Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə118/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   114   115   116   117   118   119   120   121   ...   132

 

442


İthaflar

Mirbağır ağa (Məmmədağa Dadaşov).

“Yarımçıq şəkil” tamaşası. Bakı. 1967.


443

   


        

İthaflar


Bəhruz.'>Bəhruz. Mən ki, səhnədə oynamıram.

Ziyad. Nə olsun ki oynamırısan. 

Mirbağır  ağa.  Deyirlər  bütün  bu  əməsalahı  sən  düzəltmisən.  Bu  əmmamələr,  ləbbadələr, 

deyirlər,  hamısı  sənin  buyruğun  ilə  tikilib.  Hətta  deyirlər  ki,  qurbanı  olduğum  İmamzadanı  da 

burada sən düzəltmisən.

Bəhruz. Mən rəssamam. 

Mirbağır ağa. Xəbərim var. Məndən soruşsaydın, heç ona da razı olmazdım. Qurani-şərifdə 

yazılıb ki, gərək bəndeyi-islam bəni-insan rəsmi çəkməsin. Bunlar kair işidir. 



Bəhruz. Düzdür. Elə yazılıb. 

Mirbağır ağa. Vaxta ki, elə yazılıb, gərək bəndeyi-islam da əməl eləsin. Neynək! İndi ki, 

maşallah rəssam olmusan, nə olar? Çək cəddinə qurban olduğum Məhəmmədin şəklini, çək qolları 

qələm olmuş Həzrət Abbasın şəklini (Bəhruz acı-acı gülümsəyir). Yox, əgər onlar da ürəyinə yatmır, 

neynək, Rüstəm Zalı çək, Bəhram Guru çək. Yoxsa bu nədir? Atmısan iş-gücünü qoşulmusan bu 

lotu-bambılılara.

Bəhruz. Mən sənətkaram.

Mirbağır ağa. Ol da, neynək? Amma belə bəd əməllərə qol qoyma!

Bəhruz. Sabiri oxumusanmı heç? “Hophop”u deyirəm.

Mirbağır ağa. O, ləinin biridir, babıdır. 

Bəhruz. O, yazıb ki:

Şairəm çünki vəzifəm budur əşar yazım,

Gördüyüm nikü-bədi eyləyim izhar yazım.

Mirbağır ağa (əsəbi). Deməli, sən də? 

Bəhruz. Mən də, Mirbağır ağa, mən də!

Mirbağır ağa. Onda sənə də min lənət, sənin “Hophop”una da, “Molla Nəsrəddin”inə də 

(Qapıya tərəf gedir, birdən ləbbadəsinin ətəklərini yığışdıra-yığışdıra). Lap mənim təqlidimi 

çıxardan o məluna da. Bunun cavabını sən özün ver, Ziyad bəy!

Əsəbi halda çıxır. Bəhruz onun dalınca baxıb gülür.

Ziyad. Ə, yəni sən belə ağız-burun bahəm eləmisən?

Bəhruz. Sakit, tamaşa gedir. 

Ziyad.  Başınıza  dəysin  tamaşanız.  Daha  şəhərdə  adam  tapmadız?  Gərək  mənim  dədəmə 

dolaşaydız? Dayan, indi mən onların bir tikəsini qulaqları boyda eləyim, onda görsünlər (Səhnəyə 



hücum edir).

Bəhruz. Geri dur, ayıbdır. 

Ziyad. Ayıb sizə olsun, siz utanın. Mənə Hacı Kazım oğlu Ziyad deyərlər. Sən öləsən səsini 

çıxartsan meyidini elə burada sərərəm. 



Bəhruz. Onlar sənə nə pislik eyləyiblər?

Ziyad.  Canım,  mənə  vəzzariət  oxuma.  Çəkil!  (Yenə  səhnəyə  hücum  etmək  istəyir.  Bəhruz 

müqavimət göstərir). Çəkil deyirəm sənə.

Bəhruz (əsəbi və həyəcanlı). Qoymaram, qoymaram onlara toxunasan. Bacarırsan məni öldür. 


 

444


İthaflar

Sinəsini açıb onun qarşısında dayanır. Ziyad əlini cibinə atıb bıçaq çıxarmaq istəyir, bu vaxt 

arxadan  gurultulu alqış səsləri gəlir. 

Oğulbəy. Bəhruz, hardasan, tez ol, səhnəyə.

Getmək istəyir. Ziyad bunu eşidib hirslə



Ziyad. Yaxşı, bizimki qalsın sonraya, danışarıq!

Çıxır, bu vaxt Qəmküsar səhnədən, Şirin isə bayırdan gəlir.



Şirin. Nə gözəl şeymiş bu teatr, ay bala! Canın üçün o qədər gülmüşəm ki...

Qəmküsar. Hə, necə bilirsən, Şirin xala, məndən şeyx olar ya yox?

Şirin. Şeyx nədir, canım, səndən lap müctəhid də olar.

Qəmküsar.  Bəhruzu  evləndirəndə  kəbinini  özüm  kəsəcəyəm.  Qoymaram  molla  mənim 

ruzuma şərik olsun.

                                     

Yasamən gəlir.

Yasəmən. Dadaş! 

Bəhruz. Yasəmən, bacım! (onu bağrına basır). Bu güllər nədir, ay qız? Hardan yığmısan 

bunları?


Yasəmən. Mən yığmamışam, ay dadaş, bunları sənə Tilisdən göndəriblər.

Bəhruz (ikirli). Tilisdən?

Yasəmən. Deyəsən içində kağız da var.

Bəhruz  (tez  güllərin  arasından  kağızı  tapır).  “Hörmətli  Bəhruz,  sizi  də,  dostlarınızı  da 

ürəkdən təbrik edirəm. Sizin fırça tutan əllərinizi öpməyə, məğrur başınız önündə səcdə etməyə 

hazıram.  Lütfkarlığınız mənim üçün ən böyük səadət olar. Eteri...” (Məktubu bükür, cibinə qoyub, 

ikirli) Fırça tutan əl, məğrur baş,  yenə də həmin sözlər, yenə də o...

                                        



İşıq sönür.

                          

                                     



445

   


        

İthaflar


SƏHNƏ QABAĞI

Gecə... Sakit küçə... Mirbağır və Ziyad Qəmküsarın qarşısını kəsirlər...

Mibağır ağa. Dayan ləinin biri ləin!

Ziyad. Ayaq saxla!

Qəmküsar (qaranlıqda onları tanımır). Kimsiz, nə istəyirsiz?

Mirbağır ağa. Canına azar istəyirik, ürəyinə dərd.

Qəmküsar. Niyə özünüzdən çıxmısız? Sizə nə pisliyim dəyib?

Ziyad. Sən bütün şəhəri özündən çıxartmısan, bişərəf!

Qəmküsar. Əl çəkin məndən, mən şairəm, mühərrirəm. 

Mirbağır ağa. Şair, mühərrir. Zatına bələdəm sənin. Yeddi arxa dönənini tanıyıram. Ağayi-

Qəmküsar!



Qəmküsar (onu tanıyır, bərkdən gülür). Necə? Sənsən, Mirbağır ağa? Mən də elə bildim 

haranın quldur-qaçağıdır gecə vaxtı üstümə hücum çəkən. Molla da adama əl qaldırar? Siz ki, ruhani 

bir aləmdə yaşayırsız, hurilərlə, qılmanlarla dərdləşirsiz. Şeyx Nəsrullah demişkən, yediyiniz də 

gündə bir xurmadır.



Mirbağır ağa. Çəkmə şeyx Nəsrullahın adını. O fırıldaqçı, bambılı imiş.

Qəmküsar.  Yaxşı,  onda  mənim  qabağımı  niyə  kəsmisiz?  Mən  ki,  Şeyx  Nəsrullahın 

fırıldaqlarını göstərirəm.



Mirbağır ağa. Bəs Hacı Kazım,  bunun dədəsi?

Ziyad. Bəs Hacı Həsən, Hacı Bəxşəli?

Mirbağır  ağa.  Yox,  sən  elə  bu  gecə  şəhərdən  çıxmalısan,  məlun!  Mən  bilirəm  sən  hansı 

yuvanın quşusan. Ə, Ziyad, nə durmusan?



Qəmküsar. Dayanın! Bu şəhərdən haraya getsəm də, mən yenə buraya qayıdacağam. Qorxun 

o gündən ki, sizi bu şəhərdən qovacaqlar. 



Ziyad.  Hələlik  bu  şəhərin  ağası  bizik.  Mən  elə  buradaca,  bu  qaranlıqda  sənin  nəfəsini 

kəsəcəyəm.

Onun üstünə hücum çəkir.

Qəmküsar. Nadanlar!.. Gör hələ bizim yolumuzda nə qədər daş-tikan var? Gör idrak sahibləri 

nələr çəkir, nələr?



İşıq sönür. Pərdə

ALTINCI ŞƏKİL

1920-ci ilin baharı. Dördüncü şəkildə gördüyümüz otaq.  

Bəhruz ağır addımlarla yan otaqdan çıxır. Şirin ona yaxınlaşır.

 

Şirin. Qızdırman bu gün bir az düşüb. Al bu bir dilim almanı ye, həkim də harada olsa gələr.

Bəhruz. Gözlərim qaralır, heç nə görmürəm. 


Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə