Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə108/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   104   105   106   107   108   109   110   111   ...   132

407

   


        

İthaflar


bürünüb  damdan  baxırdı.  Bir  vaxtlar  burdan  onu  Tilisə  yola  salmışdı.  Onda  Nazlı  Bəhruzun 

haizəsində bir parça bulud kimi qalmışdı. İndisə... Nazlı bütün küçəni tutmuş izdihamı görürdü. 

Birdən arxada nəsə şaqqıldadı. Nazlı qorxu içində qoz ağacına tərəf döndü, bir budağı sınmışdı. 

Solğun görkəmli, qupquru ağac sanki ağlayırdı.

İzdihama qoşulanların sayı çoxalırdı. Hamı sənətkarı yola salmağa gedirdi. Onların arasında 

qoca  dilənçi  də  vardı:  əlindəki  əsanı  yerə  vura-vura,  tələsmədən,yavaş-yavaş  addımlayırdı. Ağ 

saçları  yenə  pırtdaşıq  idi.  Köynəyinin  yaxası  da  açıq! Yayda  olduğu  kimi.  Bəlkə  də  yaşı  yüzə 

çatmışdı. Hələ Naxçıvanın tozuna çevrilməmişdi. 

Bəhruzu  dəfn  edəndə  Cəfərqulu  xanın  hədiyyə  verdiyi  üzüyü  barmağından  çıxartmadılar. 

Şirin xanım evdə ədviyyat qutusunu verib yalvardı ki,” bunu Bəhruzun qəbrinə qoyun, anasından 

yadigardır”.  Buna da əməl olundu. Bir də qəbrə yonulmamış, başı qızıllı bir karandaş qoydular. Bu 

karandaş Əliqulu Qəmküsarın yadigarı kimi! 

Günlər keçirdi. Hürnisə lal-kar olmuşdu. Söhbətdən, ünsiyyətdən qaçırdı. Bəhruzun otağını 

gündə yığıb yığışdırırdı. Hər şeyi elə düzmüş, elə səliqə yaratmışdı ki, otaq muzeyə çevrilmişdi. 

Hürnisə bu otaqdan çölə çıxmır, bütün günü bir küncdə daş kimi qalırdı. Şirin xanımın yalvarışları 

kömək  etmirid.  Bəhruzun  ölümündən  sonra  cəmi  bir  il  yaşadı.  Bəhruzun  öldüyü  gün–  fevralın 

7-sində  ömrünü  tapşırdı.  Şirin  xanım  dizinə  döyə-döyə  xudavandi-aləmin  “məsləhəti  belədir” 

deyə  dua  oxuya  oxuya  göz  yaşı  tökdü.  Hürnisənin  ölümü,  özü  də  Bəhruzla  eyni  gündə  ölümü 

Şirin xanıma xeyli təsir etmişdi. Şirəlibəy onu uzun müddət sakit edə bilmədi. Hürnisəni Bəhruzun 

qəbrinin yanında basdırdılar. 



EPİLOQ ƏVƏZİ

Bəhruzun vəfatından sonra onun adına üç məktub gəldi: biri Revaz Abasadzedən, biri Mariya 

Ratiyevadan, biri də Zibadan. Bu məktubların heç biri açılmadı. Nə qədər ki, sağ idi, onlar Hürnisədə 

qalırdı. Ölümündən sonra uzun müddət Şirin xanım saxladı, sonra qızı Tahirəyə verdi, Tahirə də hər 

üç məktubu göz bəbəyi kimi qoruyurdu. Müharibə illərində isə müxtəlif yerlərə köçdükləri üçün bu 

məktublar açılmadan itib batdı. Bəlkə də itməyib? Hardasa, kimdəsə, hansı sandıqdaca saxlanılır?! 

İllər  keçdi.  Bəhruzun  əsərləri  toplandı.  Şirin  xanım  da  əşyaları  səliqə  səhmanla  qoruyub 

saxlayırdı. Onları muzeyə verəndə dözə bilməyib göz yaşları axıtdı. Naxçıvanda yaşayan müxtəlif 

adamlarda  Bəhruzun  çoxlu  şəkilləri  vardı.  Onlar  da  bu  şəkilləri  gətirib  muzeyə  təhvil  verdilər. 

Əlbəttə,  bu  yığılanlar  tam  deyildi.  Orda-burda  itib  batan  əsərləri  hələ  çoxdur.  Bu  yaxınlarda 

muzeylərdən birinə xəbər gəlmişdi ki, Tilisdə yaşayan bir qadında Bəhruzun üç əsəri var. Bəlkə 

Zibadır, bəlkə Reyhan?! Yaxud onların qohumları, dostları, tanışları?! Daha səs çıxmadı. Bəlkə 

nə vaxtsa yenidən bizə xəbər göndərəcəklər, kim bilir? Bəlkə Türkiyədə Ziya bəydən alan adam 

yenidən onları insanlara qaytaracaq! Bəs Əkbər bəyin, Narıncın, Cəfərqulu xanın, Kalbalı xanın, 

Cümsünün, Səttarın, onlarla başqa adamların apardığı əsərlər hanı? 

Bəhruzun institut yoldaşlarından Lado Qudiaşvili, Mixail Çiaureli məşhur olublar: biri rəssam 

kimi, o biri kino rejissor kimi. Revaz Abasadze Bəhruzun özü kimi həyatdan tez köçdü. Ketovan 

Maqalaşvili xalq rəssamı kimi Gürcüstanda şöhrət tapıb. Xəlil Musayev isə dediyi kimi əvvəl Parisə, 

sonra Amerikaya getdi. Uzun müddət bu torpaqda yaşadı. Orda da dünya ilə vidalaşdı. Bəhruzun 



 

408


İthaflar

dostlarından Ladoya, Arşaka, Mariyaya, Revaza və başqalarına aid rəsmləri bizim muzeydə tarixi 

sənəd kimi, xatirə kimi yaşayır.

Bəhruz  haqqında  kitablar  da  çıxdı,  xatirələr  də  yazıldı.  Bu  xatirələrdən  birini  yazan Adil 

Qaziyevdir. Adil Bəhruzun apardığı rəsm dərnəyinin ən fəal üzvü idi. Adil onun kimi rəssam oldu. 

Kərim  Kərimovun  “Bəhruz  Kəngərli”  kitabını  redaktə  etdi.  Ömrünün  sonuna  kimi  müəllimini 

unutmadı. 

Naxçıvan indi dəyişib, müasir, gözəl şəhər olub, qədim abidələr yenə durur, uzaqdakı dağlar da 

neca var eləcədir. Nə qədər ki, bu abidələr var, nə qədər ki, uzaqdakı dağlar var, Bəhruz Kəngərlinin  

əsərləri də o qədər yaşayacaqdır. 

Alça  ağacı  qurusa  da  Bəhruzun  yaşadığı  həyətdə  illər  boyu  heykəl  kimi  qalmışdı.  Onu 

kökündən qoparıb atmağa heç kəsin əli gəlmirid. Qəribə bir şəklə dönmüşdü. Qupquru budaqlar 

bir– birinə dolaşıb kiminsə həsrətini çəkən bir adam kimi sıxılmış, büzüşmüş, məhzun bir görkəm 

almışdı. Təbiətin yaratdığı etüdə çevrilmişdi. Deyirlər ki, bu ağac son illərə qədər həmin həyətdə 

dururdu.

Təəssüf etməyə dəyməz. Çünki alça ağacı indi yox olsa da Bəhruzun əsərlərindən birində 

əbədi yaşayır!

Kirman Abdin

“B.K

ə

ng



ə

rliy


ə

 h

ə



sr olunmuş exlibris”. 2015


409

   


        

İthaflar


Elçin İsgəndərzadə

RƏSSAM VƏ MƏLƏK

(bayatı-poema)



 

     

 











Bəhruz Kəngərliyə, Mircavada, Gennadi

Brijatyuka və sevdiyim bütün rəssamlara

I

Yuxumda qarlı dağlar,

göy üzündə buludlar.

Hər bahar durnalarla

geri dönür umudlar.

Umudlar geri dönür,

alçalar çiçəkləyir.

amma nədən kor fələk

könülləri təkləyir.

Yuxumda ağ buludlar

uçur qürbət ellərə,

könlümün çiçəyini

vermərəm yad əllərə.

Yuxumda bir Ay doğub,

Ay doğub dağ başında.

Röyada ağlayarsan,

Ay batar göz yaşında...

II

Cənazə mərasimi

gördüm Ana, röyada.

Rəssamın bəxt ulduzu

solmuşdu bu dünyada.

Bir gecə Ay babamız

çəkib apardı onu.

Ayrılıqlarla bitir

sevdalarımızın sonu.


Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə