Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə111/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   107   108   109   110   111   112   113   114   ...   132

 

418


İthaflar

Ülfət. Tanıyırdım, dost idik...

Bəhruz. Yoxsa dünəndən bəri əldən-ələ gəzən intibahnamələri də sən yaymısan?

Ülfət. Mən və o vurulan oğlan. 

Oğulbəy. Sən? 

Bəhruz. Sən aktyor deyilsənmi?

Ülfət. Bəli, cənab rəssam! Həyat yalnız knyaz qızının məhəbbətindən ibarət deyil. Bacarırsan, 

o qanlı lövhəni çək! Qızıl gülləyə gəlmiş o cavanı çək, Bəhruz!



Bəhruz. Özünü qoru. Ülfət, sən çox cavansan. 

Arxadan polislərin it səsi eşidilir.

Ülfət. Onlar məni axtarır.

Bəhruz (tez bir ağ kətan gətirib, molbert üzərinə qoyur). Otur, mən sənin şəklini çəkirəm.

Ülfət. Sən nə danışırsan? İndi şəkil vaxtıdır?

Bəhruz. Qulaq as, mənə! Gələn olsa şübhələnməz. Otur, ciddi və sakit ol. Vüqarını pozma, 

çox yaxşı.



İşləyir, bu vaxt Ülfət yerindən qalxır.

Ülfət. Yox, mən getməliyəm, gözləyirlər məni. (Getmək istərkən polis gəlir.) 

Polis. Aha, burdasan? Deməli dostunu qoyub qaçdın?

Oğulbəy. Nə dost, cənab? Görmürsən uşaq şəkil çəkdirir?

Polis. Bəs o vurulan oğlan?

Bəhruz. Cənab polis, mane olmayın. 

Vaso. Qoyun beş-on şahı çörək pulumuzu qazanaq. 

Polis. Axı, bu canidir. 

Bəhruz. Gedin canini özgə yerdə axtarın, cənab. 

Vaso. Biz kasıb tələbəyik, bu da ki, şəkilçəkən.

Ülfət. Bəhruz!

Bəhruz. Sən dayan, Ülfət...

Polis. Şəkilçəkən, tələbə... Əllər yuxarı.

Vaso. Mane olmayın. Cənab! Axı, kişi şəkil çəkir.

Polis. Şəkil, şəkil. Əllər aşağı!. Tfu, yox, əllər yuxarı, sizinlə deyiləm?

Oğulbəy. Yazıq bir ətək pul verib şəkil çəkdirir, cənab polis! Niyə mərdimazarlıq eləyirsiz?

Polis. Mərdimazar? Sus! Tfu, susun! Bura kimin evidir?

Oğulbəy. Ev deyil bura, cənab polis, emalatxanadır. 

Polis. Emalatxana?

Vaso. Masterskaya... Kaso... Masterskaya...

Polis. Masterskaya? Tfu... Emalatxana? Kim yaşayır burada?

Vaso. Burada yaşamırlar, cənab polis! Şəkil çəkirlər.


419

   


        

İthaflar


Polis. Tfu... Yaxşı, şəkil çəksinlər. Kimdir şəkil çəkən?

Bəhruz (irəli gəlir). Mən.

Ülfət (Bəhruzun qolundan yapışır). Bəhruz!

Polis. Sən, bu qız şəklini də siz çəkmisiz?

Bəhruz. Bəli mən çəkmişəm. 

Polis (Eterini tanıyır). Madmazel Eteri, privet! (Gülür.)

Oğulbəy. Yoxsa sizin şəriətinizdə də şəkil çəkmək yasaqdır, cənab polis?

Polis. Yasaq? Bilmirəm... Əcəb qəşəng qızdır. Tfu, gedək!

Bəhruz. Ülfət!

Ülfət. Bizimkilərə bir şey deməzsən.

Polis. Gedək! Birbaş Metexə... (Bəhruza). Sizdə...

Ülfət. Necə?

Polis. Bəli, canini gizlədən də, cani kimi cəzalanmalıdır.

Bəhruz. Cani? (Ülfətə.) Mən səni tək qoymaram, Ülfət, gedək. 

Oğulbəy (polisin qabağını kəsir). Bəs biz, cənab polis?

Polis. Siz? Siz də, gedək. Tfu... Siz gərək deyilsiz.

Vaso. Bəhruzun nə günahı? Cənab polis!

Polis. Bəhruzun? Kimdir, Bəhruz? Bu? İnqilabçıdır. Tfu... Yox... yox... Caniyə yer verib... 

Polis Bəhruz və Ülfəti aparır. Vaso onun ardınca getmək istəyir.

Vaso. Onları Metexə apardılar. (Fikirli.) Metex çox igidləri udub. Görməmisən divarlarını? 

Bir quş da üstündən səkə bilməz. 



Oğulbəy. Bəs necə olsun? 

Vaso. Darıxma, Oğulbəy! Dünya başdan-binadan belədir. Şəkil çəkənin də üzü gülmür, kef 

çəkənin də. 



İşıq sönür

İKİNCİ ŞƏKİL

Yenə rəssamlıq məktəbi, emalatxana. Ertəsi günün axırıdır.

Səhnə bir anlıq boş qalır. Bir azdan Oğulbəy içəri girir.  

O, nigaran nəzərlərlə ətrafa baxır, kimi isə axtarır.

 

Oğulbəy.  Bəhruz,  Bəhruz,  hardasan?  Burada  da  yoxdur  ki,  (Cavab  gəlmir.)  Bəs  mənə 

növbətçi dedi ki, buraxdılar getdi. Yəni o da mənə kələk gəldi? Olar. Bu zəmanədə hər nə desən 

olar. Amma bunu nə mən dedim, nə... (bilmir kimə müraciət etsin, Eterinin portretinə baxır) nə 

də sən eşitdin. (Şəklə bir də baxır.) Gözəl qızdır. (Birdən nigarançılıqla.) Bəlkə məni məlun oğlu 

növbətçi  aldadıb?  Haram  olsun  ona  verdiyim  papiroslar,  yedirtdiyim  meyvələr.  (Portretə  baxıb 




 

420


İthaflar

gülümsəyir.) Yox, canım gələcək. Lap tez gələcək. O, Eteridən ayrı yaşaya bilər? Bir az oturum, 

nəfəsimi  dərim.  (Oturur,  sonra  tez  ayağa  qalxır.)  Rənglərin  iyi  başımı  ağrıtdı.  Çıxım  havaya. 

İndi Qolovinskinin dəsgahlı vaxtıdır. (Özünü danlayırmış kimi.) Mən nə danışıram? Qolovinski 

nədir? Bunu nə mən dedim, nə də mən eşitdim. Ürəyimdə bir bürkü var ki, heç bilmirəm dünyanın 

altındayam ya üstündə.  (Bu vaxt yorğun Bəhruz həyəcanlı halda içəri girir.) 

Bəhruz. Oğulbəy! 

Oğulbəy. Bəhruz! Otur dincəl, incitdilər səni?

Bəhruz. Darıxma, hamısı keçər. 

Oğulbəy. Ülfətdən nə xəbər? 

Bəhruz. Həbsxana rəisi çox inad edir. 

Oğulbəy. Yazığın gününü qara əskiyə bükəcəklər. Hə, yadıma düşdü, anan gəlib, bizdədir, 

hey səni soruşur. 



Bəhruz. Tutulduğumu demədin ki? 

Oğulbəy. Uşaqsan? Dedim işləyir, başı bərk qarışıqdır. Gəl gedək.

Bəhruz. İşləyəcəyəm. 

Oğulbəy. İşləyəcəksən? Canım üçün əməlli-başlı aşiq olmusan. Bəli, Qərib, Kərəm, Məcnun!

Bəhruz. Məcnun?

Oğulbəy. 

Məcnun sənin yanında, a Bəhruz, nə karədir?

Sən aşiqi-haqsan, o qalanlar avarədir.

 

Bəhruz (ikirli). Eteri knyaz qızıdır. 



Oğulbəy. Minnəti olsun. Sənə nə olub? Yalvarsın gəlsin!

Bəhruz. Kim? 

Oğulbəy. Belə qəlbinin sultanı, knyazın əziz-xələi, həşəmətməab Eteri xanım.

Bəhruz. Mən indi Ülfətin taleyini düşünürəm. Qaldı ki, sevgiyə... Mən Eterinin adını çəkməyə 

belə qorxuram. Yox, Oğulbəy, mən məktəbi qurtaran kimi Naxçıvana gedəcəyəm. Atama kömək 

eləyəcəyəm. (Həyəcanlı və məyus.) Eh, onsuz da mənim dərdim böyükdür.

Oğulbəy. Bilirəm dərdini, Novruz dərdidir, sənin dərdin. (Zümzümə ilə oxuyur.) 

Kərəm kimi düşdüm oda,

Bilmədi dildarım mənim.

Yerin, göyün sultanıdır

Yarım mənim, yarım mənim. 

(Onu bərk qucaqlayır.) Daha gedim, Şirin xala nigarandır.

Bəhruz. Get... Mən bir azdan gələcəyəm. Lap tez gələcəyəm.

Oğulbəy. Hələlik, Şərqin Rəfaelinin vaxtını çox aldım.

Bəhruz. Dolama görək! 

Oğulbəy. O bir canım üçün ciddi sözümdür. Təkcə Şərqin yox, Qərbin Rəfaelini də taxtından 

salacaqsan. Bircə səbir elə!



Bəhruz. Yaxşı, get! Anam gözləyir. 


Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə