Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə32/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   28   29   30   31   32   33   34   35   ...   213

 

85

 



teoremin  əsaslandığı  ilkin  ehtimallardır.  Qeyd  edək  ki,  bu  teorem  də  Hekşer-Olin  teoremi 

barədə  yuxarıda sadalanan ilkin ehtimallara əsaslanır (hər iki əmtəə hər iki ölkədə istehsal 

olunur,  ticarətə  cəlb  olunan  hər  iki  ölkədə  texnologiya  eynidir,  istehsal  amillərinin 

beynəlxalq hərəkəti mövcud deyildir).  

İstehsal  amillərinin  nisbəti  nəzəriyyəsi  özünün  çatışmazlıqlarına  baxmayaraq, 

beynəlxalq  ticarətin  inkişafını  izah  edən  ən  populyar  nəzəriyyələrdən  biri  olaraq 

qalmaqdadır.  Təəccüblü  deyil  ki,  bu  nəzəriyyə  dəfələrlə  geniş  statistik  bazaya  əsaslanan 

empirik  yoxlamalara  məruz  qalıb.  Bu  empirik  testlərin  nəticələri  nəzəriyyənin 

müddəalarının  düzgünlüyünü  həm  sübut  edir,  həm  də  onları  inkar  edir.  Hekşer-Olin 

nəzəriyyəsinin  nəticələrini  təsdiq  etməyən  ən  məşhur  tədqiqat  isə  rus  mənşəli  amerika 

iqtisadçısı  Vasili  Leontyev  tərəfindən  həyata  keçirilib.  O,  Hekşer-Olin  teoremini  ABŞ 

iqtisadiyyatının  nümunəsində  sınaqdan  çıxarmış  və  “Leontyev  paradoksu”  adlanan  bir 

nəticəyə  gəlmişdir.  Alim  ABŞ-ın  bütün  xarici  dünya  ilə  ticarət  əlaqələrini  təhlil  etmişdir. 

İkinci  Dünya  Müharibəsindən  sonra  ABŞ  ən  varlı  və  kapitalla  ən  yaxşı  təmin  edilmiş 

ölkələrdən  biri  sayılırdı.  Bu  ölkədə  əməyin  ödənilməsi  səviyyəsi,  yəni  əmək  haqqı  digər 

dövlətlərdəkinə  nisbətən  daha  yüksək  olduğundan,  Hekşer-Olin  nəzəriyyəsinə  görə,  ABŞ 

kapitaltutumlu  əmtəələri  ixrac  etməli  idi.  Bu  fərziyyəni  yoxlamaq  üçün  V.Leontyev  ixrac 

üçün  1  milyon  dollar  dəyərində  əmtəəni  istehsal etmək  üçün lazım olan kapital və  əməyi, 

həmçinin birbaşa olaraq idxalla rəqabət aparan əmtəələrin istehsalı üçün (yenə də 1 milyon 

dollar dəyərində)  tələb olunan əmək  və  kapitalın həcmini hesablamışdı. Sənayenin hər  bir 

sahəsi  üçün  o,  kapital  və  əmək  xərclərini  bir  vahid  əmtəə  üçün  hesablamış  və  bu  zaman 

təkcə  hazır  məhsulla  kifayətlənməmiş,  aralıq  məhsullar  üzrə  də  hesablamalar  aparmışdır. 

Sonra,  1947-ci  il  üçün  ABŞ-ın  ixracının  strukturundan  istifadə  etməklə,  o  1  milyon  dollar 

dəyərində ixrac əmtəələrinin istehsalı üçün zəruri olan kapital və əmək xərclərinin nisbətini 

müəyyən etmişdi. Həmin il üçün idxalın strukturundan ölkədə istehsal edilməyən əmtəələri 

çıxmaqla, V.Leontyev birbaşa olaraq idxalı əvəz edə biləcək əmtəələrin istehsalı üçün tələb 

olunan kapital və əmək resurslarının nisbətini hesablamışdı. 

V.Leontyev  gözləyirdi  ki,  Hekşer-Olin  nəzəriyyəsinə  uyğun  olaraq  hesablamalar 

göstərəcək ki, ixrac əmtəələri idxalı birbaşa əvəz edəcək əmtəələrə nisbətən daha çox kapital 

tələb  edir.  Lakin  nəticə  tam  əksinə  oldu:  idxalın  kapitaltutumluluğu  ixracınkını  təxminən 

30%  üstələyirdi  ki,  bu  da  o  demək  idi  ki,  ABŞ  heç  də  kapitaldan  bol  olan  ölkə  deyil  və 

əksinə,  bu  ölkədə  əmək  resursları  daha  çoxdur.  Bu  isə  mövcud  təsəvvürə  heç  də  uyğun 

deyildi. 

İkinci Dünya Müharibəsinin hesablamalara mümkün təsirini nəzərə alan V.Leontyev 

hesablamalarını 1951-ci il üçün də apardı. Lakin bu dəfə də ABŞ idxalı ixraca nisbətən daha 

kapital  tutumlu  oldu.  Düzdü  bu  dəfə  üstünlük  cəmi  6%  təşkil  edirdi.  V.Leontyevin 

ardıcılları  1962-ci  ildə  hesablamaları  yenidən  təkrar  etdilər.  nəticə  daha  da  gözlənilməz 

oldu: ABŞ-ın idxalı ixraca nisbətən 27% daha kapital tutumlu oldu. 

Qeyd  edək  ki,  eyni  cür  hesablamalar  digər  ölkələr  üçün  də  aparılıb.  Yapon 

iqtisadçıları  Tatemoto  və  İçimuranın  1951-ci  ilin  göstəricilərinə  əsaslanaraq  Yaponiyanın 

nümunəsində  apardıqları  hesablamalar  göstərmişdir  ki,  bu  ölkə  kapital  tutumlu  əmtəələri 

ixrac  edir,  əmək  tutumlu  əmtəələri  isə  idxal  edir.  Halbuki,  Yaponiya  1950-ci  illərdə  daha 

çox əmək resursları ilə bol olan ölkə kimi qəbul edilirdi. 

Hindistan iqtisadçısı R.Bharadvayın 1953-1954-cü ilin rəqəmləri əsasında Hindistan 

üçün  apardığı  tədqiqatın  nəticələri  isə  göstərmişdir  ki,  böyük  əmək  resurslarına  malik 

Hindistanın ixracı ümumilikdə əmək tutumludur. Lakin maraqlı burasındadır ki, onun ABŞ-

a ixracı kapital tutumlu olub. 



 

86

 



Bütün  bu  deyilənlər  o  qədər  gözlənilməz  idi  ki,  iqtisadi  elm  tarixinə  ―Leontyev 

paradoksu‖  adı  altında  daxil  oldu.  Bu  paradoksa  və  ya  ziddiyyətə  görə,  Hekşer-Olinin 

istehsal amillərinin nisbəti nəzəriyyəsi praktikada təsdiq olunmur: əmək resurslarından bol 

olan ölkələr kapital  tutumlu əmtəələr  və  əksinə,  kapitaldan  bol olan ölkələr  əmək tutumlu 

əmtəələr ixrac edir. 

Mövcud təsəvvürlərin bu cür kəskin inkarı ciddi izah tələb edirdi. Bu zaman aparılan 

müzakirələr  zamanı  sübut  edilməyə  çalışılırdı  ki,  Hekşer-Olin  teoreminin  müddəaları 

özlüyündə düzgündür, sadəcə V.Leontyev tərəfindən alınan nəticələr xətalıdır.  

V.Leontyevin nəticələrinə qarşı sürülən arqumentlərə keçməzdən əvvəl onun özünün 

aldığı nəticələrin izahı barədə söylədiklərinə diqqət yetirək. Alim hesab edirdi ki, Amerika 

cəmiyyəti  üstün  təşəbbüsçülük,  idarəçilik,  təhsil  və  işgüzarlıq  mühitinə  malikdir  ki,  bu 

xüsusiyyətlər səbəbindən də, amerkan işçilər  digər ölkələrin işçilərinə nisbətən daha üstün 

vəziyyətdədirlər  (yəni,  digər  şərtlərin  bərabər  olduğu  şəraitdə  onların  məhsuldarlığı  daha 

yüksəkdir). Bu nöqteyi-nəzrdən, bir amerikan işçisi üç xarici işçiyə bərabərdir. Dolayısıyla, 

Amerikanın real iş gücünü müəyyən etmək üçün mövcud iş gücü rəqəmlərinin üçə vurmaq 

lazımdır. Belə olan halda isə, ABŞ reallıqda kapitaldan deyil, əmək resurslarından bol olan 

ölkə olacaq. 

Əslində  isə  V.Leontyevin  hesablamaları  bir  çox  arqumentləri  nəzərə  almırdı  ki, 

onlardan da əsasları aşağıda göstərilmişdir: 

 



İş qüvvəsinin ixtisaslı və qeyri-ixtisaslı olmaqla bölmək və ixrac əmtəələrin istehsalı 

üçün  çəkilən  xərcləri  hər  bir  qrup  üçün  ayrıca  hesablamaq  lazımdır.  Amerikan 

iqtisadçısı Donald Kisinq 1966-cı ildə çap etdirdiyi tədqiqatında iş qüvvəsini ixtisas 

səviyyəsinə  görə  8  müxtəlif  kateqoriyaya  bölmüş  və  sübut  etmişdir  ki,  ABŞ-da 

ixtisaslı  iş  qüvvəsinin  bolluğu  və  qeyri-ixtisaslı  iş  qüvvəsinin  çatışmazlığı 

mövcuddur. Buna görə də, ABŞ ixtisaslı əmək resurslarından istifadə edən əmtəələri 

ixrac  edir.  Bu  əmək  resurslarının  hazırlanmasına  və  təhsilinə  çəkilən  xərcləri  isə 

kapital hesab etmək olar. 

 

ABŞ böyük həcmdə xammal idxal edir ki, onların da hasil edilməsi iri həcmli kapital 



xərcləri  tələb  edir.    Bir  sıra  alimlər,  o  cümlədən  amerikalı  Ceyms  Hartigen 

kapitaltutumlu xammal idxalından asılı olan sahələri nəzərə almamaqla V.Leontyevin 

apardığı  hesablamaları  elə  həmin  illər  üçün  təkrar  etmiş  və  ziddiyyətin  aradan 

qalxdığını sübut etmişlər. 

 

V.Leontyevin hesablmaları  idxal tarifi faktorunu nəzərə  almırdı. Bu tariflər  isə çox 



zaman  ilk  növbədə  yerli  əmək  tutumlu  istehsal  sahələrinin  müdafiə  edilməsi  üçün 

tətbiq edilirdi ki, bu da öz növbəsində əmək tutumlu idxalın azalmasına səbəb olurdu. 

Amerikan  iqtisadçısı  Robert  Beldvin  tərəfindən  aparılan  hesablamalar  göstərir  ki, 

tarif faktorunun aradan qaldırılması ―Leontyev paradoksu‖nun effektini 5% azaldır, 

lakin onu tamamilə aradan qaldırmır. 

Lakin  yuxarıda  irəli  sürülən  arqumentlərlə  yanaşı,  ―Leontyev  paradoksu‖nu  izah 

etmək üçün Hekşer-Olin teoremini kökündən inkar edən fikirlər də irəli sürülürdü. Belə bir 

fikirlərdən  biri ondan  ibarət  idi ki, amerikanlıların zövq  və  arzuları  ənənəvi  olaraq  kapital 

tutumlu  texnoloji  məhsula  istiqamətlənib  və  onlar  da  xaricdən  məhz  bu  əmtəələri  almağa 

çalışırlar. Bu cür yanaşma faktiki olaraq beynəlxalq ticarəti tamamilə başqa səbəblərlə izah 

etməyə edilən cəhddir ki, bu barədə də bir qədər sonra daha geniş danışacağıq. 

Bütün bu məhdudiyyətlərə və çatışmazlıqlara baxmayaraq, bir daha qeyd edilməlidir 

ki, Hekşer-Olin və Hekşer-Olin-Samuelson teoremləri beynəlxalq ticarətin izah edilməsində 

mühüm əhəmiyyət kəsb edirlər. 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə