Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə103/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   99   100   101   102   103   104   105   106   ...   132

 

396


İthaflar

da  arvadının  bu  etinasızlığını  duydu.  Elə  bu  vaxt  Şirin  xanım  hay-küylə  özünü  içəri  atdı. 

– Ay Bəhruz, yenə bu Hürnisə yoxa çıxıb, səhərdən axtarıram, tapa bilmirəm.

Bəhruz  yerindən  dik  qalxdı.  Hürnisənin  təndirəsərin  yanından  baxan  gözlərini  xatırlayıb 

həyəcanlandı. Əl-ayağa düşdü, işi yarımçıq qoyub həyətə cumdu -Bəlkə qonşuya gedib?

– Heç yanda yoxdu...

Hürnisə qayıtmadı.

                                                        



6

Bəhruz çox götür-qoydan sonra Hürnisənin dalınca getmədi, mötəbər qohumlarından birini 

göndərdi, Hürnisə qayıtmadı. Bəhruz başa düşürdü ki, sevməsə də Hürnisəsiz qalmaq mümkün 

deyil.  Bir  həftə  keçdikdən  sonra  bunun  necə  çətin  olduğunu  bir  daha  duydu.  Bir  insan  kimi 

Hürnisiəyə öyrəşmişdi, odur ki özünə yer tapa bilmirdi. Bu müddətdə Cümsünün portretini çəkib 

bitirdi. Axırıncı variant gözəl alınmışdı. Əvvəlkiləri hirslə cırmaq istəyəndə Cümsün irəli atıldı: 

– Onları mənə verin!

– Nəyinə gərəkdir?

– Yadigar saxlayacağam.

-Axı... Axı... bekara şəkillərdir...

– Eybi yox... verin... 

– Yaxşı – Bəhruz şəkilləri qıza uzatdı – Götür!

Cümsün yaxınlaşıb sulu boya ilə işlənmiş axırıncı şəklini görəndə diksindi:

– Boy... nə qəşəng çəkmisən məni! – dedi.

Cümsünün papağı, yaylığı, saçı, üzü, burnu canlı, gözəl və təbii verilmişdi. Bəhruz karandaşla 

onun adını, hansı kənddən gəldiyini, tarixi, imzasını yazıb, şəkili götürüb bir kənara qoydu. 

Getməyə yeri olmadığı üçün Cümsün bir ay bu evdə qaldı. Bir aydan sonra Bəhruz inqilab 

komitəsində işləyən Həsən Bəktaşinin köməyi ilə ona iş tapa bildi və Cümsün həmişəlik ayrılıb 

getdi. Gedərkən özü ilə bir bağlama, bir də səliqələ bükdüyü şəkilləri apardı. Bundan sonra Şirin 

xanım da, Şirəlibəy də Bəhruzun üstünə düşüb Hürnisəni geri gətirməsini tələb etdilər. Bəhruz ipə-

sapa yatmır, inadından dönmür, qızın dalınca getməyəcəyini söyləyirdi. Onlar Hürnisəsiz darıxır, 

dalbadal soraq göndərir, bunların nəticəsiz qaldığını görüb dərd– qəmə batırdılar. Şirəlibəy həyətdə 

o yan, bu yana gəzişir, Şirin xanım allaha yalvarır, iş-güclə başını qatırdı. 

Bəhruz  indi  cavan  bir  oğlanın  portretini  çəkirdi.  Özünə  oxşayan,  başıpapaqlı,  nazik  bığlı, 

boğaza  qədər  düyməli  pencək  geyən  bu  oğlanın  sanki  dili  yox  idi,  dinib-danışmağı  sevmirdi. 

Şəhərin yaxınlığında olan Eylabad (Əliabad) kəndində yaşayırdı. Bu kənddən çox qaçıb getmişdi. 

Bəhruz onunla Eylabad kəndinin darvazasını sulu boya ilə çəkərkən tanış olmuşdu. Hər dəfə səhər 

gələndə adı Səttar olan bu gəncin uçulub dağılan darvazanın yanında dayanıb yolunu gözlədiyini 

görürdü. Bu işi tamamladıqdan sonra üzünü Səttara tutub danışdı:

– Razı olarsan şəklini çəkim?

Səttar dinməyib, başını tərpətməklə razılığını bildirdi. Bəhruz gülüb, əlini onun çiyninə vura-

vura  evini  nişan  verib  vaxtı  müəyyənləşdirdi.  Səttar  vaxtında  gəldi.  Onun  iş  otağına,  şəkillərə, 

kağızlara, maraqla baxa-baxa Bəhruzun göstərdiyi kürsüdə əyləşdi. Beləliklə sulu boya ilə Bəhruz 



397

   


        

İthaflar


gəncin portretini işləməyə başladı. Bəhruz Səttarı yola salıb şəhərə çıxdı, yenə qaçqınlara rast gəlib,  

bu  silsiləni  davam  etdirmək  haqqında  düşündü.  Naxçıvanda  təzə  hökumətin  qurulmasını  bilən 

qaçqınların  axını  daha  da  çoxalmışdı.  Məscidin,  bazarın  qabağı  dilənçilərlə  yanaşı,  qaçqınlarla 

dolmuşdu. Bəhruz tələsmədən onların yanından keçirdi. 

Bazarın  ətrafı  həmişəki  kimi  qaynayırdı,  gələn,  gedən,  satan,  alan,  qaçan,  oyun  çıxaran, 

oğurlayan,  avaralanan,  tamaşa  edən,  dilənən  adamlarla.  Hər  dəfə  qarşısına  Qədir  çıxırdı,  indi 

gözünə dəymədi, bazardan ötüb qızlar bulağına tərəf getdi. Son vaxtlar Afər də yoxa çıxmışdı. 

Bəhruz  bulağın  yaxınlığında  sərinlikdə  əyləşməyi  çox  sevirdi.  Bulağın  ətrafında  çadralı 

qızları görüb uzaqda dayandı. Qızlar ona baxa-baxa pıçıldaşır, gülüşürdülər. Onların ağ çadradan 

baxan gözlərinin parıltısı gedib ürəyə çatırdı. Birdən Bəhruz diksindi, çünki bulaqdan aralıda dərə 

ağzında Hürnisə dayanmışdı. Ona tərəf getmək istədi, özünü saxlayıb gözlədi ki, bulaq başındakı 

qızlar dağılışsınlar. Amma bulağa gələnlərin sayı gedənlərdən çox olduğu üçün ətrafı gur və hay-

küylü idi. O tərəfə baxanda ağ çadranın yoxa çıxdığını görən Bəhruzu dəhşət bürüdü. Elə bildi 

ki, dərəyə yuvarlanmışdır, sonra onun təpə ilə yuxarı qalxdığını gördükdə sakitləşdi. Arxasınca 

gedib səslədi, ağ çadralı qadın isə bircə dəfə çönüb baxdı və sürətini artırıb getdi. Bəhruz yerində 

dayandı. Çünki o Hürnisə deyildi. 

                                                           

7

Bir neçə gündən sonra Bəhruz yenə bazara gəldi. Qədiri, yaxud  Afəri görmək məqsədilə hər 

yeri ələk-vələk etsə də, onların izi-tozu belə görünmədi. Baqqal Həmid də xəstələnmişdi. Bazara 

çıxmırdı, buna görə də heç nə öyrənə bilmədi. Onları axtardığı bir vaxtda gözlənilmədən başqa bir 

adamla üz-üzə gəldi. Ancaq onu birdən-birə tanıya bilmədi.

Başına güllü yaylıq örtmüş, əyninə yaylığa uyğun gələn don geymiş, gözəl bir gəlin, balaca 

bir qızın əlindən tutub Zaviyyə məscidinin yanından Bəhruza doğru addımlayırdı. Bəhruzu görən 

kimi gözlərini ona dikib həyəcanlandı, yanaqları qızardı, az qala üstünə yüyürmək istədi. Bəhruz 

şaşqın halda döyüküb:

– Xoş gördük sizi! – şən-şən dillənən gəlinə diqqətlə baxsa da, tanıya bilmədi– Mənəm, Ziba! 

Zurnaçı Eyvazın qızı! Yenə məni tanımadınız, Bəhruz bəy?!

– Salam, Ziba, salam. Günah məndə deyil, sən çox dəyişmisən. Bu balaca sənin qızındır?

– Yox... yetimdir, anam yanında saxlayır.

Bəhruz indi qıza baxdı, bu balaca qızın qalın qaşları, dəyirmi sifəti vardı, saçlarından çoxlu 

nazik hörüklər düzəltmişdi, hamısı da çiyinlərindən sallanırdı. Birdən beynində bir işıq yandı, bu 

ki, Qədirin təsvir etdiyi qıza – onun bacısı Reyhana bənzəyirdi. Dərhal aşağı əyilib mehribancasına 

soruşdu:

– Sənin adın nədir?

Qız utanıb Zibaya sıxıldı, cavab vermədi, deyəsən bir azca qorxdu, vəziyyəti belə görən Ziba 

özü dilləndi:

– Onun adı Reyhandır, əmisi.

– Reyhan! – Bəhruz sevincini gizlədə bilmədi. – Bir ilə yaxındır ki, mən Reyhanı axtarıram. 

– Nə münasibətlə?!



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə