Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə30/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   26   27   28   29   30   31   32   33   ...   213

 

81

 



istehsalında  ixtisaslaşırlarsa,  onda  ticarət  hər  iki  tərəf  üçün  qarşılıqlı  faydalı  olacaq.  Bu 

zaman,  istehsalın  onların  birində  digərinə  nisbətən  mütləq  effektivliyə  malik  olması 

əhəmiyyətə malik olmayacaq. 

 

D.Rikardo  öz  nəzəriyyəsini  iki  ölkə  arasındakı  ticarət  mübadiləsi  misalında  izah 



edirdi.  O,  beynəlxalq  ixtisaslaşmanın  meyarını  müəyyən  edərək,  iki  ölkə  arasında 

mübadilənin hansı həddə mümkün və arzuolunan olduğunu göstərirdi. Onun fikrincə, hər bir 

ölkə  daha  böyük  üstünlüyə  malik  olduğu  əmtəə  istehsalı  üzrə  ixtisaslaşsa,  bu,  həmin  ölkə 

üçün  daha  faydalı  olar.  Ona  görə,  beynəlxalq  ticarətin  zəruri  şərti  kimi  eyni  bir  əmtəənin 

müxtəlif  xərclərlə  istehsalı  çıxış  etdiyindən,  hər  bir  ölkənin  digər  əmtəələrlə  müqayisədə 

daha aşağı xərclərə malik olduğu əmtəə istehsalı üzrə ixtisaslaşması məqsədəuyğun olardı. 

 

Qeyd  olunan  müddəaları  yenə  də  bir  nümunədə  əyani  surətdə  izah  etməyə  çalışaq. 



Nümunədə  Azərbaycan  və  Gürcüstanın  ipək  və  şərab  istehsal  etdikləri  və  bu  ölkələrdə 

həmin məhsulların istehsal şərtlərinin aşağıdakı kimi olduğu göstərilmişdir: 

 

 

 



 

Bir iş günündə istehsal edilə bilən əmtəə həcmi 

 

 



 

 

 



 

 

 



İpək 

Şərab 

 

 



 

(metr) 

(litr) 

 

 



Azərbaycan 

80 


40 

 

 



Gürcüstan 

10 


20 

 

 



 

Nümunədən  göründüyü  kimi,  Azərbaycan  hər  iki  əmtəə  üzrə  mütləq  üstünlüyə 

malikdir.  Çünki,  Azərbaycanda  həm  ipək,  həm  də  şərab  Gürcüstana  nisbətən  daha  ucuz 

dəyərlə  istehsal  edilir.  Mütləq  üstünlük  nəzəriyyəsinə  görə,  bu  halda  xarici  ticarət  həyata 

keçirilməməli,  Azərbaycan  hər  iki  əmtəəni  də  özü  istehsal  etməlidir.  Müqayisəli  üstünlük 

nəzəriyyəsinə  görə  isə  bu  halda  da  xarici  ticarət  əlaqələri  qurula  bilər  və  hər  iki  ölkə  bu 

əlaqələrdən mənfəət əldə edə bilər. 

 

Məsələ burasındadır ki, Azərbaycan hər iki əmtəə üzrə mütləq üstünlüyə malik olsa 



da, bu üstünlüklərin dərəcəsi eyni deyildir. Rəqəmləri şaquli istiqamətdə müqayisə etməklə 

görərik, Azərbaycan Gürcüstan qarşısında ipək istehsalında 8 dəfə, şərab istehsalında isə 2 

dəfə  üstünlüyə  malikdir.  Bu  baxımdan,  Azərbaycan  ipək  istehsal  etməli,  şərabı  isə 

Gürcüstandan  idxal  etməlidir.  Başqa  sözlə,  Azərbaycan  ipək  istehsalında  müqayisəli 

üstünlüyə malikdir. 

 

Gürcüstanın vəziyyəti isə tamam tərsinədir. Bu ölkə hər iki əmtəə üzrə Azərbaycana 



nisbətən  əlverişsiz  vəziyyətdədir.  Lakin,  müqayisəli  dəyər  yüksəkliyi  ipək  üzrə  8  dəfəyə 

bərabər  olduğu  halda,  şərab  üzrə  2  dəfə  təşkil  edir.  Bu  halda  Gürcüstanın  hər  iki  əmtəəni 

birdən istehsal etməkdənsə şərab istehsal etməyi onun faydasında olardı.  

 

Göründüyü kimi, bu halda Azərbaycan ipək istehsalında ixtisaslaşıb, ixrac etdiyi ipək 



qarşılığında şəraba olan ehtiyacını Gürcüstandan bu əmtəəni idxal etməklə ödəyərsə (və ya 

əksinə, Gürcüstan şərab istehsalında ixtisaslaşıb, ipəyi Azərbaycandan idxal edərsə), hər iki 

ölkə xarici ticarətdən mənfəət əldə etmiş olar. 

 

Müqayisəli  üstünlük  nəzəriyyəsinə  görə,  ölkələr  arasında  mənfəətli  xarici  ticarətin 



təmin  edilməsi  üçün  ölkələrdə  daxili  istehsal  dəyərləri  (daxili  qiymətlər)  bir-birlərindən 

fərqli  olmalıdır.  Yuxarıdaki  nümunədən  çıxış  edərək,  ölkələrin  daxili  müqayisəli 

qiymətlərini müəyyən etməyə çalışaq. Bunun üçün isə, ipəyi əsas götürək. Rəqəmlər üfuqi 

istiqamətdə müqayisə edilsə: 




 

82

 



 

Azərbaycanda daxili qiymətlər, 1 vahid ipək: ½ vahid şərab 

Gürcüstanda daxili qiymətlər, 1 vahid ipək: 2 vahid şərabdır. 

 

 

Bu  dəyərləndirmə  baxımından  Azərbaycanda  ipəyin,  Gürcüstanda  isə  şərabın  daha 



ucuz  olduğunu  müəyyən  etmək  olar.  Ölkələrdə  qiymətlərin  fərqli  olması  mənfəətli  ticarət 

əlaqələrinin  qurulmasına  imkan  verir.  Nümunəyə  görə,  Azərbaycan  ipək,  Gürcüstan  isə 

şərab istehsalı üzrə ixtisaslaşmalıdır. 

 

Göründüyü  kimi,  D.Rikardo  öz  nəzəriyyəsini  iki  ölkə  -  iki  əmtəə  modeli  üzrə 



qurmuşdur. Bununla belə, daha sonra müqayisəli üstünlüklər nəzəriyyəsinin müddəalarının 

ikidən artıq ölkə və əmtəə üçün də keçərli olduğu sübut ediləcəkdir. 

 

Sözsüz  ki,  müqayisəli  üstünlüklər  nəzəriyyəsi  sadələşdirilmiş  xarakter  daşıyır  və 



buna  görə  də,  beynəlxalq  ticarətin  inkişafına  birbaşa  təsir  edən  bir  çox  hadisələri  nəzərə 

almır.  Onun  məhdudluğu  bu  nəzəriyyənin  əsaslandığı  ilkin  ehtimallarla  şərtlənir. 

Müqayisəli üstünlüklər nəzəriyyəsi nəqliyyat xərclərini nəzərə almır ki, bu xərclər də bəzən 

əhəmiyyətli  dərəcəyə  qədər  yüksələ  və  müəyyən  əmtəələrlə  ticarəti  hətta  müqayisəli 

üstünlüklər şəraitində belə qeyri-səmərəli edə bilər. Digər tərəfdən, haqqında söhbət gedən 

konsepsiya  ancaq  bir  istehsal  amilinin  (əməyin)  mövcudluğundan  çıxış  edir  və  ölkələrin 

istehsal amilləri ilə fərqli surətdə təchiz olunduqları kimi mühüm ilkin şərtləri nəzərə almır. 

Qeyd olunan konsepsiya tam məşğulluq şərtindən çıxış edir, yəni bir sahəni tərk edən işçi 

dərhal digər bir sahədə iş yeri tapır və işsizə çevrilmir. 

 

Bu  nəzəriyyə  həmçinin  xarici  ticarətin  ölkə  daxilində  gəlirlərin  bölgüsünə,  qiymət 



tərəddüdlərinə  və  əmək  haqqına,  inflyasiyaya  və  beynəlxalq  kapital  hərəkətinə  təsirini 

nəzərə  almır  və  təxminən  eyni  vəziyyətə  malik  olan,  yəni  heç  birinin  digəri  qarşısında 

müqayisəli üstünlüyü olmadığı ölkələr arasında ticarəti izah etməyə imkan vermir. 

Beynəlxalq ticarətdə  mübadilənin hansı qiymətdə həyata keçirildiyi sualına ilk dəfə 

D.Rikardonun  davamçısı  Con  Stüart  Mill  cavablandırmışdır.  O  özünün  ―Siyasi  iqtisadın 

prinsipləri‖  (1848) əsərinin bir fəslini  beynəlxalq dəyər  qanununa  həsr  etməklə  göstərirdi 

ki, mübadilə qiyməti tələb və təklif qanununun elə bir səviyyəsinə görə müəyyənləşir ki, bu 

qiymətdə  hər  bir  ölkənin  ixracı  onun  idxalını  ödəyir.  C.S.Mill  qeyd  edirdi  ki,  əmtəələrinə 

xarici tələbin daha  yüksək olduğu ölkə xarici ticarətdən daha çox xeyir əldə edir.  Ölkənin 

əmtəələrinə  xarici  tələb  digər  ölkələrin  əmtəələrinə  olan  tələbdən  nə  qədər  yüksək  olarsa 

mübadilə  şəraiti  bir  o  qədər  onun  üçün  faydalı  olar,  ölkə  müəyyən  miqdar  əmtəəsi 

müqabilində daha çox xarici əmtəə əldə edər. 

 

Beynəlxalq dəyər nəzəriyyəsinə görə, əmtəələrin mübadilə dəyəri onlara olan tələbin 



elastikliyindən asılı olaraq formalaşır. O, müəyyən qiymət dairəsini müəyyənləşdirir ki, bu 

dairədən də kənarda beynəlxalq  mübadilə özünün cəlbediciliyini itirir. Deməli, beynəlxalq 

dəyər  nəzəriyyəsinə  görə  ölkələr  arasındakı  əmtəə  mübadiləsini  optimallaşdıran  qiymət 

mövcuddur və bu qiymət tələb və təklifdən asılı olan bazar qiymətidir. 

 

C.S.Millin xarici ticarət əlaqələrinin mahiyyəti ilə bağlı açıqlamaları qarşılıqlı tələb 



qanununa  əsaslanır.  Bu  qanuna  görə,  idxal  olunan  əmtəənin  qiyməti  idxalı  ödəmək  üçün 

ixrac edilməsi zəruri olan əmtəənin qiyməti vasitəsilə müəyyən edilir. Buna görə də, ticarət 

zamanı qiymətlərin son nisbəti ticarət edən hər bir ölkədə əmtəəyə olan daxili tələbin həcmi 

ilə müəyyən edilir. 

 

Beynəlxalq  dəyər  nəzəriyyəsi  qiymətin  müəyyən  edilməsinin  əsası  kimi  müqayisəli 



üstünlüklərə nisbətən əhəmiyyətli bir çatışmazlığa malikdir. Bu nəzəriyyənin yalnız hər iki 

ölkənin ölçülərinə görə təxminən bərabər olduqları halında tətbiq edilməsi mümkündür. Özü 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə