox.



Eteri. Salamon! (Salamon cavab verməyib, səhnədən çıxır. Bəhruza) Qorxmayın, Salamon 

onu buraxdıracaq.




Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə