Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə188/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   184   185   186   187   188   189   190   191   ...   213

 

437


 

11.1.

 

Yeni  beynəlxalq  iqtisadi  qayda:  mahiyyəti  və  beynəlxalq  iqtisadi 

münasibətlərin yenidən qurulmasında əhəmiyyəti. 

11.2.

 

“Şimal-Cənub” problemi və yeni beynəlxalq iqtisadi qayda. 

11.3.

 

İqtisadi təhlükəsizlik anlayışı, onun strukturu və formalaşma prosesi. 

11.4.

 

İqtisadi təhlükəsizliyin təhlilinə əsas yanaşmalar. 

 

 

 

MÖVZU 11 

 

Yeni beynəlxalq iqtisadi qayda və  



iqtisadi təhlükəsizlik problemləri 

 

11.1. Yeni beynəlxalq iqtisadi qayda: mahiyyəti və  



beynəlxalq iqtisadi münasibətlərin yenidən qurulmasında əhəmiyyəti 

 

 



Qlobal  iqtisadiyyat  ona  məxsus  olan  ziddiyyət  və  münaqişələrin  təhlükəli  surətdə 

kəskinləşməməsi  üçün  dövlətlərarası  münasibətlər  üzrə  formalaşmış  qaydalarda 

dəyişikliklər  edilməsinə  ehtiyac  duyur.  Qloballaşma  prosesinin  idarəedilməsinin  əsas 

vəzifəsi  onun  risqlərinin  və  xərclərinin  məhdudlaşdırılmasından  və  mənfəətin 

maksimumlaşdırılmasından  ibarətdir  ki,  bu  da  mövcud  qaydalarda  müəyyən  dəyişikliklər 

edilməsi ehtiyacını ortaya çıxarır. 

1970-ci  illərdə  beynəlxalq  iqtisadi  münasibətlər  sistemində  yeni  beynəlxalq  iqtisadi 

qayda problemi mühüm əhəmiyyət kəsb etməyə başladı. Bu qaydanın həyata keçirilməsində 

inkişaf etməkdə olan ölkələr xüsusilə israrlı idilər. 

 

Bu  konsepsiyanın  ümumiyyətlə  ortaya  çıxmasının  və  sonradan  onun  həyata 



keçirilməsi  uğrunda  kifayət  qədər  kəskin  mübarizənin  əsas  səbəbi  ondan  ibarət  idi  ki,  bir 

çox  inkişaf  etməkdə  olan  ölkələr  siyasi  müstəqillik  əldə  etdikdən  sonra  agah  oldular  ki, 

Qərb  və  yenicə  azadlıq  qazanmış  ölkələr  arasında    mövcud  olan  əlaqələr  sistemini  köklü 

surətdə dəyişmədən iqtisadi müstəqilliyi təmin etmək mümkün olmayacaq. 

 

Yeni beynəlxalq iqtisadi qayda inkişaf etməkdə olan ölkələr tərəfindən irəli sürülmüş 



və  onlarla  sənayecə  inkişaf  etmiş  ölkələr  arasında  münasibətlərdə  köklü  dəyişiklikləri 

nəzərdə  tutan  təkliflər  paketidir.  Bu  təkliflər  inkişaf  etməkdə  olan  ölkələrin  iqtisadi 

artımının  sürətləndirilməsi  və  dünya  gəlirinin  onların  xeyrinə  yenidən  bölüşdürülməsi 

məqsədini daşıyır. 




 

438


 

 

İnkişaf etməkdə olan ölkələr tərəfindən irəli sürülmüş təkliflərin mahiyyəti aşağıdakı 



əsas tələblərdən ibarət idi: 

 



hər  bir  dövlətin  özünü  təbii  resursları  və  bütün  iqtisadi  fəaliyyəti  üzərində  tam  və 

daimi  suverenliyinin,  o  cümlədən  milliləşdirməyə  qeyd-şərtsiz  hüququnun  təmin 

edilməsi; 

 



dünya bazarlarında qiymətlərin dəyişməsinin inkişaf etməkdə olan ölkələrə əlverişsiz 

təsirini  aradan  qaldıra  biləcək  beynəlxalq  mübadilə  və  əməkdaşlıq  mexanizminin 

işlənməsi  və  mübadilə  şəraitinin  (―ticarət  şəraiti‖nin)  sabitliyinin  təmin  edilməsi, 

həmçinin, bu ölkələrdə istehsalın modernləşdirilməsi üçün zəruri olan yeni texnika və 

texnologiyaların ötürülməsinə dəstək verilməsi

 



mövcud  olan  disproporsiyaların  azaldılması  və  müstəmləkiçilik  asılılığından  azad 

olmuş  ölkələrin  iqtisadi  inkişafının  sürətləndirilməsinə  dəstək  məqsədilə  iqtisadi 

yardımın göstərilməsi; 

 



transmilli şirkətlərin fəaliyyəti üzərində səmərəli nəzarətin təmin edilməsi. 

 

Yeni  beynəlxalq  iqtisadi  qayda  konsepsiyasının  mahiyyəti  BMT-nin  bir  sıra  iri 



sənədlərində öz əksini tapmışdır. Onların sırasına ilk növbədə aşağıdakılar daxildir: 

1.

 



BMT-nin  Baş  Assambleyası  tərəfindən  1974-cü  il  mayın  1-də  qəbul  edilmiş  yeni 

beynəlxalq iqtisadi qaydanın təmin edilməsi üzrə Bəyannamə

2.

 

BMT-nin  Baş  Assambleyası  tərəfindən  1974-cü  il  mayın  1-də  qəbul  edilmiş  yeni 



beynəlxalq iqtisadi qaydanın təmin edilməsi üzrə tədbirlər Proqramı; 

3.

 



BMT-nin  Baş  Assambleyası  tərəfindən  1974-cü  il  dekabrın  12-də  qəbul  edilmiş 

dövlətlərin iqtisadi hüquqları və öhdəlikləri haqqında Xartiya. 

Bəyannamədə  göstərilir  ki,  yeni  qayda  ədalətə,  suveren  bərabərliyə,  maraqların 

qarşılıqlı  asılığına  və  sosial-iqtisadi  sistemlərindən  asılı  olmayaraq  bütün  dövlətlərin 

əməkdaşlığına əsaslanmalıdır. Bu qayda qeyri-bərabərliyi və ədalətsizliyi aradan qaldırmalı, 

inkişaf  etmiş  ölkələrlə  inkişaf  etməkdə  olan  ölkələr  arasında  olan  kəskin  fərqi  aradan 

qaldırmağa  imkan  yaratmalı,  dünyada  daha  sürətli  iqtisadi  və  sosial  inkişafı  və  hazırkı  və 

gələcək nəsillər üçün ədaləti təmin etməlidir. 

 

Bəyannamədə qeyd olunur ki, həmin vaxta dünya əhalisinin 70%-nin inkişaf etməkdə 



olan  ölkələrdə  yaşamasına  baxmayaraq,  dünya  gəlirinin  cəmisi  30%-i  bu  ölkələrin  payına 

düşüb  və  daha  sonra  vurğulanır  ki,  belə  bir  şəraitdə  beynəlxalq  ictimaiyyətin  bərabər  və 

balanslaşdırılmış inkişafına nail olmaq qeyri-mümkündür. 



 

439


 

 

Bəyannamədə  bildirilir  ki,  mövcud  beynəlxalq  iqtisadi  qayda  beynəlxalq  siyasi  və 



iqtisadi münasibətlərin cari inkişaf prosesi ilə birbaşa münaqişədədir. İnkişaf etməkdə olan 

dünya beynəlxalq fəaliyyətin bütün sahələrinə təsir edən güclü bir amilə çevrilib ki, bu da 

inkişaf  etməkdə  olan  ölkələrin  beynəlxalq  ictimaiyyətə  aid  olan  bütün  qərarların 

formalaşdırılmasında və həyata keçirilməsində aktiv, tam və bərabərsurətli iştirakını zəruri 

edir. 

 

Bəyannamədə qarşılıqlı əlaqə və asılılıq konsepsiyası da öz əksini tapmışdır. Sənəddə 



vurğulanır  ki,  cari  hadisələr  göstərir  ki,  inkişaf  etmiş  ölkələrin  və  inkişaf  etməkdə  olan 

ölkələrin  maraqları bir-birlərindən izolə edilə bilməz. Inkişaf etmiş  ölkələrin çiçəklənməsi 

və inkişaf etməkdə olan ölkələrin artımı və inkişafı arasında sıx qarşılıqlı əlaqə mövcuddur 

və ümumilikdə beynəlxalq ictimaiyyətin çiçəklənməsi onun tərkib hissələrinin inkişafından 

asılıdır.  Inkişaf  məqsədilə  həyata  keçirilən  əməkdaşlıq  bütün  ölkələrin  birgə  məqsədi  və 

ümumi  borcudur.  Beləliklə,  hazırkı  və  gələcək  nəsillərin  siyasi,  iqtisadi  və  sosial  rifahı 

beynəlxalq  ictimaiyyətin  bütün  üzvləri  arasında  suveren  bərabərliyə  əsaslanan 

əməkdaşlıqdan asılıdır. 

Bəyannaməyə  əsasən,  yeni  beynəlxalq  iqtisadi  qaydanın  20  prinsip  üzərində 

qurulması nəzərdə tutulur. Onların sırasında aşağıdakıları göstərmək olar: 

 

dövlətlərin  suveren  bərabərliyi,  bütün  millətlərin  öz  müqəddəratlarını  təyin  etmə 



hüququ,  ərazinin  güclə  ələ  keçirilməsinin  yolverilməzliyi,  ərazi  bütövlüyü  və  digər 

dövlətlərin daxili işlərinə qarışmama; 

 

bütün  ölkələrin  bərabərlik  əsasında  dünya  iqtisadi  problemlərinin  həllində  tam  və 



səmərəli iştirakı; 

 



hər bir ölkə özünün inkişafı üçün daha uyğun hesab etdiyi iqtisadi və sosial sistemi 

qəbul etmək hüququna malikdir; 

 

hər bir dövlətin öz təbii resursları və bütün iqtisadi fəaliyyəti üzərində tam ayrılmaz 



suverenliyi; 

 



milli  iqtisadiyyatların  maraqlarına  uyğun  tədbirlərin  görülməsi  ilə  transmilli 

korporasiyaların fəaliyyətinin tənzimlənməsi və bu fəaliyyətə nəzarət edilməsi

 

müstəmləkə  və  irqi  hakimiyyət,  xarici  işğal  altında  olan  inkişaf  etməkdə  olan 



ölkələrin azadlıqlarını əldə etmə hüquqları; 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə