Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə29/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   25   26   27   28   29   30   31   32   ...   213

 

79

 



sonrakı  inkişafında  müəyyən  rol  oynamışdır.  Xüsusilə  J.Turqonun  ―azalan  məhsuldarlıq 

qanunu‖ beynəlxalq ticarətin əsas nəzəriyyələrindən biri olan spesifik amillər nəzəriyyəsinin 

əsaslandırılmasında mühüm rol oynamışdır. 

Bununla belə, onların sərvətin  yeganə mənbəyi haqqındakı nəzəri görüşləri məhdud 

idi.  Çünki,  maddi  nemətlərin  məcmusundan  ibarət  olan  sərvət  yalnız  kənd  təsərrüfatında 

deyil, iqtisadiyyatın bütün sahələrində  yaradılır. Lakin, bütövlükdə  iqtisadiyyatı bir sistem 

kimi  götürüb  tədqiq  etmədən  sərvətin  mənbələri  barədə  suallara  cavab  tapmaq  mümkün 

deyildi. Bu vəzifə isə klassik məktəbi öhdəsinə düşürdü. 

 

4.2.2. Beynəlxalq ticarətin klassik nəzəriyyələri 

 

 

Klassik məktəbin banisi Adam Smit dəqiq olaraq müəyyən etmişdir ki, millətin rifahı 



onun  yığdığı  qızılın  miqdarından  daha  çox,  onların  əmtəə  və  xidmətlər  istehsal  etmək 

qabiliyyətlərindən asılıdır. Buna görə də, əsas vəzifə qızıl yığımından deyil, əmək bölgüsü 

əsasında  istehsalın  inkişaf  etdirilməsindən  ibarət  olmalıdır.  Bu  isə  subyektlərin  iqtisadi 

cəhətdən tam azad olduqları, yəzi azad rəqabətin təmin olunduğu şəraitdə daha yaxşı şəkildə 

əldə edilə bilər. 

 

A.Smitə  görə,  məcmu  dünya  sərvəti  sabit  deyildir.  Beynəlxalq  əmək  bölgüsünə 



əsaslanan  xarici  ticarət  son  nəticədə  dünya  istehsalının  artmasına  gətirib  çıxarır.  Yəni,  öz 

aralarında ticarət edən iki ölkə beynəlxalq əmək bölgüsü nəticəsində daha yüksək istehsal və 

istehlak  səviyyələri  əldə  edərək  həyat  standartlarının  artımına  nail  olurlar.  Dolayı  olaraq, 

A.Smit merkantilistlərin ―xarici ticarətdə bir tərəf qazandığı halda digər tərəf uduzur‖ fikrini 

alt-üst edir. Çünki, xarici ticarətdən hər iki tərəf mənfəət əldə edir. 

 

A.Smitin  xarici  ticarət  nəzəriyyəsinin  izahına  keçməzdən  əvvəl  qeyd  edək  ki, 



ümumiyyətlə  klassik  xarici  ticarət  nəzəriyyələri  çoxsaylı  ehtimallara  əsaslanır.  Onları 

aşağıdakı kimi sıralamaq olar: 

 

istehsalın yeganə amili kimi əmək çıxış edir; 



 

mövcud  olan  əmək  resurslarından  istehsalda  tam  istifadə  olunur,  başqa  sözlə  tam 



məşğulluq mövcuddur; 

 



beynəlxalq ticarətdə iki ölkə iştirak edir ki, onlar da bir-birləri ilə yalnız iki əmtəə ilə 

ticarət edirlər; 

 

istehsal xərcləri dəyişməz olaraq qalır, onun aşağı düşməsi isə əmtəəyə tələbi artırır; 



 

əmtəənin  qiyməti  digər  bir  əmtəənin  istehsalına  sərf  edilən  əməyin  kəmiyyəti  ilə 



ifadə olunur; 

 



tam və azad rəqabət şəraiti bərqərardır; 

 



əmtəələrin bir ölkədən digərinə daşınması zamanı çəkilən xərclər sıfıra bərabərdir

 



xarici ticarətdə heç bir məhdudiyyət mövcud deyil. 

Qeyd  edək  ki,  klassik  iqtisadçıların  dəyər  barəsindəki  mülahizələri  əmək-dəyər 

nəzəriyyəsi olaraq tanınır. Bu yanaşmaya görə, bir əmtəənin dəyəri onun istehsalı üçün sərf 

edilən  əməyin  kəmiyyəti  ilə  ölçülür.  Buna  görə  də,  istehsalına  daha  çox  əmək  sərf  edilən 

malın  dəyəri  yüksək,  az  əmək  sərf  edilənin  dəyəri  isə  aşağı  olur.  Bundan  çıxış  edərək 

klassik  iqtisadçıların  dəyəri  formalaşdıran  digər  faktorlardan  xəbərdar  olmadıqlarını 

söyləmək  düzgün  olmazdı.  Əslində,  onlara  görə,  təbii  amillər  Allahın  insanlara  bir 

bəxşişidir,  yəni  cəmiyyət  onların  əldə  olunması  üçün  heç  bir  əmək  sərf  etməmişdir  və 

deməli, təbii amilləri dəyəri formalaşdıran faktorlar kimi qəbul etmək düzgün deyildir. 

A.Smitin  öz  əsərində  işlədiyi  və  mütləq  üstünlüklər  nəzəriyyəsi  adlandırılan 

konsepsiyaya  görə,  ölkələr  daha  az  xərclərlə  istehsal  etdikləri  (yəni  istehsalında  mütləq 

üstünlüyə malik oduqları) əmtəələri ixrac edir və digər ölkələr tərəfindən daha az xərclərlə 




 

80

 



istehsal  olunan  (yəni  istehsalında  mütləq  üstünlüyün  tərəfdaş  ölkələrə  məxsus  olduğu) 

əmtəələri idxal edir. 

Yuxarıda  deyilən  fikri  əyani  olaraq  aşağıdakı  kimi  göstərmək  olar.  Bunun  üçün 

Azərbaycan və Gürcüstanda bir işçinin bir iş günündə şərti olaraq aşağıdakı kəmiyyətlərdə 

A və B əmtəələrini istehsal etdiyini qəbul edək: 

 

 



Bir işçinin bir gündə istehsal edə bildiyi əmtəə 

 

 



 

 

 



 

 

 



A əmtəəsi 

B əmtəəsi 

 

 



Azərbaycan 

50 vahid 

30 vahid 

 

 



Gürcüstan 

20 vahid 

80 vahid 

 

 



 

Beləcə, verilən nümunəyə görə, Azərbaycan A əmtəəsini, Gürcüstan isə B əmtəəsini 

daha  az  xərclə  istehsal  etdikləri  üçün  bu  əmtəələrin  istehsalında  ixtisaslaşmalıdırlar. 

Azərbaycan  Gürcüstana  A  əmtəəsini  ixrac  etməli,  bu  ölkədən  isə  B  əmtəəsini  idxal 

etməlidir. 

 

A.Smitin mülahizələrinə görə, hökumətlər xarici ticarətə qarışmamalı və azad ticarət 



rejimini  dəstəkləməlidirlər.  Millətlər  isə  mütləq  üstünlüyə  malik  olduqları  əmtəə 

istehsalında ixtisaslaşmalı və bu əmtəələrin ixracı ilə məşğul olmalıdırlar. Istehsalında digər 

ölkələrin üstünlüyə malik olduqları əmtəələr isə idxal edilməlidir.  

 

Klassik  nəzəriyyənin  banisi  həmçinin  öz  əsərində  xarici  ticarətin  əmək 



məhsuldarlığının  inkişafını  stimullaşdırdığını  sübut  etməyə  çalışıb.  Bu  isə,  onun  fikrincə, 

xarici  ticarətin  satış  bazarını  milli  sərhədlər  çərçivəsindən  kənara  genişləndirməsi  yolu  ilə 

baş verirdi. 

Ona görə, ixrac ölkə iqtisadiyyatı üçün müsbət faktordur, çünki, ixrac daxili bazarda 

satıla  bilməyən  məhsul  artığının  satışını  təmin  edir.  Digər  tərəgdən,  ixrac  subsidiyaları 

mahiyyətinə  görə,  əhalinin  üzərinə  qoyulan  vergi  olduğundan  daxili  qiymətləri  artımına 

gətirib çıxarır və buna görə də, onlar ləğv olunmalıdırlar. 

Mütləq  üstünlüklər  nəzəriyyəsinin  güclü  tərəfi  ondan  ibarətdir  ki,  o,  əmək-dəyər 

nəzəriyyəsinə  əsaslanır  və  əmək  bölgüsünün  üstünlüklərini  nəinki  milli,  həmçinin 

beynəlxalq  səviyyədə  əks  etdirir.  Lakin  bununla  yanaşı,  bu  nəzəriyyənin  çatışmazlığı  da 

mövcuddur və o ―əgər hər hansı bir ölkə heç bir istehsal sahəsində mütləq üstünlüyə malik 

deyilsə, o zaman digər ölkələr bu ölkə ilə ticarət edəcəkmi?‖ sualına cavab vermir. İstehsal 

xərcləri baxımından mütləq üstünlüyə malik olmayan hər hansı bir ölkə, məgər beynəlxalq 

ticarətdən  iqtisadi  səmərə  əldə  edə  bilməzmi?  Bu  suallara  A.Smitin  davamçıları  cavab 

verməyə çalışmışlar. 

 

   A.Smitdən  təxminən  40  il  sonra  klassik  məktəbin  digər  görkəmli  nümayəndəsi 



David Rikardo mütləq üstünlüklər nəzəriyyəsinin müddəalarını inkişaf etdirərək müqayisəli 

üstünlüklər  nəzəriyyəsini  işləyib  hazırladı.  Bu  nəzəriyyənin  təməli  o  qədər  güclüdür  ki, 

müasir  dövrdə  də  müqayisəli  üstünlüklərin  beynəlxalq  ticarətin  əsasını  formalaşdırdığı 

qəbul edilir. 

 

Bu  nəzəriyyənin  müddəalarını  ―Siyasi  iqtisadın  prinsipləri  və  vergiqoyma‖  (1817) 



əsərində  əks  etdirən  D.Rikardonun  fikrincə,  beynəlxalq  ticarəti  təkcə  mütləq  üstünlüklərə 

əsaslanaraq  izah  etmək  düzgün  olmazdı.  O,  beynəlxalq  əmək  bölgüsünün  əlverişliliyini 

müqayisəli  üstünlük  prinsipi  əsasında  izah  etməklə  sübut  etmişdir  ki,  iki  ölkə  arasında 

ticarət, hətta onlardan biri digəri qarşısında mütləq üstünlüyə sahib olmadıqda belə, onların 

hər  biri  üçün  sərfəlidir.  Müqayisəli  üstünlüklər  nəzəriyyəsinə  görə,  əgər  ölkələr  digər 

ölkələrlə  müqayisədə  nisbətən  daha  az  xərclərlə  istehsal  edə  bildikləri  əmtəələrin 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə