Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə25/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   21   22   23   24   25   26   27   28   ...   213

 

68

 



Cədvəl 3.2. 

Ölkənin BƏB-də iştirakını müəyyən edən amillər 

 

1. BƏB-in milli amilləri 

 

1) Ölkələrin təbii-coğrafi fərqləri 

 

təbii-iqlim şəraiti; 



 

təbii resurslar; 



 

ərazinin həcmi; 



 

əhalinin sayı; 



 

ölkənin iqtisadi-coğrafi mövqeyi və s. 



 

2) 


Ölkələrin 

sosial-iqtisadi 

xüsusiyyətləri 

 



ölkənin dünya iqtisadiyatında yeri; 

 



tarixi  inkişafın,  istehsal  ənənələrinin  və  xaici 

iqtisadi əlaqə ənənələrinin xüsusiyyətləri

 

iqtisadiyatın  və  elmi-texniki  inkişafın  mövcud 



səviyyəsi; 

 



təsərrüfat tipi (bazar və ya planlı); 

 



xarici əlaqələrin qanunvericilik bazası və s. 

 

2. BƏB-in beynəlxalq amilləri 



 

1)

 



Elmi-texniki tərəqqinin dünya üzrə səviyyəsi: bu səviyyə nə qədər yüksəkdirsə ölkələrin 

ixtisaslaşdıqları sahə bir o qədər elmtutumlu olur 

2)

 

Dünya bazarında tələb 



3)

 

Beynəlxalq hesablaşmalar sistemi 



4)

 

Ekoloji problemlər: bu problemlər təbii resursların bir əmtəə kimi dəyəri məsələsinə yeni 



keyfiyyətdən baxmağa məcbur edir 

 

 



Cədvəl 3.3. 

Ölkənin BƏB-də iştirakını xarakterizə edən göstəricilərin təsnifi

7

 

 

№ 



 

Göstəricilərin adı 



 

 

A qrupu. İxrac-idxal əməliyyatları nümunəsində BƏB-in inkişaf səviyyəsi 

 

1  Ölkənin ixrac kvotası 



2  İxracın artım tempinin ÜDM-nin artım tempini üstələməsi əmsalı 

3  İdxal kvotası 

4  İdxalın artım tempinin ÜDM-nin artım tempini üstələməsi əmsalı 

5  Xarici ticarət kvotası 

 

 



 

                                                 

7

 Семенов К.А. Международные экономические отношения: Курс лекций. – М.: Гардарика, 1998, с. 177 




 

69

 



B qrupu. Beynəlxalq regionun (inteqrasiya birlikləri) ölkənin xarici iqtisadi 

əlaqələr sistemində yeri (ixrac əməliyyatları nümunəsində) 

 

6  Beynəlxalq regiona ixracın ölkənin ümumi ixracında payı 

7  Beynəlxalq regiona ixracın artım tempinin ümumi ixracın artım tempini üstələməsi 

əmsalı 

8  Ölkənin beynəlxalq regiona ixracının həcminin həmin regionun ölkələrinin  

qarşılıqlı ixracında payı 

9  Ölkənin beynəlxalq regiona ixracının artım tempinin həmin regionun ölkələrinin  

qarşılıqlı ixracının artım tempini üstələməsi əmsalı 

 

 



Ölkənin  BƏB-ə  cəlbini  xarakterizə  edən  əsas  göstəricilərdən  biri  də  ixracın  artım 

tempinin  ÜDM-nin  artım  tempini  üstələməsi  əmsalıdır.  İxracın  artım  tempi  ilə  ÜDM-nin 

artım  tempini  müqayisə  etməklə  ölkənin  resurslarının  BƏB-ə  cəlb  olunması  dərəcəsinin 

dəyişmə perspektivləri barədə mühakimələr irəli sürmək olar. Əgər ixracın tempi ÜDM-nin 

tempini  daim  üstələyirsə,  onda  bu,  ölkənin  resurslarının  BƏB-ə  tam  surətdə  cəlb 

olunduğunu  göstərir.  Əgər  üstələmə  kifayət  qədər  ardıcıl  surətdə  baş  vermirsə,  onda  bu, 

resursların  BƏB-ə  cəlb  olunmasında  istifadə  edilməmiş  imkanların  mövcudluğunu  əks 

etdirir. Əksinə, ÜDM-nin artım tempi ixracın artım tempindən yüksəkdirsə, bu, resursların 

BƏB sisteminə cəlb olunmasının zəifləməsindən xəbər verir. 

 

Digər  mühüm  bir  göstərici  isə  idxal  kvotasıdır.  Onu  ixrac  kvotası  ilə  müqayisə 



etmək, ixrac və idxal arasında nisbəti müəyyən etmək olar.  

Ölkənin  BƏB-ə  cəlb  olunmasını  ölçmək  üçün  həmçinin  idxalın  artım  tempinin 

ÜDM-nin  artım  tempini  üstələməsi  əmsalından  da  istifadə  edilir.  Idxal  kvotasından  fərqli 

olaraq,  bu  göstərici  idxalın  inkişaf  tendensiyaları,  həmçinin,  milli  iqtisadiyyatın  xaricdən 

əmtəə alışından asılılığı barədə təsəvvür yaradır. 

Qeyd olunan göstəricilərdən başqa, ölkənin BƏB sisteminə cəlbini müşahidə 

etməyə imkan verən digər qrup göstəricilər də vardır. Beynəlxalq regionun (inteqrasiya 

birlikləri) ölkənin xarici iqtisadi əlaqələr sistemində yerini xarakterizə edən bu 

göstəricilər prosesin ayrı-ayrı aspektlərini öyrənməyə imkan verir.  

 

Beynəlxalq  regionun  ölkənin  xarici  iqtisadi  əlaqələr  sistemində  yerini  xarakterizə 



edən göstəricilərdən biri kimi, beynəlxalq regiona ixracın ölkənin ümumi ixracında payını 

göstərmək  olar.  Bu  göstəricinin  əhəmiyyəti  ondan  ibarətdir  ki,  o,  beynəlxalq  regionun 

ölkənin xarici iqtisadi əlaqələr sistemində yerini müəyyən etməyə imkan verir. 



 

70

 



 

Digər  bir  mühüm  göstərici  isə  beynəlxalq  regiona  ixracın  artım  tempinin  ümumi 

ixracın  artım  tempini  üstələməsi  əmsalıdır.  Bu  əmsalı  bəzən  üstələmə  əmsalı  da 

adlandırırlar.  Bu  göstəricinin  ölkənin  bir  qrup  xarici  ölkə  ilə  qarşılıqlı  iqtisadi 

əməkdaşlığının  inkişaf  sürəti  haqqında  təsəvvür  yaratmağa  imkan  verir.  Bu  göstəricidən 

çıxış  edərək  həmin  regionun  ölkənin  xarici  iqtisadi  əlaqələr  sistemində  yerinin  necə 

dəyişməsi barədə fikir irəli sürmək olar. 

 

Başqa bir mühüm göstərici kimi isə ölkənin beynəlxalq regiona ixracının həmin 

regionun ölkələrinin qarşılıqlı ixracında malik olduğu payı göstərmək olar. Qarşlılıqlı 

ixrac dedikdə partnyor ölkələrin regional bazara məcmu ixracı nəzərdə tutulur. Qarşlılqlı 

ixracın tempinin istehsalın ümumi həcminin artımını üstələdiyi halda ölkənin BƏB 

prosesinə dərin surətdə cəlb olunduğunu söyləmək olar. 

Qeyd  olunan  göstəricilərdən  başqa,  bəzən  sahənin  beynəlxalq  ixtisaslaşmasını 

xarakterizə edən göstərici kimi nisbi ixrac ixtisaslaşması əmsalından (Ə

nii


) istifadə edirlər. O 

aşağıdakı formul üzrə müəyyən edilir: 

 

Ə

nii



 = İ

ö



d

 

 



 

Burada İ


ö

 əmtəənin ölkə ixracında payı, İ

d

 isə əmtəənin dünya ixracında payıdır. 



 

Bu  əmsalın  köməyi  ilə  konkret  ölkə  üçün  beynəlxalq  münasibətdə  ixtisaslaşmış 

sayılan əmtəə siyahısı və sahələri müəyyən edilir. Bu göstəricinin müəyyən çatışmazlıqları 

olmasına baxmayaraq, o, milli iqtisadiyyatın sahələr baxımından ixrac istiqamətlənməsinin 

ümumi parametrlərini və tendensiyalarını müəyyən etməyə imkan verir.  Bu əmsalın köməyi 

ilə həmçinin beynəlxalq ticarətin obyekti oan daha perspektivli əmtəələr müəyyən edilir. 

BƏB dünya təsərrüfatında istehsalın genişləndirilməsi prosesinin reallaşdırılmasında 

getdikcə artan rol oynamaqdadır. O, bu proseslərin qarşılıqlı əlaqəsini təmin edir və uyğun 

beynəlxalq sahəvi və regional-sahəvi proporsiyalar formalaşdırır. Kapitalizm inkişaf etdikcə 

və  bir  dünya  sisteminə  çevrildikcə  BƏB  də  formalaşmışdır.  Bu  formalaşmaya  bir  çox 

amillər,  o  cümlədən  tarixi  və  coğrafi  faktorlar,  məhsuldar  qüvvələrin  vəziyyəti,  təbii 

resursların mövcudluğu və s. təsir etmişdir. 

BƏB-in  inkişafına  bir  sıra  amillər  təsir  edir.  Bu  zaman  ilk  növbədə  əmək 

məhsuldarlığının  yüksəldilməsi,  istehsalın  effektivliyinin  yüksək  həddinin  əldə  edilməsi, 

istehsal  xərclərinin  aşağı  salınmasına  yönəlmiş səylər  qeyd edilməlidir. BƏB-in inkişafına 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə