Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə191/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   187   188   189   190   191   192   193   194   ...   213

 

446


 

BMT-nin  Baş  Assambleyasının  12  dekabr  1974-cü  il  tarixli  qətnaməsində  bildirilir 

ki,  dövlətlərin  iqtisadi  hüquqları  və  öhdəlikləri  haqqında  Xartiya  ―beynəlxalq  iqtisadi 

münasibətlərin  yeni  sisteminin  yaradılmasının  effektiv  alətinə  çevrilməlidir‖.  Dövlətlər 

arasında  siyasi,  iqtisadi  və  digər  münasibətlərin  tənzimlənməsinin  əsas  prinsipləri  kimi 

Xartiyada aşağıdakılar göstərilib: 

 

suverenitet; 



 

dövlətlərin ərazi bütövlüyü və tam müstəqilliyi



 

hücumetməmə,  qarışmama,  sülh  çəraitində  yaşama,  bərabərhüquqluq  və  öz 



müqəddəratını təyin etmə

 



inkişaf məqsədilə beynəlxalq əməkdaşlıq və s. 

 

11.2. “Şimal-Cənub” problemi və yeni beynəlxalq iqtisadi qayda 

 

 

Yeni  beynəlxalq  iqtisadi  qaydanın  proqramı  çox  güclü  mübahisələr  doğurmuşdur. 



Kasıb  ölkələrin  fikrincə,  bu  proqramla  irəli  sürülən  təkliflər  bərabərlik  və  ədalərlilik 

prinsiplərini təmin edir. Lakin əksər inkişaf etmiş ölkələr üçün proqramın tələbləri gəlirləri 

radikal surətdə  yenidən bölüşdürülməsi deməkdir ki, bu da heç də onların planlarına daxil 

deyil.  Bir  çox  inkişaf  etmiş  ölkələr  hesab  edirlər  ki,  iqtisadi  gerilikdən  ―sürətli  qurtulma‖ 

yolu  yoxdur  və  kasıb  ölkələr  də  inkişaf  etmiş  ölkələrin  son  iki  yüz  ildə  keçdikləri  gərgin 

əmək və daimi kapital yığımı prosesini keçməlidirlər. 

 

Yeni  beynəlxalq  iqtisadi  qayda  tələbini  irəli  sürməklə  keçmiş  müstəmləkələr  siyasi 



müstəqilliklərini  iqtisadi  müstəqilliklə  gücləndirməyə  çalışırdılar.  Sənayecə  inkişaf  etmiş 

ölkələr  narazılıq  atmosferini  yüngülləşdirmək  üçün  müəyyən  qədər  güzəştlərə  getsələr  də, 

heç də onlara qarşı irəli sürülən tələblərin hamısını yerinə yetirmək niyyətində deyildilər. 

 

Belə  bir  şəraitdə  1970-ci  illərin  ortalarında  ―Şimal-Cənub‖  termini  meydana  gəldi. 



―Şimal-Cənub‖ politoloji termini qeyri-rəsmi ―Şimal-Cənub dialoqu‖ adından  yaranmışdır. 

Bu  cür  dialoq  1976-cı  ildə  keçirilən  və  27  ölkənin  iştirak  etdiyi  beynəlxalq  iqtisadi 

əməkdaşlıq  üzrə  Paris  Konfransında  meydana  gəlmişdir.  Bu  ―dialoq‖  çərçivəsində  inkişaf 

etməkdə olan ölkələr dünya iqtisadiyyatında mövqelərini gücləndirmək üçün  yenidən  yeni 

beynəlxalq qaydanın bərqərar edilməsi tələbi ilə, o cümlədən ticarətdə imtiyazların təqdim 

edilməsiin  artırılması  və  müasir  texnologiyaların  əldə  edilməsi  şəraitinin  yaxşılaşdırılması 




 

447


 

tələbləri ilə çıxış etmişlər. Bu dialoqda ―Cənub‖un maraqlarını inkişaf etməkdə olan ölkələr, 

―Şimal‖ın maraqlarını isə sənayecə inkişaf etmiş ölkələr təmsil edirlər. 

 

―Şimal‖  və  ―Cənub‖  arasında  münaqişənin  kəskinləşməsi  səbəbi  kimi  bir  çox 



tədqiqatçılar  bu  ölkə  qruplarının  iqtisadiyyatlarının  inkişaf  səviyyəsi  arasında  olan  fərqin 

dərinləşməsini göstərirlər. Ən böyük təhlükə isə bu fərqin getdikcə daha da dərinləşməsidir. 

 

―Şimal‖ın  maraqlarını  müdafiə  edib  bir  sıra  iqtisadçılar  bu  fərqin  artımında  ilk 



növbədə  ―Cənub‖un  özünü  günahkar  hesab  edirlər.  Almaniya  iqtisadçısı  G.Şnayderin 

fikrincə,  ―üçüncü  dünya‖  dayanmadan  ərzaq  böhranına  doğru  irəliləyir  və  bu  böhranın 

qarşısını nə ―yaşıl inqilab‖, nə də ərzaq istehsalının texnologiyasında edilə biləcək ixtira ala 

bilər. 


 

R.Makkonell  Kempbell  və  L.Bryu  Stenli  ―İqtisadiyyat:  prinsiplər,  problemlər  və 

siyasət‖  adlı  əsərlərində  ―Şimal-Cənub‖  problemini  təhlil  edərək  belə  bir  nəticəyə  gəlirlər 

ki,  ―Cənub‖  lap  əvvəldən  ―günahkardır‖.  Kitabda  bildirilir  ki,  bu  dövlətlər  ―yoxsulluğun 

çıxılmaz  dairəsi‖nə düşüblər. Onlar ona görə  yoxsul qalmaqda davam edirlər ki, onlar  lap 

əvvəldən  yoxsul olublar. Onların  qənaətinə  görə, ―yoxsulluğun çıxılmaz dairəsi‖ sxematik 

olaraq aşağıdakı şəkildədir. 

 

 



 

 

 



 

 

 



Sxem 11.1. “Yoxsulluğun çıxılmaz dairəsi” 

 

Sxemdən  göründüyü kimi,  yoxsul ölkələrdə  açağı  gəlir səviyyəsi  yığım imkanlarını 



məhdudlaşdırır.  Nəticədə əməyin aşağı  məhsuldarlığı və aşağı gəlir tendensiyası saxlanır. 

Eyni  zamanda,  əhalinin  sürətli  artımı  adambaşına  gəlir  artımını  ―udur‖  və  beləliklə  də, 

―yoxsulluğun çıxılmaz dairəsi‖ndən çıxış imkanları heçə endirilir. 

―Şimal-Cənub‖  problemində  ilk  növbədə  ―Cənub‖un  günahkar  olduğu  barədə 

fikirlərlə  yanaşı  tamamilə  əks  nöqteyi-nəzər  də  mövcuddur  –  ilk  növbədə  ―Şimal‖ 

günahkardır.  Bu  mövqe  Argentina  iqtisadşısı  Raul  Prebişin  (o  həm  də  YUNKTAD-ın  baş 

Adambaşına aşağı  

gəlir 


Aşağı 

məhsuldarlıq 

Aşağı tələb 

səviyyəsi 

Əhalinin sürətli 

artımı 


Yığımın aşağı 

səviyyəsi 

Kapital qoyuluşlarının və insan kapitalına 

investisiyanın aşağı səviyyəsi 




 

448


 

katibi və daha sonra Latın Amerikası İqtisadi Tədqiqatlar İnstitutunun rəhbəri olub), holland 

iqtisadçısı,  Nobel  mükafatı  laueratı  Yan  Tinbergenin  (o,  Roma  Klubu  üçün  hazırlanmış 

―Beynəlxalq  qaydalara  yenidən  baxış‖  məruzəsini  hazırlayan  mütəxəssislər  qrupunun 

rəhbəri  olub),  ingilis  iqtisadçısı  Artur  Lyuisin,  ABŞ  iqtisadçısı  Hans  Zingerin,  isveç 

iqtisadçısı Hunnar Myürdalın əsərlərində öz əksini tapmışdır. 

Bu  əsərlərin  əsas  ideyası  ondan  ibarətdir  ki,  beynəlxalq  iqtisadi  münasibətlər  lap 

əvvəldən sənayecə daha inkişaf etmiş ölkələr tərəfindən formalaşdırılıb və buna görə də ilk 

növbədə onların maraqlarına, yəni ―Şimal‖ın iqtisadi maraqlarına xidmət edir. 

Formalaşmış  beynəlxalq  iqtisadi  münasibətlərə  yenidən  baxmaq  üçün,  onları 

sənayeləçmə yoluna yenicə qədəm qoymuş ölkələrə münasibətdə məqbul etmək üçün yeni, 

nüfuzlu  siyasi  struktur  yaratmaq  lazım  idi.  Belə  bir  struktur  ―77  Qrupu‖  oldu.  Bu  qrup 

Asiya,  Afrika  və  latın  Amerikasının  inkişaf  etməkdə  olan  ölkələrinin  nazirlərinin  iclasının 

qərarı ilə yaradılmış və YUNKTAD-ın 1964-cü ildə keçirilmiş və 77 dövlətin iştirak etdiyi 

birinci Konfransında rəsmiləşdirilmişdir. 

Lakin  hələ  bu  qrupun  yaradılmasından  1  il  əvvəl,  BMT-nin  Baş  Assambleyasının 

XVIII  sessiyasında  (1963-cü  il)  75  dövlətdən  ibarət  qrup  inkişaf  etməkdə  olan  ölkələrin 

birgə  bəyannaməsini  təqdim  etmişdilər.  Sənəddə  beynəlxalq  iqtisadi  əlaqələrin  mövcud 

mexanizmi  qiymətləndirilir  və  qeyd  olunur  ki,  ―dünya  ticarətinin  mövcud  prinsipləri  və 

strukturu hələ də dünyanın inkişaf etmiş regionları üçün əlverişlidir və cari meyllər inkişaf 

etməkdə  olan  ölkələrə  kömək  istiqamətli  deyil,  əksinə  onların  sürətli  artımı  əldə  etmək 

yönümündə səylərini heçə endirir‖. 

―77 Qrupu‖nun fəaliyyətinin əsasında aşağıdakılar dayanır: 

 



inkişaf etməkdə olan ölkələr arasında ticarət-maliyyə və texniki əməkdaşlıq; 

 



onların  BMT  sessiyalarında  və  konfranslarında,  həmçinin  beynəlxalq  iqtisadi 

münasibətlər problemləri (ticarət, sənaye, kənd təsərrüfatı, elm və texnika) üzrə digər 

beynəlxalq  forumlarda  birgə  fəaliyyət  mexanizminin  işlənməsi,  razılaşdırılması  və 

koordinasiya edilməsi; 

 

digər ölkələrlə, ilk növbədə inkişaf etmiş ölkələrlə iqtisadi, kredit, maliyyə, həmçinin 



texniki əməkdaşlıq məsələləri. 

1967-ci ildə qəbul edilmiş Əlcəzair xartiyasından başlayaraq ―77 Qrupu‖nun sonrakı 

bütün proqram sənədlərinin əsas  məqsədi kimi  yeni beynəlxalq iqtisadi qaydanın bərqərar 

edilməsi  uğrunda  mübarizə  göstərilir.  BMT  Baş  Assambleyasının  1974-ci  ildə  keçirilmiş 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə