Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə190/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   186   187   188   189   190   191   192   193   ...   213

 

443


 

 



inkişaf  etməkdə  olan  ölkələrin  Beynəlxalq  Valyuta  Fondunun  qərar  qəbul  etmə 

prosesində effektiv iştirakının təmin edilməsi

 

real  resursların  inkişaf  etmiş  ölkələrdən  inkişaf  etməkdə  olan  ölkələrə  axınının 



təmin edilməsi. 

Bu bölümdə həmçinin inkişaf etməkdə olan ölkələrin inkişafının maliyyələşdirilməsi 

üçün təxirəsalınmaz tədbirlər də müəyyən edilir: 

 



beynəlxalq maliyyə təşkilatlarının ölkələr arasında ayrı-seçkilik etmədən inkişafın 

maliyyələşdirilməsi funksiyalarını səmərəli surətdə yerinə yetirmələri; 

 

inkişaf etməkdə olan ölkələrin inkişaf etmiş ölkələr tərəfindən tətbiq edilmiş idxal 



və kapital ixracı üzərində bütün növ nəzarətdən azad edilmələri

 



həm dövlət, həm də özəl xarici kapital qoyuluşlarının dəstəklənməsi; 

 



ağır  müqavilə  şərtləri  nəticəsində  meydana gəlmiş xarici borc  yükünün törətdiyi 

mənfi  nəticələrin  aradan  qaldırılması  üçün  müvafiq  təcili  tədbirlərin  həyata 

keçirilməsi; 

 



beynəlxalq maliyyə təşkilatlarının inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı 

edərkən onların rela ehtiyaclarını nəzərə almaları. 

III.

 

Sənayeləşmə.  Bu  bölümdə  vurğulanır  ki,  dünya  ictimaiyyəti  inkişaf  etməkdə  olan 



ölkələrin sənayeləşməsi üçün bütün lazımi tədbirləri görməlidir və bu, məqsədlə: 

 



inkişaf  etmiş  ölkələr  yardım  çərçivəsində  inkişaf  etməkdə  olan  ölkələrin  sənaye 

layihələrinin maliyyələşdirilməsi ilə bağlı sorğularına müsbət cavab verməlidirlər

 

inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrdə sənaye istehsalı layihələrinə 



kapital qoyan əmanətçiləri dəstəkləməli və stimullaşdırmalıdırlar; 

 



inkişaf  etməkdə  olan  ölkələrin  dünya  sənaye  istehsalında  payını  artıracaq  yeni 

beynəlxalq iqtisadi strukturun bərqərar edilməsi üçün inkişaf etmiş ölkələr inkişaf 

etməkdə olan ölkələrdə yeni sənaye güclərinin yaradılmasına yardım etməlidirlər; 

 



dünya ictimaiyyəti inkişaf etməkdə olan ölkələrə texniki yardıma istiqamətlənmiş 

proqramları davam etdirməli və genişləndirməlidir. 

IV.

 

Texnologiyaların ötürülməsi. Bu bölümdə göstərilir ki, aşağıdakıları həyata keçirmək 



üçün bütün səylər göstərilməlidir: 

 



inkişaf  etməkdə  olan  ölkələrin  ehtiyaclarına  cavab  verən  texnologiyaların 

ötürülməsi sahəsində beynəlxalq kodeksin hazırlanması; 




 

444


 

 



inkişaf  etməkdə  olan  ölkələrin  daha  sərfəli  şərtlərlə  müasir  texnologiyaları  əldə 

etmələri üçün şərait yaratmaq; 

 

elmi  tədqiqat  proqramları  çərçivəsində  inkişaf  etmiş  ölkələrin  inkişaf  etməkdə 



olan ölkələrə yardımını əhəmiyyətli dərəcədə gücləndirmək

 



texnologiya ötürülməsini tənzimləyən kommersiya praktikasının inkişaf etməkdə 

olan ölkələrin ehtiyaclarına uyğun olaraq razılaşdırılması. 

V.

 

Çoxmilli şirkətlərin fəaliyyətinin tənzimlənməsi və onlar üzərində nəzarət. Çoxmilli 



şirkətlər üzrə beynəlxalq kodeksin hazırlanması, qəbul edilməsi və həyata keçirilməsi 

üçün bütün səylər göstərilməlidir və bu məqsədlə aşağıdakılar zəruridir: 

 

çoxmilli şirkətlərin fəaliyyət göstərdikləri ölkələrin daxili işlərinə qarışmalarının 



qarşısının alınması; 

 



məhdudlaşdırıcı işgüzar praktikanın aradan qaldırılması üçün çoxmilli şirkətlərin 

fəaliyyətinin tənzimlənməsi; 

 

çoxmilli şirkətlər tərəfindən inkişaf etməkdə olan ölkələrə yardımın, texnologiya 



və idarəetmə təcrübəsinin ədalətli və əlverişli şərtlərlə ötürülməsi

 



çoxmilli  şirkətlərin  əldə  etdikləri  gəlirlərin  onların  fəaliyyət  göstərdikləri 

ölkələrdən çıxarılmasının tənzimlənməsi; 

 

çoxmilli  şirkətlərin  əldə  etdikləri  gəlirləri  inkişaf  etməkdə  olan  ölkələrdə  təkrar 



investisiya etmələri üçün stimullaşdırılmaları. 

VI.


 

Dövlətlərin İqtisadi Hüquqları və Öhdəlikləri Xartiyası. Bu bölümdə qeyd olunur ki, 

hazırlanmaqda  olan  xartiyanın  BMT  Baş  Assambleyasının  növbəti  sessiyasında 

qəbul edilməsi zəruridir. 

VII.

 

İnkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığa dəstək. Bu bölümdə qeyd olunur 



ki,  inkişaf  etməkdə  olan  ölkələr  arasında  artan  əməkdaşlıq  onların  yeni  beynəlxalq 

iqtisadi  qayda  çərçivəsində  rollarını  daha  da  gücləndirəcək.  Inkişaf  etməkdə  olan 

ölkələr  regional,  subregional  və  regionlararası  səviyyələrdə  əməkdaşlığı 

genişləndirmək üçün aşağıdakı addımları atmalıdırlar: 

 

onlar  tərəfindən  ixrac  edilən  əmtəələrin  qiymətlərinin  mövcud  müdafiə 



mexanizminin təkmilləşdirilməsi

 



malik  olduqları  təbii  resurslar  üzərində  daimi  suverenitet  hüququnun  müdafiə 

edilməsi; 




 

445


 

 



regional  və  subregional  səviyyələrdə  iqtisadi  inteqrasiyanı  dəstəkləmək  və 

gücləndirmək; 

 

digər  inkişaf  etməkdə  olan  ölkələrdən  idxalın  səviyyəsini  əhəmiyyətli  dərəcədə 



yüksəltmək; 

 



inkişaf  etməkdə  olan  ölkələrin  inkişaf  etmiş  ölkələrə  daha  əlverişli  idxal  rejimi 

verməmələrinin təmin edilməsi; 

 

maliyyə,  kredit  münasibətləri  və  valyuta  məsələləri  sahəsində  səx  əməkdaşlığın 



stimullaşdırılması; 

 



sənaye,  elm  və  texnika,  nəqliyyat,  dəniz  yükdaşımaları  və  kütləvi  informasiya 

vasitələri  sahəsində  əməkdaşlığın  səmərəli  vasitələrinin  yaradılması  və 

dəstəklənməsi. 

Bu  bölümdə  həmçinin  bildirilir  ki,  inkişaf  etmiş  ölkələr  inkişaf  etməkdə  olan 

ölkələrin regional, subregional və regionlararası əməkdaşlıq təşəbbüslərinə hərtərəfli 

dəstək verməlidirlər. 

VIII.

 

Dövlətlərin  təbii  resursları  üzərində  daimi  suverenitetinin  həyata  keçirilməsinə 



yardım. Bunun üçün: 

 



hər  bir  dövlətin  malik  olduğu  özünün  təbii  resursları  üzərində  tam  və  daimi 

suverenitet  hüququnun  sərbəst  və  səmərəli  həyata  keçirilməsinə  maneçilik 

törədən cəhdlərin qarşısının alınması; 

 



inkişaf  etməkdə  olan  ölkələrin  milliləşdirilmiş  istehsal  vasitələrinin  istismarı  ilə 

əlaqədar  yardım  göstərilməsi  barədə  xahişlərinə  BMT  sisteminin  səlahiyyətli 

qurumlarının müsbət cavab vermələrinin təmin edilməsi. 

IX.


 

Birləşmiş  Millətlər  Təşkilatı  sisteminin  beynəlxalq  iqtisadi  əməkdaşlıq  sahəsində 

rolunun  gücləndirilməsi.  Burada  qeyd  olunur  ki,  bütün  üzv  dövlətlər  bu  proqramı 

həyata keçirmək və yeni beynəlxalq iqtisadi qaydanı bərqərar etmək üçün Birləşmiş 

Millətlər  Təşkilatı  sistemindən  tam  istifadə  etməli,  bununla  da  onun  ümumdünya 

əməkdaşlığında rolunu gücləndirməlidirlər. 

X.

 

Xüsusi  Proqram.  Bu  hissədə  Baş  Assambleya  inkişaf  etmiş  ölkələri,  Beynəlxalq 



Valyuta Fondunu, Dünya Bankı Qrupunu təxirəsalınmadan bir sıra tədbirləri həyata 

keçirməyə  çağırır,  həmçinin  proqramın  həyata  keçirilməsi  üzrə  Xüsusi  Fond  və 

xüsusi Komitə yaradılması təklifini irəl sürür. 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə