Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə21/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   17   18   19   20   21   22   23   24   ...   213

 

56

 



bölgüsünün  obyektləri  kimi  müxtəlif  əmtəələr  və  xidmətlər  çıxış  edirlər.  Ölkə 

daxilində  müəssisələr  həmçinin  texnoloji  nailiyyətlərlə,  elmi-texniki  təcrübə  ilə, 

mütəxəssislər və işçilərlə mübadilə edirlər. Bütün bu sadalanan obyektlər BƏB üçün 

də xarakterikdir, lakin onların əhatə dairəsi əhəmiyyətli dərəcədə fərqlidir. Yəni, ölkə 

daxilində  mübadilə  olunan  məhsul  və  xidmətlərin  çeşidi  beynəlxalq  səviyyədə 

mübadilədən daha genişdir.  

Yuxarıda  deyilənlərdən  belə  bir  nəticə  çıxarmaq  olar  ki,  BƏB  ölkədaxili  əmək 

bölgüsünün davamı deyil. O, ictimai əmək bölgüsünün xüsusi, müstəqil növlərindən biridir. 

Beləliklə,  beynəlxalq  əmək  bölgüsü  müxtəlif  ölkələrin  müəssisələrinin  müəyyən 

əmtəə  və  xidmətlərin  istehsalı  üzrə  ixtisaslaşdıqları  və  sonradan  bu  əmtəə  və  xidmətlərlə 

mübadiləni  həyata  keçirdikləri,  qarşılıqlı  surətdə  asılı  olan  istehsalın  təşkili  sistemi  və  ya 

üsuludur. 

BƏB-in mahiyyəti özünü istehsal prosesinin bölünməsinin və birləşməsinin dialektik 

vəhdətində  göstərir.  BƏB-in  əsas  məzmunu  əmək  fəaliyyətinin  müxtəlif  növlərinin 

ayrılmasından  və  xüsusiləşməsindən,  onların  qarşılıqlı  fəaliyyətindən  və  bir-birlərini 

qarşılıqlı  surətdə  tamamlamalarından  ibarətdir.  Yəni,  əmək  bölgüsü  təkcə  ayrılma  prosesi 

kimi  deyil,  həmçinin  əməyin  birləşdirilməsi  üsulu  kimi  çıxış  edir.  BƏB-in  əsası  kimi 

müxtəlif  ölkələr  arasında  baş  verən  qarşılıqlı  iqtisadi  fəaliyyət  zamanı  ixtisaslaşma  və 

mübadiləyə olan obyektiv ehtiyacı göstərmək olar. 

Yuxarıda göstərildiyi kimi, BƏB ölkələr arasında ictimai ərazi əmək bölgüsünün ən 

yüksək  inkişaf  səviyyəsidir.    Bu,  ölkələrin  müxtəlif  məhsullar  üzrə  iqtisadi  mənfəət 

baxımından  sabit  surətdə  ixtisaslaşmalarında  və  bu  məhsullarla  qarşılıqlı  mübadilədə 

təzahür edir. 

Qeyd  etmək  lazımdır  ki,  müəssisələrin  beynəlxalq  ixtisaslaşması  da  ölkə  daxilində 

olan formalarda baş verir. Yəni, beynəlxalq qarşılıqlı əlaqəli istehsal sistemində iştirak edən 

müəssisələr  müəyyən  konkret  məhsullar  istehsal  edirlər,  bu  müəssisələrdə  konkret  peşə 

nümayəndələri çalışırlar və bu müəssisələr müəyyən ərazilərdə yerləşirlər. 

BƏB-in  formalarına  gəldikdə  isə,  dünya  arenasında  da  istehsal  fəaliyyətinin 

nəticələri  ilə  mübadilə  müəyyən  qruplara  –  istehsal  sahələrinə,  altsahələrinə  və  növlərinə 

daxil  olan  müəssisələr  arasında  baş  verir.  Və  mübadilənin  hansı  qrupa  daxil  olan 

müəssisələr  arasında  baş  verməsindən  asılı  olaraq  BƏB-in  uyğun  formaları  –  sahədaxili, 

sahələrarası,  növlərarası  formaları  meydana  gəlir.  Lakin  dünya  arenasında  regionlararası 




 

57

 



forma  əvəzinə  iki  ölkə  arasında  əmək  bölgüsünü  xarakterizə  edən  milli  təsərrüfat  forması 

əmələ gəlir.  



BƏB-in  sahədaxili  forması  milli  təsərrüfatın  hər  hansı  bir  eyni  sahəsinə  aid  olan 

müxtəlif ölkə müəssisələrinin müəyyən predmet, o cümlədən detal, aqreqat və s. istehsalı və 

mübadiləsi  üzrə  (məsələn,  müxtəlif  növ  traktorların  və  onların  hissələrinin  istehsalı  və 

mübadiləsi) səylərini təmərgüzləşdirmələri deməkdir. 



BƏB-in sahələrarası forması əmək bölgüsünün milli təsərrüfatların müxtəlif sahələri 

(məsələn, maşınqayırma və bitkiçilik) arasında peyda olması demək deyil. Bu zaman söhbət 

eyni  növ  istehsalın,  yəni  sənayenin  və  ya  kənd  təsərrüfatının  müxtəlif  sahələri  arasında 

əmək bölgüsündən gedir. 

Yuxarıda  qeyd  olunan  iki  formadan  fərqli  olaraq  BƏB-in  növlərarası  forması 

istehsalın  müxtəlif  növləri  (məsələn,  sənaye  və  kənd  təsərrüfatı)  arasında  əmək  bölgüsü 

deməkdir. 

Nəhayət,  BƏB-in  milli  təsərrüfat  forması  ölkələr  arasında  əmək  fəaliyyətinin 

bölgüsünün  onların  milli  iqtisadiyyatları  miqyasında  baş  verməsidir.  Bu  forma  ayrı-ayrı 

ölkələrin  ümumi  daxili  məhsulun  xarici  bazarda  satış  üçün  nəzərdə  tutulmuş  müəyyən 

hissəsinin istehsalı üzrə səylərini cəmləşdirməsini əks etdirir. 

BƏB  prosesində  əsas  budur  ki,  bu  prosesin  hər  bir  iştirakçısı  BƏB-də  iştirakdan 

iqtisadi  maraq,  mənfəət  güdür  və  son  nəticədə  onu  tapır.  Beynəlxalq  mübadilə  zamanı  

BƏB-in  üstünlüklərinin  reallaşdırılması  hər  bir  ölkəyə  ən  azı  aşağıdakıları  əldə  etməyə 

imkan verir: 

1)

 



ixrac edilən əmtəə və xidmətlərin beynəlxalq və daxili qiymətləri arasında fərqi; 

2)

 



daha  ucuz  idxaldan  istifadə  etməklə  milli  istehsaldan  imtinanın  daxili  xərclərin 

qənaətinə gətirib çıxarmasını. 

Yuxarıda  deyilənlərdən  çıxış  edərək  BƏB-in  məzmununu  açan  əsas  tezisləri 

aşağıdakı kimi formalaşdırmaq olar: 

 

BƏB ictimai əmək bölgüsünün xüsusi növüdür, ölkə daxili əmək bölgüsündən fərqli 



olaraq BƏB müxtəlif ölkələrin müəssisələri arasında baş verir

 



BƏB iki xarakterik cəhətə - istehsalın ixtisaslaşması və mübadiləyə malikdir

 



müəssisələrin ixtisaslaşması üç formada – predmet, peşəkar və ərazi formalarında baş 

verir; 



 

58

 



 

istehsalın  ixtisaslaşması  formalarından  fərqli  olaraq  BƏB-in  müxtəlif  formaları 



(sahədaxili,  sahələrarası,  növlərarası  və  milli  təsərrüfat)  müəyyən  qrup  müəssisələr 

arasında mübadiləni əks etdirir. 

 

3.2. Beynəlxalq əmək bölgüsünün əsas konsepsiyaları 

 

BƏB  nəzəriyyəsi  öz  nəzəri  əsaslarını  və  inkişafını  ilk  klassik  iqtisadçılar  –  Adam 

Smit  və  David  Rikardonun  əsərlərində  tapıb.  İngilis  iqtisadçısı  A.Smit  özünün  ―Xalqların 

sərvətinin  təbiəti  və  səbəbləri  haqqında  traktat‖  (1776)  əsərində  azad  ticarətin  və 

sahibkarlığın  zəruriliyini  sübut  edirdi.  Onun  fikrincə,  azad  ticarətə  qoyulan  müxtəlif 

məhdudiyyətlər  ayrı-ayrı  regionlar  və  ölkələr  arasında  əmək  bölgüsünün  dərinləşməsinə 

mane  olur.  Bu  maneələrin  aradan  qaldırılması  və  beynəlxalq  mübadilənin  fəaliyyət 

sahəsinin  genişləndirilməsi  son  nəticədə  milli  iqtisadiyyatların  ixtisaslaşmasına  və  onların 

qarşılıqlı  asılılıqlarının  güclənməsinə,  bir  sözlə  ümumdünya  təsərrüfatının  bərqərar 

olmasına gətirib çıxarmalıdır. 

A.Smit  əmək  bölgüsü  prinsipini  beynəlxalq  iqtisadi  əlaqələrə  münasibətdə    tətbiq 

edərək belə bir nəticəyə gəlib ki, mübadiləyə hazır olan hər bir ölkə mütləq üstünlüyə malik 

olduğu  əmtəə  üzrə  ixtisaslaşdığı  halda,  bundan  digər  ölkələr  də  mənfəət  qazanırlar. 

Beləliklə,  A.Smitə  görə,  əmək  bölgüsünün  əsasında  mütləq  üstünlük  prinsipinə  əsaslanan 

ixtisaslaşma durur. 

Lakin  mütləq  üstünlüyə  əsaslanan  ixtisaslaşma  bu  cür  üstünlüyə  malik  olmayan 

ölkələrə  beynəlxalq  mübadilədə  iştirak  etməyə  imkan  vermir.  A.Smitin  nəzəriyyəsində 

mövcud  olan bu çatışmazlıq digər ingilis iqtisadçıları  – David Rikardo, R.Torrens  və Con 

Stüart  Millin  əsərlərində  aradan  qaldırılmağa  çalışılıb.  Onların,  xüsusilə  də  D.Rikardonun 

BƏB  nəzəriyyəsinin  inkişafına  göstərdikləri  əsas  xidmət  iqtisad  elminin  fundamental 

nəzəriyyələrindən birinin – müqayisəli üstünlüklər nəzəriyyəsini işləmələrindən ibarətdir.  

Müqayisəli üstünlüklər (və ya istehsalın müqayisəli xərcləri) nəzəriyyəsinin əsasında 

ölkələr  arasında  istehsal  şərtlərində  fərqlərin  mövcudluğu  fikri  durur.  Prinsipcə  istənilən 

ölkədə istənilən əmtəənin istehsalı prosesini təşkil etmək olar. Məsələn, Azərbaycanda kivi 

yetişdirmək  mümkündür.  Lakin  çəkilən  xərclərin  çoxluğu  səbəbindən  onun  dəyəri  yüksək 

olardı.  Bu  və  ya  digər  əmtəələrin  istehsalı  üçün  çəkilən  xərclərin  müqayisəsi  göstərir  ki, 

bütün  əmtəələrin  istehsalındansa  daha  az  xərc  tələb  edən  əmtəənin  istehsalına  diqqəti 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə