Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə195/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   191   192   193   194   195   196   197   198   ...   213

 

456


 

Göstəricilər sistemi yaxınlaşmaqda olan təhlükə barəsində vaxtında məlumat almağa 

və  onun  qarşısının  alınması  üçün  tədbirlər  görməyə  imkan  verir.  İqtisadi  təhlükəsizlik 

göstəriciləri sırasında aşağıdakıları qeyd etmək olar: 

 

iqtisadi artım (milli istehsalən və gəlirin dinamikası və strukturu, sənaye istehsalının 



həcm  və  temp  göstəriciləri,  təsərrüfatların  sahəvi  strukturu  və  ayrı-ayrı  sahələrin 

dinamikası, kapital qoyuluşları və s.); 

 

ölkənin təbii-resurs, istehsal, elmi-texniki potensialını xarakterizə edən göstəricilər



 

təsərrüfat  mexanizminin  dinamikliyini  və  uyğunlaşma  bacarığını,  həmçinin  onun 



xarici amillərdən asılılığını xarakterizə edən göstəricilər (inflyasiya səviyyəsi, büdcə 

kəsiri,  xarici  amillərin  təsiri,  milli  valyutanın  sabitliyi,  daxili  və  xarici  borc 

səviyyəsi); 

 



həyat  keyfiyyəti  (adambaşına  ÜDM,  gəlirlərin  differensiallaşma  səviyyəsi,  əhalinin 

əsas  qruplarının  maddi nemətlər  və  xidmətlərlə təminatı, əhalinin əmək qabiliyyəti, 

ətraf mühitin vəziyyəti və s.). 

Iqtisadi təhlükəsizlik üçün göstəricilər  deyil,  onların son hədd kəmiyyətləri  mühüm 

əhəmiyyət  kəsb  edir.  Bu  son  hədd  kəmiyyətlərinə  əməl  edilməməsi  təkrar  istehsalın 

müxtəlif elementlərinin normal inkişafına mane olur, iqtisadi təhlükəszilik sahəsində mənfi, 

dağıdıcı tendensiyaların formalaşmasına gətirib çıxarır. Nümunə kimi işsizliyin səviyyəsini, 

əhalinin gəlir səviyyəsindəki fərqi, inflyasiya tempini göstərmək olar. Onların yolverilən ən 

yüksək həddə yaxınlaşmağı cəmiyyətin sosial-iqtisadi sabitliyinə təhlükənin çoxalmasından, 

bu  həddin  keçilməsi  isə  cəmiyyətin  qeyri-sabitlik  və  sosial  münaqişlərə  mərhələsinə  daxil 

olduğundan xəbər verir. 

Qeyd  etmək  zəruridir  ki,  ən  yüksək  təhlükəsizlik  səviyyəsi  bütün  göstəricilər 

kompleksinin  yolverilən hədlərdə olduğunda əldə edilir və bu zaman bir göstərici üzrə son 

həddə  digər  göstəricinin  zərəinə  olmadan  əməl  edilməlidir.  Məsələn,  inflyasiya  tempinin 

yolverilən həd səviyyəsinə qədər endirilməsi işsizliyin  yol verilən həddi keçməsinə gətirib 

çıxarmamalıdır, və  ya büdcə kəsirinin aşağı salınması kapital qoyuluşlarının dondurulması 

və istehsalın aşağı düşməsi ilə nəticələnməməlidir. 

Belə  bir  nəticə  çıxarmaq  olar  ki,  göstəricilər  son  həddə  kəmiyyətini  keçdikdə  milli 

iqtisadiyyat  dinamik  inkişaf  qabiliyyətini,  daxili  və  xarici  bazarlarda  rəqabət  qabiliyyətini 

itirir,  transmilli  inhisarların  ekspansiya  obyektinə  çevrilir,  iqtisadiyyatda  korrupsiya, 

kriminal halları güclənir. 



 

457


 

Təhlükəsizliyin  son  həddə  səviyyəsini  aşağıdakı  ümumi  təsərrüfat  və  sosial-iqtisadi 

göstəricilər sistemi ilə xarakterizə etmək olar: 

 



iqtisadi  aktivliyin,  istehsal,  investisiya  və  maliyyələşdirmə  həcminin  aşağı 

düşməsinin  yol  verilən  son  səviyyəsi;  bu  səviyyənin  keçilməsi  halında  ölkənin 

müasir  texniki,  rəqabət  qabiliyyətli  bazada  müstəqil  iqtisadi  inkişafı,  ictimai 

quruluşun  demokratik  əsaslarının  saxlanması,  müdafiə,  elmi-texniki,  innovasiya, 

investisiya və təhsil potensialının qorunması mümkün deyildir

 



əhalinin  əsas  kütləsinin  həyat  səviyyəsinin  və  keyfiyyətinin  aşağı  düşməsinin  yol 

verilən  son  səviyyəsi;  bu  səviyyənin  keçilməsi  ilə  nəzarət  edilməyən  sosial,  əmək, 

millətlərarası  və  digər  münaqişələrin  yaranması,  milli  ―insan  kapitalı‖nın  əsas 

məhsuldar hissəsinin yox oıması təhlükəsi meydana gəlir; 

 

təbii-ekoloji  potensialın  qorunması  və  təkrar  istehsalına  çəkilən  xərclərin  aşağı 



düşməsinin  yol  verilən  son  səviyyəsi;  yol  verilən  həddin  keçilməsi  ətraf  mühit 

elementlərinin  bərpa  edilməsi  mümkün  olmayan  şəkildə  dağılması,  iqtisadi  artımın 

həyat  əhəmiyyətli  resurs  mənbələrinin,  həmçinin  əhəmiyyətli  yaşayış,  istehsal 

yerləşdirilməsi  və  rekreasiya  ərazilərinin  itirlməsi  təhlükələrini  yaradır,  hazırkı  və 

gələcək nəslin sağlamlığına ciddi zərbə vurur. 

Dövlətin  iqtisadi  təhlükəsizliyi  ilə  əlaqədar  əsas  məsələlərə  qısa  nəzər  saldıqdan 

sonra belə bir nəticə çıxarmaq olar ki, bu anlayış tədqiqatçılar tərəfindən müxtəlif cür izah 

edilsə  də  əsas  məsələdə  fikir  ayrılığı  yoxdur:  dövlətin  iqtisadi  təhlükəsizliyi  iqtisadi, 

geosiyasi,  ekoloji  və  hüquqi  şərtlər  kompleksi  ilə  müəyyən  edilir.  Bu  zaman  həm  daxili, 

həm  də  xarici  təhlükələr  eyni  şəkildə  əhəmiyyətlidir  və  onlardan  hər  hansı  birinin 

qiymətləndirilməməsi ciddi mənfi nəticələrə gətirib çıxara bilər. 

 

 

 

 

 

 

 

 

 



 

458


 

12.1.

 

Birləşmiş Millətlər Təşkilatının yaranma tarixi və obyektiv zəruriliyi. 

12.2.

 

Birləşmiş Millətlər Təşkilatının məqsədləri, fəaliyyət prinsipləri və strukturu, 

onun baş və köməkçi orqanları. 

12.3.

 

Birləşmiş Millətlər Təşkilatının maliyyə fəaliyyəti və büdcəsi. 

12.4.

 

Birləşmiş  Millətlər  Təşkilatı  çərçivəsində  iqtisadi  əməkdaşlıq:  əsas 

istiqamətlər və orqanlar sistemi.  

12.5.

 

Birləşmiş Millətlər Təşkilatının fəaliyyətinin təkmilləşdirilməsi problemləri. 

 

 



 

 

 

MÖVZU 12 

 

Birləşmiş Millətlər Təşkilatı və  

beynəlxalq iqtisadi münasibətlərdə onun rolu 

 

 



12.1. Birləşmiş Millətlər Təşkilatının yaranma tarixi və obyektiv zəruriliyi 

 

 



Birləşmiş  Millətlər  Təşkilatı  (BMT)  özünün  müasir  görünüşünü  uzunmüddətli 

təkamül  yolu  nəticəsində  əldə  etmişdir.  BMT  sisteminin  ilk  elementləri  hələ  XIX  əsrdə 

meydana  gəlmişdir.  XIX  əsrin  ortalarında  ilk  beynəlxalq  hökumətlərarası  təşkilatlar 

yaradılmışdır.  Bu  təşkilatların  yaranması  əsasən  iki  səbəbdən  irəli  gəlmişdir.  Birincisi, 

burjua-demokratik  inqilablar  nəticəsində  yaranan  suveren  dövlətlər  millü  müstəqilliyə  can 

atırdılar. Ikincisi, elmi-texniki inqilabın nailiyyətləri dövlətlərin qarşılıqlı asılılığına gətirib 

çıxarırdı. 

 

Məlumdur  ki,  xalqın  və  dövlətin  suverenliyinin  dönməzliyi  şüarı  bir  çox  Avropa 



ölkələrində baş verən inqilablar  zamanı səslənən  əsas şüarlardan  biri idi.  Yeni  formalaşan 

təbəqə  özünün  hökmranlığını  güclü,  müstəqil  dövlət  vasitəsilə  gücləndirməyə  çalışırdılar. 

Eyni  zamanda,  bazar  münasibətlərinin  inkişafı  elmi-texniki  tərəqqinin  sürətlənməsini 

stimullaşdırırdı. Bu isə Avropanın bütün inkişaf etmiş ölkələrində inteqrasiya proseslərinin 

yaranmasına  və  dövlətlər  arasında  hərtərəfli  əlaqələrin  formalaşması  ilə  nəticələnirdi. 

Suveren dövlət çərçivəsində inkişaf etmək arzusu və bunu digər müstəqil dövlətlərlə geniş 

əməkdaşlıq  etmədən  həyata  keçirməyin  qeyri-mümkünlüyü  dövlətlərarası  qarşılıqlı 

əlaqələrin yeni formasının, yəni beynəlxalq təşkilatların yaranmasına səbəb oldu. 

 

Ilk  əvvəllər  beynəlxalq  təşkilatlar  çərçivəsində  dövlətlərarası  əməkdaşlığın  əsas 



məqsədi  inteqrasiya  prosesləri  üzərində  nəzarəti  təmin  etmək  idi.  Ilk  mərhələdə 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə