Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə194/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   190   191   192   193   194   195   196   197   ...   213

 

453


 

tərəfindən  hazırlanmış  ―İnkişafın  insan  aspekti  1999‖  hesabatında  qeyd  olunur  ki, 

―qloballaşan  dünya  ölkələrin  tək  həll  edə  bilmədikləri  problemlərin  həlli  üçün  yeni 

institutlara  ehtiyac  duyur‖.  Hesabata  görə,  yeni  qlobal  arxitektura  BMT  çərçivəsində 

İqtisadi Təhlükəsizlik Şurasının yaradılmasını nəzərdə tutur. Bundan başqa, valyuta-maliyyə 

münasibətlərinin  qlobal  makrotənzimlənməsi  və  milli  bank  sistemlərinə  nəzarətlə  məşğul 

olacaq  Dünya  Mərkəzi  Bankının,  Transmilli  Şirkətlərin  Davranış  Kodeksinə  əməl 

edilməsinə  nəzarət  üzrə  Dünya  Antiinhisar  Xidmətinin,  Ətraf  Mühitin  Qorunması  üzrə 

Dünya  Xidmətinin,  sərbəst  investisiya  resurslarının  geridə  qalmış  ölkələrə  axınına  dəstək 

verəcək bank institutunun yaradılması nəzərdə tutulur. 

 

11.3. İqtisadi təhlükəsizlik anlayışı, onun strukturu və formalaşma prosesi 

 

 



Dövlətin iqtisadi təhlükəsizliyi onun milli təhlükəsizliyin çox vacib tərkib hissəsidir. 

Dünya təcrübəsi göstərir ki, iqtisadi təhlükəsizliyin təmin edilməsi ölkənin müstəqilliyinin 

zəmanətçisi, sabitliyin  və cəmiyyətin səmərəli fəaliyyətinin  mühüm şərtidir. Buna görə də 

iqtisadi  təhlükəsizliyin  təmin  edilməsi  və  formalaşdırılması  mühüm  milli  prioritetlərin 

sırasına aiddir. 

 

Qərb  iqtisadi  ədəbiyyatında  iqtisadi  təhlükəsizlik  adətən  milli  iqtisadiyyatın  dünya 



iqtisadi  böhranları  şəraitinə  dözümlülüyünün  təmin  edilməsi  kimi  izah  edilir.  Son 

onilliklərdə, inkişaf etmiş ölkələrin iqtisadiyyatlarında qloballaşma prosesi ilə əlaqədar baş 

verən  dərin  struktur  dəyişiklikləri  nəticsəində  iqtisadi  təhlükəsizlik  anlayışına  milli 

iqtisadiyyatın və  ya onun aparıcı sahələrinin  dünya bazarlarında rəqabət qabiliyyətliliyinin 

təmin edilməsi kimi vacib əlamət də əlavə edilmişdir. Digər tərəfdən, ―bazar modeli‖nin bir 

sıra  tərəfdarları  hesab  edir  ki,  cəmiyyətin  normal  (ekstremal  yox)  inkişafı  şəraitində 

―iqtisadi  təhlükəsizlik‖  anlayışından  istifadə  etməyin  mənası  yoxdur,  çünki,  ―iqtisadi 

təhlükələr‖in mövcudluğu bazar iqtisadiyyatının inkişafının zəruri şərtlərindən biridir. 

 

İqtisadi  təhlükəsizlik  mürəkkəb  daxili  struktura  malikdir  və  bu  strukturda  üç  əsas 



elementi qeyd etmək olar: 

1.

 



İqtisadi  müstəqillik.  İqtisadi  müstəqillik  mütləq  xarakter  kəsb  etmir,  çünki, 

beynəlxalq  əmək  bölgüsü  milli  iqtisadiyyatları  bir-birlərindən  qarşılıqlı  asılı 

vəziyyətə  gətirib.  Belə  şəraitdə  iqtisadi  müstəqillik  milli  resurslar  üzərində  nəzarət 

imkanı,  həmçinin  ölkənin  rəqabətqabiliyyətliliyini  təmin  edən  və  dünya  ticarətində, 




 

454


 

kooperasiya  əlaqələrində  və  elmi-texniki  nailiyyətlərlə  mübadilədə  bərabər  surətdə 

iştirak  etməyə  imkan  verən  istehsal,  səmərəlilik  və  məhsul  keyfiyyəti  səviyyəsinin 

əldə edilməsi deməkdir. 

2.

 

Milli  iqtisadiyyatın  sabitliyi  və  dayanıqlığı.  Bu,  bütün  formalarda  mülkiyyətin 



müdafiə  olunmasını,  sahibkarlıq  aktivliyi  üçün  etibarlı  şəraitin  yaradılmasını, 

mövcud  situasiyanı  qeyri-sabit  edə  biləcək  amillərin  (iqtisadiyyatda  kriminal 

strukturlarla  mübarizə,  gəlirlərin  bölgüsündə  ciddi  fərqlərə  yolverməmə  və  s.) 

qarşısının alınmasını nəzərdə tutur. 

3.

 

Özünü  inkişaf  və  tərəqqi  bacarığı.  İnvestisiyalar  və  innovasiyalar  üçün  münbit 



mühitin  yaradılması,  işçilərin  peşəkar,  təhsil  və  ümummədəni  səviyyələrinin 

yüksəldilməsi  milli  iqtisadiyyatın  dayanıqlığı  və  özünü  qoruması  üçün  zəruri  və 

mütləq şərtlərə çevrilmişdir. 

Beləliklə,  iqtisadi  təhlükəsizlik  milli  iqtisadiyyatın  müstəqilliyini,  sabitliyini  və 

dayanıqlığını təmin edən, ona dail yenilənməyə və özünü təkmilləşdirməyə imkan verən şərt 

və amillər məcmusudur. 

Dövlətin  iqtisadi  təhlükəsizliyi  aşağıdakıları  təmin  edən  iqtisadi,  geosiyasi,  ekoloji, 

hüquqi və digər şərtlər kompleksi ilə müəyyən edilir: 

 

iqtisadiyyatın böhran şəraitinə davam gətirməsi və inkişaf etməsi



 

ölkənin  resurs  potensialı  ilə  əlaqədar  həyati  əhəmiyyətli  maraqlarının  qorunması, 



inkişaf və artımın tarazlığı və dinamikası; 

 



qeyri-sabit təsirlərdən daxili immunitet və xarici müdafiənin yaradılması; 

 



dünya  bazarlarında  ölkənin  rəqabət  qabiliyyətliliyi  və  onun  maliyyə  vəziyyətinin 

dayanıqlığı; 

 

fərd üçün ləyaqətli həyat şəraitininvə daimi inkişaf imkanlarının yaradılması. 



İqtisadi təhlükəsizliyin mahiyyətini daha yaxşı başa düşmək üçün onun ―inkişaf‖ və 

―dayanıqlıq‖  anlayışları  ilə  əlaqəsini  aydın  etmək  lazımdır.  Inkişaf  iqtisadi  təhlükəsizliyin 

komponentlərindən  biridir.  Iqtisadiyyat  inkişaf  etmirsə,  onun  daxili  və  xarici  təhlükələrə 

qarşı  müqaviməti  kəskin  aşağı  düşür.  Dayanıqlıq  və  təhlükəsizlik  iqtisadiyyatın  bir  vahid 

sistem  kimi  vacib  xüsusiyyətlərindəndir.  Onları  qarşı-qarşıya  qoymaq  olmaz,  onların  hər 

biri  özlüyündə  iqtisadiyyatın  vəziyyətini  xarakterizə  edir.  Iqtisadiyyatın  dayanıqlığı  onun 

elementlərinin.  sistem  daxilində  şaquli,  üfiqi  və  digər  əlaqələrin  möhkəmliyini  və 

etibarlığını, daxili və xarici ―yüklərə‖ dözmək qabiliyyətini göstərir. 




 

455


 

Yuxarıda  deyilənləri  ümumiləşdirərək  qeyd  etmək  olar  ki,  iqtisadi  təhlükəsizlik 

iqtisadiyyatın  ictimai  ehtiyacları  milli  və  beynəlxalq  səviyyələrdə  səmərəli  təmin  etmə 

qabiliyyətidir.  Başqa  sözlə,  iqtisadi  təhlükəsizlik  milli  iqtisadiyyatın  səmərəli  dinamik 

artımı  üçün  şərait  yaradan  daxili  və  xarici  amillərin  məcmusudur.  Buradan  iki  nəticə 

çıxarmaq  olar.  Birincisi,  ölkənin  iqtisadi  təhlükəsizliyi  ilk  növbədə  iqtisadiyyatın  özünün 

səmərəliliyi ilə təmin edilməli, yəni ki, dövlət tərəfindən həyata keçirilən müdafiə tədbirləri 

ilə  yanaşı,  iqtisadiyyat  əməyin  yüksək  məhsuldarlığı,  məhsulun  keyfiyyəti  və  s.  əsasında 

özünü müdafiə etməlidir. Ikincisi, ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi təkcə hər 

hansı  bir  dövlət  qurumunun,  xidmətinin  işi  olmamalıdır,  o,  bütövlükdə  dövlət  orqanları 

sistemi ilə, iqtisadiyyatın bütün həlqələri və strukturları ilə dəstəklənməlidir. 

 

11.4. İqtisadi təhlükəsizliyin təhlilinə əsas yanaşmalar 

 

İqtisadi təhlükəsizliyin təhlili zamanı çoxlu məsələlər nəzərdən keçirilir ki, onların da 



bir  çoxu  iqtisadi  təhlükəszilik  predmetinin  çərçivəsindən  kənara  çıxır  və  iqtisadi 

problemlərin  həlli  üçün  ümumi  xarakter  kəsb  edir.  Bununla  belə,  bu  məsələlər  sırasında 

iqtisadi  təhlükəsizlik  problemi  ilə  bilavasitə  əlaqədar  olan  iki  əsas  məsələni  qeyd  etmək 

olar.  


Iqtisadi  təhlükəsizliyin  mahiyyəti  meyarlar  və  göstəricilər  sistemində  reallaşır. 

Iqtisadi  təhlükəsizliyin  meyarları  onun  mahiyyətini  əks  etdirən  vacib  proseslər  nöqteyi-

nəzərindən 

iqtisadi 

vəziyyətin 

qiymətləndirilməsidir. 

Təhlükəsizliyin 

meyar 


qiymətləndirməsi özündə aşağıdakıları əks etdirir: 

 



resurs potensialı və onun inkişaf etdirilməsi imkanları; 

 



resurslardan,  kapitaldan  və  əməkdən  səmərəli  istifadə  səviyyəsi  və  bu  səviyyənin 

daha  inkişaf etmiş ölkələrin  səviyyəsinə  uyğunluğu, həmçinin onun daxili və  xarici 

təhlükələri minimuma endirmək qabiliyyəti

 



iqtisadiyyatın rəqabət qabiliyyəti

 



ərazi və iqtisadi məkanın bütövlüyü

 



suverenitet, müstəqillik və xarici təhlükələrə müqavimət qabiliyyəti, sosial sabitlik və 

sosial münaqişlərin qarşısının alınması və həll edilməsi şəraiti. 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə