Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə56/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   52   53   54   55   56   57   58   59   ...   213

 

133


 

Dünya_əmtəə_ixracının_və_dünya_istehsalının__fiziki_həcminin_artım_templəri,_(%-lə)'>Cədvəl 4.4 

Dünya əmtəə ixracının və dünya istehsalının  

fiziki həcminin artım templəri, (%-lə) 

 

 



1995-00 

2000 

2001 

2002 

Dünya əmtəə ixracı 

7.0 


11.0 

-0.5 


3.0 

Dünya 

əmtəə 

istehsalı 

4.0 


5.0 

-0.5 


1.0 

Dünya ÜDM-si 

3.0 


4.0 

1.5 


2.0 

 

Mənbə: WTO. World Trade Report, 2002. – Geneva, 2003. 

 

Cədvəl 4.5 



Beynəlxalq ticarətin ölkələrin ərazi əlamətinə görə  

coğrafi strukturu, (%-lə) 

 

 

İxrac 



İdxal 

1953 

1973 

1993 

2002 

1953 

1973 

1993 

2002 

Dünya 

100.0  100.0  100.0  100.0  100.0  100.0  100.0  100.0 

Şimali Amerika 

24.2 


16.9 

16.6 


15.1 

19.7 


16.7 

19.7 


22.0 

Latın Amerikası 

10.5 


4.7 

4.4 


5.6 

9.3 


5.1 

5.1 


5.4 

Qərbi Avropa 

34.9 


45.4 

44.0 


42.4 

39.4 


47.4 

43.0 


40.8 

Mərkəzi və Şərqi 

Avropa/ Baltik ölkələri/ 

MDB 

8.1 


9.1 

2.9 


5.0 

7.6 


8.9 

2.9 


4.6 

Afrika 

6.5 


4.8 

2.5 


2.2 

7.0 


4.0 

2.6 


2.1 

Orta Şərq 

2.7 


4.1 

3.4 


3.9 

2.0 


2.8 

3.3 


2.7 

Asiya 

13.1 


14.9 

26.1 


25.8 

15.1 


15.1 

23.3 


22.4 

 

Mənbə: WTO. World Trade Report, 2002. – Geneva, 2003. 

 

 

Cədvəldən  göründüyü  kimi,  beynəlxalq  ticarətin  ərazi  axınlarında  əhəmiyyətli 



dəyişikliklər  baş  vermişdir.  Belə  ki,  Şimali  Amerika,  Latın  Amerikası,  Mərkəzi  və  Şərqi 

Avropa,  Afrika  ölkələrinin  dünya  əmtəə  ixracında  payı  azalmışdır.  Bunun  əsinə  olaraq, 

Qərbi  Avropa,  Orta  Şərq  və  Asiya  ölkələrinin  dünya  ixracında  malik  olduqları  pay 

artmışdır. İdxalda da təxminən eyni meyllər müşahidə edilmişdir. 

 

Təşkilati  əlamətinə  görə  dünya  ticarətinin  coğrafi  strukturuna  gəldikdə  isə  qeyd 



edilməlidir  ki,  son  30  ildə  sənayecə  inkişaf  etniş  ölkələin  dünya  ixracında  payı  60-70%, 

inkişaf  etməkdə  olan  ölkələrin  payı  25-30%,  keçmiş  sosialist  ölkələrinin  payı  isə  5% 

ətrafında tərəddüd edir. Bunu Cədvəl 4.6-dan daha əyani surətdə görmək olar. 

Cədvəldən  görünür  ki, inkişaf etmiş ölkələr  həm ixracda, həm də  idxalda dominant 

mövqeyə  malikdirlər.  Lakin  onların  dünya  ixracında  və  idxalında  payı  azalmağa  doğru 

meyllidir. İnkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrin payı isə əksinə artmaqdadır. 

Bu isə göstərir ki, inkişaf etməkdə olan ölkələrin xarici ticarəti inkişaf etmiş ölkələrin xarici 

ticarətinə nisbətən daha yüksək templə artır. 

 

 



 

134


 

Cədvəl 4.6 

Beynəlxalq ticarətin ölkələrin təşkilati əlamətinə görə  

coğrafi strukturu, (%-lə) 

 

 



İxrac 

İdxal 

1992 

1995 

2002 

1992 

1995 

2002 

Dünya 

100.0 

100.0 

100.0 

100.0 

100.0 

100.0 

İnkişaf etmiş ölkələr 

71.1 


67.9 

63.1 


70.5 

66.6 


65.1 

İnkişaf etməkdə olan 

ölkələr 

25.8 


28.2 

30.2 


26.9 

29.8 


29.2 

Keçid iqtisadiyyatlı 

ölkələr 

3.1 


3.9 

6.7 


2.6 

3.6 


5.7 

 

Mənbə: WTO. World Trade Report, 2002. – Geneva, 2003. 

 

Cədvəl  4.7-də  isə  ayrı-ayrı  öləkələrin  dünya  ixracında  və  idxalında  malik  olduqları 



mövqe əks olunub. 

Göründüyü  kimi,  beynəlxalq  ticarətdə  aparıcı  mövqeyə  inkişaf  etmiş  dünyanın  üç 

mərkəzi  –  ABŞ,  Avropa  Birliyi  və  Yaponiya  malikdir.  Onların  payına  dünya  ixracının  və 

idxalının təxminən 60%-i düşür. 

 

Dünya əmtəə dövriyyəsinin təxminən  yarısı isə ―böyük  yeddilik‖ ölkələrinin (ABŞ, 



Kanada, Yaponiya, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya) nəzarətindədir. 

 

Müasir  mərhələdə  beynəlxlaq  ticarətin  əmtəə  strukturunda  da  müəyyən 



xüsusiyyətlər  müşahidə  edilir.  Həmin  xüsusiyyətləri  təhlil  etmək  üçün  Cədvəl  4.8-ə  nəzər 

yetirək. 

Beynəlxalq ticarətin əmtəə strukturu bir neçə meyllə xarakterizə edilə bilər. Birincisi, 

beynəlxalq  əmtəə  dövriyyəsinə  cəlb  edilən  əmtəə  axınları  diversifikasiya  olunur. 

Almaniyanın ixrac nomenklaturasında bu gün 180, ABŞ, Böyük Britaniya və Fransanın 175, 

Yaponiyanın  160  mal  mövqeyi  mövcuddur.  Bu,  dünya  bazarlarına  çıxarılan  məhsulların 

sürətlə  təzələndiyini  göstərir.  Hər  5  il  müddətində  maşın  və  cihazqayırma  sənayesi 

məhsullarının təxminən 60%-i təzələnir. 

 

İkincisi,  elmi-texniki  tərəqqinin  təsiri  nəticəsində  beynəlxalq  ticarətdə  emaledici  və 



kimya  sənayesi  məhsullarının  payı  yüksəlir.  2002-ci  ildə  dünya  ixracının  3/4-ü  emaledici 

sənayenin payına  düşüb. 1985-ci ildə isə bu  göstərici  2/3-ə,  1937-ci ildə isə 2/5-ə  bərabər 

olub.  Bu  məhsullar  üzrə  dünya  bazarlarında  əsas  ixracatçı  və  idxalatçılar  kimi  sənayecə 

inkişaf etmiş ölkələr çıxış edirlər. 

 

Üçüncüsü, xammal və yanacaqla ticarətin dünya əmtəə dövriyyəsində payı getdikcə 



azalır  ki,  bu  da  sənayecə  inkişaf  etmiş  ölkələrin  maddi  istehsalında  xammal  əmtəələrinin 

rolunun azalması və xammalın dünya qiymətlərinin aşağı düşməsi ilə əlaqədardır. 

 

Dördüncüsü,  dünya  ticarətində  ərzaq  məhsullarının  da  xüsusi  çəkisi  azalır.  1937-ci 



ildə bu göstərici 22.8%-ə bərabər olduğu halda, 2002-ci ildə 11.6% təşkil edib. Bu da aqrar 

sektorun bütün qrup ölkələrin daxili istehsalında payının aşağı düşdüyünü, kənd təsərrüfatı 

məhsullarının emal səviyyəsinin artdığını və qiymətlərin aşağı düşdüyünü göstərir. 

 

 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə