Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə192/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   188   189   190   191   192   193   194   195   ...   213

 

449


 

sessiyasında  yeni  beynəlxalq  iqtisadi  qayda  ilə  bağlı  qəbul  edilən  qərarları  məhz  bu 

mübarizənin uğuru hesab etmək olar. 

Beynəlxalq iqtisadi münasibətlərin inkişaf etməkdə olan ölkələrin maraqlarına uyğun 

islahatının  həyata  keçirilməsinin  nəzəri  əsaslandırması  yuxarıda  adı  çəkilən  Raul  Prebişin 

əsərlərində daha dolğun şəkildə öz əksini tapmışdır. Inkişaf etməkdə olan ölkələrin iqtisadi 

inkişafını təhlil edərək və bu prosesin çatışmazlıqlarını üzə çıxararaq R.Prebiş belə bir sual 

qoyur:  inkişaf  etməkdə  olan  ölkələr  ümumiyyətlə  nə  üçün  iqtisadiyyatın  və  xarici  iqtisadi 

fəaliyyətin strukturunun dəyişdirilməsinə ehtiyac duyurlar? Bu suala o özü belə cavab verir: 

müasir  beynəlxalq  iqtisadi  münasibətlər  onda  iştirak  edən  ölkələr  üçün  bərabər  mənfəəti 

təmin etmir. əksinə, bütün mənfəət yüksək inkişaf etmiş ölkələrin payına düşür, qiymətlərin 

enişi,  böhranlar  və  s.  ilə  əlaqədar  çətinliklər  isə  yerdə  qalan  ölkələrin  qisməti  olur.  Bu 

tezisin əsaslandırılması üçün R.Prebiş ―əyalət təsərrüfatı‖ nəzəriyyəsini inkişaf etdirmişdir. 

Bu  nəzəriyyəyə  görə,  dünya  sənayecə  inkişaf  etmiş  ―Mərkəz‖ə  və  aqrar-xammal 

xarakteri  kəsb  edən  ―Əyalət‖ə  bölünür.  Onlar  arasında  xarici  ticarət  mübadiləsi 

bərabərhüquqlu xarakter kəsb etmir və aşağıdakı səbəblərdən ―Mərkəz‖in xeyrinə olur: 

1)

 

sənayeləşmə  prosesi  bütövlükdə  elmi-texniki  inqilabın  nailiyyətlərinin  tətbiqinə 



əsaslanır ki, bu da praktiki olaraq aqrar-xammal sferasına toxunmayıb. Buna gör də 

müasir  iqtisadiyyatın  bütün  əsas  mənfəəti  (sürətli  kapital  yığımı  və  əmək 

məhsuldarlığı) sənayeləşmiş ―Mərkəz‖in payına düşür; 

2)

 



xammal  əmtəələrin  qiymətlərinin  tərəddüd  amplitudası  hazır  məhsullara  nisbətən 

daha  yüksəkdir.  Qiymət  tərəddüdü  isə  ümumilikdə  iqtisadiyyata  mənfi  təsir 

göstərdiyindən  xammal  əmtəələrinin  üstünlük  təşkil  etdiyi  iqtisadiyyatlar  daha  çox 

zərər çəkirlər

3)

 

kənd  təsərrüfatında  məhsuldarlığın  artımı  ilk  növbədə  istehsal  edilən  məhsulun 



keyfiyyətinin deyil, kəmiyyətinin artımıdır. Əgər bu əmtəə ixrac edilirsə, onda onun 

həcminin artımı rəqabət nəticəsində  ona  olan qiymətin aşağı  düşməsinə səbəb olur. 

Bu  isə  o  deməkdir  ki,  əməyih  məhsuldarlığının  yüksəldilməsindən  daha  çox  kənd 

təsərrüfatı  məhsulunun  istehsalçısı  deyil,  inkişaf  etmiş  ölkədə  yaşayan  istehlakçı 

udur; 

4)

 



inkişaf  etməkdə  olan  ölkələrin  idxal  etdikləri  əmtəələrin  qiymətləri  onların  ixrac 

etdikləri  əmtəələrin  qiymətlərinə  nisbətən  daha  sürətlə  artır.  Buna  görə  də,  idxalın 




 

450


 

həcmini  qorumaq  üçün  (artırmaq  üçün  deyil)  inkişaf  etməkdə  olan  ölkələr  aqrar-

xammal xarakteri kəsb edən ixracın həcmini artırmalıdırlar. 

R.Prebişin  fikrincə,  ―Əyalət‖in  müvəffəqiyyətlə  və  sürətlə  inkişaf  etməsi  üçün  ilk 

növbədə  dünya  ticarətinin  mexanizmində  dəyişiklik  aparılmalı  və  inkişaf  etməkdə  olan 

ölkələrin ixrac gəlirlərinin əhəmiyyətli surətdə artımına nail olunmalıdır ki, sonrakı məqsəd 

–  ―üçüncü  dünya‖nın  sənayeləşməsi  həyata  keçirilə  bilsin.  Birinci  məqsəd  əsasən 

proteksionizm  nəzəriyyəsinə  əsaslanır.  Sənayecə  inkişaf  etmiş  ―Mərkəz‖  öz  bazarlarını 

―Əyalət‖in əmtəələri üçün açmalı və bu zaman qarşı tərəfdən heç bir güzəşt gözləməməlidir. 

Əks  halda  ―Əyalət‖də  istehsal  edilmiş  bir  çox  əmtəələr  rəqabətə  davam  gətirməyəcək  və 

bununla  da  bu  ölkələrin  iqtisadiyyatına  güclü  zərbə  dəyəcək.  R.Prebiş  hesab  edir  ki, 

sənayeləşmiş ―Mərkəz‖ ixracın məhdudlaşdırılması praktikasından imtina etməlidirlər. 

Ikinci  məqsədin  –  sənayeləşmənin  əldə  edilməsi  reallığına  qarşı  belə  bir  arqument 

irəli  sürülür  ki,  inkişaf  etməkdə  olan  ölkələrdə  yaradılan  sənaye  qeyri-rentabelliyə 

məhkumdur.  Lakin,  R.Prebiş  hesab  edir  ki,  bu  arqument  sənayeləşmənin  həyata 

keçirilməsinə  maneə  ola  bilməz.  Yeni  sənaye  obyektlərinin  tikintisi  zamanı  nəzərə  almaq 

lazımdır ki, müəyyən dövrdə bu müəssisələr kifayət qədər rentabelli olmayacaqlar. Söhbət 

ilkin  fazadan  və  ya  ―infantil  sənaye‖  adlanan  dövrdən  gedir  ki,  bu  zaman  da  müəssisənin 

ilkin addımlarını xarici rəqabətdən qorumaq lazımdır. 

Qərbin  inkişaf  etməkdə  olan  ölkələrə  münasibətini  tamamilə  ―qara  rəng‖də 

göstərmək  düzgün  olmadı.  Onlar  müxtəlif  yardım  proqramları  vasitəsilə  inkişaf  etməkdə 

olan ölkələrə öz köməklərini göstərməyə çalışırlar. Lakin, bu köməyin mahiyyətinin təhlili 

göstərir  ki,  əslində  bu  yardımlar  inkişaf  etməkdə  olan  ölkələrin  Qərbin  əsas  sənaye 

mərkəzlərinin  bir  növ  ―əyalətlərinə‖  çevrilməsi  məqsədini  güdür.  Bu  xəttin  yeridilməsi 

təkcə neoliberal məqsədlərlə bağlı deyil. Əksər iqtisadçıların fikrincə, inkişaf etmiş ölkələr 

çox yaxşı başa düşürlər ki, ümumilikdə iqtisadi inkişafda sabitliyin təmin edilməsi birbaşa 

olaraq  inkişaf  etməkdə  olan  ölkələrdən  asılıdır.  Bu  meyllər  inkişaf  etməkdə  olan  ölkələrə 

yardım edilməsinin nəzəriyyə və praktikasında özünü xüsusilə göstərir. 

 

Qərbin  inkişaf  etməkdə  olan  ölkələrə  yardımı  bir  neçə  inkişaf  mərhələsi  keçib. 



Birinci  mərhələyə  ikinci  dünya  müharibəsinin  başa  çatmasından  Afrika  qitəsinin 

müstəmləkələrdən  təmizlənməsinə  qədər  olan  illəri  (1945-1960/61-ci  illər)  əhatə  edir.  Bu 

illərdə  yardım  Beynəlxalq  Yenidənqurma  və  İnkişaf  Bankı  və  Dünya  Bankı  vasitəsilə 

həyata keçirilirdi. Hələ 1949-cu ildə ABŞ ingilis müstəmləkələrinə BYİB-dən kredit almaq 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə