Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə187/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   183   184   185   186   187   188   189   190   ...   213

 

434


 

 



kommersiya danışıqlarının sürətlənməsinə, yüngülləşməsinə və ucuzlaşmasına imkan 

verir,  çünki,  xarici  qanunvericiliyin  və  onun  tətbiq  praktikasının  öyrənilməsinə 

ehtiyac aradan qalxır; 

 



müqavilə  tərəflərinin hüquq və  öhdəliklərini  birmənalı  şəkiləd  başa düşmələri üçün 

şərait yaradır; 

 

daha  güclü  partnyorun  zəif  partnyora  onun  üçün  faydalı  müqavilə  şərtlərini  qəbul 



etdirməsi  imkanlarını  aradan  qaldırır  ki,  bu  da  beynəlxalq  ticarətdə  qeyri-bərabər 

ayrı-seçkilik münasibətlərinin ləğv edilməsi üçün mühüm əhəmiyyət kəsb edir

 

alıcı və satıcının müqavilə üzrə əsas öhdəliklərini müəyyən edir



 

konvensiyada iştirak etməyən dövlətlərə aid tərəflər arasında  mübahisələr  yarandığı 



halda  müqavilənin  subyektləri  (müqavilə  tərəfləri)  və  obyektləri  (müqavilənin 

predmeti) üzrə münasibətləri tənzimləyir

 

aid olmadığı alqı-satqı müqaviləsi obyektlərinin siyahısını müəyyən edir; 



 

konvensiyanın tətbiq edilmədiyi alqı-satqı müqavilələrinin əlamətləri müəyyən edilir. 



Konvensiyanın  xarakteri  normativdir,  yəni  onda  əks  olunan  müddəalar  hüquq 

normaları  hesab  edilir,  lakin  onlar  dispozitiv  xarakter  kəsb  edirlər.  Bu  o  deməkdir  ki, 

tərəflər müqaviləni bağlayarkən Konvensiyanın istənilən müddəasına əməl etməyə bilərlər. 

Beynəlxalq  iqtisadi  əlaqə  qaydalarının  unifikasiyasında  müxtəlif  beynəlxalq 

müqavilələrin hazırlanması üzrə rəhbərliklər xüsusi yer tutur. Bu sənədlər adətən BMT-nin 

Avropa İqtisadi Komissiyası tərəfindən hazırlanır. 



Müqavilələrin  hazırlanması  üzrə  rəhbərlik  xarici  iqtisadi  əməliyyatların  müxtəlif 

növləri  üzrə  müqavilələrin  mümkün  bağlanma  formalarını,  onların  strukturunu  və  əsas 

maddələrinin məzmununu əks etdirir. Nümunə kimi aşağıdakıları göstərmək olar: 

 



konsultativ injinirinq (bununla əlaqədar texniki dəstək aspektləri də aid olmaqla) üzrə 

beynəlxalq müqavilələrin hazırlanması üzrə rəhbərlik (BMT AİK, 1979-cu il); 

 

sənaye əməkdaşlığı üzrə beynəlxalq müqavilələrin hazırlanması üzrə rəhbərlik (BMT 



AİK, 1976-cı il); 

 



konkret layihəni həyata keçirmək üçün bir araya gəlmiş tərəflər arasında beynəlxalq 

müqavilələri hazırlanması üzrə rəhbərlik (BMT AİK, 1979-cu il); 

 

sənaye  və  digər  qurğuların  maddi-texniki  xidməti,  təmiri  və  istismarı  ilə  əlaqədar 



xidmətlər  üzrə  beynəlxalq  müqavilələrin  hazırlanması  üzrə  rəhbərlik  (BMT  AİK, 

1987-ci il). 




 

435


 

Tipik  müqavilə  ticarət  praktikası  və  ya  adətləri  nəzərə  alınmaqla  yazılı  şəkildə 

hazırlanmış  nümunə  müqaviləsi  və  ya  unifikasya  edilmiş  şərtlər  toplusudur.  Bu  müqavilə 

razılığa gələn müqavilə subyektləri tərəfindən konkret sazişin tələbləri ilə razılaşdırıldıqdan 

sonra qəbul edilirlər. 

Tipik  müqavilə  beynəlxalq  alqı-satqı  müqaviləsi  kimi  o  halda  istifadə  olunur  ki, 

tərəflər  yalnız  razılaşdırma  tələb  edilən  maddələri  (tərəflərin  adları,  kəmiyyət,  keyfiyyət, 

qiymət, müddət, sazişin yeri) doldurur və imzalayırlar. 

Maddi-əşyavi  formada  əmtəələrin  alqı-satqısı,  lisenziyaların  verilməsi,  injinirinq 

xidmətlərinin  göstərilməsi,  icarə  beynəlxalq  müqavilələri  üzrə  tipik  müqavilələr  BMT-nin 

Avropa  İqtisadi  komissiyası,  sahibkarların  sahəvi  birlikləri,  iri  firmalar  tərəfindən 

hazırlanmışdır. 

Qeyd etməliyik ki, yuxarıda sadalananlar üstmilli tənzimlənmənin taktiki alətləridir. 

Onun strateji alətlərinə isə aşağıdakılar daxildir: 

 



Beynəlxalq Valyuta Fondu; 

 



Dünya Bankı Qrupu; 

 



Ümumdünya Ticarət Təşkilatı; 

 



Avropa Birliyinin siyasi, üstdövlət inzibati və və maliyyə-iqtisadi strukturları; 

 



Beynəlxalq  koordinasiya  təşkilatları  (London  və  Paris  bankları,  Beynəlxalq 

Hesablaşmalar Bankı); 

 

London,  Nyu-York  və  Tokio  mərkəzlərinin  aparıcı  rol  oynadıqları  beynəlxalq 



maliyyə mərkəzləri; 

 



əmtəə, xidmət, kapital hərəkətinin  ümumdünya şəbəkələrinə nəzarət  edən transmilli 

şirkətləri və transmilli banklar

 

BMT-nin maliyyə-iqtisadi və sosial qurumları. 



Qlobal tənzimlənmənin əsas strateji alətləri rolunu BVF, DB və ÜTT oynayırlar. Biz 

onların  qlobal  fəaliyyətləri  barədə  əvvəlki  bölmələrdə  müəyyən  qədər  məlumat  vermişik. 

Bunu  xatırlatmaq  istərdik  ki,  son  20  ildə  BVF-nin  fəaliyyəti  bir  neçə  aspektdə  xüsusi 

əhəmiyyət kəsb edib: 

 

böhran vəziyyətində olan inkişaf etməkdə olan ölkələrə yardım göstərilməsi; 



 

bazar dəyişiklikləri (islahatları) proqramlarının maliyyələşdirilməsi; 



 

böhranların qarşısının alınması üçün proqram, tədbir, təkliflər və s.-nin hazırlanması; 




 

436


 

 



dünyanın  maliyəə-iqtisadi inkişafının qeyri-sabitliyinin  neytrallaşdırılnması cəhdləri 

ilə əlaqədar inkişaf etmiş ölkələrin səylərinin koordinasiyası. 

Dünyada baş verən sürətli inkişaf prosesləri, güclənən inteqrasiya prosesləri, keçmiş 

sosialist  ölkələrinin  yeni  sistemə  transformasiyası,  qloballaşma  prosesinin  birmənalı 

olmayan  nəticələri  yeni  dünya  tənzimləmə  sisteminin  yaradılmasını  zəruri  edir. 

Formalaşmış  yeni  şəraitdə  keçmiş  SSRİ  respublikalarını,  həmçinin  Mərkəzi  və  Şərqi 

Avropa ölkələrini dünya siyasi və iqtisadi sisteminə cəlb etmək üçün inkişaf etmiş ölkələr 

ikinci  dünya  müharibəsindən  sonrakı  dövrdə  yaradılmış  təşkilatlar  kimi  qurumları  təsis 

etmək  iqtidarında  olmadılar.  Qloballaşmanın  iqtisadi,  siyasi  və  digər  problemlərinin  həll 

edilməsi  iri  dövlətlərdən,  xüsusilə  ABŞ,  Avropa  Birliyi,  Kanada,  Yaponiya,  Rusiya,  Çin, 

Hindistan,  Braziliya  və  digər  ölkələrdən  əməkdaşlığın  inkişaf  üzrə  real  səylərin 

göstərilməsini  tələb  edir.  Mövcud  təşkilatları  modernləşdirmək  və  ya  yeni  qurumlar 

yaradılması  zəruridir.  Bu  təşkilatlar  qlobal  perspektivlərə  və  üstmilli  xarakterli  qərarlar 

qəbul etmək üçün səlahiyyətlərə malik olmalıdırlar. Onlar bu qərarların yerinə yetirilməsinə 

səmərəli  nəzarət  mexanizmini  formalaşdırmalı  və  eyni  zamanda  öz  fəaliyyətlərinin 

şəffaflığına və hesabatlılığına əməl etməlidirlər. 

Yuxarıda  deyilənlər  göstərir  ki,  dünya  təsərrüfat  əlaqələrinin  beynəlxalq 

tənzimlənməsi  müxtəlif  səviyyələrdə  (dünya,  regional,  ölkələrarası,  firmalararası)  həyata 

keçirilir, beynəlxalq iqtisadi münasibətlərin bütün formalarını əhatə edir və özündə müxtəlif 

alətləri  əks  etdirir.  Beləliklə.  unifikasiya  və  kodifikasiya  üzrə  həyata  keçirilən  işlər  hüquq 

yaradıcılığı  prosesinin  bir  hissəsi  olmaqla  beynəlxalq  iqtisadi  hüququn  proqressiv 

inkişafının bir formasıdır. 

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə