Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə52/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   48   49   50   51   52   53   54   55   ...   213

 

125


 

Tələbin  reversi  güclü  daxili  tələb  nəticəsində  ölkənin  əmtəəni  idxal  etməsi 

vəziyyətidir  və  bu  əmtəənin  istehsalı  və  ixracı  üçün  o,  öz  ticarət  partnyorlarına  nisbətən 

istehsal amilləri ilə daha yaxşı təmin olunmuşdur. 

Bu  halda  Hekşer-Olin  teoreminə  əməl  olunmur,  çünki  bu  nəzəriyyəyə  görə,  ölkə 

nisbətən  bol  olduğu  amillər  əsasında  istehsal  etdiyi  əmtəələri  ixrac  etməlidir,  idxal  etməli 

deyil.  Empirik  tədqiqatlar  göstərir  ki,  tələbin  reversinə  kifayət  qədər  nadir  hallarda  rast 

gəlinir. 

 

2.4. Beynəlxalq ticarətin digər alternativ nəzəriyyələri: texnoloji fərq teoremi



əmtəənin həyat dövrləri nəzəriyyəsi və  

ölkələrin rəqabət üstünlükləri nəzəriyyəsi 

 

Beynəlxalq ticarəti  yeni mövqedən izah edən nəzəriyyələrdən biri də  texnoloji fərq 



teoremidir. Texnoloji fərq hipotezi  1961-ci  ildə M.Pozner tərəfindən irəli sürülmüşdür. Bu 

hipotezə görə, sənaye  ölkələri arasındakı ticarətin böyük bir hissəsi yeni əmtəə istehsalına 

əsaslanır. Bu cür əmtəələr isə müasir sənayeləşmiş ölkələrin yenilikçi (novator) müəssisələri 

tərəfindən hazırlanır və istehsal edilir. Yeniliklər isə patent və əqli mülkiyyət hüquqları ilə 

qorunur. Başqa bir sözlə, hər hansı bir yeniliyi ilk kəşf edən müəssisə onun inhisarçısı olur. 

Başqalarının isə bu yenilikdən icazəsiz istifadə etməsinə qanunla yol verilmir. 

Texnoloji  fərq  teoreminə  görə,  yeni  bir  əmtəə  kəşf  edən  sənayeləşmiş  ölkə  bu 

əmtəənin ilk ixracatçısı olur. Ancaq vaxt keçdikcə yeni əmtəə təqlid yolu ilə və ya sərbəst 

bir  əmtəə  əmtəə  vəziyyətinə  gələrək  digər  ölkələrin  ixtiyarına  keçir.  Bu  ölkələrdə  əməyin 

ucuzluğu və ya təbii resurs üstünlükləri səbəbi ilə haqqında söhbət gedən əmtəə ilk istehsal 

ölkəsindən  daha  ucuz  istehsal  edilməyə  başlanır.  Beləcə  də  əmtəə  daha  az  inkişaf  etmiş 

ölkələr  tərəfindən  ixrac  olunmağa  başlayır.  Əmtəəni  ilk  icad  edən  ölkə  isə  bu  ölkələrlə 

rəqabəti uduzduğundan həmin əmtəəni idxal etməyə başlayır.  

Yuxarıda  deyilənlərin  ən  tipik  nümunəsi  toxuculuq  məhsullarıdır.  Bir  vaxtlar. 

İngiltərə  dünyanın  ən  böyük  mahud  ixracatçısı  idi.  Lakin  daha  az  inkişaf  etmiş  ölkələrin 

mahud istehsalına başlaması ilə İngiltərənin istehsalı azalmış və o, bu cür əmtəələri xaricdən 

idxal etməyə başlamışdır. 

Praktikada  istehsal  texnologiyalarının  əsas  hissəsi  inkişaf  etmiş  sənaye  ölkələrində 

hazırlanır və qısa bir zamandan sonra daha az inkişaf etmiş ölkələrdə onun kütləvi istehsalı 

təşkil  olunur.  Məsələn,  ABŞ  texnologiya  baxımından  dünyanın  ən  inkişaf  etmiş  ölkəsi 

olaraq bir çox yüksək texnologiya məhsulu ixrac edir. Lakin digər ölkələr bu texnologiyaları 

əldə  edərək  və  sahib  olduqları  ucuz  resurslardan,  xüsusilə  də  mək  resurslarından  istifadə 

edərək  dünya  bazarını,  hətta  ABŞ  bazarını  ələ  keçirirlər.  Bu  arada  isə  ABŞ  istehsalçıları 

yeni əmtəə kəşflərini davam etdirdiklərindən prosesin dövriliyi və sonsuzluğu təmin olunur. 

Texnoloji  fərq  teoreminin  inkişaf  etdirilmiş  variantı  isə  əmtəənin  həyat  dövrləri 

nəzəriyyəsidir.  Bu  nəzəriyyə  1966-cı  ildə  Raymond  Vernon  tərəfindən  irəli  sürülmüşdür. 

Nəzəriyyədə irəli sürülən  fikrə  görə,  ölkələrin bir qismi  mövcud əmtəələr,  digər  bir qismi 

isə yeni əmtəələr üzrə ixtisaslaşırlar. Əsas mahiyyət isə bundan ibarətdir ki, bir əmtəə yeni 

əmtəə  vəziyyətindən  köhnə  əmtəə  vəziyyətinə  keçdikcə,  yəni  öz  ―həyatı‖nın  müxtəlif 

dövrlərini yaşadıqca istehsalın coğrafi yeri də dəyişir. R.Vernona görə, texnoloji yeniliklər 

və yeni malların işlənməsi inkişçaf etmiş sənaye ölkələrində, xüsusilə də ABŞ-da baş verir. 

Əmtəənin  həyat  dövrləri  nəzəriyyəsinə  görə,  yeni  mal  ilk  olaraq  kiçik  həcmdə 

istehsal edilir. Istehsal davam etdirildikcə istehsalla bağlı olan problemlər aradan qaldırılır 

və istehsal genişləndirilir. Ilk mərhələdəki kiçik istehsal ixraca deyil, daxili bazarın tələbini 

ödəməyə  yönəlir.  Bundan  başqa,  başlanğıcda  istehsalın  istehlakçıya  yaxın  yerdə  həyata 




 

126


 

keçirilməsi  lazımdır.  Çünki  əmtəənin  hansı  istiqamətdə  inkişaf  etdirlməsi  məhz 

istehlakçılardan  asılıdır.  Burada  yalnız  yerli  firmalar  yeni  texnologiyaya  sahib 

olduqlarından, istehsal yeniliyi icad edən firmanın ölkəsində həyata keçirilir. Bütün bunlar 

istehsalın ilk mərhələsinin xüsusiyyətləridir. 

Ikinci  mərhələdə istehsal demək olar ki, tam surətdə təkmilləşdirilir. Bu  mərhələdə 

istehsal sürətləndirilir, satışlar ilk öncə daxili bazara istiqamətlənir, daha sonra isə əmtəənin 

ixracına başlanır. Beləcə, əmtəənin daxili istehsalı və istehlakı artır, xaricdə inkişaf edən bir 

tələb mövcud olduğu üçün istehsalın artım tempi daha da yüksəlir. Istehsalçı firma hələ də 

yeni texnologiyanı özündə saxlayır. 

Getdikcə  istehsal  sınaq  mərhələsindən  çıxır  və  istehsal  texnologiyası  standartlaşır, 

bununla  da,  üçüncü  mərhələyə  keçilir.  Artıq  yenilikçi  firma  daxildə  və  xaricdə  texnoloji 

lisenziya  verməyi  mənfəətli  hesab  edir.  Standart  istehsalın  dəyərini  aşağı  salmaq  üçün 

istehsal  məsələn,  əmək  haqlarının  səviyyəsinin  aşağı  olduğu  digər  ölkələrə  ötürülür. 

Əmtəəni icad edən ölkədə iş gücü yüksək dərəcəd ixtisaslı olduğundan istehsal dəyərləri də 

yüksək olur. Qısacası yüksək ixtisaslı əməyə ehtiyac olmayan bu mərhələdə istehsalın digər 

ölkələrə ötürülməsi daha məqsədəuyğun olur. Yenilikçi ölkədə hələ bir qədər əmtəə istehsal 

edilir.  Lakin  əmtəənin  lisenziyasını  əldə  edən  yeni  istehsalçıların  aşağı  xərclərə  malik 

olmaları səbəbindən ixrac bazarlarını ələ keçirmələri ilə yenilikçi ölkənin ixrac tempi azalır. 

Yenilikçi  ölkənin  daxili  bazarının  ehtiyacının  idxalla  təmin  edilməsi  başlayınca 

dördüncü  mərhələyə  qədəm  qoyulur.  Artıq  texnologiya  bütün  dünya  dövlətlərinə  yayılmış 

və istehsalı məhdudlaşdıəran lisenziyaların müddəti qurtarmış, yəni texnologiya bir sərbəst 

mal  vəziyyətinə  gəlmişdir.  Yerli  sənaye  xarici  və  daxili  bazarları  əldən  buraxdıqca  daxili 

istehsal sürətlə aşağı düşür. 

Nəhayət,  yenilikçi  ölkə  özünün  daxili  bazarını  da  tamamilə  itirdikdən  sonra 

məhsulun  həyat  dövrləri  tamamlanmış  olur.  Ölkədə  daxili  istehlak  var,  lakin  bu  istehlak 

tamamilə  idxal  hesabına  təmin  edilir.  Növbə  artıq  yeni  texnologiyalarındır.  əslində,  bir 

tərəfdən bu dövrlər bir-birini əvəz etdikcə, digər tərəfdən yeni texnologiyalar axtarışı davam 

edir. Yəni, yeniliklərin ortaya çıxması kəsilməz bir prosesdir. 

Əmtəənin  həyat  dövrlərini  tipik  olaraq  keçən  bir  çox  əmtəə  nümunələri  vardır. 

Bunlar  arasında  məsələn,  tekstil,  radio,  ağ-qara  və  rəngli  televiziya,  yarımkeçirici 

mikroçiplər və xüsusilə də elektron məhsullar yer alır. 

Bu nəzəriyyənin klassik bir  nümunəsi İkinci  Dünya  Müharibəsindən sonra ABŞ və 

Yaponiyanın  radio  istehsalçıları  arasında  baş  vermişdir.  ABŞ  istehsalçıları  müharibədən 

sonrakı dövrdə radio bazarında hökmran mövqedə idilər. Bu üstünlük ABŞ-ın malik olduğu 

havasız  radio  texnologiyasına  əsaslanırdı.  Bir  neçə  ildən  sonra  Yaponiya  ABŞ-ın 

texnologiyasını təqlid edərək və ucuz iş qüvvəsindən istifadə edərək bazarın əhəmiyyətli bir 

hissəsini  ələ  keçirdi.  ABŞ  tranzistor  texnologiyasını  inkişaf  etdirməklə  yenidən  üstünlüyü 

əldə  etdi.  Lakin  Yaponiya  yenə  texnologiyanı  təqlid  edərək  ABŞ-ı  qabaqladı.  Daha  sonra 

ABŞ yeni texnologiya əldə edərək Yaponiya ilə bərabər vəziyyətə gəlmişdir. 

Son  illərdə  texnologiyanın  yenilikçidən  təqlidçiyə  keçmə  müddəti,  yəni  əmtəənin 

həyat  dövrlərinin  zaman  müddəti  olduqca  qısalmışdır.  Bu  da  ABŞ  kimi  yenilikçi  ölkələri 

daim rəqabət qabiliyyətli qala bilmələri üçün texnoloji kəşfləri sürətləndirməyə sövq edir.  

Beləliklə,  bu  modelə  görə,  ticarət  ilk  olaraq  sənayeləşmiş  ölkələrdə    müqayisəli 

baxımdan  bol  olan  amil  tərəfindən  (əsasən  də  ixtisaslı  işçi  qüvvəsi)  inkişaf  etdirilən 

texnologiyaya  əsaslanır.  Daha  sonra  isə  daha  az  inkişaf  etmiş  ölkələr  təqlid  və  istehsal 

standartlaşması  vasitəsilə  nisbətən  ucuz  əməyə  əsaslanan  bir  müqayisəli  üstünlük  əldə 

edirlər. 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə