Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə47/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   43   44   45   46   47   48   49   50   ...   213

 

115


 

tarazlığı tənliyi X = S/n sadələşmiş formasını alır. Onu 2.10 bərabərliyinin sol tərəfində X-

in yerinə qoyaraq alırıq ki, sahədə nə qədər çox firma varsa, onların hər birinin orta xərcləri 

bir  o  qədər  yüksəkdir.    Bir  firmaya  düşən  satışların  S  həcminin  bazarın  həcminin 

genişlənməsi nəticəsində (ticarətin inkişafı zamanı və bu bazarda fəaliyyətdə olan firmaların 

daimi  sayı  n  zamanı)  artması  onların  hər  birinin  orta  xərclərinin 



C

  azalmasına  gətirib 

çıxarır. 

Bazarda  firmaların  sayı  və  həmin  firmaların  öz  məhsullarını  satdıqları  qiymət 

arasındakı nisbət 2.9 bazar tarazlığı tənliyindən alınır. Kvadrat mötərizədə olan ifadəni S-ə 

vurmaqla alırıq ki, 



B

A

p

Sb

p

Sb

n

S

p

Sb

Sbp

n

S

X





 










  (2.11) 

Satışların qiymətlərdən əks qarşılıqlı əlaqəsi makroiqtisadiyyatdan bəlli olduğu kimi, 

sadə xətti bərabərliklə ifadə olunur: 

X = A – BP  (2.12) 

 

Burada, A – konstant, B – düz xəttin üfuqi oxa nisbətən mailliyini göstərən əmsaldır. 



2.11  bərabərliyinin  faktiki  olaraq,  2.12  bərabərliyi  formasında  olduğu  görmək  çətin  deyil. 

Həmin bərabərlikdə mötərizədə olan ifadə A konstantını, (S

b) isə B əmsalını verir. 



Ümumi  iqtisadi  nəzəriyyədən  bəlli  olan  son  hədd  gəlirləri  (MR)  formulu  aşağıdakı 

kimidr: 


c

Sb

X

P

B

X

P

MR





  (2.13) 

2.13 formulunda B əmsalı (S

b) ilə əvəz edilmişdir və qəbul edilmişdir ki, mənfəəti 



maksimallaşdırmaq üçün firma özünün son hədd gəlirlərini özünün son hədd xərclərinə (c) 

bərabər  tutur.  Bu  bərabərlikdən  istifadə  etməklə,  firmanın  öz  əmtəəsini  satdığı  qiyməti 

alırıq: 

Sb

X

c

P



  (2.14) 

Lakin,  yuxarıda  qeyd  edildiyi  kimi,  X  =  S/n.  Buna  gör  də  yuxarıdakı  bərabərlik 

aşağıdakı şəkli alır: 

bn

c

P

1



  (2.15) 

Bu, bir növ oliqopolik bazarda tələbin tənliyidir. Göründüyü kimi, firmaların sayı (n) 

nə qədər çoxdursa, rəqabət bir o qədər güclüdür və qiymət (P) bir o qədər aşağıdır. Satış (S) 

parametrinin  2.15  bərabərliyində  olmaması  da  mühüm  əhəmiyyət  kəsb  edir  və  bu  o 

deməkdir ki, bazarların həcmləri firmaların sayı ilə həmin firmaların özəmtəələrini satdıqları 

qiymətlər arasındakı qarşılıqlı əlaqəyə təsir etmir. 

Bazarların həcminin artması ilə beynəlxalq ticarət arasındakı qrafiki surətdə qarşılıqlı 

əlaqəni şəkil 2.5-dən görmək olar.  



 

116


 

 

Şəkil 2.5. İnhisarçı rəqabət şəraitində beynəlxalq ticarət. 

 

C

1



  əyrisi  2.10  tənliyini  qrafik  şəklində  göstərir  –  sahədə  firma  nə  qədər  çoxdursa 

onların  hər  birinin  orta  xərcləri  bir  o  qədər  yüksəkdir,  lakin  satışın  artması  orta  xərcləri 

azaldır. P əyrisi 2.15 tənliyini qrafik şəklində göstərir – bazarda firmalar nə qədər çoxdursa 

onların  əmtəəni  satdıqları  qiymət  bir  o  qədər  aşağı  olacaq.  Ticarətə  qədər  bazar  A 

nöqtəsində tarazlıqdadır və  firmalar öz  əmtəələrini n

A

  kəmiyyətində  P



A

  qiymətinə  satırlar. 

Ölkə beynəlxalq ticarətə cəlb olunur və onun satışın həcmi (S) ilə ölçülən bazarı genişlənir. 

Bu  orta  xərcləri  azaldır  və  C

1

  əyrisini  aşağı  sürüşdürür  və  onu  C



2

  əyrisinə  çevirir. 

Qiymətlərin  P  firmaların  sayından  asılılıq  əyrisi  bazarın  həcmindən  asılı  olmadığı  üçün 

əvvəlki  yerində qalır.  Yeni bazar tarazlığı B nöqtəsində əldə edilir. Bu nöqtədə firmaların 

sayı  n

B

-yə  qədər  artır  və  onlar  öz  əmtəələrini  daha  aşağı  qiymətə  P



B

  satırlar.  Yəni,  hətta 

inhisarçı  rəqabət  şəraitində  belə  istehlakçıların  nöqteyi-nəzərindən  beynəlxalq  ticarəti 

inkişaf  etdirmək  sərfəlidir:  nəticədə  firmaların  sayı  və  deməli  onların  istehsal  etdikləri 

əmtəələrin müxtəlifliyi artır və onların qiyməti aşağı düşür. 

İnhisarçı  rəqabət  çərçivəsində  ticarət  modeli  ondan  çıxış  edir  ki,  beynəlxalq  ticarət 

satış  bazarının  həcmini  genişləndirir.  İki  ölkə  bir-birləri  ilə  ticarət  etdikləri  halda  məcmu 

bazar  iki  ölkənin  bazarlarının  sadə  cəmindən  daha  geniş  olur  və  onların  istehsal  etdikləri 

əmtəələrin çeşidi genişlənir, əmtəə vahidinin qiyməti aşağı düşür. 

 

2.3. Beynəlxalq ticarətin sahədaxili nəzəriyyəsi,  

beynəlxalq ticarətin tələb və revers baxımından izah edilməsi 

 

1960-cı  illərin  əvvəllərində  inkişaf  etmiş  ölkələrin  bir-biri  ilə  hər  hansı  bir  sahənin 



differensiallaşmış əmtəələrlə ticarət etdikləri daha aydın görünməyə başladı. Bu cür ticarətin 

A

n

 

B



n

 

B



P

 

A



P

 





Q

iy

m

ət, 

 P

 

Firmaların sayı, 

1

 

2

 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə