Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə107/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   103   104   105   106   107   108   109   110   ...   132

405

   


        

İthaflar


Bəhruz  bu  təhqiri  uda-uda  yerindən  tərpənmək  istəmədi,  başdan–  ayağa  yekəpər  kişiyə 

diqqətlə baxdı,beynindən ildırım kimi onu çəkmək ikiri keçdi və dedi:

– Bir təvəqqəm var: icazə ver şəklini çəkim!

Dedim ki, itil gözümdən. Eşitmirsən, itil, nə qədər ki salamatsan, rədd ol burdan. Tez!!!

Hirslə  xəncəri  göyə  qaldıırdı.  Bəhruz  ona  acı-acı  baxıb  tələsmədən  sakit-sakit  uzaqlaşdı. 

Küçənin başında ayaq saxlayıb geriyə döndü, yekəpər hələ də əlində xəncər tutub dayanmışdı.



                                                     

5

1922-ci il.  Bəhruz ağır xəstələndi. Əli Mirzə Abbasov bir neçə dəfə gəlib təcili tədbirlər görsə 

də, bir xeyri olmadı.

Bəhruz müdhiş yuxular içində çapalayırdı. Yuxusunda Şirin xanımın danışdığı Sənubər əfsanəsi 

canlanırdı. Görürdü ki, hər iki tərəfdə təzəcə boy atan, cərgə-cərgə uzanan sənubər ağaclarının 

arasıyla gedir. Birdən bu ağaclar gözəl qızlara çevrilirdi. Hamısı da əl edib Bəhruzu səsləyirdi. O 

bu qızların yanından sürətlə ötür, qarşıdakı bozumtul qayanın başında dayanan bir məlakəyə doğru 

can atırdı.  Sürətlə getsə də, qəribə idi ki, ona çata bilmirdi. Elə təsəvvür edirdi ki, qaya yaxındadır, 

əlini uzatsa  tutar, ona görə yüyürürdü, bunun xeyri olmurdu. Birdən uçub özünü qayanın başında, 

məleykənin böyründə gördü. Bu məleykə Afər idi ki! Qayanın altından gur çay axırdı. Araz çayı. 

Afər qayanın kənarına cumurdu. Bəhruz onu tutmaq, saxlamaq istəyir, heç cürə bacara bilmir, Afər 

ipə-sapa yatmır, özünü qayadan aşağı atmağa çalışırdı. Birdən cərgə-cərgə uzanan barmaq boyda 

sənubər ağaclarını gördü. Bu ağaclar gecə təyyarə meydanında yanan işıqlar kimi uzanır və Bəhruz 

onların arası ilə uçurdu. Uça-uça Arazın dalğalarının qoynuna düşürdü və yuxudan oyanırdı. 

Əkbər bəy  Zöhrə xanımla tez-tez ona dəyir, əhvalını öyrənir, tanış, yaxşı həkimlər gətirirdilər. 

Onların da köməyi olmadı. Faytonçu Kərbəlayi Abbas adı-sanı çıxmış ara həkimi tapıb Bəhruzun 

üsünə apardı. Bu ara həkiminin anlaşılmaz oyunları nəticəsiz qaldı. Ən nəhayət, Şirəlibəy məsləhət-

məşvərətdən sonra Tilisə, Nadir Şengeleyanın dalınca getməyə məcbur oldu.

Hürnisə:

–  Bəhruz  dadaş!  –  deyə  yanından  əl  çəkmirdi.  Geyindirir,  yedirir,  hər  arzusuna,  istəyinə 

əməl edir, nə gecə bilirdi, nəd də gündüz. Bəhruz yenə hərarət içində yuxu dalğalarının qucağında 

çırpınırdı. Sənubər cərgələrinin arası ilə yüyürməkdən yorulmur, qayanın başında isə Afəri, gah 

Nazlı, gah Ziba, gah da Sənubərin özü əvəz edirdi.

Əli Mirzə Abbasovun gəlişindən, yeni dərmanlarından sonra Bəhruz bir az babatlaşdı. Hərarəti 

aşağı düşdü, sakitləşdi, gözlərini açdı. O gün Hürnisənin üzü güldü, hər cür xidmət göstərib, “sənə 

şad xəbər verəcəyəm” deyə Bəhruzu hətta intizarda qoydu. Bəhruz yenə şəkil çəkməyə can atdı, 

amma bacarmayıb əsəbləşdi, ikirli-ikirli yerində qaldı. 

Axşam Hürnisə Bəhruzun başına dolanıb dedi:

– Şad xəbər eşitmək istəyirsən?

– O nə xəbərdir elə?

– Nazlı Türkiyədən qayıdıb gəlib.

– Niyə?!


– Əri Ziya bəy qəzaya düşüb. Ölüb. Ona görə. Nazlı səni görmək istəyir.


 

406


İthaflar

– Axı mən ağır vəziyyətdəyəm.

– Nə olar ki?!

– İstəmirəm məni bu vəziyyətdə görsün. Sağalım sonra...

– Onun sənə deyiləsi vacib sözü var...

Bu  xəbər  Bəhruzu  sevindirmədi,  Hürnisənin  israrından  sonra  Nazlı  ilə  görüşməyə  razılıq 

verdi. 

Bəhruz ayaq üstə dayanan Nazlıya baxırdı. Onun az vaxt ərzində dəyişildiyinə məəttəl qaldı. 



Nazlı  kökəlmiş,  buxaq  bağlamışdı.  Başına  şüşə  kimi  saf,  zərli,  naxışlı  yaylıq  örtmüşdü,  yaylıq 

elə saf idi ki, qulaqlarındakı gümbəzvari sırğaların nöqtə-nöqtə  daş-qaşlarından süzülən parıltını 

gizlətmirdi. Paltarı uzun olsa da dar idi. Ümumi söhbətdən sonra Nazlı İstanbulda ərinin Bəhruzun 

yeddi şəklini baha qiymətə satdığı haqqında məlumat verdi. Əri hətta yadigar kimi qalan iki etüdü, 

Nazlının karandaşla işlənmiş portretini necə zorla gəlib götürüb apardığını danışdı. Bu şəkillərini 

də Ziya bəy eyni adama yenə yüksək qiymətə satdı. Bəhruz indi 1916-cı ildə, ikinci dəfə açdığı 

sərgidən ondan qəpik-quruşa çoxlu şəkil aldığını dumanlı şəkildə yadına sala bildi. Demək həmin 

adam Nazlının əri Ziya bəy idi, nə uzaqgörənmiş, onlardan necə böyük məharətlə istifadə etmişdi. 

Görəsən İstanbulda bu şəkilləri baha qiymətə alan adam kimdir və məqsədi, ikri nədir?! Nazlı 

bunları bilmirdi, Bəhruza şəfa arzuladı, daha dayanmayıb, göz yaşlarını axıda-axıda çıxıb getdi. 

Bu görüşdən sonra Bəhruz özünü olduqca yaxşı hiss etdi. Hətta şəkillər çəkməyə başladı: 

gündüz  yanında  yatan  qardaşları  Davudun  və  Rüstəmin  şəkillərini,  sonra  avtoportretini  çəkdi. 

Bunlar onun axırıncı, son işləri oldu. Vəziyyəti birdən birə gözlənilmədən yenə ağırlaşdı. Yenə 

dəhşətli yuxular başladı. Bu dəfə Araz çayı boyunca qaçırdı. Onun dalğalarında üzürdü. Bu çayın 

sahillərini o qədər gəzib dolaşmışdı ki, ürəyində Araz etüdlərini yaratmaq ikri doğmuşdu. Onların 

bir neçəsi hazır idi. Naxçıvanın kəndləri, abidələri yadından çıxmırdı. Hələ uzaqdakı dağlar! Onları 

çəkməkdən doymamışdı. Ona elə gəlirdi ki, hələ bu dağlara toxunmayıb, hələ onları bundan sonra 

çəkəcəkdir. Bakıya, Təbrizə, Şamaxıya, Gəncəyə, Dərbəndə, Qarabağa getmək ən böyük arzusu 

idi. Tilisdə dostlarını görmək eşqilə uçurdu. Naxçıvan tarixindən rəngli tablo yaratmağa çalışırdı. 

Axı  hələ  nə  etmişdi  ki?!  Hər  yuxu  dalğası  ona  bir  mənzərə  göstərirdi:  Revaz Abasadze  hirsli-

hirsli nəsə deyirdi, Mariya Ratiyeva ağ qollarını açıb üstünə gəlirdi, Eyfel qülləsinin başında Xəlil 

Musayev bir ayağı üstdə dayanıb uçmağa hazırlaşırdı, yenə sənubər ağaclarının cərgəsi uzanırdı, 

bu cərgələrin arası ilə gah Nazlı, gah Afər, gah da Ziba qaçırdı, sonra Lado Qudiaşvili gözlərini 

qıya-qıya çaxır içirdi. Sonra şlyapasını əlində oynadan ağlamağa hazırlaşan Mişa Çiaurelli, sonra 

Ketovan, Kosta...

Belə bir vaxtda Şirəlibəy Şengelaya ilə birlikdə Tilisdən qayıdıb gəldi. Əli Mirzə Abbasov 

Bəhruzun başı üstdə dayanmışdı. Şengelaya onunla dost kimi görüşdü, qucaqlayıb bağrına basdı. 

Hamı bilirdi ki, Şengelayanın gətirilməsi ancaq təsəlli idi, ümidlə, vicdanın sakitliyi ilə əlaqədardır. 

Hər iki dost həkim dərhal yeni bir tədbir ikirləşdilər.

Lakin...


                                                              

6

Lakin... Bir gün səhər fevralın 7-də Bəhruz Kəngərli gözlərini əbədilik yumdu.       

Dəfn günü bütün Naxçıvan ayağa qalxmışdı. Nazlı oğlu ilə göz yaşları içində qapqara çadraya 



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə