Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə55/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   51   52   53   54   55   56   57   58   ...   213

 

131


 

təsir  göstərmişdir.  Bu  ölkələrin  müxtəlif  məhsulara  olan  ehtiyacı  artmış,  həmçinin 

müəyyən  müddətdən  sonra  onlar  özləri  xarici  bazarlara  istiqamətlənən  əmtəə 

istehsalını formalaşdırmağa başlamışlar. 

6.

 

Beynəlxlaq  təşkilatların  rəhbərliyi  altında  beynəlxalq  ticarətin  liberallaşdırılması 



prosesinin güclənməsi. Beynəlxalq təşkilatların fəaliyyəti nəticəsində tarif və qeyri-

tarif  maneələrinin  unifikasiyası  və  azalması  baş  vermiş,  beynəlxalq  ticarət 

mübahisələrinin  həll  edilməsi  mexanizmi  yaradılmışdır  ki.  bütün  bunlar  da 

beynəlxlaq tocarətin inkişafına öz müsbət təsirini göstərmişdir. 

7.

 

Azad  ticarət  zonalarının,  gömrük  ittifaqlarının  və  s.-nin  yaradılması  nəticəsində 



regional  maneələri  aradan  qaldıran  inteqrasiya  proseslərinin  intensivləşməsi  və 

dərinləşməsi.  Bu  cür  birləşmələr  çərçivəsində  rüsumsuz  ticarət  həyata  keçirilir, 

qarşılıqlı  ticarət  güclənir  ki,  bu  da  son  nəticədə  özünü  dünya  ticarətinin  məcmu 

göstəricilərində əks etdirir. 

8.

 

İxrac-idxal  əməliyyatları  üçün  əlverişli  mühit  yaradılması  məqsədilə  dövlətlərin 



xarici iqtisadi fəaliyyətə aktiv surətdə müdaxiləsi. 

9.

 



Mərkəzi  və  Şərqi  Avropa  ölkələrinin  inkişafın  bazar  metodlarına  keçidi  ilə  onların 

iqtisadiyyatlarının açıqlığının artması. 

Bu amillər son 50 il ərzində əmtəələrlə beynəlxalq ticarətin dinamikasını, onun əmtəə 

və coğrafi strukturlarında baş verən dəyişiklikləri şərtləndirmiş, beynəlxalq ticarətin müasir 

inkişaf meyllərini müəyyən etmişdir. 

Beynəlxalq  ticarətin  dinamikası  yüksək  inkişaf  templəri  ilə  xarakterizə  olunur. 

1950-ci  illə  müqayisədə  2002-ci  ildə  dünyə  əmtəə  ixracının  dəyər  artımı  125  dəfə,  fiziki 

artımı  isə  143  dəfə  təşkil  etmişdir.

13

  Təkcə  1990-cı  ilə  nisbətən  2002-ci  ildə  əmtəə  ixracı 



təxminən 2 dəfə çoxalmış və 6,5 trln. dollar

14

 təşkil etmişdir.  



Əmtəələrlə  beynəlxalq  ticarətin  dinamikası  Cədvəl  4.3-də  verilmişdir.  Cədvəldən 

göründüyü  kimi,  beynəlxalq  ticarətin  nominal  dəyər  həcmi  artmağa  doğru  meyl  nümayiş 

etdirir. 

Beynəlxalq  ticarət  dünya  əmtəə  istehsalına  nisbətən  daha  yüksək  artım  templəri  ilə 

inkişaf edir. Cədvəl 4.4-dən göründüyü kimi, 1995-2000-ci illərdə dünya əmtəə istehsalı və 

dünya  ÜDM-si  müvafiq  olaraq  4.0%  və  3.0%  artdığı  halda,  dünya  əmtəə  ixracının  artımı 

7.0%  təşkil  edib.  2002-ci  ildə  isə  dünya  əmtəə  ixracı  dünya  əmtəə  istehsalının  1.0%-lik 

artımı qarşılığında 3.0%-lik artım nümayiş etdirib. Beynəlxalq ticarətin yeksək artım tempi 

beynəlxlaq 

əmək 


bölgüsünün, 

ixtisaslaşmasının 

və 

kooperativləşdirilməsinin 



dərinləşməsinin ümumdünya meyllərini əks etdirir. 

Dəyər ifadəsində əmtəə dövriyyəsinin dinamikasına təsir edən vacib amillərdən biri 

də qiymət faktorudur. 1990-cı illərin əvvəllərindən başlayaraq dünya ticarətinin əsas əmtəə 

qruplarının  qiymətlərində  azalma  müşahidə  edilir.  Bunun  əsas  səbəbləri  kimi  Asiya 

ölkələrində  tələbin  aşağı  düşməsini,  kənd  təsərrüfatının  və  hasilat  sənayesinin 

restrukturizasiyasına  iri  kapital  qoyuluşlarını,  müxtəlif  ölkələrin  ixrac  imkanlarının 

genişlənməsini göstərmək olar. 

Ümumilikdə dünya iqtisadiyyatının, xüsusilikdə isə beynəlxalq ticarətin vəziyyətinə 

mühüm təsir göstərmiş amillərdən biri kimi həmçinin 1990-cı illərin ikinci yarısında Asiya 

və  Latın  Amerikası  ölkələrində  baş  verən  maliyyə  böhranlarını  göstərmək  olar.  Bunun 

birbaşa nəticəsi özünü dünya ticarətinin artım tempinin aşağı düşməsində göstərmişdir. 

                                                 

13

 4.3. sualında istifadə edilmiş göstəricilər Ümumdünya Ticarət Təşkilatının ―World Trade Report 2002‖, Geneva 2003 



illik  hesabatından  götürülmüş  və  ya  həmin  hesabatın  göstəriciləri  əsasında  hesablanmışdır.  Hesabatla  Ümumdünya 

Ticarət Təşkilatının 

www.wto.org

 ünvanında yerləşən internet saytında tanış olmaq olar. 

14

 Bu halda və bundan sonra dollar dedikdə ABŞ dolları nəzərdə tutulur. 




 

132


 

 

Cədvəl 4.3 



1992-2002-ci illərdə əmtəələrlə beynəlxalq ticarətin dinamikası, 

(mlrd. dollarla) 

 

 



1992 

1995 

2000 

2001 

2002 

Dünya: 

 

 



 

 

 



ixrac  

3766 


5161 

6445 


6191 

6455 


Idxal 

3882 


5278 

6697 


6452 

6693 


Şimali Amerika:

15

 

 

 



 

 

 



ixrac  

583 


777 

1058 


991 

946 


Idxal 

684 


940 

1505 


1407 

1431 


Latın Amerikası: 

 

 



 

 

 



ixrac  

151 


229 

361 


349 

350 


Idxal 

175 


253 

385 


377 

350 


Qərbi Avropa: 

 

 



 

 

 



ixrac  

1720 


2249 

2509 


2512 

2657 


Idxal 

1794 


2230 

2615 


2556 

2659 


Mərkəzi və Şərqi Avropa/ 

Baltik ölkələri/ MDB: 

 

 



 

 

 



ixrac  

100 


198 

272 


286 

314 


Idxal 

100 


197 

242 


269 

299 


Afrika: 

 

 



 

 

 



ixrac  

97 


112 

147 


138 

140 


Idxal 

101 


127 

130 


132 

135 


Orta Şərq: 

 

 



 

 

 



ixrac  

133 


150 

267 


245 

244 


Idxal 

129 


130 

157 


167 

178 


Asiya: 

 

 



 

 

 



ixrac  

981 


1447 

1832 


1672 

1803 


Idxal 

900 


1403 

1663 


1545 

1641 


 

Qeyd: cədvəl təkrar ixrac və təkrar idxal göstəriciləri nəzərə alınmaqla tərtib olunmuşdur 

Mənbə: WTO. World Trade Report, 2002. – Geneva, 2003. 

 

Beynəlxalq  ticarətin  coğrafi  strukturu  ərazi  və  ya  təşkilati  əlamətlərinə  görə 

formalaşdırılmış  ayrı-ayrı  ölkələr  və  ya  onların  qrupları  arasında  əmtəə  axınları  bölgüsünü 

əks  etdirir.  Cədvəl  4.5-də  beynəlxalq  ticarətin  ərazi  əlamətinə  görə  coğrafi  strukturunun 

dəyişməsi verilmişdir. 

 

                                                 



15

  Bu  halda  və  bundan  sonra  Şimali  Amerika  dedikdə  ABŞ  və  Kanada  nəzərdə  tutulur.  Meksika  isə  Latın  Amerikası 

coğrafi qrupuna aid edilir. 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə