Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə41/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   37   38   39   40   41   42   43   44   ...   213

 

103


 

nəzəriyyələri inkar etmədən onları müxtəlif istiqamətlərdə inkişaf etdirirlər. Bundan əlavə, 

bu  qrup  ən  yeni  nəzəriyyələr  yalnız  klassik  nəzəriyyələrin  düzgün  olduğu  ehtimalına 

söykənilərək sübut edilə bilərlər. 

Nəhayət,  beynəlxalq  ticarətdə  masştab  effekti,  texnoloji  artım  və  əmtəənin  həyat 

dövrləri  nəzəriyyələri,  sahədaxili  ticarət,  qeyri-azad  rəqabət  və  bir  sıra  digər  nəzəriyyələr 

beynəlxalq  ticarəti  izah  edərkən  tamamilə  yeni,  klassik  nəzəriyyələrdən  fərqli 

yanaşmalardan  istifadə  edirlər.  Onlar  praktik  olaraq,  klassik  nəzəriyyələri  inkar  edirlər, 

onları  yarandıqlar  dövrlər  üçün  keçərli,  lakin  qeyri-müasir  və  beynəlxalq  ticarətin  hazırkı 

mürəkkəb strukturunu izah edə bilmək iqtidarında olmadıqlarını hesab edirlər. Əgər klassik 

nəzəriyyələri  inkişaf  etdirən  və  ya  bu  nəzəriyyələrdən  çıxan  beynəlxalq  ticarətin  ən  yeni 

nəzəriyyələri beynəlxalq ticarətə əsasən təklif baxımından yanaşırlarsa, klassik nəzəriyyələri 

inkar edən digər qrup ən yeni nəzəriyyələr beynəlxalq ticarətdə əmtəələrə olan hən təklifə, 

həm də tələbə bərabər surətdə diqqət yetirirlər. 



 

II FƏSİL 

Müasir beynəlxalq ticarət konsepsiyalarının  

əsas istiqamətləri və məzmunu 

 

2.1. Spesifik istehsal amilləri nəzəriyyəsi, beynəlxalq ticarətin  

gəlirlərin bölgüsünə və yenidən bölgüsünə təsirini izah edən nəzəriyyələr 

 

Həm  müqayisəli  üstünlüklər  nəzəriyyəsi,  həm  də  istehsal  amillərinin  nisbəti 



nəzəriyyəsi  ondan  çıxış  edirdilər  ki,  ölkə  sahələr  arasında  (ölkələr  arasında  deyil)  sərbəst 

hərəkət edən istehsal amilləri ilə təmin olunmuşdur. Müqayisəli üstünlüklər nəzəriyyəsində 

belə  bir  amil  kimi  əmək  çıxış  edirdi  ki,  o  da  daha  çox  əmək  haqqı  ödənilən  sahələrə 

məhdudiyyət olmadan axın edə bilərdi. Istehsal amillərinin nisbəti nəzəriyyəsində isə hər iki 

amil  (əmək  və  kapital)  mobil  hesab  edilirdilər  ki,  onlar  da  sahələr  arasında  hərəkət  edə 

bilərdilər. Lakin, real həyatda amillərin tam sərbəst hərəkəti, hətta qısamüddətli planda belə, 

çətin təsəvvür olunur. Bu baxımdan ortaya belə bir sual çıxır: əgər istehsal amillərinin bir 

hissəsi mobil deyilsə və sahələr arasında hərəkət edə bilmirsə, onda beynəlxalq ticarət necə 

inkişaf edir? 

Birinci  istiqaməti  təmsil  edən  Pol  Samuelson  və  digər  amerikan  iqtisadçısı  Ronald 

Cons  işləyib  hazırladıqları  spesifik  istehsal  amilləri  nəzəriyyəsində  bu  suala  cavab 

verilməyə çalışılmışlar. Bu nəzəriyyə barədə fikirlər ilk dəfə 1971-ci ildə nəşr edilib. 

Qəbul edək ki, ölkə iki əmtəə - əmtəə 1 və əmtəə 2 istehsal edir. Lakin, bu zaman o, 

müqayisəli  üstünlüklər  modelində  olduğu  kimi,  bir  istehsal  amilindən  deyil,  istehsal 

millərinin nisbəti modelində olduğu kimi, iki istehsal amilindən deyil, üç istehsal milindən - 

əmək,  kapital  və  otrpaqdan  istifadə  edir.  Əmək  ölkə  daxilində  mobil  amildir,  sahələr 

arasında  sərbəst  hərəkət  edir  və  həm  əmtəə  1-in,  həmdə  əmtəə  2-nin  istehsalında  istifadə 

edilir.  Eyni  zamanda,  kapital  və  torpaq  spesifik  istehsal  amili  kimi  çıxış  edirlər:  kapital 

yalnız əmtəə 1-in istehsalında, torpaq isə yalnız əmtəə 2-nin istehsalında istifadə edilir. 

Spesifik  istehsal  amili  dedikdə  müəyyən  sahə  üçün  xarakterik  olan  və  sahələr 

arasında hərəkət edə bilməyən istehsal amili nəzərdə tutulur.  



Mobil istehsal amili isə sahələr arasında sərbəst hərəkət edə bilən amildir. 

İstehsal amilləri aşağıdakı kimi istifadə edilir. 

 

Cədvəl 2.1 

İstehsal amillərindən istifadə 



 

104


 

 

İstehsal amilləri 



Əmtəə 1 

Əmtəə 2 

Əmək (mobil amil) 

L



L



2

 

Kapital  (əmtəə  1  üçün  spesifik 



amil) 

 



Torpaq  (əmtəə  2  üçün  spesifik 

amil) 


 

 



Şərti işarələr: 

L

1



 – əmtəə 1-in istehsalında istifadə edilən əmək; 

L

2



 – əmtəə 2-nin istehsalında istifadə edilən əmək

K – əmtəə 1-in istehsalında istifadə edilən kapital; 

T – əmtəə 2-nin istehsalında istifadə edilən torpaq

Q

1



 – əmtəə 1-in istehsal həcmi; 

Q

2



 – əmtəə 2-nin istehsal həcmi; 

L – iqtisadiyyatda istifadə edilən işçi qüvvəsinin ümumi həcmi. 

Beləliklə, 

Q

1



 = Q

1

(K,L



1

),  (2.1) 

Q

2

 = Q



2

(T,Q


2

),  (2.2) 

L = L

1

 + L



2   

(2.3) 


 

 

Spesifik istehsal amilləri nəzəriyyəsinə görə, beynəlxalq ticarətin əsasında əmtəələrin 



nisbi qiymətlərində olan fərqlər durur. Bu fərqlər isə ölkələrin spesifik istehsal amilləri ilə 

qeyri-bərabər  təmin  olunması  nəticəsində  meydana  çıxır.  Özü  də  ixrac  üçün  spesifik  olan 

istehsal  amilləri  inkişaf  edir,  idxalla  rəqabətdə  olan  sektor  üçün  spesifik  olan  amillər  isə 

azalır. 


Bu  nəzəriyyənin  sübut  edilməsində  P.Samuelson  və  R.Cons  fiziokratizm 

nəzəriyyəsinin  nümayəndəsi  J.Turqonun  ―azalan  məhsuldarlıq  qanunu‖ndan  istifadə 

etmişlər.  Bu  qanuna  görə,  istehsala  sərf  olunan  hər  bir  əlavə  əmək  vahidi  onun  əvvəlkinə 

nisbətən  daha  az  artımını  təmin  edir.  Yəni  əmək  məhsuldarlığının  son  həddi  aşağı  düşür: 

əmək xərcləri daha çox artdıqca onun son həddə məhsuldarlığı azalır. 

Bəllidir  ki,  əmtəə  1-in  əmtəə  2-nin  qiyməti  vasitəsilə  ifadə  edilmiş  nisbi  qiyməti 

beynəlxalq  ticarətdə  nisbi  dünya  təklifi  ilə  nisbi  dünya  tələbinin  kəsişməsi  nöqtəsində 

müəyyən edilir (şəkil 2.1). 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə