Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə200/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   196   197   198   199   200   201   202   203   ...   213

 

469


 

saxlanmasına  və  Təşkilatın  digər  məqsədlərinə  nail  olunmasına  verdiyi  töhfəyə  və  habelə 

ədalətli coğrafi bölgüyə lazımi diqqət yetirilir. 

Qəbul  olunmuş  ənənəyə  əsasən,  on  qeyri  daimi  üzvün  coğrafi  bölgüsü  aşağıdakı 

kimidir:  Afrika  –  3  yer,  Asiya  –  2  yer,  Latın  Amerikası  –  2  yer,  Qərbi  Avropa,  Kanada, 

Avstraliya, Yeni Zelandiya – 2 yer, Şərqi Avropa – 1 yer. 

Təhlükəsizlik  Şurasının  qeyri-daimi  üzvləri  iki  il  müddətinə  seçilir.  Qeyri-daimi 

üzvlərin, Təhlükəsizlik Şurasının üzvlərinin sayı on birdən on beşə artdıqdan sonra keçirilən 

ilk seçkisində  dörd əlavə  üzvdən  ikisi bir il müddətinə  seçilir. Şuranın üzvlüyündən  çıxan 

dövlətin dərhal yenidən seçilmək hüququ yoxdur. 

Təhlükəsizlik Şurasının hər bir üzvünün bir nümayəndəsi olur. 

 

Təhlükəsizlik  Şurasının  funksiyaları  və  səlahiyyətləri  Maddə  24-26-da  qeyd 



olunmuşdur. Maddə  24-ə  görə,  BMT-nin cəld və  səmərəli hərəkətlərini təmin  etmək  üçün 

onun  üzvləri  beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunub  saxlanmasına  görə  başlıca 

məsuliyyəti  Təhlükəsizlik  Şurasının  üzərinə  qoyurlar  və  razılaşırlar  ki,  bu  məsuliyyətdən 

irəli gələn vəzifələrini yerinə yetirərkən Təhlükəsizlik Şurası onların adından çıxış edir. Öz 

vəzifələrini icra edərkən Təhlükəsizlik Şurası Birləşmiş Millətlərin məqsəd və prinsiplərinə 

uyğun olaraq  hərəkət  edir.  Təhlükəsizlik Şurası Baş Məclis tərəfindən  baxılmaq üçün  ona 

illik və lazım olduqda, xüsusi məruzələr təqdim edir. 

Maddə 25-də qeyd edilir ki, BMT üzvləri razılaşırlar ki, Nizamnaməyə uyğun olaraq 

Təhlükəsizlik Şurasının qərarlarına tabe olsunlar və onları yerinə yetirsinlər. 

Maddə 26-da bildirilir ki, dünyanın insan və iqtisadi resurslarını silah işi üçün ən az 

miqdarda ayırmaqla, beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasına və qorunub 

saxlanmasına  dəstək  vermək  məqsədilə  Təhlükəsizlik  Şurası  Hərbi  Qərargah  Komitəsinin 

köməyi  ilə  BMT  üzvlərinə  təqdim  olunmaq  üçün  silahların  nizama  salınması  sisteminin 

yaradılması üzrə planların tərtib edilməsinə görə məsuliyyət daşıyır. 

Təhlükəsizlik Şurasının funksiyalarını aşağıdakı kimi qruplaşdırmaq olar: 

1.

 



Ümumi: 

 



BMT-nin yeni üzvlərinin qəbulu və baş katibin namizədliyi üzrə tövsiyələr verir

 



strateji ərazilərin idarəedilməsinə nəzarəti həyata keçirir

 



BMT  üzvü  olmayan  dövlətlərin  Beynəlxalq  Məhkəmənin  Statutunda  iştirakı 

şərtlərini müəyyən edir. 

2.

 

Dövlətlər arasında mübahisə halında: 




 

470


 

 



mübahisənin dinc yolla həll edilməsi barədə tələblə çıxış edir; 

 



sülh tənzimlənməsinin prosedur və ya üsullarını tövsiyə edir. 

3.

 



Sülhün pozulması, aqressiya zamanı: 

 



hərəkətlərin aqressiya kimi təsnif edilməsi barədə qərar qəbul edir

 



BMT-nin  üzv-dövlətləri  ilə  onlar  tərəfindən  hərbi  qüvvələrin  təqdim  edilməsi 

barədə sazişlər imzalayır; 

 

formalaşdırılmış  hərbi  qüvvələrdən  ayırma,  müşahidə  və  təhlükəsizliyin  təmin 



edilməsi məqsədilə istifadə edir. 

4.

 



Sülhə təhlükə olduğu hallarda: 

 



diplomatik münasibətləri kəsir; 

 



iqtisadi əlaqələri dayandırır; 

 



hava nəqliyyatını kəsir; 

 



dəmir yolu nəqliyyatını kəsir; 

 



poçt və teleqraf əlaqəsini kəsir

 



portları blok edir

 



hərbi qüvvə nümayiş etdirir və s. 

 

Təhlükəsizlik  Şurasında  səsvermə  məsələsi  Maddə  27-də  əks  olunmuşdur.  Belə  ki, 



Təhlükəsizlik  Şurasının  hər  bir  üzvü  bir  səsə  malikdir.  Təhlükəsizlik  Şurasının  prosedur 

məsələlər  üzrə  qərarları  doqquz  üzvün  lehinə  səs  verməsi  ilə  qəbul  olunur.  Təhlükəsizlik 

Şurasının bütün digər məsələlər üzrə qərarları, daimi üzvlərin uyğun  gələn səsləri də daxil 

olmaqla (bu o deməkdir ki, daimi üzvlərdən birinin məsələnin əleyhinə səs verməsi artıq bu 

məsələnin rədd edilməsi deməkdir), doqquz üzvün lehinə səs verməsi ilə qəbul olunur. 

 

Təhlükəsizlik  Şurasının  iş  proseduru  28-32-ci  maddələrlə  tənzimlənir.  Maddə  28-ə 



görə,  Təhlükəsizlik  Şurası  elə  təşkil  olunur  ki,  fasiləsiz  fəaliyyət  göstərə  bilsin. 

Təhlükəsizlik  Şurasının  hər  bir  üzvü  bu  məqsədlə  Təşkilatın  olduğu  yerdə  hər  an  təmsil 

olunmalıdır. 

Təhlükəsizlik Şurası mütəmadi iclaslar keçirir və bu iclaslarda onun üzvlərindən hər 

biri öz arzusu ilə hökumətin üzvü və  ya hər  hansı digər xüsusi təyin olunmuş nümayəndə 

vasitəsilə təmsil oluna bilər. 

Təhlükəsizlik  Şurası  öz  iclaslarını  nəinki  Təşkilatın  olduğu  yerdə,  habelə,  onun 

fikrincə, işinə daha yaxşı kömək edən istənilən yerdə keçirə bilər. 




 

471


 

Maddə 29-da qeyd olunur ki, Təhlükəsizlik Şurası öz funksiyalarını yerinə yetirmək 

üçün zəruri hesab etdiyi köməkçi orqanlar yarada bilər. 

Maddə  30-a  əsasən,  Təhlükəsizlik  Şurası,  öz  Sədrini  seçmək  qaydası  da  daxil 

olmaqla, özünün prosedur qaydalarını müəyyən edir. 

Maddə  31-də  bildirilir  ki,  Təhlükəsizlik  Şurasının  üzvü  olmayan  hər  hansı  Təşkilat 

üzvü  Təhlükəsizlik  Şurasına  təqdim  olunmuş  istənilən  məsələnin  müzakirəsində  səsvermə 

hüququ  olmadan  iştirak  edə  bilər.  Belə  bir  iştirak  Təhlükəsizlik  Şurasının,  həmin  Üzv-

dövlətin maraqlarına xüsusilə toxunulduğunu hesab etdiyi istənilən halda mümkündür. 

Maddə 32-yə görə, Təhlükəsizlik Şurasının üzvü olmayan hər hansı Təşkilat üzvü və 

ya Təşkilatın üzvü olmayan hər hansı dövlət, Təhlükəsizlik Şurasında baxılan mübahisənin 

tərəfi  olduqda,  bu  mübahisəyə  aid  olan  müzakirədə,  səsvermə  hüququ  olmadan,  iştirak 

etmək  üçün  dəvət  olunur.  Təhlükəsizlik  Şurası,  Təşkilatın  üzvü  olmayan  dövlətin  iştirakı 

üçün ədalətli hesab etdiyi şərtlər müəyyən edir. 

Baş  Məclisin  ümumi  rəhbərliyi  altında  fəaliyyət  göstərən  İqtisadi  və  Sosial  Şura 

BMT  və  bu  sistemə  daxil  olan  təşkilatların  iqtisadi  və  sosial  sahələrdə  fəaliyyətini 

tənzimləyir.  Beynəlxalq  iqtisadi  və  sosial  problemlərin  müzakirəsi  və  bu  sahədə  yeridilən 

siyasətə  münasibətdə  tövsiyələrin  işlənməsi  üçün  əsas  forum  rolunu  oynayan  Şura  inkişaf 

məqsədilə  beynəlxalq  əməkdaşlığın  gücləndirilməsində  mühüm  rol  oynayır.  Öz 

fəaliyyətində Şura müvafiq  qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir. 

İqtisadi və  Sosial  Şuranın fəaliyyəti Nizamnamənin X fəsli ilə tənzimlənir. Şuranın 

tərkibi barədə müddəalar 61-ci maddədə öz əksini tapmışdır. Belə ki, İqtisadi və Sosial Şura 

Birləşmiş  Millətlərin  Baş  Məclisi  tərəfindən  seçilən  əlli  dörd  üzvdən  ibarətdir.  İqtisadi  və 

Sosial  Şuranın  on  səkkiz  üzvü  hər  il  üç  il  müddətinə  seçilir.  Şuranın  üzvlüyündən  çıxan 

dövlətin dərhal  yenidən seçilmək hüququ vardır. İqtisadi və Sosial Şuranın üzvlərinin sayı 

iyirmi  yeddidən əlli dördə artdıqdan sonra keçirilən ilk seçkidə, səlahiyyət müddəti həmin 

ilin axırında bitən doqquz üzvün yerinə seçilən üzvlərə əlavə olaraq, daha iyirmi yeddi üzv 

seçilir.  Həmin  əlavə  iyirmi  yeddi  üzvdən  bu  yolla  seçilmiş  doqquz  üzvün  səlahiyyət 

müddəti,  Baş  Məclisin  qərarına  müvafiq  olaraq,  bir  ildən  sonra,  daha  doqquz  üzvün 

səlahiyyət  müddəti  isə iki ildən sonra  bitir. İqtisadi və  Sosial Şuranın hər  bir üzvünün  bir 

nümayəndəsi olur. 

Şuranın  funksiyaları  və  səlahiyyətləri  maddə  62-66-da  göstərilmişdir.  Maddə  62-də 

qeyd  olunmuşdur  ki,  İqtisadi  və  Sosial  Şura  iqtisadi,  sosial,  mədəni,  təhsil,  səhiyyə  və 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə