Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə189/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   185   186   187   188   189   190   191   192   ...   213

 

440


 

 



inkişaf  etməkdə  olan  ölkələr  tərəfindən  ixrac  və  idxal  edilən  xammalın,  xammal 

əmtəələrinin, hazır  məhsulların və  yarımfabrikatların qiymətləri arasında ədalətli və 

bərabərhüquqlu nisbət; 

 



bütün beynəlxalq ictimaiyyət tərəfindən heç bir siyasi və ya hərbi şərtlər qoyulmadan 

inkişaf etməkdə olan ölkələrə aktiv yardım göstərilməsi; 

 

inkişaf etməkdə olan ölkələrə maliyyə vəsaitlərinin ötürülməsi üçün əlverişli şəraitin 



təmin edilməsi

 



inkişaf etməkdə olan ölkələrə yeni sənaye texnologiyalarının ötürülməsi və s. 

Proqramda  qlobal  istehsal,  istehlak  və  ticarətin  strukturunun  əhəmiyyətli  dərəcədə 

yenidən  qurulması  tədbirlərinin  həyata  keçirilməsi  yolu  ilə  struktur  dəyişikliklərinin 

aparılmasının yüksək əhəmiyyət kəsb etməsi vurğulanır. Bu proqram inkişaf etməkdə olan 

ölkələrin iqtisadiyyatlarının elə bir transformasiyasını nəzəedə tutr ki, onların dünya sənaye 

istehsalında və hazır məhsullarla ticarətdə payları artmış olsun. 

Yeni  beynəlxalq  iqtisadi  qaydanın  təmin  edilməsi  üzrə  tədbirlər  Proqramında 

aşağıdakı məsələlər öz əksini tapmışdır. 

I.

 

Xammal və xammal əmtəələrinin ticarət və inkişafla əlaqədar problemləri. Proqramın 



bu  bölümündə  xammal,  ərzaq,  ticarətin  ümumi  problemləri,  nəqliyyat  və  sığorta 

əməliyyatları  ilə  bağlı  məsələlər  öz  əksini  tapmışdır.  Xammalla  bağlı  aşağıdakılar 

qeyd olunur: 

 



təbii  resurslar  üzərində  tam  suverenliyin  təmin  edilməsi  yolu  ilə  xarici  işğalın, 

müstımləkəçiliyin, irqi ayrı-seçkiliyin bütün formalarına son qoymaq; 

 

inkişaf  etməkdə  olan  ölkələrin  malik  olduğu  təbii  resursların  hasilatı,  istismarı, 



satışı  və  bölüşdürülməsi  üzrə  bu  ölkələrin  milli  maraqlarına  cavab  verən 

tədbirlərin həyata keçirilməsi

 

istehsalçıların  yaratdıqları  assosiasiyaların  fəaliyyətinə  yardım  etmək  və  onların 



məqsədlərini dəstəkləmək; 

 



inkişaf  etməkdə  olan  ölkələrin  ixrac  və  idxal  etdikləri  xammal  və  hazır 

məhsulların qiymətləri arasında ədalətli nisbətin müəyyən edilməsi; 

 

inkişaf etməkdə olan ölkələrin ixrac etdikləri bir sıra əmtəələrin real qiymətlərinin 



aşağı düşməsi meylinin aradan qaldırılması üçün tədbirlər görülməsi

 



inkişaf etməkdə olan ölkələrdə xammalın emalı üzrə tədbirlərin görülməsi. 

Ərzaqla bağlı aşağıdakılar göstərilir: 




 

441


 

 



ərzaq  problemi  ilə  bağlı  olan  beynəlxalq  tədbirlər  zamanı  inkişaf  etməkdə  olan 

ölkələrin konkret problemlərinin tam nəzərə alınması; 

 

inkişaf  etməkdə  olan  ölkələrin  vəsait  olmaması  səbəindən  böyük  həcmdə 



mənimsənilməmiş  və  ya  az  mənimsənilmiş  torpaqlara  malik  olmalarının  nəzərə 

alınması; 

 

beynəlxalq ictimaiyyətin səhralıqların genişlənməsi və çəyirtkələrin yayılması ilə 



əlaqədar  inkişaf  etməkdə  olan  ölkələrə  dəyən  zərərin  aradan  qaldırılması  üçün 

konkret və təcili tədbirlər görməsi; 

 

çirklənmənin  aradan  qaldırılması  və  resursların  müdafisəi  və  bərpası  üçün 



müvafiq  tədbirlərin  görülməsi  yolu  ilə  təbii  və  ərzaq  resurslarına  ziyan 

vurulmasına yolverməmə; 

 

inkişaf  etmiş  ölkələrin  ərzaq  istehsalı,  ehtiyatı,  ixracı  və  idxalı  ilə  bağlı 



siyasətlərini  işləyərkən  inkişaf  etməkdə  olan  ölkələrin  maraqlarını  tam  nəzərə 

almaları; 

 

inkişaf  etməkdə  olan  ölkələrin  lazımi  qədər  ərzaq  idxal  etmələri  üçün  şərait 



yaradılması; 

 



inkişaf  etməkdə  olan  ölkələrdə  ərzaq  istehsalı  və  anbar  təsərrüfatının 

genişləndirilməsi ilə əlaqədar konkret tədbirlərin görülməsi

 

ədalətli  və  bərabərhüquqlu  sazişlərin  bağlanması  yolu  ilə  inkişaf  etməkdə  olan 



ölkələrdən ərzaq ixracına yardım göstərmək. 

Ticarətin ümumi problemləri ilə əlaqədar aşağıdakılar vurğulanır: 

 

inkişaf  etməkdə  olan  ölkələrin  ticarət  şəraitlərinin  yaxşılaşdırılması  və  ticarət 



balansının  xroniki  kəsirinin  aradan  qaldırılması  üçün  tədbirlərin  həyata 

keçirilməsi, o cümlədən: 

i.

 

tarif  və  qeyri-tarif  maneələrinin  aradan  qaldırılması  ilə  inkişaf  etmiş 



ölkələrin bazarlarında daha asan daxilolmanın təmin edilməsi; 

ii.


 

tənzimləmə  məqsədilə  əmtəə  sazişlərinin  i.lənməsi  və  dünya  xammal  və 

xammal əmtəələri bazarlarının sabitləşdirilməsi; 

iii.


 

inkişaf  etməkdə  olan  ölkələr  üçün  ixrac  baxımından  maraqlı  olan  bütün 

əmtəələr üzrə ümumi inteqrə edilmiş proqramın hazırlanması; 



 

442


 

iv.


 

inkişaf  etməkdə  olan  ölkələrin  məhsulları  inkişaf  etmiş  ölkələrin  daxili 

məhsulları  ilə  rəqabətə  girərkən,  hər  bir  inkişaf  etmiş  ölkənin  inkişaf 

etməkdə olan ölkələrdən idxala yardım etməsi; 

v.

 

inkişaf  etmiş  ölkələrin  idxala  tətbiq  etdikləri  müxtəlif  ticarət 



məhdudiyyətlərindən  əldə  etdikləri  gəlirləri  sonradan  inkişaf  etməkdə  olan 

ölkələrə  tam  geri  qaytarmaları  və  ya  bu  gəlirlərdən  inkişaf  etməkdə  olan 

ölkələrin inkişafı məqsədilə istifadə etmələri

vi.


 

inkişaf etməkdə  olan ölkələrin əmtəə ixracı üzrə qiymət siyasətinin ümumi 

prinsiplərinin müəyyən edilməsi; 

vii.


 

ümumi imtiyaz sisteminin tətbiqi, təkmilləşdirilməsi və genişləndirilməsi

viii.

 

əmtəə  sazişləri  çərçivəsində  bufer  ehtiyatlarının  yaradılması  və  onların 



beynəlxalq maliyyə qurumları tərəfindən maliyyələşdirilməsi; 

 



inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölan  ölkələr  arasında  aparılan  çoxtərəfli 

ticarət  danışıqlarında  inkişaf  etməkdə  olan  ölkələrə  münasibətdə  qarşılıq 

gözləməmə və imtiyaz rejimi prinsiplərini rəhbər tutma. 

Nəqliyyat və sığorta əməliyyatları ilə əlaqədar bildirilir: 

 

inkişaf etməkdə olan ölkələrin dünya üzrə dəniz yükdaşımalarında daha geniş və 



ədalətli iştirakına yardım göstərmək; 

 



inkişaf  etməkdə  olan  ölkələrin  ixrac  və  idxal  xərclərini  aşağı  salmaq  məqsəilə 

fraxt dərəcələrinin daimi artımının dayandırılması və onların azaldılması; 

 

inkişaf etməkdə olan ölkələr üçün sığorta və yenidən sığorta dəyərinin minimum 



səviyyəyə endirilməsi. 

II.


 

Beynəlxalq  valyuta  sistemi  və  inkişaf  etməkdə  olan  ölkələrin  inkişafının 

maliyyələşdirilməsi.  Bu  bölümdə  qeyd  olunur  ki,  beynəlxalq  valyuta  sisteminin 

islahatının aparılması zəruridir və bu islahatların həyata keçirilməsi sonunda çatılmalı 

olan məqsədlər müəyyən edilir. Məqsədlər sırasında aşağıdakılar göstərilmişdir:  

 



inflyasiyanın boğulması; 

 



beynəlxalq  valyuta  sisteminin  qeyri-sabitliyinin,  xüsusilə  də  mübadilə 

məzənnəsinin sabitsizliyinin aradan qaldırılması; 

 

inkişaf etməkdə olan ölkələrin valyuta ehtiyatlarının real dəyərinin qorunması; 



 

əlavə likvidliyin yaradılması; 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə