Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə54/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   50   51   52   53   54   55   56   57   ...   213

 

129


 

intensiv şəkildə istifadə edildiyi sahələrdə istehsalın çoxalmasına və gəlirlərin artmasına və 

digər sahələrdə istehsalın və gəlirlərin azalmasına gətirib çıxarır. 

4.

 



İstehsal amilləri ilə eyni cür və ya çox yaxın dərəcədə təmin edilmiş ölkələr arasında 

ticarət,  ölkələrin  müqayisəli  üstünlüklər  əsasında  deyil,  masştab  iqtisadiyyatı  əsasında 

müəyyən əmtəələrin istehsalında ixtisaslaşması ilə izah edilir. Masştab iqtisadiyyatı dedikdə 

istehsalın elə bir inkişafı nəzərdə tutulur ki, amil xərclərinin bir vahid artımı istehsalın bir 

vahiddən  artıq  artımına  gətirib  çıxarır.  Masştabın  xarici  effekti  bir  əmtəənin  istehsalı  ilə 

məşğul  olan  müəssisələrinin  sayının  artımını  nəzərdə  tutur.  Bu  zaman  həmin 

müəssisələrinin ölçüsü dəyişməz qalır. Adətən bu zaman bazarda rəqabət səviyyəsi məqbul 

həddə  olur.  Masştabın  daxili  effekti  əmtəə  istehsalının  əvvəlki  səviyyədə  qaldığını,  lakin 

həmin  əmtəənin  istehsalı  ilə  məşğul  olan  təsərrüfat  subyektlərinin  sayının  azalmasını 

nəzərdə tutur. 

5.

 

Masştabın  daxili  effekti  əksər  hallarda  qeyri-təkmil  rəqabətə  gətirib  çıxarır  ki,  bu 



zaman da istehsalçılar öz əmtəələrinin qiymətlərinə təsir göstərə bilirlər və qiyməti azaltmaq 

yolu ilə satış həcminin artımını təmin edirlər. Masştabın daxili effektinin ekstremal halı tam 

inhisardır,  yəni  müəssisənin  bazarda  rəqibi  olmadığı  situasiyadır.  İnhisarçı  rəqabət 

çərçivəsində  ticarət  modeli  ondan  çıxış  edir  ki,  beynəlxalq  ticarət  satış  bazarının  həcmini 

genişləndirir.  İki  ölkə  bir-birləri  ilə  ticarət  etdikləri  halda  məcmu  bazar  iki  ölkənin 

bazarlarının  sadə  cəmindən  daha  geniş  olur  və  onların  istehsal  etdikləri  əmtəələrin  çeşidi 

genişlənir,  əmtəə  vahidinin  qiyməti  aşağı  düşür.  Beynəlxalq  ticarət  nəticəsində  masştab 

effekti işə düşür. 

6.

 

Əmtəə  nomenklaturasında  fərqlilik  dərəcəsi  baxımından  beynəlxalq  ticarət  iki 



axından  ibarətdir:  sahədaxili  ticarət  –  ölkələr  arasında  bir  sahənin  differensiallaşmış 

məhsulları ilə mübadilə; sahələrarası ticarət – ölkələr arasında müxtəlif sahələrin homogen 

məhsulları ilə mübadilə. Sahədaxili ticarət analoji əmtəələrin differensiasiyasını əks etdirir 

və  təxminən  eyni  dərəcədə  inkişaf  etmiş  ölkələr  arasında  və  bir-birinə  yaxın  sahələr 

çərçivəsində inkişaf edir. Sahədaxili ticarət modeli çərçivəsində ölkə bir əmtəə və ya onun 

dar  çeşidini  istehsal  edir  və  masştab  effektinin  üstünlüklərindən  istifadə  edir.  Sahədaxili 

ticarət  eynitipli  əmtəələrlə  beynəlxalq  ticarəti  izah  edir  və  müqayisəli  üstünlüklər 

nəzəriyyəsini inkar etməyərək onu daha da zənginləşdirir. Sahədaxili ticarət indekslə ölçülür 

və bu indeks onun inkişaf etmiş ölkələrin ticarətində payının daim artdığını göstərir. 

7.

 



Kəsişən  tələb  və  tələb  reversi  nəzəriyyələri  beynəlxalq  ticarəti  əmtəə  təklifi 

baxımından  deyil,  əmtəəyə  olan  tələb  baxımından  izah  edir.  Müxtəlif  ölkələrdə  eyni 

səviyyəli gəlirlərə malik istehlakçılar eyni zövqə malik olduğundan və hər bir ölkə üçün o 

əmtəələri  ixrac  etmək  asan  olur  ki,  onun  istehsalı  və  ticarətində  daxili  bazarda  böyük 

təcrübə  əldə  edilmişdir.  Əmtəə  o  ölkələrə  müvəffəqiyyətlə  ixrac  ediləcəkdir  ki,  hər  iki 

ölkədə  tələbin  strukturu  eynidir  və  ya  ixracatçı  ölkənin  daxili  tələbinin  strukturu  ilə 

müqayisə edilə  biləndir. İki ölkə arasında ticarət keyfiyyəti təxminən eyni olan əmtəələrlə 

aparılacaqdır. Hər iki ölkədə nə qədər çox əhali eyni səviyyədə gəlirə malikdirsə, ticarətin 

səviyyəsi də bir o qədər yüksək olacaqdır. İstehsal amillərinin reversi nəzəriyyəsinə uyğun 

olaraq,  eyni  bir  əmtəə  əməkdən  bol  olan  ölkələrdə  əməktutumlu,  kapitaldan  bol  olan 

ölkələrdə  isə  kapitaltutumlu  ola  bilər.  Bu,  istehsal  amillərinin  qarşılıqlı  əvəzedilməsinin 

elastikliyi şəraitində baş verir və ticarətin əsası kimi çıxış edir. Tələbin reversi nəzəriyyəsinə 

uyğun  olaraq,  ölkə  əmtəənin  istehsalı  və  ixracı  üçün  öz  ticarət  partnyorlarına  nisbətən 

istehsal amilləri ilə daha yaxşı təmin olunmasına baxmayaraq, güclü daxili tələb nəticəsində 

əmtəəni idxal edə bilər. Empirik tədqiqatlar  bu cür hadisələrin olduğunu təsdiq edir, lakin 

onların beynəlxalq ticarətdə rolu bir o qədər də yüksək deyil. 




 

130


 

8.

 



Beynəlxalq  ticarətin  klassik  nəzəriyyələri  kökündən  inkar  edən  nəzəriyyələrindən 

texnoloji fərq teoreminə görə, yeni bir əmtəə kəşf edən sənayeləşmiş ölkə bu  əmtəənin ilk 

ixracatçısı olur  və  vaxt keçdikcə  yeni  əmtəə  təqlid  yolu ilə  və  ya sərbəst  bir  əmtəə  əmtəə 

vəziyyətinə  gələrək  digər  ölkələrin  ixtiyarına  keçir.  Bu  ölkələrdə  əməyin  ucuzluğu  və  ya 

təbii resurs üstünlükləri səbəbi ilə haqqında söhbət gedən əmtəə ilk istehsal ölkəsindən daha 

ucuz  istehsal  edilməyə  başlanır.  Beləcə  də  əmtəə  daha  az  inkişaf  etmiş  ölkələr  tərəfindən 

ixrac olunmağa başlayır. Əmtəəni ilk icad edən ölkə isə bu ölkələrlə rəqabəti uduzduğundan 

həmin əmtəəni idxal etməyə başlayır. Əmtəənin həyat dövrləri nəzəriyyəsinə görə, ölkələrin 

bir qismi mövcud əmtəələr, digər bir qismi isə yeni əmtəələr üzrə ixtisaslaşırla və bir əmtəə 

yeni əmtəə vəziyyətindən köhnə əmtəə vəziyyətinə keçdikcə, yəni öz ―həyatı‖nın müxtəlif 

dövrlərini  yaşadıqca  istehsalın  coğrafi  yeri  də  dəyişir.  Ölkələrin  rəqabət  üstünlükləri 

nəzəriyyəsinə  görə,  daxili  bazarda  sərt  rəqabət  firmaları  xarici  bazara  çıxmağa 

stimullaşdırır,  xarici  bazar  axtarmağa  sövq  edir.  Bununla  yanaşı,  daxili  bazarda  rəqabət 

qabiliyyətli əmtəələrin kifayət qədər olduğu şəraitdə xarici satış bazarının tapılması məsələsi 

nisbətən asanlıqla həll edilir. Bu baxımdan, xarici ticarətdən daha çox uduş qazanmaq üçün 

milli əmtəələrin rəqabət qabiliyyətliliyini yüksəltməyə ehtiyac vardır. 

 

4.3. Əmtəələrlə beynəlxalq ticarətin müasir inkişaf səviyyəsi,  

onun əmtəə və coğrafi strukturlarında müşahidə edilən əsas meyllər 

 

 



Beynəlxlaq  ticarət  BİM-in  ənənəvi  və  əsas  formasıdır.  Bütün  BİM  formalarının 

təxminən 80%-i onun payına düşür. 

İkinci dünya müharibəsindən sonra beynəlxalq ticarətin inkişafına təsir edən amillər 

aşağıdakılar olmuşdur: 

1.

 

Beynəlxalq  əmək  bölgüsünün  və  dünya  təsərrüfatının  beynəlmiləlləşməsinin 



dərinləşməsi milli iqtisadiyyatların aşıqlıq göstəricisinin (ixrac kvotası) bütün dünya 

ölkələri üzrə təxminən 1,5-2 dəfə artmasına gətirib çıxarmışdır. 

2.

 

Elmi-təxniki  tərəqqi  1970-ci  illərdə  milli  iqtisadiyyatlarda  struktur  dəyişikliklərinə 



səbəb  olmuşdur.  Bu,  məhsulların  mənəvi  cəhətdən  köhnəlməsinin  sürətlənməsinə 

(əvəəl orta hesabla 15 il təşkil edən bu müddət indi 5 ilə düşmüşdür), əsas kapitalın 

dinamik yenilənməsinə, yeni sənaye sahələrinin yaranmasına, əvvəl məlim olmayan 

cəhətlərə  malik  yeni  əmtəələrin  meydana  gəlməsinə  səbəb  olmuşdur.  Dünya  əmtəə 

dövriyyəsiən hər il təxminən 10% yeni əmtəə cəlb olunur. Zəruri əmtəələrin müasir 

eşidi  o  qədər  genişdir  ki,  heç  bir  ölkə  özünü  bütün  əmtəələrlə  tam  təchiz  etmək 

iqtidarında  deyildir.  Bu  isə  beynəlxalq  əmək  bölgüsünün  dərinləşməsinə  və 

beynəlxalq ticarətin artımına gətirib çıxarır. 

3.

 

İstehsalın və kapitalın milli və xarici bazarlarda təmərgüzləşməsi və mərkəzləşməsi 



transmilli  şirkətlərin  dünya  bazarlarında  fəaliyyətinin  aktivləşməsinə  gətirib 

çıxarmışdır. Transmilli şirkətlərin beynəlxlaq ticarətdə payı 40%-ə yaxındır. Onların 

ayrı-ayrı ölkələrin xarici ticarətində xüsusi çəkisi isə 70%-ə qədər qalxmışdır. Məhz 

transmilli  şirkətlər  beynəlxalq  ticarətə  yeni-yeni  ölkələri,  regionları,  əmtəələri  cəlb 

edirlər. 

4.

 



Kapital  ixracının,  xüsusilə  də  birbaşa  investisiyaların  masştabının  və  templərinin 

artımı  dünyanın  ixrac  potensialının  güclənməsinə,  beynəlxlaq  əmtəə  dövriyyəsinin 

artımına səbəb olmuşdur. Yəni, kapital ixracı əmtəə ixracının stimullaşdırmaqla onun 

artmasına gətirib çıxarmışdır. 

5.

 

Müstəmlkə  sisteminin  dağılması  ilə  milli  iqtisadiyyatların  formalaşdırılması  yoluna 



qədəm qoymuş yeni müstəqil dövlətlərin formalaşması da beynəlxalq ticarətə müsbət 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə