Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə49/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   45   46   47   48   49   50   51   52   ...   213

 

119


 

Digər  tərəfdən,  sahələrarası  ticarət  daha  ucuz  xarici  əmtəələrlə  rəqabətə  dözməyən 

bütöv  istehsal  sahələrinin  dağılmasına  və  müflis  olmasına  gətirib  çıxara  bilər.  əgər  işçi 

qüvvəsi dar ixtisaslıdırsa və eyni bir sahəyə aid olmayan əmtəələr istehsalına tez uyğunlaşa 

bilmirsə və ya coğrafi baxımdan qeyri-mobildirsə və işləmək üçün ölkənin ixrac sektirunda 

iş  olan  digər  regionlarına  tez  köçə  bilmirsə,  onda  bu,  ciddi  sosial  problemlərlə  nəticələnə 

bilər. 

Yuxarıda  söylənilən  fikirlər  sahədaxili  ticarətin  formal  modelini  qrafik  şəkilndə 



qurmağa imkan verir (şəkil 2.7).  

 

Şəkil 2.7. Differensiallaşmış əmtəələrlə sahədaxili ticarət. 

 

Bu qrafik mahiyyətinə görə, inhisarçı rəqabət modelinin inkişafıdır. Hesab edək ki, D 



firma tərəfindən inhisarçı rəqabət şəraitində (yəni, bazarda eyni cür məhsulun deyil, analoji 

məhsulun  bir  neçə  satıcısı  var)  satılan  differensiallaşmış  əmtəələrə  olan  tələb  əyrisidir. 

İnhisarçı üstünlüklər modelindən məlum olduğu kimi, satışları artırmaq üçün firma öz əmtəə 

vahidinə olan qiyməti aşağı salmalıdır. Buna görə də firmanın son hədd gəlirləri əyrisi MR 

tələb əyrisindən aşağıda  yerləşəcəkdir, belə ki, MR < P. Tələb əyrisi göstərir ki, firma iki 

vahid əmtəənin hər biri 4.5 dollara olmaqla sata bilər və ümumi gəliri 9 dollara bərabər olar 

(B nöqtəsi) və ya üç vahid əmtəənin hər birini 4 dollara sata bilər və ümumi gəliri 12 dollara 

bərabər  olar  (A  nöqtəsi).  Beləliklə,  son  hədd  gəlirində  MR  dəyişmə  (12-9=3)  satılmış 

əmtəənin 3-cü vahidinin qiymətindən (4 dollar) azdır. 

Lakin, firma masştab effektinin təsirini hiss edir, çünki daxili və xarici bazarlar üçün 

dar  çeşiddə  əmtəələrin  istehsalında  ixtisaslaşıb  və  orta  xərclər  əyrisi  AC  istehsalın  həcmi 









MR 


MC 

AC 





Qi

ym

ət, 

 P

 

Məhsul vahidlərinin kəmiyyəti 


 

120


 

artdıqca  xərclərin  azaldığını  göstərir.  Nəticədə  firmanın  son  hədd  xərcləri  əyrisi  MC  orta 

xərclər  əyrisindən AC  aşağıda  yerləşir  və  orta  xərclər əyrisi  yalnız  MC səviyyəsinə qədər 

azala  bilər.  Istehsalın  optimal  həcmi  üç  vahidə  bərabərdir  və  MR  və  MC  əyrilərinin 

kəsişməsində  E  nöqtəsi  ilə  göstərilmişdir.  Əgər  üç  vahiddən  artıq  məhsul  istehsal  edilsə, 

onda MR < MC olacaq, yəni firma əldə etdiyindən daha çox xərcləməyə başlayacaq və bu 

da onu istehsalı ixtisar etməyə sövq edəcək. Əgər üç vahiddən az istehsal edilsə, onda MR > 

MC  olacaq,  yəni  gəlirlər  xərcləri  üstələyəcək  və  bu  da  firmanı  istehsalı  artırmağa  sövq 

edəcək. Optimal istehsal olan üç vahidin istehsalı zamanı firma onların hər birini 4 dollara 

sata bilər ki, bu da D əyrisində A nöqtəsi ilə göstərilmişdir. Lakin, mənfəətlə sahəyə digər 

firmalar da cəlb edildiyindən orta xərclər əyrisi AC də A nöqtəsindən keçəcəkdir və bununla 

da,  firmanın  öz  investisiyaları  üçün  yalnız  orta  mənfəət  əldə  edəcəyini  göstərəcəkdir. 

Firmanın sahədaxili ticarətdən gəliri EA təşkil edəcəkdir. 

Daha  sonra  ehtimal  edək  ki,  həmişəki  kimi,  iki  ölkə  vardır:  birinci  ölkə  əməkdən 

boldur və ikinci ölkə kapitaldan boldur. Həmçinin, iki əmtəə vardır: əmtəə 1 kapitaltutumlu, 

əmtəə 2 isə əməktutumludur. Onlar arasında ticarət cədvəl 2.4-dəki kimi olacaqdır. 



Cədvəl 2.4 

Sahələrarası və sahədaxili ticarəti qarşılıqlı əlaqəsi

12

 

 

Ölkələr 

Əmtəələr 

Sahələrarası ticarət 

(əmtəələr 

homogendir) 

Sahədaxili ticarət 

(əmtəələr 

differensiallaşmışdır) 

Ölkə 1 –   

əməkdən boldur 

Əmtəə 1 – 

əməktutumludur 

İxrac 


İxrac və idxal 

Əmtəə 2 


İdxal 

İdxal və ixrac 

Ölkə 2 – 

kapitaldan 

boldur 

Əmtəə 1 


İdxal 

İdxal və ixrac 

Əmtəə 2 – 

kapitaltutumludur  

İxrac 

İxrac və idxal 



 

 

İstehsal amilləri ilə müqayisəli təmin edilmə nəzəriyyəsinə görə, əgər əmtəə 1 və 2 



homogendirlərsə,  birinci  ölkə  əmtəə  1-i  ixrac  edəcək,  əmtəə  2-ni  isə  idxal  edəcək.  İkinci 

ölkə isə əksinə, əmtəə 2-ni ixrac  edəcək,  əmtəə  1-i isə idxal edəcək.  Əgər əmtəələrin  bir 

hissəsi  homogen  deyilsə  və  differensiallaşmışsa,  onda  sahədaxili  ticarət  modeli  işə  keçir. 

Birinci ölkə əmtəə 1 üzrə ikinci ölkə qarşısında müqayisəli üstünlüklərə malik olduğundan 

bu əmtəəni  ixrac  etməkdə  davam edir. Lakin, birinci ölkə əmtəə  1-in bu iki ölkə arasında 

differensiallaşmış  olması  səbəbindən  bu  əmtəəni  ikinci  ölkədən  idxal  da  edir.  Analoji 

olaraq,  ikinci  ölkə  əmtəə  2  üzrə  birinci  ölkə  qarşısında  müqayisəli  üstünlüklərə  malik 

olduğundan  bu  əmtəəni  ixrac  etməkdə  davam  edir.  Lakin,  ikinci  ölkə  əmtəə  2-nin  bu  iki 

ölkə arasında differensiallaşmış olması səbəbindən bu əmtəəni birinci ölkədən idxal da edir. 

Beləliklə,  sahədaxili  ticarət  modeli  sahələrarası  ticarəti  inkar  etmir  və  eyni  tip  əmtəələrlə 

beynəlxalq ticarətin izahını verir. 

Sahədaxili  ticarətin  həcmi  indeksin  köməyi  ilə  müəyyən  edilir.  Əgər  X  ölkənin 

ümumi və  ya  bir əmtəə  qrupu daxilində  ixracıdırsa, IM  –  ölkənin  ümumi və  ya  bir əmtəə 

qrupu  daxilində  idxalıdırsa,  şaquli  mötərizələr  kəmiyyətin  mütləq  qiymətini  əks  etdirirsə, 

onda sahədaxili beynəlxalq ticarət indeksi T aşağıdakı kimi göstərilə bilər: 

T = 1 – 


IM

X

IM

X



  (2.16) 

                                                 

12

 А.Киреев. Международная экономика. Москва, «Международные отношения», I cild, səh. 186 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə