Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə199/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   195   196   197   198   199   200   201   202   ...   213

 

466


 

*  işləri  İqtisadi  və  Sosial  Şura  vasitəsilə  BMT-nin  fəaliyyəti  ilə  koordinasiya  edilən 

avtonom təşkilatlar; ** yalnız Baş Məclisə hesabat verir; Mənbə: BMT-nin rəsmi İnternet 

saytı – www.un.org  

Maddə  11-ə  görə,  Baş  Məclis  beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunub 

saxlanması  işində  əməkdaşlığın  ümumi  prinsiplərini,  o  cümlədən  tərksilah  və  silahların 

tənzimlənməsi  məsələlərini  müəyyən  edən  prinsipləri  nəzərdən  keçirə  bilər  və  BMT 

üzvlərinə  və  ya  Təhlükəsizlik  Şurasına  və  yaxud  onların  hər  ikisinə  bu  prinsiplərlə  bağlı 

tövsiyələr edə bilər. 

Eyni  zamanda,  Baş  Məclis  beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunub 

saxlanmasına  aid  olan  BMT-nin  hər  hansı  üzvü,  Təhlükəsizlik  Şurası  və  ya  BMT  üzvü 

olmayan dövlət tərəfindən ona təqdim olunmuş istənilən məsələni müzakirə edə bilər və 12-

ci maddə ilə nəzərdə tutulmuş hallardan başqa, hər hansı belə bir məsələ ilə bağlı maraqlı 

dövlətə və ya dövlətlərə, Təhlükəsizlik Şurasına və yaxud onların hər ikisinə tövsiyələr edə 

bilər.  Barəsində  tədbir  görülməli  olan  hər  hansı  belə  məsələ  Baş  Məclis  tərəfindən  ya 

müzakirədən qabaq, ya da ondan sonra Təhlükəsizlik Şurasına verilir. 

Baş  Məclis  Təhlükəsizlik  Şurasının  diqqətini  beynəlxalq  sülhü  və  təhlükəsizliyi 

təhlükəyə məruz qoya bilən situasiyalara yönəldə bilər. 

Maddə  13-ə  əsasən  Baş  Məclis  aşağıdakı  məqsədlərlə  tədqiqatlar  təşkil  edir  və 

tövsiyələr edir: 

a.

 

siyasi  sahədə  beynəlxalq  əməkdaşlığa  dəstək  vermək  və  beynəlxalq  hüququn 



mütərəqqi inkişafını və onun məcəllələşdirilməsini həvəsləndirmək; 

b.

 



iqtisadi,  sosial,  mədəni  sahələrdə,  təhsil  və  səhiyyə  sahələrində  beynəlxalq 

əməkdaşlığa dəstək vermək və irqinə, cinsinə, dilinə və ya dini mənsubiyyətinə fərq 

qoyulmadan  bütün  insanların  əsas  hüquq  və  azadlıqlarının  həyata  keçirilməsinə 

yardım göstərmək. 

Maddə  14-ə  görə,  12-ci  maddənin  göstərişlərini  nəzərə  almaqla,  Baş  Məclis, 

mənşəyindən  asılı  olmayaraq,  ümumi  əmin-amanlığı  və  millətlər  arasındakı  dostluq 

münasibətlərini poza bilən hər hansı bir situasiyanın, o cümlədən Nizamnamənin, BMT-nin 

məqsəd  və  prinsiplərini  təsbit  edən  müddəalarının  pozulması  nəticəsində  əmələ  gələn 

situasiyaların dinc yolla nizama salınması üçün tədbirlər tövsiyə edə bilər. 

Maddə 15-ə əsasən: 




 

467


 

1.

 



Baş  Məclis  Təhlükəsizlik  Şurasında  illik  və  xüsusi  məruzələr  qəbul  edir  və  onlara 

baxır;  bu  məruzələr  beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunub  saxlanması 

məqsədilə Təhlükəsizlik Şurası tərəfindən görülməsi qərara alınmış və  ya görülmüş 

tədbirlər barəsində hesabatı özündə əks etdirməlidir. 

2.

 

Baş Məclis BMT-nin digər orqanlarından məruzələr qəbul edir və onlara baxır. 



Maddə 16-ya görə, Baş Məclis beynəlxalq qəyyumluq sistemi ilə əlaqədar ona həvalə 

olunmuş funksiyaları,  o cümlədən strateji  ərazilər  kimi  müəyyən olunmamış ərazilər  üçün 

qəyyumluq haqqında sazişlərin təsdiq edilməsi funksiyasını yerinə yetirir. 

Maddə  17-də  qeyd  olunur  ki,  Baş  Məclis  Təşkilatın  büdcəsini  nəzərdən  keçirir  və 

təsdiq  edir.  Təşkilatın  xərcləri  onun  üzvləri  tərəfindən  Baş  Məclisin  müəyyən  etdiyi  kimi 

aparılır.  Baş  Məclis  ixtisaslaşdırılmış  təsisatlarla  istənilən  maliyyə  və  büdcə  sazişlərini 

nəzərdən  keçirir  və  təsdiq  edir,  müvafiq  ixtisaslaşdırılmış  təsisatlara  tövsiyələr  etmək 

məqsədilə onların inzibati büdcələrini yoxlayır. 

 

Baş Məclisdə  səsvermə prosesi 18-19-cu  maddələrlə tənzimlənir. Maddə 18-ə görə, 



Baş Məclisnın hər bir üzvü bir səsə malikdir. Baş Məclisnın mühüm məsələlər üzrə qərarları 

onun sessiyada və səsvermədə iştirak edən üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. 

Bu  məsələlərə  aşağıdakılar  daxildir:  beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunub 

saxlanması ilə əlaqədar tövsiyələr, Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərinin seçilməsi, 

İqtisadi və Sosial Şuranın üzvlərinin seçilməsi, Qəyyumluq Şurasının üzvlərinin seçilməsi, 

BMT-yə  yeni  üzvlərin  qəbul  olunması,  Təşkilat  üzvlərinin  hüquq  və  imtiyazlarının 

müvəqqəti  dayandırılması,  Üzvlərin  Təşkilatdan  çıxarılması,  qəyyumluq  sisteminin 

fəaliyyətinə aid olan məsələlər və büdcə məsələləri. Digər məsələlər üzrə qərarlar (üçdə iki 

səs çoxluğu ilə qəbul olunmalı olan məsələlərin əlavə  kateqoriyalarının müəyyən edilməsi 

də daxil olmaqla) sessiyada və səsvermədə iştirak edən üzv-dövlətlərin sadə səs çoxluğu ilə 

qəbul edilir. 

Maddə 19-da göstərilir ki, Təşkilata üzvlük haqqını ödəməkdə borcu olan üzv-dövlət, 

əgər  onun  borcunun  miqdarı  iki  bundan  əvvəlki  bütöv  il  üçün  ödəməli  olduğu  üzvlük 

haqqına  bərabərdirsə və  ya ondan  çoxdursa,  Baş Məclisdə  səsvermə hüququndan  məhrum 

edilir.  Lakin  Baş  Məclis,  üzvlük  haqqının  üzv-dövlətdən  asılı  olmayan  hallara  görə 

ödənilmədiyi qənaətinə gələrsə, həmin üzv-dövlətin səsvermədə iştirak etməsinə icazə verə 

bilər. 



 

468


 

Maddə 20-22-də Baş Məclisin iş proseduru öz əksini tapmışdır. Maddə 20-yə görə, 

Baş  Məclis  öz  müntəzəm  illik  sessiyalarına  və  vəziyyət  tələb  etdikdə,  xüsusi  sessiyalara 

yığışır.  Baş  Məclisin  müntəzəm  illik  sessiyaları  adətən  hər  ilin  sentyabr  ayının  üçüncü 

çərşənbə  axşamı  açılır  və  dekabr  ayına  qədər  davam  edir.  Xüsusi  sessiyalar  Baş  Katib 

tərəfindən  Təhlükəsizlik  Şurasının  və  ya  Təşkilatın  Üzvlərinin  əksər  hissəsinin  tələbi  ilə 

çağırılır. Maddə 21-ə əsasən, Baş Məclis özünün prosedur qaydalarını müəyyən edir və hər 

sessiya üçün öz sədrini seçir. Maddə 22-də isə qeyd olunur ki, Baş Məclis öz funksiyalarını 

yerinə yetirmək üçün zəruri hesab etdiyi köməkçi orqanlar yarada bilər. 

Hazırda Baş Məclisin strukturu aşağıdakı kimi formalaşmışdır: 

1.

 

Sədr; 



2.

 

Sədrin müavinləri (17); 



3.

 

Əsas komitələr: siyasi və təhlükəsizlik məsələləri üzrə; iqtisadi və maliyyə məsələləri 



üzrə;  sosial,  humanitar  və  mədəniyyət  məsələləri  üzrə;  hüquqi  məsələlr  üzrə, 

qəyyumluq üzrə. 

4.

 

Komitələr: inzibati və büdcə məsələləri üzrə; üzvlük-haqları üzrə; atom enerjisi üzrə; 



tərk-silah üzrə, kosmik məkandan istifadə üzrə və s. 

5.

 



Sessiya orqanları: Baş Komitə və Səlahiyyətlərin yoxlanılması üzrə Komitə. 

6.

 



Komissiyalar:  təftiş  komissiyası;  beynəlxalq  hüquq  komissiyası;  insan  haqları  üzrə 

komissiya və s. 

Sessiyalar  arasında  BMT-nin  işi  Baş  Məclisin  altı  əsas  komitəsində,  digər  köməkçi 

orqanlarda və BMT Katibliyində davam etdirilir. 

 

Təhlükəsizlik  Şurasının  səlahiyyətinə  beynəlxalq  sülh  və  təhlükəsizliyin 

dəstəklənməsi,  mübahisələrin  dinc  yolla  həlli,  məcburetmə  tədbirlərinin  qəbul  edilməsi, 

BMT-yə üzvlüklə və BMT-dən xaric etməklə bağlı rəy, Beynəlxalq Məhkəmənin üzvlərinin 

seçimi və s. aiddir. 

Təhlükəsizlik  Şurasının  fəaliyyəti  BMT  nizamnaməsinin  V  fəsli  ilə  tənzimlənir. 

Maddə  23-də  Şuranın  tərkibi  barədə  müddəalar  əks  olunmuşdur.  Bu  maddəyə  əsasən, 

Təhlükəsizlik  Şurası  on  beş  Təşkilat  üzvündən  ibarətdir.  Çin  Respublikası,  Fransa,  Sovet 

Sosialist  Respublikaları  İttifaqı  (Rusiya),  Böyük  Britaniya  və  Şimali  İrlandiya  Birləşmiş 

Krallığı və Amerika Birləşmiş Ştatları Təhlükəsizlik Şurasının daimi üzvləridir. Baş Məclis 

Təşkilatın digər on üzvünü Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi seçir. Bu zaman 

ilk  növbədə  Təşkilatın  üzvlərinin  beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunub 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə