Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə33/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   29   30   31   32   33   34   35   36   ...   213

 

87

 



Neoklassik  məktəbin  nailiyyəti  kimi  həmçinin  müqayisəli  üstülüklər  nəzəriyyəsinin 

ikidən  artıq  əmtəə  və  ölkə  modelləri  üçün  də  keçərli  olduğunu  sübut  etməsini  göstərmək 

olar.  Müqayisəli  üstünlüklər  nəzəriyyəsinin  daha  çox  miqdarda  ölkə  və  əmtəələrə  aid 

edilməsini öz əsərlərində ilk dəfə əsaslı surətdə əsaslandıran yuxarıda adı çəkilən amerikan 

iqtisadçısı Pol Samuelson olub. O, müqayisəli üstünlüklər nəzəriyyəsinin müddəalarının iki 

ölkəli və ikidən artıq əmtəəli modellər, həmçinin iki əmtəəli və ikidən artıq ölkəli modellər 

üçün də doğru olduğunu sübut edib. Hər iki modeli ardıcıllıqla nəzərdən keçirək. 



İki  ölkəli  və  ikidən  artıq  əmtəəli  modellərdə  müqayisəli  üstünlükləri  tətbiq  etmək 

üçün,  hər  əmtəənin  hər  iki  ölkədəki  dəyərləri  müqayisə  edilir  və  bunun  nəticəsinə  görə, 

əmtəələr  müqayisəli  dəyəri  ən  aşağı  olandan  ən  yüksək  olanına  doğru  sıralanır.  Beləliklə, 

ölkənin nisbətən daha ucuz istehsal etdiyi əmtəə sıralamada ilk yerdə, daha bahalı istehsal 

etdiyi əmtəə isə son yerdə qərar tutur. Yəni başda gələn əmtəələr ixrac, sondakılar isə idxal 

istiqamətli  əmtəələrdir.  Bu  iki  qrup  arasındakı  sərhədi  isə  ölkə  valyutaları  arasındakı 

məzənnə fərqi müəyyən edir. 

Yuxarıda  izah  olunanları  bir  nümunədə  aydınlaşdırmağa  çalışaq:  Azərbaycan  və 

ABŞ-ın buğda, avadanlıq, parça və şərab olmaqla dörd əmtəə istehsal etdiklərini fərz edək. 

Bu əmtəələrin daxili qiymətləri aşağıdakı kimi olsun: 

 

 

 



 

 

Buğda 



Avadanlıq 

Parça 

Şərab 

 

 



 

 

 



 

 

 



 

Azərbaycan 

2AZN 


20AZN 

10AZN 


6AZN 

 

 



ABŞ 

2$ 


6$ 

4$ 


8$ 

 

 



 

Ölçü  vahidi  kimi  buğda  qiymətlərini  əsas  götürsək  əmtəələrin  dəyərləri  aşağıdakı 

kimi formalaşar: 

 

 



 

Buğda 

Avadanlıq 

Parça 

Şərab 

 

 



 

 

 



 

 

 



 

Azərbaycan 

10 



 



 

ABŞ 



 



 

Yuxarıdakı rəqəmlərə görə, tutaq ki, Azərbaycanda 1 vahid avadanlıq istehsalı üçün 

buğda istehsalında istifadə edilən amillərin 10 dəfə artığına ehtiyac vardır.  Digər əmtəələr 

üzrə göstəricilər də bu cür izah edilə bilər. 

Dəyərlərin  sıralanmasından  sonra,  hər  əmtəənin  hər  iki  ölkədəki  dəyərlərinin 

müqayisə edilməsi lazımdır. Bu müqayisə aşağıdakı kimi əksini tapmışdır: 

 

      Azərbaycan 

 

 



Əmtəələr 

 

Şərab 



Buğda 

Parça 

Avadanlıq 

 

Müqayisəli üstünlüklər 

 

4:3 


1:1 

2:5 


3:10 

 

  ABŞ 

 

 

Göründüyü  kimi,  ABŞ-da  avadanlıq,  Azərbaycanda  isə  şərab  istehsalı  daha 



səmərəlidir. Cədvəl göstərir ki, ABŞ-ın müqayisəli üstünlüyü soldan sağa, Azərbaycanınkı 


 

88

 



isə  sağdan  sola  doğru  artır.  Buna  görə  də,  ABŞ  cədvəlin  sağ  küncünə  daha  yaxın  olan 

əmtəələri istehsal və ixrac etməyə çalışacaq. Azərbaycan isə əksinə cədvəlin sol küncündəki 

əmtənin istehsalında ixtisaslaşmağa meyl göstərəcək. 

 

Müqayisəli üstünlüklər nəzəriyyəsini iki əmtəəli və ikidən artıq ölkəli modellər üçün 



də tətbiq etmək çətin deyil. Burada da əvvəlki nümunəyə oxşar hərəkət edilməlidir. Sadəcə, 

burada  əmtəələrin  yerinə  ölkələr  müqayisəli  üstünlüklər  dərəcəsinə  görə  sıralanmalıdırlar. 

Bir  əmtəə  üzrə  daha  yüksək  müqayisəli  üstünlüyə  sahib  olan  ölkə  o  əmtəənin  ixracatçısı 

olmağa  ən  şanslı  namizəddir.  Sıralamada  ixracatçı  ölkələrlə  idxalatçı  ölkələr  arasında 

sərhəddi yenə də beynəlxalq mübadilə nisbəti (ticarət həddləri) müəyyən edir. 

 

Deyilənləri yenə də bir nümunə ilə izah etməyə çalışaq. Dünyanın, A, B, C, D və E 



olmaqla beş ölkədən formalaşdığını və bunların hər birində yalnız buğda və düyü çəltiyinin 

istehsal  edildiyini  fərz  edək.  Bu  ölkələrdə  çəltiyin  buğda  vasitəsilə  ifadə  olunmuş  istehsal 

dəyərlərini aşağıdakı kimi sıralayaq: 

 

 



 

 

Ölkələr 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 









 

 



Buğda/Çəltik 

 





10 

 

 



 

Bu  nümunəyə  görə,  çəltik  istehsalında  ən  yüksək  müqayisəli  üstünlüyə  A  ölkəsi 

sahibdir.  E  ölkəsi  isə  çəltik  istehsalında  ən  əlverişsiz  vəziyyətdədir.  Eyni  şeyi  əksinə 

söyləsək, buğda istehsalında ən yüksək müqayisəli üstünlüyə E ölkəsi, ən aşağı müqayisəli 

üstünlüyə  isə  A  ölkəsi  sahibdir.  Əgər  beynəlxalq  mübadilə  nisbəti  1  vahid  çəltik  üçün  4 

vahid  buğdaya  bərabər  olsa,  çəltik  A  və  B  ölkələrində,  buğda  isə  D  və  E  ölkələrində 

nisbətən  daha  ucuz  əmtəələr  olarlar.  Dolayısıyla,  birinci  qrup  ölkələr  ikinci  qrup  ölkələrə 

çəltik  ixrac  edər  və  onlardan  buğda  idxal  edərlər.  C  ölkəsində  isə  daxili  qiymətlər 

beynəlxalq  mübadilə  nisbətinə  bərabər  olduğundan,  bu  ölkə  ticarətə  qoşulmur.  Amma, 

məsələn,  beynəlxalq  mübadilə  nisbəti  5-ə  bərabər  olsa,  C  ölkəsi  də  çəltik  ixrac  edən 

ölkələrin sırasına qatılar. 

 

Müqayisəli  üstünlüklər  nəzəriyyəsi  çox  əmtəəli  və  çox  ölkəli  dünya  üçün  də 



keçərlidir.  Lakin  belə  bir  vəziyyətin  izahı  edilməsi  analitik  baxımından  həddən  artıq 

mürəkkəb  olduğundan bu kitabın çərçivəsindən  kənara  çıxır. Lakin ümumi nəticə  yenə  də 

eyni  olacaq:  hər  bir  ölkə  müqayisəli  üstünlüyə  malik  olduğu  əmtəələri  istehsal  edir  və  bu 

əmtəələri ixrac edərək onlara baha başa gələn əmtəələri xaricdən idxal edir. 

 

Neoklassik  məktəbin  beynəlxalq  ticarət  barədə  işlədiyi  nəzəriyyələrdən  danışarkən 



beynəlxalq  ticarətdə  tarazlıq  modellərinə  toxunmamaq  olmaz.  Tarixi  olaraq  beynəlxalq 

ticarət  nəzəriyyələri  işlənərkən  daha  çox  əmtəə  və  istehsal  amillərinin  təklifinə  diqqət 

yetirilir  və  tələb  amili  lazımi  səviyyədə  nəzərə  alınmırdı.  Lakin  məlumdur  ki,  dünya 

bazarında əmtəə təklifi tələbin ardınca meydana gəlir və buna görə də həm tələbə, həm də 

təklifə eyni səviyyədə diqqət yetirilməlidir. 

 

Neoklassik müddəalara əsaslanan tələb və təklif balansı və ya başqa sözlə beynəlxalq 



ticarətin  standart  modeli  bir  çox  neoklassik  iqtisadçıların  səylərinin  ümumi  nəticəsidir. 

Həmin iqtisadçılar cəmiyyət çərçivəsində məcmu tələbə xüsusi diqqət yetirirdilər. Standart 

modeldə istifadə edilən baza anlayışlarını müxtəlif illərdə irland iqtisadçısı  Frensis Ecuort 

və avstriya mənşəli amerikan iqtisadşısı Qottfrid Heberler formalaşdırmışlar. 

 

Klassik  modellər  konkret  əmtəələrin  məhdud  dairəsi  üzrə  tələb  və  təklifə 



əsaslanırdılar. Standart model isə dairəni məcmu tələb və təklifə qədər artırmışdır. Sadəlik 

üçün  qəbul  edilir  ki,  dünyada  ancaq  iki  ölkə  və  bu  ölkələrdə  istehsal  olunan  iki  əmtəə 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə