Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə34/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   30   31   32   33   34   35   36   37   ...   213

 

89

 



mövcuddur.  Standart  model  ümumi  iqtisadi  nəzəriyyədən  məlum  olan  ―əvəzetmənin  artan 

xərcləri‖  qanunauyğunluğundan  çıxış  edir.  Bu  o  deməkdir  ki,  əmtəələrdən  birinin  əlavə 

vahidinin istehsalı üçün digər əmtəənin daimi deyil, artan kəmiyyəti ―qurban‖ verilməlidir. 

 

Ölkələr bir-biri ilə ticarətə qoşulana qədər olan balans transformasiyanın ən son hədd 



səviyyəsi  (təklif)  və  əvəzetmənin  ən  son  hədd  səviyyəsi  (tələb)  arasında  olan  qarşılıqlı 

fəaliyyət vasitəsilə formalaşdırılır. 

 

Transformasiyanın  ən  son  hədd  səviyyəsi  dedikdə  hər  hansı  bir  əmtəənin  əlavə 



vahidinin ərsəyə gətirilməsi üçün digər əmtəə istehsalının ―qurban‖ verilən kəmiyyəti başa 

düşülür. 

Əvəzetmənin  ən  son  hədd  səviyyəsi  isə  hər  hansı  bir  əmtəənin  elə  bir  kəmiyyət 

vahididir ki, məhz onu ―qurban‖ verməklə digər əmtəənin əlavə vahidini əldə etmək olar və 

bu zaman həm də istehlakın mövcud səviyyəsinin qorunması təmin edilər. 

 

Standart model aşağıdakı cəhətləri ilə xarakterizə olunur: 



 

müxtəlif əmtəə istehsallarının real olaraq mövcud olan nisbətini əks etdirən istehsal 



imkanları hər bir ölkədə müxtəlifdir və bu da həmin ölkələri bir-biri ilə ticarət etməyə 

stimullaşdırır; 

 

əgər  istehsal  imkanları  üst-üstə  düşürsə,  yəni  hər  iki  ölkədə  əmtəələrin  istehsal 



nisbətləri eynidirsə, onda ticarət istehlakçıların zövqündə və arzularında olan fərqlərə 

əsaslanır; zövq və arzular isə hətta bir-biri ilə ən  yaxın olan ölkələrdə belə üst-üstə 

düşə bilməz; 

 



təklif transformasiyanın ən son hədd səviyyəsi ilə, tələb isə əvəzetmənin ən son hədd 

səviyyəsi ilə müəyyən edilir

 

beynəlxalq ticarətin həyata keçirildiyi tarazlı qiymət əmtəələrə oan nisbi dünya tələbi 



və təklifi ilə müəyyən edilir. 

Yuxarıda  qeyd  olunduğu  kimi,  ölkələr  arasında  ticarət  olmayanda  balans  tələb  və 

təklif  ilə  təmin  edilir.  Ticarət  şəraitində  balans  isə  əmtəənin  daxili  bazarda  və  xaricdə 

mövcud olan nisbi qiymətlərinin tutuşdurulması və onun tarazlı qiymətə doğru hərəkəti ilə 

təmin  olunur.  Hər  bir  ölkə  özünün  müqayisəli  üstünlüyünə  əsaslanan  əmtəənin  istehsalını 

genişləndirir və onu digər ölkəyə sataraq həmin ölkənin müqayisəli üstünlüyünə əsaslanan 

əmtəəni idxal edir. Bu cür əməliyyat ona ticarətdən uduş əldə etməyə imkan verir ki, o da öz 

strukturuna  görə  mübadilədən  və  ixtisaslaşmadan  uduşlara  bölünür.  Mübadilədən  uduş 

dedikdə,  ölkənin digər ölkələrlə  ticarət  əlaqələri qurduğuna  görə  əldə  etdiyi üstünlük başa 

düşülür. İxtisaslaşmadan uduşu isə ölkə, səylərini müqayisəli üstünlüyə malik olduğu əmtəə 

istehsalı üzrə cəmləşdirdiyinə görə əldə etdiyi üstünlük əsasında qazanır. 

Digər  bir  model  isə  ümumi  tarazlıq  modelidir.  C.S.Millin  beynəlxalq  dəyər 

nəzəriyyəsinə  əsaslanan  bu  model  neoklassik  iqtisadi  məktəbinin  məşhur  nümayəndəsi 

Alfred  Marşall  tərəfindən  işlənilib.  Bu  model  ―qarşılıqlı  tələb‖  anlayışına  əsaslanır. 

Qarşılıqlı  tələb  təklif  və  tələbi  sintez  edən  bir  göstərici  olmaqla,  ölkəni  müxtəlif 

kəmiyyətlərdə  əmtəə  ixracını  həyata  keçirməyə  sövq  etmək  üçün  ölkəyə  nə  qədər  digər 

əmtəə  idxalı  lazım  olduğunu  göstərir.  Modelə  görə,  ümumi/beynəlxalq  tarazlıq  əmtəəyə 

daxili  və  beynəlxalq  ticarətdə  (daxili  və  dünya  bazarlarında)  olan  tələb  və  təklifin  eyni 

zamanda bərabərləşməsi zamanı əldə edilir. 

 

4.2.4. Beynəlxalq ticarətin müasir nəzəriyyələri 

 

 

Yuxarıda  göstərilən  nəzəriyyələr  beynəlxalq  ticarətin  klassik  və  neoklassik 



nəzəriyyələridir. Bu nəzəriyyələrin hamısının ümumi zəif tərəfi ondan ibarətdir ki, onların 

praktikada təsdiq olunması üçün çoxsaylı məhdudiyyətlərə və ilkin ehtimallara əməl etmək 




 

90

 



lazımdır. Buna görə XX əsrin ikinci  yarısında da iqtisadçılar beynəlxalq ticarətin  müxtəlif 

aspektlərini  izah  edən  yeni  nəzəriyyələr  axtarışında  olmuşlar.  Klassik  nəzəriyyələrdən 

kənara çıxmağa çalışan bu konsepsiyalar aşağıdakı inkişaf istiqamətlərindən biri ilə getməyə 

çalışırlar: 

 

klassik  nəzəriyyələrin  prinsiplərini  inkişaf  etdirirlər,  onları  daha  çox  sayda  əmtəə, 



ölkə  və  istehsal  amillərinə  şamil  edirlər  və  göstərirlər  ki,  dəyişənlərin  kəmiyyət 

artımına  baxmayaraq,  bu  nəzəriyyələrin  əsas  müddəaları  dəyişməzdir  (spesifik 

istehsal amilləri nəzəriyyəsi); 

 



klassik  nəzəriyyələrin  düzgünlüyünü  ümumilikdə  şübhə  altına  almadan  beynəlxalq 

ticarətin  yeni  problemlərini  klassik  mövqedən  tədqiq  edirlər;  müasir  iqtisadçılar 

klassiklər  tərəfindən  toxunulmayan  bir  çox  məsələləri  izah  edən  yeni  modelləri 

işləmiş  və  teoremləri  sübut  etmişlər  (beynəlxalq  ticarətdən  əldə  edilən  gəlirlərin 

bölgüsü nəzəriyyəsi, kəsişən tələb nəzəriyyəsi); 

 



nəhayət,  bəzi  ən  yeni  nəzəriyyələr  sübut  etməyə  çalışırlar  ki,  klassik  nəzəriyyələr 

müasir  beynəlxalq  ticarəti  izah  etmək  iqtidarında  deyillər  və  buna  görə  də  yeni 

nəzəriyyələrlə əvəz edilməlidirlər (masştab effekti nəzəriyyəsi, sahədaxili beynəlxalq 

ticarət modeli, beynəlxalq ticarətin dinamik modelləri). 

Həm  müqayisəli  üstünlüklər  nəzəriyyəsi,  həm  də  istehsal  amillərinin  nisbəti 

nəzəriyyəsi  ondan  çıxış  edirdilər  ki,  ölkə  sahələr  arasında  (ölkələr  arasında  deyil)  sərbəst 

hərəkət edən istehsal amilləri ilə təmin olunmuşdur. Müqayisəli üstünlüklər nəzəriyyəsində 

belə  bir  amil  kimi  əmək  çıxış  edirdi  ki,  o  da  daha  çox  əmək  haqqı  ödənilən  sahələrə 

məhdudiyyət olmadan axın edə bilərdi. Istehsal amillərinin nisbəti nəzəriyyəsində isə hər iki 

amil  (əmək  və  kapital)  mobil  hesab  edilirdilər  ki,  onlar  da  sahələr  arasında  hərəkət  edə 

bilərdilər. Lakin, real həyatda amillərin tam sərbəst hərəkəti, hətta qısamüddətli planda belə, 

çətin təsəvvür olunur. Bu baxımdan ortaya belə bir sual çıxır: əgər istehsal amillərinin bir 

hissəsi mobil deyilsə və sahələr arasında hərəkət edə bilmirsə, onda beynəlxalq ticarət necə 

inkişaf edir? 

Birinci  istiqaməti  təmsil  edən  Pol  Samuelson  və  digər  amerikan  iqtisadçısı  Ronald 

Cons  işləyib  hazırladıqları  spesifik  istehsal  amilləri  nəzəriyyəsində  bu  suala  cavab 

verilməyə çalışılmışlar.  

Spesifik istehsal amilləri dedikdə isə müəyyən sahə üçün xarakterik olan və sahələr 

arasında  hərəkət  edə  bilməyən  istehsal  amilləri  nəzərdə  tutulur.  Mobil  amil  isə  sahələr 

arasında sərbəst hərəkət edə bilən amildir. 

Bu  nəzəriyyəyə  görə,  beynəlxalq  ticarətin  əsasında  əmtəələrin  nisbi  qiymətlərində 

olan fərqlər durur. Bu fərqlər isə ölkələrin spesifik istehsal amilləri ilə qeyri-bərabər təmin 

olunması  nəticəsində  meydana  çıxır.  Özü  də  ixrac  üçün  spesifik  olan  istehsal  amilləri 

inkişaf edir, idxalla rəqabətdə olan sektor üçün spesifik olan amillər isə azalır. 

Bu nəzəriyyənin sübut edilməsində P.Samuelson və R.Cons əvvəldə qeyd etdiyimiz 

kimi,  fiziokratizm  nəzəriyyəsinin  nümayəndəsi  J.Turqonun  ―azalan  məhsuldarlıq 

qanunu‖ndan  istifadə  etmişlər.  Bu  qanuna  görə,  istehsala  sərf  olunan  hər  bir  əlavə  əmək 

vahidi onun əvvəlkinə nisbətən daha az artımını təmin edir. Yəni əmək məhsuldarlığının son 

həddi aşağı düşür: əmək xərcləri daha çox artdıqca onun son həddə məhsuldarlığı azalır. 

Beləliklə, spesifik istehsal amilləri modelinə görə, ölkələrin istehsal amilləri ilə fərqli 

təmini əmtəələrin nisbi təklifində və onların qiymətlərində fərqlərə gətirib çıxarır ki, bu  da 

ölkələri  bir-biri  ilə  ticarət  etməyə  sövq  edir.  Nəticədə  ixrac  sahələri  üçün  spesifik  olan 

amillərin  sahiblərinin  gəlirləri  artır,  idxalla  rəqabətdə  olan  sahələr  üçün  spesifik  olan 

amillərin sahiblərinin gəlirləri isə aşağı düşür.  



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə