Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə106/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   102   103   104   105   106   107   108   109   ...   132

403

   


        

İthaflar


Cəfərqulu xan dinə bilmədi, heyrət dolu həyəcanlı gözlərini Bəhruza dikib, qaşqabaq içində, 

ikir içində baxa-baxa qaldı. Birdən nə düşündüsə dedi:

– Əlini mənə ver! – Əlini tutub barmağından çıxartdığı üzüyü barmağına keçirdi – bu da 

məndən hədiyyə olsun, bala, qoca kişiyəm, bu gün varam, sabah yox! Onu da deyim ki, sənin kimi 

növcavanlara az-az rast gəlmişəm. Hələlik, bala.

Bəhruz Cəfərqulu xanın ardınca baxdı.

Bir həftədən sonra şəkilin dalınca Cəfərqulu xanın özü gəldi. Bəhruz şəkil çəkməyə gedirdi, 

dərhal geri qayıtdı. 

– Buyurun, xan, gəlin! 

– A bala, yolundan qalma, Narıncın şəkli üçün gəlmişəm, hökumət icazə verib, bir-iki günə 

gedəcəyəm...

– Xan, şəkil hazırdır, bu dəqiqə verərəm, yaxşı deyil, içəri keçin, bir stəkan çay, heç olmasa...

– Yox, bala, sağlıq-salamatlıq olsun... 

Bəhruz şəkli büküb, bürmələyib hazır vəziyyətdə gətirib Cəfərqulu xana göstərdi və dedi:

– Xan, sərgi bir-iki gündür ki, qurtarıb , yoxsa özüm gətirib gələcəkdim...

Fikir eləmə, bala, getməsəydim, gözləyəcəkdim.

– Gedək, xan, mənim də yolum sizin tərəfdir.

Çəkmək istəyirsən, nəyi?

– Yamxana kəndinə gedən yolu... 

– O haradır, bala?!

– İmamverdi türbəsindən aşağıda, vağzalın yaxınlığında, kəndə doğru uzanır...

– Hə, hə, bildim o yol bizim evdən yaxşı görünür.

Söhbət edə-edə Möminə xatın türbəsinə qədər bir yerdə gəlirlər. Sonra Bəhruz ondan ayrılmaq 

üçün ayaq saxladı. Xan şəkili ondan götürüb uşaq kimi kövrək bir halda:

– Salamat qal, bala – dedi – Allah səni bizim Naxçıvana çox görməsin, ömrün uzun olsun, 

bacardığın qədər çox çək, yaxşı çək, baxıb sevinək! 

– Məndən Narınca salam yetirin, xan!

– Salamı yetirməyinə yetirəcəyəm, bala, ürəyi nisgilli gedirəm, elə bilirəm ki, nəsə qiymətli 

bir şey itirmişəm. Allaha təvəkkül, bala, səbr etmək gərək!

Bəhruz  onun  ətli  yanaqlarının  qızardığını,  kövrəldiyini,  hətta  az  qala  ağlayacağını  gördü. 

Cəfərqulu xan Bəhruza bir də diqqətlə baxıb başını yelləyə– yelləyə çıxıb getdi. Bəhruz yerindən 

tərpənmədi, sərgidə olduğu kimi ardınca baxdı. Xan başını aşağı dikmişdi, elə bil beli də azca 

əyilmişdi. Gedib o imarətin qapısı ağzında dayanıb geriyə döndü, Bəhruzun baxdığını görüb əlini 

qaldırdı: 

– Əlvida, bala, əlvida – dedi. 

Bəhruz qədim qalaların yanı ilə İmamverdi türbəsinə tərəf endi. Türbənin yerləşdiyi sapsarı 

təpələrin ətəyi ilə vağzala doğru gedib, Yamxana kəndinə uzanan yola gəlib çıxdı. Xoş havadan, 

sakit,  gözəl  mənzərədən  yüngüllük  duyub,  kəndə  gedən  yolla  irəlilədi,  yenə  uzaqda  dağların 

qaraldığını görüb canlandı, yolun kənarında dayanıb nəfəsini dərdi. 

Görəsən  uzaqdakı  dağlara  qədər  uzanan  bu  geniş  torpaqdan,  bu  torpağın  ona  bəxş  etdiyi 

doğmalıqdan əziz ona nə var?!



 

404


İthaflar

4

Qış bərk gəldi, hələ Naxçıvan belə soyuq qış görməmişdi. Şaxta adamı qılınc kimi kəsirdi. 

Bu qış Bəhruz üçün təkcə qar, şaxta yox, həmdə dərd, kədər gətirdi. Belə soyuğa baxmadan Bəhruz 

yenə Naxçıvanı gəzib dolaşırdı. Sinəsində baş qaldıran anlaşılmaz ağrılara ikir vermədən gecə-

gündüz işləyirdi. Bir dəfə hava birdən– birə dəyişib, mülayimləşdi, az qala yaz havası kimi oldu. 

Bundan istifadə edən Bəhruz yenə şəhərə çıxıb Qurdlar məhəlləsinə tərəf getdi. Bu məhəlləni evlərin 

arasından  ucu  şiş  qülləli Atababa  məqbərəsi  aydınca  görünürdü.  Bəhruz  çoxdan  bu  məhəllədə 

olmamışdı.  Yavaş-yavaş  tozlu,  dar  küçələrdən,  sınıq  salxaq  qapıların,  köhnəlmiş  darvazaların, 

yarıuçuq torpaq hasarların, samanla suvanmış divarların yanından keçirdi. Bir döngənin başında, 

mağaraya  oxşar,  bir  yerin  qarşısında  dayandı.  Bu  mağara  tunel  kimi  uzanırdı,  sonunda  bəzəkli 

dəmir  darvaza  vardı.  Bəhruz  samanla  suvanmış  divara  söykənib  onu  çəkməyə  başladı,  başı  işə 

qarışdı, çəkdi, çəkdi, birdən darvazanın balaca qapısından qara, qoşa hörüklü, qara qaşlı, qara gözlü 

bir qız çıxdı. Bəhruzu görüb qorxdu, gözləri heyrətindən böyüdü. Addım-addım geri çəkilib, birdən 

çevrilib  qapıya  sarı  qaçdı,  arxasında  qara  hörükləri 

yelləndi. 

Bəhruzu  maraq  bürümüşdü:  indi  həyatda 

olmayan bir gəlinə – Pakizəyə necə oxşadı, iki alma 

kimi, sanki başqası yox, elə onun özü idi, mat-məəttəl, 

arxasınca baxdı. Qız qapını açıb, özünü içəri atdı, qara 

hörükləri az qala bayırda qalacaqdı. Vaxtilə ilk gənclik 

dövründə  gördüyü  bir  hadisə  elə  bil  yenidən  təkrar 

oldu.  Belə  düşüncələr  içində  yenə  qaralamalarını 

çəkdi.  Bir  də  gördü    ki,  qapı  azca  aralandı.  Pəncərə 

kimi açılan bu aralıqdan qəşəng üz görünən kimi də 

yox oldu. Dərhal qapı da örtüldü. Bəhruz gözünü qırpıb açınca qəşəng üz qeybə çəkilsə də, işıqlı 

lövhə kimi xəyalında qaldı. Qızın zil qara gözlərində yanan bir odun parıltısını aydın görə bildi. 

Elə bu vaxt çiyninə bir əl toxundu. Bəhruz çevriləndə zəhmli, qəzəbli gözlərlə baxan, əlini 

xəncərinin qəbzəsinin üstünə qoyan, qara sifətli, iri cüssəli, yekəpər bir adam gördü. Dərhal xəncəri 

qınından çıxarıb Bəhruza doğru uzatdı, gözünün qabağında sağa-sola fırladıb sonra ucunu boğazına 

dirədi: 


– İt oğlu, it, kəlmə-şəhadətini oxu, indi səni cəhənnəmə vasil edəcəyəm, xalqın namusuna, 

ismətinə sataşanın yeri gor olmalıdır. 

Bəhruz ondan bir damcı da olsun qorxmadı. Ölməyi hər şeydən üstün tutub, cəsarətlə dilləndi:

– Günahım varsa, öldür!

– Günahın yoxsa, bayaqdan qapımızı nə marıtdayırsan?

Şəkil çəkirəm, al, bax!

Bəhruz darvazanın şəklini ona uzadanda, yekəpər kişi gözucu ona baxıb yavaş-yavaş xəncəri 

geri qaytarsa da qınına qoymadı, əlində hazır tutub xırıltılı bir səslə:

– İtil burdan – dedi. – bir də gözüm səni görməsin!



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə