472
yanaşı sahələrdə beynəlxalq məsələlərə aid tədqiqatlar və məruzələr edə bilər və ya istənilən
belə məsələlərə aid Baş Məclisə, BMT üzvlərinə və maraqlı ixtisaslaşdırılmış təsisatlara
tövsiyələr edə bilər. Şura hər bir kəsin əsas hüquq və azadlıqlarına hörmət edilməsinə və
riayət edilməsinə dəstək vermək üçün tövsiyələr edə bilər; Baş Məclisə təqdim etmək üçün,
öz səlahiyyəti çərçivəsində olan məsələlərə aid konvensiya layihələri hazırlaya bilər; BMT
tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq, öz səlahiyyəti çərçivəsində olan
məsələlərə aid beynəlxalq konfranslar çağıra bilər.
Maddə 63-ə görə, İqtisadi və Sosial Şura ixtisaslaşmış təşkilatların hər hansı biri ilə
sazişlərə girə bilər. Baş Məclis tərəfindən təsdiq edilməli olan bu sazişlər müvafiq təsisatın
Birləşmiş Millətlərlə əlaqəyə gətirilməsinin əsası olan şərtləri müəyyən edir. Şura,
ixtisaslaşdırılmış təsisatlarla məsləhətləşmələr aparmaq və tövsiyələr etmək yolu ilə və Baş
Məclisə və Birləşmiş Millətlərin üzvlərinə tövsiyələr vasitəsilə həmin təsisatların
fəaliyyətini əlaqələndirə bilər.
Maddə 64-ə əsasən, İqtisadi və Sosial Şura ixtisaslaşdırılmış təsisatlardan müntəzəm
məruzələr almaq üçün müvafiq addımlar ata bilər. O, öz tövsiyələrini və səlahiyyələri
çərçivəsində olan məsələlər üzrə Baş Məclis tərəfindən edilmiş tövsiyələri həyata keçirmək
üçün atılmış addımlar barədə məruzələr almaq məqsədilə BMT üzvləri ilə və
ixtisaslaşdırılmış təsisatlarla sazişlər bağlaya bilər. Şura, bu məruzələrə aid öz qeydləri
barədə Baş Məclisə məlumat verə bilər.
Maddə 65-də bildirilir ki, İqtisadi və Sosial Şura Təhlükəsizlik Şurasına məlumat
təqdim edə bilər və Təhlükəsizlik Şurasının müraciəti ilə, ona gömək edə bilər.
Maddə 66-ya görə, İqtisadi və Sosial Şura o funksiyaları yerinə yetirir ki, bunlar Baş
Məclisin tövsiyələrini həyata keçirməklə əlaqədar Şuranın səlahiyyətləri çərçivəsinə aid
edilmiş olur. Baş Məclis buna razılıq verərsə, Şura, Təşkilatın üzvlərinin xahişi ilə və
ixtisaslaşdırılmış təsisatların xahişi ilə xidmətlər göstərə bilər. Şura habelə Nizamnamənin
digər müddəalarında öz əksini tapmış və ya Baş Məclis tərəfindən onun üzərinə qoyulmuş
funksiyaları yerinə yetirir.
İqtisadi və Sosial Şurada səsvermə 67-ci maddə ilə tənzimlənir. Bu maddəyə əsasən,
İqtisadi və Sosial Şuranın hər bir üzvü bir səsə malikdir. İqtisadi və sosial Şuranın qərarları
iştirak edən və səs verən üzvlərin səs çoxluğu ilə qəbul olunur.
Şuranın fəaliyyət proseduru 68-72-ci maddələrdə öz əksini tapmışdır. Maddə 68-də
qeyd olunur ki, İqtisadi və Sosial Şura iqtisadi və sosial sahələrdə və insan hüquqlarına
473
dəstək vermək üçün komissiyalar və habelə öz funksiyalarının icrası üçün tələb olunan digər
bu cür komissiyalar təsis edir.
Maddə 69-a əsasən, İqtisadi və Sosial Şura BMT-nin hər hansı üzvünü, bu üzv-dövlət
üçün xüsusi maraq kəsb edən istənilən məsələnin müzakirəsində, səsvermə hüququ
olmadan, iştirak etməyə dəvət edir.
Maddə 70-ə görə, İqtisadi və Sosial Şura ixtisaslaşdırılmış təsisatların
nümayəndələrinin Şurada və onun təsis etdiyi komissiyalarda keçirilən müzakirələrdə
səsvermə hüququ olmadan iştirakı üçün və habelə öz nümayəndələrinin ixtisaslaşdırılmış
təsisatlardakı müzakirələrdə iştirakı üçün tədbirlər həyata keçirə bilər.
Maddə 71-də göstərilir ki, İqtisadi və Sosial Şura onun səlahiyyətləri çərçivəsində
olan məsələlərlə məşğul olan qeyri-hökumət təşkilatları ilə məsləhətləşmə aparılması üçün
müvafiq tədbirlər həyata keçirə bilər. Bu tədbirlər beynəlxalq təşkilatlarla və buna lüzum
varsa, maraqlı Təşkilat üzvü ilə məsləhətləşmədən sonra milli təşkilatlarla razılaşdırıla bilər.
Maddə 72-də qeyd edilir ki, İqtisadi və Sosial Şura öz Sədrini seçmək qaydası da
daxil olmaqla, özünün prosedur qaydalarını müəyyən edir. İqtisadi və Sosial Şura, buna
lüzum olduqda, öz qaydalarına uyğun olaraq çağırılır; bu qaydalar Şuranın üzvlərinin əksər
hissəsinin tələbi ilə iclasların çağırılması barədə müddəanı özündə əks etdirməlidir.
Şura hər il özünün sessiyasını keçirir. Bir ay davam edən bu sessiyalar 1 il Nyu-
Yorkda, növbəti il isə Cenevrədə keçirilir. Sessiya zamanı əsas iqtisadi və sosial məsələləri
müzakirə etmək üçün nazirlər səviyyəsində xüsusi iclas keçirilir.
Il ərzində isə Şuranın işi onun köməkçi orqanları vasitəsilə həyata keçirilir ki, onlar
da müntəzəm olaraq öz iclaslarını keçirir və Şuraya hesabat verirlər.
İqtisadi və Sosial Şura BMT-nin 14 ixtisaslaşmış təsisatının, 10 funksional
komissiyasının və regional komissiyanın işini koordinasiya edir, BMT-nin 11 fond və
proqramlarından hesabat alır və BMT sisteminə daxil olan təşkilatlara və üzv dövlətlərə
tövsiyələr verir. BMT sisteminin insan və maliyyə resurslarının təxminən 70%-i İqtisadi və
Sosial Şuranın sərəncamındadır.
İqtisadi və Sosial Şuranın fəaliyyəti iqtisadi və sosial məsələ və problemlərin geniş
dairəsini əhatə edir. Bu məsələlərə aşağıdakılar aiddir:
dünyada iqtisadi və sosial vəziyyət, fundamental icmallar və analitik materialların
hazırlanması; BMT Universiteti (BMTU, 1972-ci il) və BMT-nin təhsil və elmi-
tədqiqat institutu (YUNİTAR, 1965-ci il) tərəfindən həyata keçirilir;