Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə38/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   34   35   36   37   38   39   40   41   ...   213

 

97

 



ödəməyə  yönəlir.  Bundan  başqa,  başlanğıcda  istehsalın  istehlakçıya  yaxın  yerdə  həyata 

keçirilməsi  lazımdır.  Çünki  əmtəənin  hansı  istiqamətdə  inkişaf  etdirilməsi  məhz 

istehlakçılardan  asılıdır.  Burada  yalnız  yerli  firmalar  yeni  texnologiyaya  sahib 

olduqlarından, istehsal yeniliyi icad edən firmanın ölkəsində həyata keçirilir. Bütün bunlar 

istehsalın ilk mərhələsinin xüsusiyyətləridir. 

Ikinci  mərhələdə istehsal demək olar ki, tam surətdə təkmilləşdirilir. Bu  mərhələdə 

istehsal sürətləndirilir, satışlar ilk öncə daxili bazara istiqamətlənir, daha sonra isə əmtəənin 

ixracına başlanır. Beləcə, əmtəənin daxili istehsalı və istehlakı artır, xaricdə inkişaf edən bir 

tələb mövcud olduğu üçün istehsalın artım tempi daha da yüksəlir. Istehsalçı firma hələ də 

yeni texnologiyanı özündə saxlayır. 

Getdikcə  istehsal  sınaq  mərhələsindən  çıxır  və  istehsal  texnologiyası  standartlaşır, 

bununla  da,  üçüncü  mərhələyə  keçilir.  Artıq  yenilikçi  firma  daxildə  və  xaricdə  texnoloji 

lisenziya  verməyi  mənfəətli  hesab  edir.  Standart  istehsalın  dəyərini  aşağı  salmaq  üçün 

istehsal  məsələn,  əmək  haqlarının  səviyyəsinin  aşağı  olduğu  digər  ölkələrə  ötürülür. 

Əmtəəni icad edən ölkədə iş gücü yüksək dərəcəd ixtisaslı olduğundan istehsal dəyərləri də 

yüksək olur. Qısacası yüksək ixtisaslı əməyə ehtiyac olmayan bu mərhələdə istehsalın digər 

ölkələrə ötürülməsi daha məqsədəuyğun olur. Yenilikçi ölkədə hələ bir qədər əmtəə istehsal 

edilir.  Lakin  əmtəənin  lisenziyasını  əldə  edən  yeni  istehsalçıların  aşağı  xərclərə  malik 

olmaları səbəbindən ixrac bazarlarını ələ keçirmələri ilə yenilikçi ölkənin ixrac tempi azalır. 

Yenilikçi  ölkənin  daxili  bazarının  ehtiyacının  idxalla  təmin  edilməsi  başlayınca 

dördüncü  mərhələyə  qədəm  qoyulur.  Artıq  texnologiya  bütün  dünya  dövlətlərinə  yayılmış 

və istehsalı məhdudlaşdıəran lisenziyaların müddəti qurtarmış, yəni texnologiya bir sərbəst 

mal  vəziyyətinə  gəlmişdir.  Yerli  sənaye  xarici  və  daxili  bazarları  əldən  buraxdıqca  daxili 

istehsal sürətlə aşağı düşür. 

Nəhayət,  yenilikçi  ölkə  özünün  daxili  bazarını  da  tamamilə  itirdikdən  sonra 

məhsulun  həyat  dövrləri  tamamlanmış  olur.  Ölkədə  daxili  istehlak  var,  lakin  bu  istehlak 

tamamilə  idxal  hesabına  təmin  edilir.  Növbə  artıq  yeni  texnologiyalarındır.  əslində,  bir 

tərəfdən bu dövrlər bir-birini əvəz etdikcə, digər tərəfdən yeni texnologiyalar axtarışı davam 

edir. Yəni, yeniliklərin ortaya çıxması kəsilməz bir prosesdir. 

Əmtəənin  həyat  dövrlərini  tipik  olaraq  keçən  bir  çox  əmtəə  nümunələri  vardır. 

Bunlar  arasında  məsələn,  tekstil,  radio,  ağ-qara  və  rəngli  televiziya,  yarımkeçirici 

mikroçiplər və xüsusilə də elektron məhsullar yer alır. 

Bu nəzəriyyənin klassik bir  nümunəsi İkinci  Dünya  Müharibəsindən sonra ABŞ və 

Yaponiyanın  radio  istehsalçıları  arasında  baş  vermişdir.  ABŞ  istehsalçıları  müharibədən 

sonrakı dövrdə radio bazarında hökmran mövqedə idilər. Bu üstünlük ABŞ-ın malik olduğu 

havasız  radio  texnologiyasına  əsaslanırdı.  Bir  neçə  ildən  sonra  Yaponiya  ABŞ-ın 

texnologiyasını təqlid edərək və ucuz iş qüvvəsindən istifadə edərək bazarın əhəmiyyətli bir 

hissəsini  ələ  keçirdi.  ABŞ  tranzistor  texnologiyasını  inkişaf  etdirməklə  yenidən  üstünlüyü 

əldə  etdi.  Lakin  Yaponiya  yenə  texnologiyanı  təqlid  edərək  ABŞ-ı  qabaqladı.  Daha  sonra 

ABŞ yeni texnologiya əldə edərək Yaponiya ilə bərabər vəziyyətə gəlmişdir. 

Son  illərdə  texnologiyanın  yenilikçidən  təqlidçiyə  keçmə  müddəti,  yəni  əmtəənin 

həyat  dövrlərinin  zaman  müddəti  olduqca  qısalmışdır.  Bu  da  ABŞ  kimi  yenilikçi  ölkələri 

daim rəqabət qabiliyyətli qala bilmələri üçün texnoloji kəşfləri sürətləndirməyə sövq edir.  

Beləliklə,  bu  modelə  görə,  ticarət  ilk  olaraq  sənayeləşmiş  ölkələrdə    müqayisəli 

baxımdan  bol  olan  amil  tərəfindən  (əsasən  də  ixtisaslı  işçi  qüvvəsi)  inkişaf  etdirilən 

texnologiyaya  əsaslanır.  Daha  sonra  isə  daha  az  inkişaf  etmiş  ölkələr  təqlid  və  istehsal 

standartlaşması  vasitəsilə  nisbətən  ucuz  əməyə  əsaslanan  bir  müqayisəli  üstünlük  əldə 

edirlər. 




 

98

 



Beynəlxalq  ticarət  nəzəriyyələrinin  inkişafında  XX  əsrin  80-ci  illərində  amerikan 

iqtisadçısı  Maykl  Porterin  işlədiyi  ölkələrin  rəqabət  üstünlükləri  nəzəriyyəsi  mühüm 

əhəmiyyət  kəsb  etmişdir.  O  özünün  bu  nəzəriyyəsində  klassik  və  neoklassik  iqtisadçıların 

baxışları  ilə  neotexnoloji  məktəbin  təmsilşilərinin  baxışlarını  bir  araya  gətirə  bilmişdir. 

Alim dünya  ticarətinin ikidə bir hissəsini özündə  cəmləşdirən 10 ən iri sənaye  ölkələrinin 

şirkətlərinin praktiki fəaliyyəti üzrə tədqiqat apararaq belə bir nəticəyə gəlmişdir ki, dünya 

bazarında  ölkənin  rəqabət  qabiliyyətinin  bir-biri  ilə  qarşılıqlı  fəaliyyətdə  və  əlaqədə  olan 

dörd başlıca parametri mövcuddur:  

1.

 

Amillərin şəraiti. Bu zaman müəyyən sahədə müvəffəqiyyətlə rəqabət aparmaq üçün 



lazım  olan  konkret  istehsal  faktorları  nəzərdə  tutulur.  M.Porter  klassik  amillər 

nəzəriyyəsini də qəbul etməklə onların sırasına yenilərini də əlavə edir. 

2.

 

Əmtəə  və  xidmətlərə  tələb  şəraiti.  Bu,  sahə  tərəfindən  təklif  edilən  məhsul  və 



xidmətlərə  daxili  bazarda  olan  tələbi  nəzərdə  tutur.  Tələb  müəssisənin  inkişafını 

müəyyən  edən  əsas  parametrdir.  Bu  zaman  daxili  tələbin  vəziyyəti  xarici  bazarın 

potensial  imkanları  ilə  birlikdə  situasiyaya  əhəmiyyətli  dərəcədə  təsir  edir.  Burada 

müəssisənin xarici bazarlara çıxışına təsir edən milli xüsusiyyətləri (iqtisadi, mədəni, 

təhsil, etnik, adət və ənənələr) də nəzərə almaq lazımdır. M.Porterin yanaşması ayrı-

ayrı şirkətlərin fəaliyyəti üçün daxili bazarın əsas əhəmiyyət kəsb etdiyini qəbul edir. 

3.

 

Ölkələrin  firmalarının  strategiyası,  onların  strukturu  və  rəqabəti.  Bu,  ölkədə 



firmaların  yaradılması  və  idarəedilməsini  müəyyən  edən  şəraiti  və  daxili  baxarda 

rəqabətin  xarakterini  nəzərdə  tutur.  Firma  tərəfindən  seçilən  bazar  strategiyası  və 

lazımi  çevikliyi  təmin  edən  təşkilati  struktur  beynəlxalq  ticarətə  müvəffəqiyyətlə 

qoşulmanın əsas şərtlərindən biridir.  

4.

 

Ölkədə  mövcud  olan  qohum  və  yaxın  sahələrin  xarakteri.  Bu  zaman  ölkədə  dünya 



bazarında rəqabət qabiliyyətli olan qohum və ya  yaxın sahələrin mövcudluğu və  ya 

qeyri-mövcudluğu  nəzərdə  tutulur.  Müvafiq  avadanlıqla  təminat,  nəqliyyat, 

komersiya  və  maliyyə  strukturları  ilə  sıx  əlaqələr  rəqabət  baxımından  mühüm 

əhəmiyyət kəsb edir. 

Sayılan  parametrlər  özlüyündə  milli  ―romb‖  əmələ  gətirirlər  ki,  onun  da 

komponentləri bir-birlərini qarşılıqlı surətdə gücləndirir (Sxem 4.2). 

 

Sxem 4.2 

M.Porterin “rəqabət rombu”nun sxemi 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Firmaların strategiyası, 

onların strukturu və rəqabəti 

 

Qohum və yaxın sahələr 



 

 

Amillər şəraiti 



 

 

Tələb şəraiti 



 

 

Təsadüf 



 

 

 



Hökumət 

 

 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə