Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə48/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   44   45   46   47   48   49   50   51   ...   213

 

117


 

izahı heç bir nəzəriyyədə özünü tapmırdı. İlk olaraq bu halı macar  mənşəli iqitsadçı Bella 

Balassa izah etmişdir. 

Əmtəə çeşidinin differensiasiyası nöqteyi-nəzərindən beynəlxalq ticarət iki axından – 

sahədaxili ticarət və sahələrarası ticarətdən ibarətdir. Sahədaxili ticarət ölkələr arasında bir 

sahənin  differensiallaşmış  məhsulları  ilə  mübadiləni  nəzərdə  tutur.  Sahələrarası  ticarət  isə 

ölkələr arasında müxtəlif sahələrin homogen məhsulları ilə mübadilə deməkdir. 

Sahədaxili beynəlxalq ticarət sahələrarası beynəlxalq ticarətdən əhəmiyyətli dərəcədə 

fərqlənir (cədvəl 2.3). 

Cədvəl 2.3 

Sahədaxili və sahələrarası ticarətlərin fərqləri

11

 

 

 

Sahələrarası ticarət 

Sahədaxili ticarət 

Ticarət ... 

şəraitində inkişaf 

edir 


ölkələrin istehsal amilləri ilə fərqli 

şəkildə təmin edilməsi 

ölkələrin  istehsal  amilləri  ilə  eyni 

cür  və  ya  çox  yaxın  şəkildə  təmin 

edilməsi 

Ticarət ... əks 

etdirir 

ölkələrin 

əmtəə 

istehsalında 



müqayisəli üstünlüklərini 

əmtəələrin differensiasiyasını 

Ticarət ... izah 

edilir 


istehsal 

amillərinin 

nisbəti 

nəzəriyyəsi ilə 

masştab  iqtisadiyyatı  nəzəriyyəsi 

ilə 


Ticarət ... gətirib 

çıxarır 


nisbətən  daha  bol  istehsal  amilləri 

üzrə gəlirlərin artımına və nisbətən 

daha qıt istehsal amilləri üzrə onun 

azalmasına 

bütün  istehsal  amilləri  üzrə 

gəlirlərin artımına 

... ticarət edirlər 

əsasən  inkişaf  etmiş  və  inkişaf 

etməkdə  olan  ölkələr  və  müxtəlif 

ölçülü ölkələr 

əsasən  inkişaf  etmiş  ölkələr  və 

təxminən eyni ölçüdə olan ölkələr 

Ölkələr ... ticarət 

edirlər 


əsasən hazır məhsullarla, homogen 

əmtəələrlə 

əsasən  hissə  və  komponentlərlə, 

differensiallaşmış əmtəələrlə 

Ticarət ... inkişaf 

edir 


əsasən 

iri 


sahələr 

arasında, 

məsələn, 

sənaye 


və 

kənd 


təsərrüfatı arasında 

əsasən  sənaye  əmtəələri  istehsal 

edən sahələr çərçivəsində 

Ticarət ... aparır 

işçi 

qüvvəsinin 



sahələrarası 

hərəkəti  ilə  əlaqədar  olaraq 

əhəmiyyətli sosial nəticələrə 

minimal sosial nəticələrə aparır 

 

 

Cədvəl  2.3-dən  göründüyü  kimi,  sahədaxili  ticarət  əsasən  differensiallaşmış 



(heterogen) əmtəələrlə aparılır, lakin, bəzi hallarda homogen əmtəələrlə də sahədaxili ticarət 

mümkündür. Bunun səbəbi kimi nəqliyyat xərclərinin azalması və ya mövsümi fərqlər çıxış 

edə bilər. I ölkə və II ölkədə eyni bir əmtəənin istehsalçıları (S və S

) və istehlakçıları (D və 



D

) vardır və onlar şəkil 2.6-da göstərilən coğrafi şəkildə yerləşmişlər. 



 

 

 



 

 

 



                                                 

11

 А.Киреев. Международная экономика. Москва, «Международные отношения», I cild, səh. 183 




 

118


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

Şəkil 2.6. Homogen əmtəələrlə sahədaxili ticarət. 

 

SD



’ 

məsafəsi D

S



 məsafəsindən əhəmiyyətli dərəcədə yaxın olduğundan, ikinci ölkə 

üçün  əmtəəni  birinci  ölkədən  gətirmək  öz  daxili  təchizatçısından  əldə  etməkdən  daha 

sərfəlidir.  

B.Balassaya  görə,  differensiallaşmış  əmtəələrlə  sahədaxili  ticarət  aşağıdakı 

səbəblərlə izah olunur: 

 



istehlakçı  zövqlərindəki  fərqlər  –  istehlakçılar  eyni  bir  əmtəə  qrupu  çərçivəsində 

geniş seçim imkanına malik olmaq istəyirlər

 

kəsişən  tələb  –  bu  anlayışa  görə,  ölkələr  daxili  bazarda  artıq  yerini  tutmuş  sənaye 



əmtəələrini ixrac edirlər. Belə ki, müxtəlif ölkələrin eyni gəlir səviyyəsinə malik olan 

istehlakçıları  təxminən  eyni  zövqə  malik  olduqlarından  hər  bir  ölkə  üçün  daxili 

bazarda  istehsalında  və  ticarətində  böyük  təcrübə  toplanmış  əmtəəni  ixrac  etmək 

daha asandır (bu fenomen haqqında aşağıda daha geniş danışılacaqdır); 

 

masştab  effekti  –  sahədaxili  ticarət  ölkələrə  eyni  bir  əmtəə  qrupuna  daxil  olan 



müxtəlif əmtəələr üzrə ixtisaslaşmağa imkan verir. Həmin əmtəələrin hər birinə tələb 

mövcud olduğundan hər bir ölkə ixtisaslaşdığı əmtəə tipini daha çox istehsal edə və 

bir-birinə sata bilərlər. 

Sahədaxili  ticarətlə  sahələrarası  ticarət  arasında  əhəmiyyətli  fərqlər  mövcuddur. 

Sahədaxili ticarət sosial nöqteyi-nəzərdən daha məqbuldur. O, ixracı aşağı düşən sektorlarda 

məşğul olan işçilərin ixracı inkişaf edən sektorlara axınına səbəb olmur. Ən pis halda işçilər 

həmin  sahəyə  aid  olan  digər  bir  əmtəənin  istehsalı  ilə  məşğul  olmağa  başlayırlar.  Bundan 

əlavə,  qarşısında  digər  ölkələrin  iri  bazarları  açılan  kiçik  ölkələr  üçün  bir  məhsul  vahidi 

üçün çəkilən xərcləri aşağı salmaq və hətta müəyyən məhsul üzrə daha iri ölkələrlə aparılan 

rəqabəti  udmaq  imkanı  yaranır.  Sahədaxili  ticarət  bütün  istehsal  amillərinin  (onların 

nisbətən  daha  bol  və  ya  qıt  olmasından  asılı  olmayaraq)  sahiblərinin  gəlirlərinin  masştab 

effekti hesabına artımına gətirib çıxarır. 

 

I Ölkə 

Qış/yay 

II Ölkə 

Yay/qış 

S

 

'



D

 

D

 

'

 



Sərh

əd

 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə