Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə105/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   101   102   103   104   105   106   107   108   ...   132

401

   


        

İthaflar


ucalan Haça dağı çəkməyə başladı. Araba uzaqlaşdı, get-gedə nöqtə kimi kiçildi və tamam itdi. 

Bəhruz çəkir, çəkirdi. Gördüyü də ay işığı, buludlar, bir də uzaqdakı dağlar idi. Sanki ona bunlardan 

başqa heç nə lazım deyildi. 

Bir gün sonra Bəhruz Haça dağı yenə ay işığında, evlərinin damından çəkirdi.      

Onu inqilab komitəsinə çağırdılar. Bəhruz balaca otaqda, qapının yanında, köhnə yazı stolunun 

arxasında əyləşən solğun, sakit katibə qıza yaxınlaşdı. Qız başını qaldırıb ona baxanda, zil qara 

gözlər, yaraşıqlı gözəl sifət Bəhruza tanış gəldi. Qız özü soyuq, etinasız və sakit bir halda soruşdu:

– Kim lazımdır?!

– Həsən Bəktaşi. 

– Əyləşin  Bəhruz heyrət içində azca geri çəkilib, eynən Afərə bənzəyən bu katibə qıza baxa-

baxa qalmışdı. Bilmirdi ki, qıza nə desin, necə təsəlli versin?! Qız zil qara gözlərini Bəhruza dikib 

ümidverici sözlər gözləyirdi. Bəhruz nəyi bilirdisə, şəklini çəkdiyini, son dəfə bazarda gördüyünü 

danışdı. Elə bil bu xəbərdən qız bir az canlandı. 

Payızın  son  günlərindən  birində,  Naxçıvanda  onun  yeni  sərgisi  açıldı:  Padşahlıq  bağında, 

teatr binasında. Əliqulu Qəmküsarın tamaşalarından sonra teatr belə təntənə görməmişdi. Bəhruzun 

dostları müntəzəm məşğul olduğu rəsm dərnəyinin balaca üzvləri Nəcəfağa, Mircəfər, Adil, Əli, 

Hüseyin, Şamil bu sərgini düzəltməkdə can-başla çalışmışdılar. Bütün Naxçıvan sanki axıb sərgiyə 

gəlmişdi. Qapıya uzun, qırmızı lent bağlanmışdı. Həsən Bəktaşinin, Bakıdan gələn nümayəndənin, 

məktəbli bir qızın çıxışlarından sonra qırmızı lent kəsildi və  sərgi açıldı. Bəhruz hər yana göz 

gəzdirdi.  Bu  zaman  kimsə  onu  arxadan  qucaqladı.  Geriyə  dönəndə  Əkbər  bəyi,  yanında  Zöhrə 

xanımı görüb sevindi. Onların yanında tanış bir qız gördü, birdən-birə tanıya bilmədi. Zöhrə xanım 

gülə-gülə:

– Öz qəhrəmanındır! – deyəndə, Bəhruz yaxşılaşmış, geyimi dəyişmiş Cümsünü güclə tanıdı. 

İstər-istəməz Səttarla olan söhbətini xatırladı, elə bu vaxt sərgi otağında Səttarın qırmızı əsgərlə 

yanaşı  dolaşdığını  gördü.  Hamı  içəri,  salona  girdi.  Bəhruz  sonra  Əkbər  bəylə,  Zöhrə  xanımla, 

Cümsünlə birlikdə salona girib izdihamı nəzərdən keçirdi. Hər şəklin qarşısında iki-üç adam vardı. 

O yanda Naxçıvan çaparının ətrafına yığılmışdılar. Çapara sarı gedəndə qarşısında qara gözləri 

yaşarmış bir qız dayandı, kədərlə gülümsündü. Hər şeyi unudan Bəhruz onu yenidən Afərə oxşatdı. 

Elə bil ki, Afərdir. Ancaq qız:

– Bacımın şəklini elə çəkmisiniz ki, o dəqiqə tanıdım – deyəndə onu Həsən Bəktaşinin yanına 

gedəndə gördüyünü xatırladı. Afərin bacısı idi, minnətdarlıqla baxa-baxa dedi:

Onu tapmaqda mənə kömək edin, yalvarıram.

– İnanın, əlimdən nə gəlsə, edəcəyəm! 

– Sağ olun!– deyə, qız kədər içində salonu tərk etdi.

Bəhruz evə gəldi, kədər içində yerinə uzandı. Yata bilmədi. Pəncərədən baxa-baxa xəyala 

daldı. Bu vaxt çiyinlərinə bir əl toxundu. Bəhruz qorxub diksindi, arxaya dönəndə Hürnisəni gördü. 

Bəhruz dadaş, bu qatığı için – güllü piyaləni uzatdı.

– İstəmirəm.

– Hirslənməyin, Bəhruz dadaş.

Bəhruz heyrət içində ona baxdı:

– Sən hirsli olduğumu hardan bilirsən?!



 

402


İthaflar

Mən hər şeyi bilirəm, Bəhruz dadaş.

– Belə çıxır ki, sərgimi də görmüsən?!

– Görmüşəm.

– Nə vaxt?

– Əkbər bəylə, Zöhrə xanımla danışanda, mən sənə baxırdım. 

Necə olub ki, mən səni görməmişəm?

– Sən məni heç vaxt görmürsən, Bəhruz dadaş!



3

Bir neçə gündən sonra Bəhruz sərgiyə gəlib əsərlərinə təzə gözlə baxmağa başladı. Bu əsərlərdə 

adamları, ağacları, evləri, küçələri, abidələri, mənzərələri, bir də ki, uzaqda görünən dağları ilə 

birlikdə yaşadığı, nəfəs aldığı ulu Naxçıvan boylanırdı. Hər rəng sanki söz idi, birləşib misralara, 

beytlərə, bəndlərə çevrilirdi. Bir yerdə isə poema kimi səslənirdi; Naxçıvan haqqında poema kimi! 

Bəhruz  Narıncın  karandaşla  işlədiyi  zərif,  kədərli  portretinin  önündə  dayandı.  Həyat,  tale 

haqqında  düşündü.  Kimdirsə,  bir  adam  da  gəlib  yanında  durdu,  Bəhruz  bir  az  kənara  çəkildi, 

Cəfərqulu xanı tanımadı. Öz qızının portreti qarşısında susurdu. 

Xoş gördük, xan, sizi!

Cəfərqulu xan astaca çevrildi: 

– Xoş gördük, bala. Bu şəkli harda çəkmisən belə?

– Evimdə.

– Evində?! Ola bilməz, bura ki, Makudur. Narıncı yəqin orda görmüsən. 

– Yox, xan, görməmişəm.

– Bəs necə çəkmisən? 

Bəhruz Narıncın məktub yazdığını gizlətdi. Heyrətlə çiyinlərini çəkən Cəfərqulu xanın üzü 

sərtləşdi, qırışları daha da üzə çıxdı. Bəhruz onun sualına cavabı gecikdirdiyini hiss edib dedi:

– Xan, Narınc yaxşı qızdır, həmişə xəyalımdadır, ona görə də bu şəkli çəkə bilmişəm.

Cəfərqulu xan qızardı, gözlərini ondan gizlədib bir müddət susdu, sonra:

– Məni bağışla, bala, – dedi. – O mənim yeganə övladımdır, göz bəbəyimdən artıq sevirəm onu. 

Bilirəm ki, Narınc sənin xətrini çox istəyir. Bilirəm, nə edim, indi özüm ona həsrət qalmışam. Ailəm 

orda, Makuda, mən burda. Hökumətdən icazəsiz getmərəm. Hələ ki, icazə vermirlər. Gözləyirəm.

– Narahat olmayın, xan, gedərsiniz.

– Səndən, bala, bir təvəqqəm var, ricam var...

– Buyurun, xan.

– Narıncın bu şəklini sat mənə...

– Xan! – Bəhruz əsəbiliyini gizlətməyə çalışdı. Narıncın şəklini sata bilmərəm.

Cəfərqulu xan boğuq səslə dinsə də. Üzündəki qızartı daha da çoxaldı, bu qızartı boynunu, 

boğazını da bürüdü – Mən icazə verilən kimi gedəcəyəm. İstəyirəm ki, Narınc bu şəklini görsün, 

sevinsin.

– Xan, bunu mən də istəyirəm. Onda ... onda... Uşaqlıq eləmə, sat bu şəkli!

– Satmaram, elə-belə verərəm, arxayın olun, xan sərgi başa çatan kimi göndərərəm sizə...




Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə