Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə193/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   189   190   191   192   193   194   195   196   ...   213

 

451


 

hüququnu  vermişdi.  Trumen  doktrinasına  uyğun  olaraq,  Latın  Amerikası  və  Asiya 

ölkələrinə  yardım  göstərilməyə  başlandı.  BMT-nin  müxtəlif  ixtisaslaşmış  təşkilatlar 

vasitəsilə yardım fəaliyyəti yavaş-yavaş genişlənməyə doğru istiqamət götürdü. 

 

İkinci  mərhələ  1960-cı  illəri  əhatə  edir.  Bu  dövrdə  ―klassik  neomüstəmləkəçilik‖ 



konsepsiyasının əsas müddəaları formalaşmışdır. Bu konsepsiyaya əsasən, inkişaf etməkdə 

olan ölkələrdə iqtisadi inkişafın əngəllənməsinə çalışılır, bu ölkələrdə Qərb orientasiyasını 

gücləndirmək  siyasəti  yeridilirdi.  1960-cı  illərin  sonuna  bu  cür  neomüstəmləkı  siyasətinin 

doğru olmadığı aydın olur – inkişaf etməkdə olan ölkələr dəyişikliklər tələb edir və ən əsası 

qarşılarına qoyduqları məqsədlərə nail olurlar. 

 

Ümüncü  mərhələ 1970-ci illərə  aiddir. Bu zaman ―yardım‖  Qərbin inkişaf  etməkdə 



olan ölkələrə münasibətdə yürütdüyü siyasətdə mərkəzi yer tutmağa başlayır. Bu strategiya 

özünün  üzvi  ehtivasını  ―qarşılıqlı  asılılıq‖  konsepsiyasında  tapmışdır.  1980-ci  illərin 

sonlarına doğru bu konsepsiya əhəmiyyətli təkamül yolu keçir, daha universal olur. Yardım 

praktikasının  özü  isə  inkişaf  etməkdə  olan  ölkələrin  maraqlarının  nəzərə  alınması 

baxımından əhəmiyyətli dəyişikliklərə məruz qalır. 

 

Bununla  belə,  müasir  tədqiqatçılar  qeyd  edirlər  ki,  yardımın  müxtəlif  formalarının 



səbəb olduğu müsbət proseslərlə yanaşı, o, beynəlxalq iqtisadi münasibətlərin siyasiləşməsi 

meylini doğurur. Yardım gənc dövlətlərin iqtisadi inkişaflarına zərər vuran siyasətin həyata 

keçirilməsinə  gətirib  çıxarır,  bəzən  sırf  siyasi  məqsədlər  baxımından  zərərli  obyektlər 

yaradılır, ―beyin axını‖ prosesi stimullaşdırılır, bazara daxil olma üçün ―platsdarm‖ yaradılır 

və s. 

 

Qərb ölkələrinin yeni şəraitə uyğunlaşması səyləri özünü aşağıdakılarda əks etdirir: 



 

inkişaf  etməkdə  olan  ölkələrə  münasibətdə  koordinasiya  olunmuş  siyasətin 



yeridilməsi; 

 



göstərilən yardımın ümumi həcminin artırılması; 

 



yardımın strukturu. 

Qərb  tərəfindən  göstərilən  yardımın  mütləq  həcmi  kifayət  qədər  böyük  olsa  da,  o, 

YUNKTAD-ın  müəyyən  etdiyi  səviyyəyə  -  inkişaf  etmiş  ölkələrin  ÜMM-nin  0,7%-nə 

çatmır.  Digər  tərəfdən,  yardımın  şərtləri  elədir  ki,  onun  iqtisadi  və  sosial  vəzifələrin  həlli 

baxımından səmərəli olacağına ümid etməyə güman qalmır, çünki, alınmış borclar üzrə illik 

ödəmələr  bu  ölkələrə  edilən  mütləq  illik  yardımı  ötməyə  başlayıb.  Eyni  zamanda, 

vurğulanmalıdır  ki,  yardımın  böyük  hissəsi  əsasən  qərbyönümlü  siyasi  rejimlərə  malik 



 

452


 

ölkələrə edilir. Bundan başqa, yardımın strukturunun təhlili də onun irrasional xarakterindən 

xəbər verir. Məsələn, 1965-1985-ci illərdə Asiya, Afrika və Latın Amerikası ölkələrinə bəxş 

edilmiş və ya çox ucuz qiymətə satılmış silah, hərbi texnika ümumi yardım həcminin 65%-

ni  (və  ya  ildə  15  milyard  dollar)  təşkil  edib.  Yəni  ki,  həmin  illərdə  inkişaf  etməkdə  olan 

ölkələrin  milli  təsərrüfatlarının  aktiv  surətdə  hərbiləşdirilməsi  prosesi  stimullaşdırılmışdır. 

Nəhayət,  yardım  özəl  kapitalın  aktivləşməsinə,  daha  doğrusu  transmilli  şirkətlərin  yerli 

bazarlara daxil olması üçün münbit şəraitin yaradılmasına yönəlmişdir. 

1970-ci  illərdə  baş  verən  neft  böhranlarından  sonra  özlərinə  gələn  inkişaf  etmiş 

ölkələr müdafiə taktikasından hücum taktikasına keçdilər və yeni beynəlxalq iqtisadi qayda 

konsepsiyasına  qarşı  neoliberal  ideologiyaya  əsaslanan  qloballaşma  konsepsiyasını  irəli 

sürdülər.  Son  nəticədə  dünya  təsərrüfatının  radikal  yenidən  qurulması  planlarının  həyata 

keçirilməsi  dayandırıldı  və  artıq  1980-ci  illərin  ortalarında  BMT  və  onun  orqanlarının 

gündəliyindən çıxarıldı. 

 

Bununla belə, 1990-cı illərin ortalarından etibarən öz əksini ―Vaşinqton konsensusu‖ 



adlanan  sənəddə  tapan  və  qloballaşmanın  əsasını  təşkil  edən  neoliberal  nəzəriyyənin 

əleyhdarlarının səsi getdikcə güclənməyə başladı. Beynəlxalq Valyuta Fondunun və Dünya 

bankının fəaliyyətlərində əsas götürdükləri bu sənəd milli iqtisadiyytaların könüllü surətdə 

açılmasını,  daxili  və  xarici  münasibətlərdə  ən  maksimum  həddə  bazar  azadlığının  təmin 

edilməsini,  sərt  monetar  siyasət  vasitəsilə  makroiqtisadi  sabitliyin  bərqərar  edilməsini, 

dövlət  mülkiyyətinin  özəlləşdirilməsini  tələb  edir.  Eyni  zamanda,  bazarların  qlobal 

səviyyədə  funksiya  göstərmələri  üçün  maksimal  əlverişli  şərait  yaradılması  məqsədilə 

sərbəst  üzən  valyuta  rejiminə  keçmək,  dövlət  institutlarının  nəzarət  rolunu  kəskin  surətdə 

azaltmaq təklif edilir. 

 

Bu  nəzəriyyənin  əleyhdarları,  o  cümlədən  uzun  müddət  Beynəlxalq  Valyuta 



Fondunda və Dünya Bankında rəhbər vəzifələrdə işləmiş, iqtisadiyyat üzrə Nobel mükafatı 

laueratı  Cozef  Stiqliç  belə  hesab  edirlər  ki,  ―Vaşinqton  konsensusu‖nun  prinsiplərinin 

reallaşdırılması  inkişaf  etmiş  ölkələrin  və  bu  ölkələrə  məxsus  transmilli  şirkətlərin 

maraqlarına  cavab  verir.  Bu  nəzəriyyənin  əleyhdarları  belə  hesab  edirlər  ki,  iqtisadi 

qloballaşmanın  getdikcə  genişlənməsi  ilə  neoliberal  konsepsiya  öz  yerini  yeni 

konsepsiyalara 

verməlidir. 

Beynəlxalq 

münasibətlərdə 

demokratik 

prinsiplərin 

möhkəmləndirilməsi  üçün  əsas  beynəlxalq  iqtisadi  və  maliyyə  təşkilatlarında  islahatların 

həyata  keçirilməsi  xüsusilə  aktual  olacaq.  Təsadüfi  deyil  ki,  BMT-nin  İnkişaf  Proqramı 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə