Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə23/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   19   20   21   22   23   24   25   26   ...   213

 

62

 



İstehsalın  beynəlxalq  ixtisaslaşması  ölkələr  arasında  əmək  bölgüsünün  elə  bir 

formasıdır ki, milli istehsalların differensiallaşması əsasında dünya üzrə eynicinsli istehsalın 

təmərküzləşməsi,  müstəqil  texnoloji  proseslərin  ayrılması  baş  verir  və  bu  zaman  ayrı-ayrı 

istehsal sahələrində məhsul istehsalı daxili ehtiyacları aşır. 

Bu  cür  bölgü  və  inkişaf  milli  iqtisadi  sistemlərin  qarşılıqlı  fəaliyyətini  və  eyni 

zamanda qarşılıqlı asılılığını gücləndirir. Milli iqtisadiyyatların bir-birləri ilə qarşılıqlı təsirə 

məruz  qalmaları  əmtəə,  xidmət  və  elmi-texniki  biliklər  ilə  mübadiləni  sürətləndirir,  onun 

artımını intensivləşdirir. 

Beynəlxalq  ixtisaslaşma  iki  əsas  istiqamət  –  istehsal  və  ərazi  istiqamətləri  üzrə 

inkişaf edir. Istehsal istiqaməti öz növbəsində aşağıdakılara bölünür: 

 

sahələrarası ixtisaslaşma



 

sahədaxili ixtisaslaşma; 



 

müxtəlif firma və müəssisələrin ixtisaslaşması. 



Beynəlxalq  ixtisaslaşmanın  ərazi  aspekti  aşağıdakı  istiqamətlərdə  ixtisaslaşmaları 

nəzərdə tutur: 

 

ayrı-ayrı ölkələr; 



 

ölkə qrupları; 



 

regionlar. 



Əksər  iqtisadçıların  fikrincə,  istehsalın  beynəlxalq  ixtisaslaşmasının  üç  əsas  növü 

vardır: 


1)

 

hazır məhsul istehsalı üzrə ixtisaslaşma (predmet ixtisaslaşması); 



2)

 

ayrı-ayrı  dettalar  üzrə  ixtisaslaşama  (hazır  məhsulların  komponentlərinin  və 



hissələrinin istehsalı); 

3)

 



texnoloji  və  ya  mərhələ  ixtisaslaşması  (yəni,  ayrı-ayrı  texnoloji  proseslərin  həyata 

keçirilməsi, məsələn, yığım, qaynaq və s.). 

Yuxarıda  qeyd  olunan  növlər  arasında  ölkələr  arasında  ən  geniş  yayılmışı  hazır 

məhsul  istehsalı  üzrə  ixtisaslaşmadır.  Bu  cür  ixtisaslaşma  zamanı  ölkələr  öz  səylərini 

məhsulların müəyyən  nomenklaturasının istehsalı üzrə  cəmləşdirir, nomenklaturanın  yerdə 

qalan hissəsinin istehsalından isə partnyor-ölkələrin xeyrinə imtina edirlər. 

Bununla  belə,  aydındır  ki,  milli  iqtisadiyatın  heç  də  bütün  sahələri  beynəlxalq 

ixtisaslaşmada  eyni  dərəcədə  iştirak  etmirlər.  Beynəlxalq  ixtisaslaşmanın  iştirakçıları  bir 

qayda  olaraq  dinamik  surətdə  inkişaf  edən  və  müasir  texnologiyalardan  istifadə  edən 



 

63

 



müəssisə və firmalar və  ya xammal sahəsində (neft, qaz, metal filizləri və s.) məşğul olan 

şirkətlər olurlar. 



 

3.4. Beynəlxalq istehsal kooperativləşdirilməsi: xüsusiyyətləri və növləri 

 

BƏB-in digər forması istehsalın beynəlxalq kooperativləşdirilməsidir. Onun obyektiv 



əsası  kimi  məhsuldar  qüvvələrin  artan  inkişaf  səviyyəsi,  müstəqil  müəssisələr  arasında 

möhkəm və sabit istehsal əlaqələri prosesi çıxış edir. 

Kooperativləşdirmənin  mahiyyətinin  aydınlaşdırılması  üçün  onun  ilk  növbədə 

kooperasiyadan olan fərqini göstərmək lazımdır. Qeyd edək ki, bu anlayışlar tamamilə fərqli 

iqtisadi məzmun kəsb edir.  

Kooperasiya dedikdə bir müəssisədə, iri firmada və ya korporasiyada çalışan çoxsaylı 

işçilərin birgə həyata keçirdikləri istehsal prosesi başa düşülür. Bu zaman istehsalın həyata 

keçirildiyi  təşkilati  və  iqtisadi  struktur  vahid  xarakter  kəsb  edir,  bir  və  ya  bir  neçə  şəxsin 

mülkiyyətində olur. 

Kooperasiyanın 

əksinə 

olaraq, 


kooperativləşdirmə 

müəyyən 


məhsulun 

hazırlanmasında  iştirak  edən  və  bu  zaman  özünün  təsərrüfat  müstəqilliyini  saxlayan 

müxtəlif 

müəssisələr 

arasında 

istehsal 

əlaqələrinin 

mövcudluğu 

deməkdir. 

Kooperativləşdirmədə  iki  xarakter  cəhəti  fərqləndirmək  lazımdır:  a)  bu  prosesin  inkişafı 

zamanı  müxtəlif  ölkələrin  müstəqil  istehsalçıları  ayrı-ayrı  məhsul  növlərinin  yaradılması 

üzrə  müqavilə  əsasında  birgə  fəaliyyət  həyata  keçirirlər,  yəni  kooperativləşən  müəssisələr 

razılaşdırılmış  məhsul  çeşidinin  birgə  istehsalı  üzrə  məsuliyyəti  bölüşdürürlər;  b) 

kooperativləşdirmə  birgə  istehsalın  iştirakçıları  arasında  mübadilənin  olmasını  nəzərdə 

tutur. Qeyd olunanlar göstərir ki, kooperativləşdirmə BƏB-in iki xarakterik cəhətini özündə 

əks etdirir və deməli, onun formalarından biridir. 

Beynəlxalq  istehsal  kooperativləşdirilməsi  üçün  aşağıdakı  xüsusiyyətlər 

xarakterikdir: 

1.

 

Kooperasiyanın mürəkkəb formaları – sənaye birlikləri və  ya transmilli şirkətlərdən 



fərqli olaraq kooperativləşdirmədə istehsal əlaqələri müxtəlif mülkiyyətçilər arasında 

baş  verir.  Bu,  beynəlxalq  istehsal  kooperativləşdirilməsinin  ən  əsas  xarakterik 

xüsusiyyətidir.  



 

64

 



2.

 

Beynəlxalq istehsal kooperativləşdirilməsinin vacib xüsusiyyətlərindən biri də onun 



ilkin  müqavilə  xarakteri  daşımasıdır.  Kooperativləşdirmədə  maraqlı  olan  müstəqil 

subyektlər  –  müxtəlif  ölkələrin  firma  və  müəssisələri  –  birgə  istehsal  prosesinin 

şərtlərini müqavilə əsasında razılaşdırırlar.  

3.

 



Beynəlxalq  istehsal  kooperativləşdirilməsi  kooperasiya  ilə  yanaşı  adi  ticarətdən  də 

fərqlənir.  Əmtəələrlə,  xidmətlərlə,  elmi-texniki  biliklərlə  beynəlxalq  ticarət  zamanı 

yalnız  dəyər  formasının  dəyişilməsi  baş  verir  və  hər  bir  partnyor  müəyyən  istehsal 

funksiyalarını  müstəqil  olaraq  yerinə  yetirir.    Kooperativləşdirmə  zamanı  isə 

partnyorların  münasibətləri  özünü  bilavasitə  istehsal  prosesində  əks  etdirir.  

Kooperativləşdirmə  üçün  ticarətə  nisbətən  daha  intensiv  əməkdaşlıq  xarakterikdir. 

Tərəflərin  fəaliyyəti  qarşılıqlı  asılı  xarakter  daşıyır  və  onlar  müəyyən  təsərrüfat 

məqsədinin əldə edilməsinə yönəlmiş  birgə fəaliyyəti həyata keçirirlər. 

4.

 

Beynəlxalq  istehsal  kooperativləşdirilməsinin  digər  bir  xüsusiyyəti  bu  zaman 



müəssisələr  arasında  qurulan  istehsal  əlaqələri  uzunmüddətli  xarakter  kəsb 

etməsindən  ibarətdir.  Birdəfəlik  olan  beynəlxalq  ticarətdən  fərqli  olaraq 

kooperativləşdirmə münasibətləri uzun dövr üçün nəzərdə tutulur.  

5.

 



Nəhayət,  beynəlxalq  istehsal  kooperativləşdirilməsinin  fərqləndirici  xüsusiyyəti 

özünü  həmçinin,  onun  bəzən  kompleks  xarakter  daşımasında  göstərir.  Yəni, 

kooperativləşdirmə istehsal prosesi ilə yanaşı, elmi-tədqiqat işlərini, istehsala xidmət 

edən satış fəaliyyətini də əhatə edir. 

Beynəlxalq  istehsal  kooperativləşdirilməsi  özünün  inkişaf  etmiş  formalarında 

müxtəlif əməkdaşlıq sferalarını əhatə edir: 

1)

 

İstehsal-texnoloji  əməkdaşlığa  aiddir:  a)  lisenziyaların  ötürülməsi  və  mülkiyyət 



hüquqlarının  istifadəsi;  b)  layihə-konstruktor  sənədlərinin,  texnoloji  proseslərin, 

məhsulun  texniki  səviyyəsinin  və  keyfiyyətinin,  tikinti  və  quraşdırma  işlərinin 

işlənməsi  və  razılaşdırılması;  c)  istehsalın  idarə  edilməsinin,  standartlaşdırmanın, 

unifikasiyanın, 

sertifikatlaşdırmanın, 

istehsal 

proqramlarının 

bölgüsünün 

təkmilləşdirilməsi; 

2)

 



Kooperasiya  olunmuş  məhsulların  satışı  ilə  əlaqədar  ticarət-iqtisadi  proseslər,  yəni, 

qarşılıqlı  əlaqəli  məhsulun  kooperantlar  və  bir  sıra  üçüncü  şəxslər  arasında 

reallaşdırılması; 

3)

 



Texnikaya satışdan sonra xidmətin göstərilməsi.  


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə