446
BMT-nin Baş Assambleyasının 12 dekabr 1974-cü il tarixli qətnaməsində bildirilir
ki, dövlətlərin iqtisadi hüquqları və öhdəlikləri haqqında Xartiya ―beynəlxalq iqtisadi
münasibətlərin yeni sisteminin yaradılmasının effektiv alətinə çevrilməlidir‖. Dövlətlər
arasında siyasi, iqtisadi və digər münasibətlərin tənzimlənməsinin əsas prinsipləri kimi
Xartiyada aşağıdakılar göstərilib:
suverenitet;
dövlətlərin ərazi bütövlüyü və tam müstəqilliyi;
hücumetməmə, qarışmama, sülh çəraitində yaşama, bərabərhüquqluq və öz
müqəddəratını
təyin etmə;
inkişaf məqsədilə beynəlxalq əməkdaşlıq və s.
11.2. “Şimal-Cənub” problemi və yeni beynəlxalq iqtisadi qayda
Yeni beynəlxalq iqtisadi qaydanın proqramı çox güclü mübahisələr doğurmuşdur.
Kasıb ölkələrin fikrincə, bu proqramla irəli sürülən təkliflər bərabərlik və ədalərlilik
prinsiplərini təmin edir. Lakin əksər inkişaf etmiş ölkələr üçün proqramın tələbləri gəlirləri
radikal surətdə yenidən bölüşdürülməsi deməkdir ki, bu da heç də onların planlarına daxil
deyil. Bir çox inkişaf etmiş ölkələr hesab edirlər ki, iqtisadi gerilikdən ―sürətli qurtulma‖
yolu yoxdur və kasıb ölkələr də inkişaf etmiş ölkələrin son iki yüz ildə keçdikləri gərgin
əmək və daimi kapital yığımı prosesini keçməlidirlər.
Yeni beynəlxalq iqtisadi qayda tələbini irəli sürməklə keçmiş müstəmləkələr siyasi
müstəqilliklərini iqtisadi müstəqilliklə gücləndirməyə çalışırdılar. Sənayecə inkişaf etmiş
ölkələr narazılıq atmosferini yüngülləşdirmək üçün müəyyən qədər güzəştlərə getsələr də,
heç də onlara qarşı irəli sürülən tələblərin hamısını yerinə yetirmək niyyətində deyildilər.
Belə bir şəraitdə 1970-ci illərin ortalarında ―Şimal-Cənub‖ termini meydana gəldi.
―Şimal-Cənub‖ politoloji termini qeyri-rəsmi ―Şimal-Cənub dialoqu‖ adından yaranmışdır.
Bu cür dialoq 1976-cı ildə keçirilən və 27 ölkənin iştirak etdiyi beynəlxalq iqtisadi
əməkdaşlıq üzrə Paris Konfransında meydana gəlmişdir. Bu ―dialoq‖ çərçivəsində inkişaf
etməkdə olan ölkələr dünya iqtisadiyyatında mövqelərini gücləndirmək üçün yenidən yeni
beynəlxalq qaydanın bərqərar edilməsi tələbi ilə, o cümlədən ticarətdə imtiyazların təqdim
edilməsiin artırılması və müasir texnologiyaların əldə edilməsi şəraitinin yaxşılaşdırılması
447
tələbləri ilə çıxış etmişlər. Bu dialoqda ―Cənub‖un maraqlarını inkişaf etməkdə olan ölkələr,
―Şimal‖ın maraqlarını isə sənayecə inkişaf etmiş ölkələr təmsil edirlər.
―Şimal‖ və ―Cənub‖ arasında münaqişənin kəskinləşməsi səbəbi kimi bir çox
tədqiqatçılar bu ölkə qruplarının iqtisadiyyatlarının inkişaf səviyyəsi arasında olan fərqin
dərinləşməsini göstərirlər. Ən böyük təhlükə isə bu fərqin getdikcə daha da dərinləşməsidir.
―Şimal‖ın maraqlarını müdafiə edib bir sıra iqtisadçılar bu fərqin artımında ilk
növbədə ―Cənub‖un özünü günahkar hesab edirlər. Almaniya iqtisadçısı G.Şnayderin
fikrincə, ―üçüncü dünya‖ dayanmadan ərzaq böhranına doğru irəliləyir və bu böhranın
qarşısını nə ―yaşıl inqilab‖, nə də ərzaq istehsalının texnologiyasında edilə biləcək ixtira ala
bilər.
R.Makkonell Kempbell və L.Bryu Stenli ―İqtisadiyyat: prinsiplər, problemlər və
siyasət‖ adlı əsərlərində ―Şimal-Cənub‖ problemini təhlil edərək belə bir nəticəyə gəlirlər
ki, ―Cənub‖ lap əvvəldən ―günahkardır‖. Kitabda bildirilir ki, bu dövlətlər ―yoxsulluğun
çıxılmaz dairəsi‖nə düşüblər. Onlar ona görə yoxsul qalmaqda davam edirlər ki, onlar lap
əvvəldən yoxsul olublar. Onların qənaətinə görə, ―yoxsulluğun çıxılmaz dairəsi‖ sxematik
olaraq aşağıdakı şəkildədir.
Sxem 11.1. “Yoxsulluğun çıxılmaz dairəsi”
Sxemdən göründüyü kimi, yoxsul ölkələrdə açağı gəlir səviyyəsi yığım imkanlarını
məhdudlaşdırır. Nəticədə əməyin aşağı məhsuldarlığı və aşağı gəlir tendensiyası saxlanır.
Eyni zamanda, əhalinin sürətli artımı adambaşına gəlir artımını ―udur‖ və beləliklə də,
―yoxsulluğun çıxılmaz dairəsi‖ndən çıxış imkanları heçə endirilir.
―Şimal-Cənub‖ problemində ilk növbədə ―Cənub‖un günahkar olduğu barədə
fikirlərlə yanaşı tamamilə əks nöqteyi-nəzər də mövcuddur – ilk növbədə ―Şimal‖
günahkardır. Bu mövqe Argentina iqtisadşısı Raul Prebişin (o həm də YUNKTAD-ın baş
Adambaşına aşağı
gəlir
Aşağı
məhsuldarlıq
Aşağı tələb
səviyyəsi
Əhalinin sürətli
artımı
Yığımın aşağı
səviyyəsi
Kapital qoyuluşlarının və insan kapitalına
investisiyanın aşağı səviyyəsi
448
katibi və daha sonra Latın Amerikası İqtisadi Tədqiqatlar İnstitutunun rəhbəri olub), holland
iqtisadçısı, Nobel mükafatı laueratı Yan Tinbergenin (o, Roma Klubu üçün hazırlanmış
―Beynəlxalq qaydalara yenidən baxış‖ məruzəsini hazırlayan mütəxəssislər qrupunun
rəhbəri olub), ingilis iqtisadçısı Artur Lyuisin, ABŞ iqtisadçısı Hans Zingerin, isveç
iqtisadçısı Hunnar Myürdalın əsərlərində öz əksini tapmışdır.
Bu əsərlərin əsas ideyası ondan ibarətdir ki, beynəlxalq iqtisadi münasibətlər lap
əvvəldən sənayecə daha inkişaf etmiş ölkələr tərəfindən formalaşdırılıb və buna görə də ilk
növbədə onların maraqlarına, yəni ―Şimal‖ın iqtisadi maraqlarına xidmət edir.
Formalaşmış beynəlxalq iqtisadi münasibətlərə yenidən baxmaq üçün, onları
sənayeləçmə yoluna yenicə qədəm qoymuş ölkələrə münasibətdə məqbul etmək üçün yeni,
nüfuzlu siyasi struktur yaratmaq lazım idi. Belə bir struktur ―77 Qrupu‖ oldu. Bu qrup
Asiya, Afrika və latın Amerikasının inkişaf etməkdə olan ölkələrinin nazirlərinin iclasının
qərarı ilə yaradılmış və YUNKTAD-ın 1964-cü ildə keçirilmiş və 77 dövlətin iştirak etdiyi
birinci Konfransında rəsmiləşdirilmişdir.
Lakin hələ bu qrupun yaradılmasından 1 il əvvəl, BMT-nin Baş Assambleyasının
XVIII sessiyasında (1963-cü il) 75 dövlətdən ibarət qrup inkişaf etməkdə olan ölkələrin
birgə bəyannaməsini təqdim etmişdilər. Sənəddə beynəlxalq iqtisadi əlaqələrin mövcud
mexanizmi qiymətləndirilir və qeyd olunur ki, ―dünya ticarətinin mövcud prinsipləri və
strukturu hələ də dünyanın inkişaf etmiş regionları üçün əlverişlidir və cari meyllər inkişaf
etməkdə olan ölkələrə kömək istiqamətli deyil, əksinə onların sürətli artımı əldə etmək
yönümündə səylərini heçə endirir‖.
―77 Qrupu‖nun fəaliyyətinin əsasında aşağıdakılar dayanır:
inkişaf etməkdə olan ölkələr arasında ticarət-maliyyə və texniki əməkdaşlıq;
onların BMT sessiyalarında və konfranslarında, həmçinin beynəlxalq iqtisadi
münasibətlər problemləri (ticarət, sənaye, kənd təsərrüfatı, elm və texnika) üzrə digər
beynəlxalq forumlarda birgə fəaliyyət mexanizminin işlənməsi, razılaşdırılması və
koordinasiya edilməsi;
digər ölkələrlə, ilk növbədə inkişaf etmiş ölkələrlə iqtisadi, kredit, maliyyə, həmçinin
texniki əməkdaşlıq məsələləri.
1967-ci ildə qəbul edilmiş Əlcəzair xartiyasından başlayaraq ―77 Qrupu‖nun sonrakı
bütün proqram sənədlərinin əsas məqsədi kimi yeni beynəlxalq iqtisadi qaydanın bərqərar
edilməsi uğrunda mübarizə göstərilir. BMT Baş Assambleyasının 1974-ci ildə keçirilmiş