Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə196/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   192   193   194   195   196   197   198   199   ...   213

 

459


 

hökumətlərarası  təşkilatlar  daha  çox  siyasi  funksiyanı  deyil,  texniki-təşkilati  funksiyanı 

həyata keçirirdilər. Onlar yeni üzv-dövlətlərin cəlb edilməsi yolu ilə inteqrasiya meyllərini 

inkişaf etdirməli idilər. Əməkdaşlığın əsas sahələri isə rabitə, nəqliyyat və müstəmləkələrlə 

münasibətlər idi. 

 

Birinci  beynəlxalq  təşkilatın  yaranması  tarixi  barədə  məsələ  hələ  də  mübahisəli 



olaraq qalır. Beynəlxalq hüquqşünaslar belə hesab edirlər ki, ilk beynəlxalq təşkilat 1815-ci 

ildə  yaradılmış  Reyndə  gəmiçilik  üzrə  Mərkəzi  Komissiyadır.  Bununla  yanaşı,  XIX  əsrdə 

inzibati birliklər da  yaradılırdı. Məhz inzibati birliklər hökumətlərarası təşkilatların inkişaf 

etməsi  üçün  əsas  münasib  forma  rolunu  oynamışlar.  Əsas  məqsədləri  dövlətlərin  xüsusi 

sahələrdə  əməkdaşlığını  təmin  etmək  olan  inzibati  birliklər  bütün  XIX  əsr  ərzində 

hökumətlərarası təşkilatların inkişafına təkan vermişdir. 

 

XX  əsrin  əvvəli  bir  çox  dövlətlərin  sakit  inkişaf  yolun  son  qoydu.  Kapitalizmin 



inkişafına xas olan ziddiyyətlər dünya müharibəsi ilə nəticələndi. Birinci dünya müharibəsi 

nəinki  beynəlxalq  təşkilatların  inkişafına  əngəl  törətdi,  həmçinin  onların  bir  çoxunun 

buraxılmasına  gətirib  çıxardı.  Eyni  zamanda,  dünya  müharibələrinin  bütün  bəşər 

sivilizasiyası üçün təhlükəsinin dərk edilməsi müharibələrin qarşısının alınması üçün siyasi 

istiqamətli  beynəlxalq  təşkilatların  yaradılması  layihələrinin  yaranmasına  ciddi  təsir 

göstərdi. 

 

Müharibələrin qarşısının alınması və sülhün dəstəklənməsi ilə məşğul olacaq qlobal 



hökumətlərarası  təşkilatın  yaradılması  ideyası  əslində  bəşəriyyəti  çoxdan  narahat  edirdi. 

Məhz  bu ideya  1919-cu ildə Millətlər Liqasının  yaradılması ilə nəticələndi.  Lakin, təəssüf 

ki, bu təşkilat beynəlxalq siyasi əməkdaşlığın səmərəli aləti ola bilmədi. 

 

Birinci  dünya  müharibəsi  və  ikinci  dünya  müharibəsi  arasında  olan  dövrdə 



beynəlxalq  sülh  və  təhlükəsizlik  problemlərinin  işlənməsi  ümumilkdə  çox  zəif  həyata 

keçirilirdi.  Ikinci  dünya  müharibəsi  öz  masştabına  və  buna  qədər  bəşər  tarixində 

görünməmiş itkilərə  görə, sülhün və təhlükəsizliyin təşkili üzrə hökumətlər və ictimaiyyət 

tərəfindən irəli sürülən təşəbbüslərə güclü təkan verdi. 

 

Hökumətlər  səviyyəsində  beynəlxalq  təhlükəszilik  sahəsində  təşkilatın  yaradılması 



məsələsi müharibənin elə ilk günlərindən gündəmə gəldi. Düzdür, bəzi tarixçilər BMT-nin 

yaradılması istiqamətində ilk addım kimi 1941-ci ilin 12 iyununda imzalanmış Müttəfiqlik 

Bəyannaməsini  əsas  götürürlər.  Lakin,  əksəriyyətin  fikrincə  bu  istiqamətdə  ilk  real  addım 

14  avqust  1941-ci  ildə  atılmışdır.  Bu  tarixdə  ABŞ  prezidenti  Franklin  Delano  Ruzvelt  və 




 

460


 

Birləşmiş  Krallığın  baş  naziri  Uinston  Çörçill  Atlantika  Xartiyası  adlanan  sənədi 

imzalamışlar.  Bu  sənəddə  sülhün  və  təhlükəsizliyin  dəstəklənməsində  beynəlxalq 

əməkdaşlığın  prinsipləri  öz  əksini  tapmışdır.  1942-ci  il  yanvarın  1-də  isə  ―ox‖  ölkələrinə 

qarşı  müharibə aparan 26 müttəfiq dövlət Birləşmiş Millətlər Bəyannaməsini imzalayaraq, 

Atlantika Xartiyasına  öz dəstəklərini verdilər. ABŞ prezidenti  Franklin Ruzvelt tərəfindən 

təklif  olunan  ―Birləşmiş  Millətlər‖  ifadəsi  rəsmi  olaraq  ilk  dəfə  bu  sənəddə  istifadə 

edilmişdir. 

 

BMT-nin  yaranmasında  növbəti  mərhələ  isə  isə  1943-cü  ilin  oktyabr-dekabr 



aylarında  keçirilmiş  Moskva  və  Tehran  konfransları  oynamışlar.  30  oktyabr  1943-cü  ildə 

Moskvada  SSRİ,  ABŞ,  Birləmiş  Krallıq  və  Çin  nümayəndələrinin  imzaladıqları 

Bəyannamədə  sülhün  və  təhlükəsizliyin  dəstəklənməsi  üçün  tez  bir  zamanda  beynəlxalq 

təşkilatın  yaradılması  çağırışı  vardı.  Bu  məqsəd  ABŞ,  SSRİ  və  Birləşmiş  Krallıq 

rəhbərlərinin 1 dekabr 1943-cü ildə Tehranda keçirilən görüşündə bir daha təsdiqlənmişdi. 

 

BMT-nin yaradılmasında əsas və vacib mərhələlərdən biri kimi kimi tarixçilər 1944-



cü  ildə  Dumbarton-Oksda  (Vaşinqtonda  yerləşən  saray)  keçirilən  konfransı  göstərirlər. 

1944-cü  ilin  21  sentyabrından  7  oktyabrına  qədər  keçirilən  bu  konfransda  BMT-nin  ilk 

cizgiləri  müəyyən  edilmiş,  gələcək  təşkilatın  fəaliyyətinin  əsas  prinsipləri  və  mexanizmi 

razılaşdırılmış,  ABŞ,  Birləşmiş  Krallıq,  SSRİ  və  Çin  ümumdünya  təşkilatının  məqsədləri, 

strukturu və funksiyaları üzrə ortaq məxrəcə gəlmişdilər. 

 

1945-ci ilin 11 fevralında keçirilən Yalta konfransı zamanı üç ölkənin – SSRİ, ABŞ 



və Böyük Britaniyanın rəhbərləri Dumbarton-Oks konfransı zamanı təklif edilmiş sənədlər 

paketini müzakirə edərək ora bəzi müddəaları əlavə etmiş və 1945-ci ilin aprelində ABŞ-da 

Birləşmiş Millətlər Konfransının çağrılması barədə qərar qəbul etmişdilər. 

 

Bu qərar 25 aprel-25 iyun 1945-ci il tarixində San-Fransisko konfransının keçirilməsi 



ilə reallaşdı. 25 aprel 1945-ci ildə 50 ölkədən olan nümayəndə heyəti beynəlxalq təşkilatın 

yaradılmasını  müzakirə  etmək  məqsədilə  Birləşmiş  Millətlər  Konfransına  toplaşdılar. 

Nümayəndə heyətləri 111 müddəadan ibarət Nizamnamə hazırladılar və bu Nizamnamə 25 

iyun  1945-ci  ildə  yekdilliklə  qəbul  edildi.  24  oktyabr  1945-ci  ildə  ratifikasiya  edilmiş 

qramotaların  Təhlükəsizlik  Şurasının  5  daimi  üzvü  və  əksər  ölkələr  tərəfindən  təqdim 

edilməsindən sonra BMT Nizamnaməsi qüvvəyə mindi. Həmin vaxtdan etibarən beynəlxalq 

təqvimdə 24 oktyabr BMT Günü adlanır. 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə