Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə184/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   180   181   182   183   184   185   186   187   ...   213

 

426


 

Məhdud tərkibli təşkilatlar regional ola bilərlər, yəni onlar müəyyən ərazidə yerləşən 

ölkələr  üçün  açıqdırlar.  Məsələn,  Müstəqil  Dövlətlər  Birliyi,  Ərəb  Dövlətlərinin  Liqası, 

Avropa Şurası. 

Digər hallarda üzvlük imkanı başqa meyarlarla müəyyən edilir. Iqtisadi Əməkdaşlıq 

və İnkişaf Təşkilatında yalnız sənayecə inkişaf etmiş ölkələr iştirak edirlər. OPEC-in üzvləri 

yalnız əsas gəlir mənbəyi neftin ixracı olan ölkələr ola bilərlər. 

 

Səlahiyyət xarakterindən asılı olaraq təşkilatlar ümumi və xüsusi səlahiyyətə malik 

təşkilatlara  bölünürlər.  Birinci  halda  səlahiyyət  hər  hansı  bir  əməkdaşlıq  sahəsi  ilə 

məhdudlaşmayıb.  Nümunə  kimi  BMT-ni  göstərmək  olar.  Bu  təşkilat  istənilən  beynəlxalq 

problemi  nəzərdən  keçirə  bilər.  Burada  yalnız  onun  ixtisaslaşdırılmış  təşkilatlarının 

səlahiyyətinə  aid  edilən  konkret  məsələlər  istisna  təşkil  edir.  Bu  cür  geniş  səlahiyyət 

universal  təşkilatların  fəaliyyətində  özünü  göstərməyə  bilməz.  Belə  ki,  bu  cür  təşkilatlar 

məcburi xarakterli qərarlar qəbul etmək hüququna malik deyillər və buna görə də müzakirə 

və  tövsiyələrin  qəbulu  ilə  kifayətlənirlər.  Sülhün  təmin  edilməsi  üçün  yalnız  BMT-nin 

Təhlükəsizlik Şurası üçün istisna edilmişdir. Təhlükəsizlik Şurası müəyyən hallarda hüquqi 

cəhətdən məcburi qərarlar qəbul edə bilər. 

 

Təşkilatların  əksəriyyəti  məhz  dövlətlərarasıdır,    üstmilli  hakimiyyətə  malik 

deyillər, üzvlər onlara  öz hakimiyyət funksiyalarını vermirlər.  Bu  cür təşkilatların vəzifəsi 

əməkdaşlığın tənzimlənməsindən ibarətdir. 

 

Bununla  yanaşı,  hazırda,  üstmilli  təşkilatlar  da  mövcuddur.  Dövlətlər  bəzi  suveren 



səlahiyyətlərinin  həyata  keçirilməsin  bu  cür  təşkilatlara  verirlər.  Müəyyən  məsələlər  üzrə 

onlar hüquqi  və fiziki şəxslər üçün bilavasitə məcburi olan qərarlar qəbul edə bilərlər. Bu 

təşkilatlar  qəbul  etdikləri  qərarların  məcburi  həyata  keçirilməsi  mexanizminə  malikdirlər. 

Nümunə kimi Avropa Birliyinin üzv-ölkələrinin dövlətlərarası orqanlarını göstərmək olar. 

 

Beynəlxalq  təşkilatda  baş  verən  prosesin  mahiyyəti  onun  üzvlərinin  maraqlarının 



aşkarlanmasından, onların razılaşdırılmasından, bu əsasda ümumi mövqenin işlənməsindən, 

müvafiq  vəzifələrin,  həmçinin  qərarların  həyata  keçirilməsinin  metod  və  vasitələrinin 

müəyyən edilməsindən ibarətdir. 

Təşkilatın  fəaliyyətinin  əsas  mərhələləri  müzakirədən,  qərarların  qəbulundan  və 

onların  yerinə  yetirilməsi  üzərində  nəzarətdən  ibarətdir.  Buradan  beynəlxalq  təşkilatın  üç 

əsas funksiyası irəli gəlir: tənzimləmə, nəzarət, əməliyyat. 



 

427


 

Tənzimləmə  funksiyası  hazırda  ən  vacib  funksiyadır.  Bu  funksiya  üzv-dövlətlərin 

məqsədlərini,  prinsiplərini,  davranış  qaydalarını  müəyyən  edən  qərarların  qəbulundan 

ibarətdir.  Bu  cür  qərarlar  yalnız  mənəvi-siyasi  qüvvəyə  malikdir,  lakin,  onların 

dövlətlərarası  münasibətlərə  və  beynəlxalq  hüquqa  təsirini  qiymətləndirməmək  olmaz: 

istənilən dövlət üçün beynəlxalq təşkilatın qərarına qarşı çıxmaq çətindir. 

Təşkilatların  qətnamələri  beynəlxalq  hüquqi  normalar  yaratmır,  lakin  həm  hüquq 

yaradıcılığı, həm də hüquq tətbiqedici proseslərinə ciddi təsir göstərir. Beynəlxalq hüququn 

bir  çox  prinsip  və  normaları  ilkin  olaraq  qətnamələrdə  formalaşdırılmaşdır.  Əməkdaşlığın 

xüsusi sahələrində  (maliyyə, rabitə, nəqliyyat və  s.) beynəlxalq  hüququn normaları  əsasən 

təşkilatların köməyi ilə yaradılmışdır. 

Qətnamələr beynəlxalq problemləri aktullaşdırmaqla vacib funksiya yerinə yetirirlər. 

Belə  ki,  qətnamələrdə  beynəlxalq  problemlər  təsdiq  edilir,  onların  beynəlxalq  həyatın 

reallıqlarına münasibətdə konkretləşdirilməsi baş verir: konkret vəziyyətlərə normalar tətbqi 

etməklə təşkilatlar onların məzmununu açırlar. 



Nəzarət  funksiyası  dövlətlərin  davranışının  beynəlxalq  hüququn  normalarına, 

həmçinin  qətnamələrə  uyğunluğuna  nəzarətin  həyata  keçirilməsindən  ibarətdir.  Bu 

məqsədlə təşkilat müvafiq informasiyanı yığmaq və təhlil etmək, onu müzakirə etmək və öz 

fikrini qətnamələrdə əks etdirmək hüququna malikdir. Bir çox hallarda dövlətlər müntəzəm 

olaraq təşkilatın müvafiq sahələrdə norma və aktlarının yerinə yetirilməsi barədə hesabatlar 

təqdim etməyə borcludurlar. 



Əməliyyat funksiyası dedikdə, məqsədlərin təşkilatın özünün vəsaitləri hesabına əldə 

edilməsi  başa  düşülür.  əksər  hallarda  təşkilatlar  reallığa  suveren  üzv-dövlətlər  vasitəsilə 

təsir edirlər. Bununla yanaşı, getdikcə dolayı fəaliyyətin də rolu artır. Təşkilat iqtisadi, elmi-

texniki və digər yardımlar edir, məsləhət xidmətləri göstərirlər. 



Beynəlxalq təşkilatların üzvləri yalnız suveren dövlətlər ola bilər. Onların orqanları 

beynəlxalq  təşkilatların  üzvləri  ola  bilməzlər,  baxmayaraq  ki,  bəzən  bu  cür  təşkilatları 

hökumətlərarası təşkilatlar adlandırırlar. Dövlətin müəyyən hissəsi də beynəlxalq təşkilatın 

üzvü ola bilməz. Bütün üzvlər təşkilatın orqanlarının işində bərabər hüquqla iştirak edirlər 

və onun fəaliyyətinə görə məsuliyyət daşıyırlar. 

Ikinci  dünya  müharibəsindən  sonra  müstəmləkə  ölkələri  beynəlxalq  təşkilatların 

üzvlərinə qarşı irəli sürülən tələblərə cavab vermirdilər və təşkilatların fəaliyyətində maraqlı 

deyildilər.  Problemin  həlli  üçün  assosiativ  üzv  anlayışından  istifadə  edilməyə  başlandı. 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə