Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə114/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   110   111   112   113   114   115   116   117   ...   132

429

   


        

İthaflar


Mən neynirəm dükanı,

Ver əlimə cananı.

Deyim dünya üzündə

Gülüm, sənə tay hanı?

can ay-ay, 

can ay-ay

can ay, can

Ya qız, ya da dul olsun,

Arıq, ya gombul olsun.

Zəhmətinə dözərəm,

təki, onda pul olsun.

can ay-ay, 

can ay-ay

can ay, can

Privet, qospadin polis.

Polis. Privet, tfu qamarçoba. Rədd olun burdan.

Vaso. Mərhəmətinizi niyə bizdən əsirgəyirsiz, cənab polis! Təqsirimiz nədir?

Polis. Təqsiriniz? Üsyan, tfu, kef, şərab.

Vaso. Şərabnan işin olmasın, cənab polis! İstəyirsən bu saat bir buynuz verim iç! (Qoltuğundakı 

şərab tuluğunu göstərir.) İçmirsən? Bilirəm şakərini. Araqdır allahın, vodka!

Polis. Vodka? Elədir, xoşlayıram. Tfu... Yox, xoşlamıram. Tfu... Yox, xoşlamıram. Çəkilin 

buradan, mən vəzifə başındayam.



Vaso.  Olmaz  sənin  vəzifəndən.  Gəl  şərab  iç.  Qorxma,  qaranlıqdır,  böyüklərin  görməz. 

(Tuluğdan şərab töküb ona verir, polis içir, ağzını, bığlarını silir. Vaso oxuyur).

Mən neynirəm sərvəti,

Ver mənə bir afəti.

Ürəkləri oxşasın

Qaşı, gözü, qaməti.

can ay-ay, 

can ay-ay

can ay, can



Polis. Hə, sağ olun, tfu, rədd olun! (Uzaqdan it səsi gəlir.) Görəsən yenə nə oldu, yox, mənim 

növbəmdə şəhərə şuluq salan hələ anasından olmayıb.



Səhnədən  çıxır.  Vaso  onun  dalınca  baxır,  buynuzdakı  şərabı  içir,  kintolarla  səs-səsə  verib 

oxuyur,  bu  vaxt  arxadan  yenə  it  səsi  gəlir.  Bir  azdan,  qabaqda  Ülfət,  sonra  Eteri  və  Salamon 

səhnəyə çıxırlar.


 

430


İthaflar

Ülfət. Bəhruz

Bəhruz. Ülfət!

Eteri. Daha dayanmaq vaxtı deyil.

Ülfət. Hara gedəcəyik?

Eteri. Qocara, knyazın bağına.

Bəhruz. Salamonun?

Eteri. Qorxmayın, orada dostumuza güldən ağır söz deyən olmayacaq.

Bəhruz. Eteri!

Eteri. Mən sonra sizi də oraya aparacağam. Xidmətçilərə də sərəncam vermişəm.

Ülfət. Bəs sonra?

Eteri. Sonra? Mən sizin yalnız aktyor olmadığınızı bilirəm (Yenə it səsi eşidilir. Bu dəfə bir 

neçə dəfə təkrar olunur). Bu həyəcan siqnalıdır! Gedək, deyəsən duyuq düşüblər. Minin karetaya!

Bəhruz. Bəs mən?

Eteri. Siz evinizə gedin, Bəhruz! Axı, səhər mənim portretimi tamamlamalısınız, gedin! 

Karetaya yanaşır. Ülfət də onu izləyir, yola düşən karetanın atlarının zınqırov səsləri eşidilir. 

Səs getdikcə uzaqlaşır. Bəhruz karetanın dalınca baxaraq.

Bəhruz. Mənim yolumda gör bir nələr eləyir. Bəs mən, mən?! 

Kareta gedən səmtə baxır, arxadan havaya atılan güllə səsləri eşidilir.

Pərdə

                                  



İKİNCİ PƏRDƏ

DÖRDÜNCÜ ŞƏKİL

Üçüncü şəkildəki hadisədən altı-yeddi il keçmişdir. Naxçıvan. Bəhruzgilin evi.  

Otağın divarlarına müxtəlif portretlər, mənzərələr vurulmuşdur.  

Bəhruz yeni işlədiyi bir əsərini molbert üzərinə qoymuş, üstünə pərdə çəkmişdir.  

İndi əsəbi halda və tələsik Məhəmməd Peyğəmbərin şəklini çəkir. 

Bəhruz. Bircə bunu çəkib qurtarsaydım... Bəhruz, Məhəmməd Peyğəmbər... hamısı ehtiyac 

ucundan, hamısı yoxsulluqdan. Otaq nə yaman soyuqdu? (fırçanı kənara qoyub sobaya yaxınlaşır.) 

Odunlar yanıb qurtarıb ki. Görüm yandırmağa bir şey varmı? (dəhlizə çıxır, əlində bir-iki odun 

parçası qayıdır.) Bir-iki günə çatar. Sonra... (pauza). İşləmək lazımdır, pul qazanmaq lazımdır. Pul. 

Odur hər idealın cəlladı. Odur insanı misginləşdirən, mütiləşdirən. Bir parça çörək üçün məhv elə 

istedadını, puç elə arzularını... (birdən ikirdən ayrılır). Anam indi harada olsa gələcək. Gələn kimi 

də soruşacaq ki, qurbanı olduğum ağanın şəklini çəkib qurtardın? (Sobada əllərini isidir). Əllərim 

isindi. Anam  gəlib,  çay  da  verər.  İşləmək  lazımdır  (molbertə  yanaşır,  fırçanı  götürür).  Əllərim 

qalxmır. Fırçam işləmir. Rədd olsun hamısı, çəkməyəcəyəm, çəkməyəcəyəm! (Əsəbi halda şəkili 



yerə  çırpır,  özü  pərişan  bir  vəziyyətdə  çarpayıya  yıxılır. Arxadan  küləyin  vıyıltısı  eşidilir.  Qar-

çoğvun getdikcə şiddətlənir. Bu vaxt başına qara çarşab örtmüş bir qadın gəlir. Bu Bəhruzun anası 

Şirindir). Ana! 


431

   


        

İthaflar


Şirin. Niyə belə bikefsən, oğul?

Bəhruz. Çəkə bilmirəm, ana! Peyğəmbərin şəklini çəkə bilmirəm. 

Şirin. Niyə, qurbanın olum? 

Bəhruz. Axı... 

Şirin.  Yəqin  yorğunluqdandır.  (Ətrafına  baxır.  Döşəməyə  tullanmış  şəkli  görür.  Götürüb 

yerinə qoyur.) Nə olar? Bunu da çək, ayrılarını da. Savabdır ey, Bəhruz! Sonra tanrı yanında üzüqara 

olarıq.


Bəhruz (ikirli). Hardaydın, ana!

Şirin. Qonşuda. Keçən həftə vurulmuş oğlanın yeddisində.

Bəhruz. O, çox gözəl oğlan idi. 

Şirin. Allah baisin qollarını görüm qələm eləsin. Qudurub düşüb mahalın canına. 

Bəhruz. O gün kəndə getmişdim. Başımdan od qalxdı. Xaraba evlər, yandırılmış zəmilər, döşü 

kəsilmiş gəlinlər, gözü çıxarmış uşaqlar... Bax, mən onların şəklini çəkmək istəyirəm, ana, onların!



Şirin. Sən gəlincə ürəyimi yemişdim, ay bala! Sən allah, ay Bəhruz, bir də o yerlərə getmə!

Bəhruz. Mən tək deyildim, ana. Qəmküsar da, Ülfət də yanımdaydı.

Şirin. Tək, ya cüt. Getmə bir də. Dilim-ağzım qurusun, birdən... gözümün ağı-qarası bir sənsən. 

Sən canın, dağa-daşa çox düşmə? Şəkildir çəkirsən, elə evdə çək. Allaha şükür, axar, baxarımız da 

pis deyil. Səhər çıxırsan, gün batanda qayıdırsan. Yeməyin yox, içməyin yox.

Bəhruz. Ana!

Şirin. Elə bilirsən ki, başa düşmürəm, bilmirəm ki, sənin işin gərəkli işdir? Məndən olsa sənin 

barmaqlarını qızıla tutaram. 



Bəhruz. Qızıla? Bu sözü bir nəfər də mənə demişdi, altı-yeddi il bundan qabaq... 

Şirin. Altı-yeddi il bundan qabaq? Olmuya, o gürcü qızını deyirsən?

Bəhruz. Elədir.

Şirin. Heç yadından çıxmır, görürəm...

Bəhruz. O, çox gözəl, alicənab, ağıllı idi...

Şirin. Görürəm, o gürcü qızı yaman oğlurlayıb saqqızını. Nə isə... məsləhət özünündür.

Bəhruz. Mən hələ gərək çox gəzəm, çox görəm. Düzünü axtarsan ürəyimdən hələ Peterburqa 

getmək, akademiyada oxumaq keçir. 



Şirin. Peterburq? O haradır?

Bəhruz. Rusiyanın qədim, gözəl bir şəhəri... Orada elə muzeylər, elə evlər, saraylar var ki, 

göz istəyir tamaşa eləsin. Orada təzə hökumət qurulub... 



Şirin. Yox, ay bala! Oxuduğun kifayət edər, allaha şükür, şəkil çəkməkdə də tayın-bərabərin 

yoxdur. Gedərsən oralarda xudanəkərdə, naxoşlarsan... Atan da qocalıb... Neçə vaxtdır naxoşdur.



Bəhruz. Elədir. İndi mən ona kömək etməliyəm (pauza). Bu nədir? (Pəncərəyə tərəf gəlir). 

Elə bil yaxında bir uşaq ağlayır (Diqqətlə həyətə baxır). Deyəsən həyətdədir. Lap yaxındadır.



Şirin. Ay bala uşaq-zad nədir, otur yerində!

Bəhruz. Axı, ana!...

Şirin. Küləkdir, görmürsən necə vıyıldayır? Yeri-göyü  bir-birinə qatıb. Bu il zəhrimar qış da 

bərk gəlib. Camaat bilmir çörək dərdi çəksin, odun dərdi çəksin, ya bu dava-qırğının qorxusunu... 




Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə