Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə197/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   193   194   195   196   197   198   199   200   ...   213

 

461


 

 

BMT-nin  bir  təşkilat  kimi  əsas  xüsusiyyəti  sülh  və  təhlükəsizlik  məsələlərinə 



istiqamətlərində  əks  olunan  siyasi  xarakteri  və  dövlətlərarası  əməkdaşlığın  bütün 

sferalarında  kifayət  qədər  geniş  səlahiyyətlərə  malik  olmasıdır.  Bu  xüsusiyyətlər  əvvəlki 

hökumətlərarası təşkilatların heç birinə xas deyildi. 

 

Beləliklə,  Birləşmiş  Millətlər  Təşkilatı  sülhün  və  beynəlxalq  təhlükəsizliyin, 



həmçinin  dövlətlər  arasında  əməkdaşlığın  dəstəklənməsi  məqsədilə  yaradılmış  universal 

beynəlxalq təşkilatdır. 

 

12.2. Birləşmiş Millətlər Təşkilatının məqsədləri, fəaliyyət prinsipləri və strukturu

onun baş və köməkçi orqanları 

 

 



BMT-nin fəaliyyəti onun Nizamnaməsi əsasında tənzimlənir. BMT-nin Nizamnaməsi 

bütün dövlətlər üçün məcburidir və onun Preambulasında deyilir:  

Biz, Birləşmiş Millətlərin xalqları,  

gələn  nəsilləri,  həyatımızda  iki  dəfə  bəşəriyyətə  sözlə  deyilə  bilməyən  bəlalar 

gətirmiş müharibənin müsibətlərindən xilas etmək və  

əsas  insan  hüquqlarına,  insan  şəxsiyyətinin  ləyaqət  və  dəyərinə,  kişi  və  qadınların, 

böyük və kiçik millətlərin hüquq bərabərliyinə inamı yenidən təsdiq etmək və  

ədalətin  və  müqavilələrdən  və  beynəlxalq  hüququn  digər  mənbələrindən  irəli  gələn 

öhdəliklərə hörmətin bərqərar ola bildiyi şərait yaratmaq və  

sosial  tərəqqiyə  və  daha  artıq  azadlıq  şəraitində  yaşayış  səviyyəsinin  daha  da 

yaxşılaşdırılmasına yardım göstərmək  

və bu məqsədlərlə  

mehriban qonşular kimi dözümlülük nümayiş etdirmək və birlikdə, bir-birimizlə dinc 

yaşamaq və  

beynəlxalq sülhü və təhlükəsizliyi qoruyub saxlamaq üçün öz gücümüzü birləşdirmək 

və  

prinsiplər  qəbul  etmək  və  metodlar  müəyyənləşdirməklə,  silahlı  qüvvələrin  ümumi 

mənafedən başqa ayrı bir halda tətbiq olunmamasını təmin etmək və 

bütün  xalqların  iqtisadi  və  sosial  tərəqqisinə  yardım  göstərmək  üçün  beynəlxalq 

mexanizmdən istifadə etmək əzmində olaraq, 

bu məqsədlərə nail olmaq üçün öz səylərimizi birləşdirmək qərarına gəldik‖. 



 

462


 

BMT-nin  məqsəd  və  prinsipləri  Nizamnamənin  birinci  fəslində,  müvafiq  olaraq, 

birinci  və  ikinci  maddələrdə  öz  əksini  tapmışdır.  BMT-nin  məqsədləri  kimi  aşağıdakılar 

müəyyən edilmişdir

1.

 



Beynəlxalq  sülhü  və  təhlükəsizliyi  qoruyub  saxlamaq  və  bu  məqsədlə:  sülhə 

təhlükənin  qarşısını  almaq  və  aradan  qaldırmaq  üçün  və  təсavüz  aktlarını  və  digər 

sülhün  pozulması  hallarını  yatırtmaq  üçün  səmərəli  kollektiv  tədbirlər  görmək  və 

sülhün  pozulmasına  gətirib  çıxara  bilən  beynəlxalq  mübahisə  və  situasiyaların  dinс 

vasitələrlə və ədalət və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq nizamlanmasına 

və yaxud həll olunmasına müvəffəq olmaq; 

2.

 

Millətlər  arasında,  xalqların  hüquq  bərabərliyi  və  özünümüəyyənetmə  prinsipinə 



hörmət  əsasında  dostluq  münasibətləri  inkişaf  etdirmək,  universal  sülhün 

möhkəmləndirilməsi üçün digər müvafiq tədbirlər görmək; 

3.

 

İqtisadi,  sosial,  mədəni  və  ya  humanitar  xarakterli  beynəlxalq  problemlərin  həll 



edilməsində  və  irqinə,  сinsinə,  dilinə  və  ya  dini  mənsubiyyətinə  fərq  qoyulmadan 

bütün  insanların  əsas  hüquq  və  azadlıqlarına  hörmətin  dəstəklənməsində  və 

həvəsləndirilməsində beynəlxalq əməkdaşlığa nail olmaq və 

4.

 



Bu  ümumi  məqsədlərə  çatmaq  üçün  millətlərin  hərəkətlərini  uzlaşdırmaq  üçün 

mərkəz rolunu oynamaq. 

Nizamnamədə göstərilir ki, 1-сi maddədə bəyan edilmiş məqsədlərə nail olmaq üçün 

Təşkilat və onun üzvləri aşağıdakı prinsiplərə uyğun olaraq hərəkət edirlər

 



təşkilatın bütün üzvlərinin suveren bərabərliyi

 



üzvlərin  Nizamnaməyə  uyğun  olaraq  üzərlərinə  götürdükləri  öhdəlikləri  viсdanla 

yerinə yetirmələri; 

 

beynəlxalq  sülh,  təhlükəsizlik  və  ədalətin  təhlükəyə  məruz  qalmaması  üçün 



beynəlxalq mübahisələrin dinс vasitələrlə həll edilməsi; 

 



hər  hansı  bir  dövlətin  ərazi  bütövlüyünə  və  siyasi  müstəqilliyinə  qarşı  və  yaxud 

BMT-nin məqsədləri ilə bir araya sığmayan hər hansı bir şəkildə güсlə hədələməkdən 

güсün tətbiqindən çəkinmək

 



üzvlərin  Nizamnaməyə  uyğun  olaraq  görülən  istənilən  tədbirə  hər  сür  yardım 

göstərmələri; 

 

BMT  tərəfindən  əleyhinə  preventiv  və  ya  məсburiyyət  tədbiri  görülən  istənilən 



dövlətə yardım göstərməkdən çəkinmək; 


 

463


 

 



BMT-nin  üzvü  olmayan  dövlətlərin  beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunub 

saxlanması üçün zəruri olan hallarda bu prinsiplərə uyğun hərəkət etmələrinin təmin 

edilməsi; 

 



BMT  tərəfindən  dövlətin  əsas  etibarilə  daxili  yurisdiksiyasında  olan  məsələlərə 

müdaxilə edilməməsi. 

BMT-nin  ilkin  üzvləri  San-Fransiskoda  Beynəlxalq  Təşkilatın  yaradılması  üzrə 

Birləşmiş  Millətlərin  Konfransında  iştirak  etmiş  və  yaxud  bundan  qabaq  Birləşmiş 

Millətlərin  1  yanvar  1942-ci  il  tarixli  Bəyannaməsini  imzalamış  və  onu  ratifikasiya  etmiş 

ölkələrdir  (Nizamnamənin  3-cü  maddəsi).  BMT-yə  üzvlük  Nizamnamədə  əks  olunmuş 

öhdəlikləri  qəbul  edən  və  Təşkilatın  mühakiməsinə  görə,  bu  öhdəlikləri  yerinə  yetirməyə 

qabil  və  hazır  olan  bütün  digər  sülhsevər  dövlətlərə  açıqdır.  İstənilən  belə  bir  dövlətin 

Birləşmiş  Millətlərin  üzvlüyünə  qəbulu  Təhlükəsizlik  Şurasının  təqdimatı  əsasında  Baş 

Məclsisin qərarı ilə həyata keçirilir (4-cü maddə). 

 

Hazırda BMT üzvlərinin sayı 191-ə bərabərdir. 1945-2002-ci illərdə BMT üzvlərinin 



sayının artım dinamikası Diaqram 12.1-də öz əksini tapmışdır. 

 

Diaqram 12.1. 



1945-2002-ci illərdə BMT üzvlərinin sayının artım dinamikası 

 

191



189

185

159

154

144

127

117

99

76

60

51

0

50

100

150

200

250

1945 1950 1955 1960 1965 1970 1975 1980 1990 1995 2000 2002

 

 



 

Mənbə: BMT-nin rəsmi internet saytı – www.un.org  


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə