Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə51/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   47   48   49   50   51   52   53   54   ...   213

 

123


 

―Leontyev  paradoksu‖  göstərdi  ki,  Hekşer-Olinin  istehsal  amillərinin  nisbəti 

nəzəriyyəsi  bir  çox  hallarda  praktikada  təsdiq  olunmur:  əməkdən  bol  olan  ölkələr  kapital 

tutumlu məhsul ixrac etdiyi halda, kapitaldan bol olan ölkələr əməktutumlu əmtəələr ixrac 

edirlər. Bu ziddiyyətin mümkün izahlarından biri istehsal amillərinin reversi ilə əlaqədardır: 

eyni  bir  əmtəə  əməkdən  bol  olan  ölkədə  əməktutumlu,  kapitaldan  bol  olan  ölkədə  isə 

kapitaltutumlu  ola  bilər  və  bu  da  istehsal  amillərinin  qarşılıqlı  əvəzlənməsinin  yüksək 

elastikliyi şəraitində baş verə bilər. Məsələn, kapitaltutumlu ölkə olan Yaponiyada istehsal 

edilən  düyü  kapitaltutumlu  əmtəə  olacaq,  çünki  o,  qabaqcıl  texnologiyanın  köməyi  ilə 

istehsal olunacaq. Əməkdən bol olan Laosda istehsal olunan düyü isə əməktutumlu olacaq, 

çünki bu ölkədə düyü əsasən əl əməyinin köməyi ilə istehsal olunur. 

Əgər əmtəə 1 əməkdən bol olan birinci ölkədə əməktutumludursa və həmin əmtəə 1 

kapitaldan  bol  olan  ikinci  ölkədə  kapitaltutumludursa,  onda  istehsal  amillərinin  nisbəti 

nəzəriyyəsinə  görə,  həm  birinci  ölkə,  həm  də  ikinci  ölkə  bu  əmtəəni  ixrac  etməlidirlər. 

Lakin, dünyada iki ölkənin olduğu barədə ilkin ehtimal və bu iki ölkənin hər birinin əmtəə 

1-i ixrac etmək istəməsi bunun mümkün olmadığı qənaətinə gəlməyə imkan verir, çünki bu 

əmtəəni heç kim idxal etməyəcək. Nəticədə həm Hekşer-Olinin istehsal amillərinin nisbəti 

nəzəriyyəsi,  həm  də  Hekşer-Olin-Samuelsonun  istehsal  amillərinin  qiymətlərinin 

bərabərləşdirilməsi teoremi bu vəziyyətdə işləmir. 

İlk  dəfə  olaraq  bu  vəziyyətin  izahını  amerikan  iqtisadçısı  B.Minxas  1960-cı  illərin 

əvvəllərində vermişdir.  

İstehsal  amillərinin  reversi  eyni  bir  əmtəənin  əməkdən  bol  olan  ölkələrdə 

əməktutumlu,  kapitaldan  bol  olan  ölkələrdə  isə  kapitaltutumlu  olması  vəziyyətidir.  Bu, 

istehsal amillərinin qarşılıqlı əvəzedilməsinin elastikliyi şəraitində baş verir.  

Ehtimal edək ki, birinci ölkə və ikinci ölkə əmtəə 1 və 2-ni istehsal edirlər (şəkil 2.9). 

Beləliklə, istehsal amillərinin reversi elə bir vəziyyətdir ki, bu zaman eyni bir əmtəə 

kapitaldan bol olan ölkədə kapital tutumlu, əməkdən bol olan ölkədə isə əməktutumlu olur. 

İstehsal amilləri ilə müxtəlif dərəcədə təmin olunmuş ölkələrin eyni bir əmtəə ilə ticarətini 

də məhz bununla izah etmək olar. Məsələn, həm əməkdən bol Hindistan, həm də kapitaldan 

bol ABŞ polad ixrac edirlər və Hindistanda polad əməktutumlu əmtəə olduğu halda, ABŞ-

da  kapitaltutumludur.  Bunun  qrafiki  sübutu  kimi,  əmtəə  1  və  2-nin  istehsal  imkanları 

sərhədlərinin  müxtəlif  əyriliyi  çıxış  edir  və  nəticədə  onlar  iki  dəfə  kəsişirlər.  Əyrilik 

dərəcəsi  istehsal  zamanı  əmtəənin  bir  istehsal  amilinin  digərinə  əvəz  edilməsinin  nə 

dərəcədə  mürəkkəb olduğunu göstərir. Əyrilik nə qədər azdırsa,  yəni o düz xəttə nə qədər 

yaxındırsa, istehsal amilləri bir o qədər qarşılıqlı əvəzlənməyə meyllidirlər: əyrilik nə qədər 

çoxdursa,  yəni o,  yarımdairəyə  nə qədər  yaxındırsa, konkret  əmtəənin istehsalı zamanı bir 

amili digəri ilə əvəzləmək bir o qədər çətindir. Əyrilik dərəcəsi əvəzetmənin elastikliyi ilə 

ölçülür. 

Əvəzetmənin  elastikliyi  müəyyən  əmtəənin  istehsalı  zamanı  bir  amilin  digəri  ilə 

əvəzlənməsinin nə qədər çətin olduğu göstərən əmsaldır. 

 

 



 

124


 

 

Şəkil 2.9. İstehsal amillərinin reversi fenomeni. 

 

Əvəzetmənin  elastikliyi  əmsalı  kapital  və  əmək  xərclərinin  nisbətinin  faiz 



dəyişməsinin istehsal amillərinin nisbi qiymətinin faiz dəyişməsinə nisbəti kimi hesablanır: 

e = 


)

/(

)



(

)

/



/(

)

/



(

S

S

L

K

L

K



  (2.17) 

burada, 


K – əmtəə istehsalına sərf edilən kapitalın kəmiyyətini; 

L – əmtəə istehsalına sərf edilən əməyin kəmiyyətini

S – istehsal amillərinin nisbi qiymətini göstərir. 

İstehsal  amillərinin  reversi  nəzəriyyəsinin  empirik  tədqiqatları  göstərdi  ki,  bu 

fenomen  sözsüz  ki,  mövcuddur,  lakin  ona  kifayət  qədər  nadir  hallarda  rast  gılinir.  Revers 

mövcud  olduğu  halda  istehsal  amillərinin  nisbəti  nəzəriyyəsi  əsaslanan  ticarətin  analizi 

alətləri tətbiq edilə bilinmir və o,  Leontyev paradoksunun izahlarından biri kimi çıxış edə 

bilər.  İstegsal  amillərinin  reversi  adətən  əmtəə  istehsalında  istifadə  olunan  istehsal 

amillərinin kəskin şəkildə fərqlənən əvəzetmə elastikliyinə malik olduğu halda baş verir. 

İstehsal  amillərinin  reversi  nəzəriyyəsi  ticarəti  təklifə  əsasən  izah  edir.  Leontyev 

paradoksunu tələb əsasında izah edən digər revers nəzəriyyəsi tələbin reversi nəzəriyyəsidir. 

Klassik  nəzəriyyələr  ticarət  edən  ölkələrdə  zövqlərin  eyni  olduğu  ilkin  ehtimalından  çıxış 

edirdilər. Bəs, əgər onlar müxtəlifdirlərsə? Ehtimal edək ki, ölkələr istehsalı üçün daha çox 

istehsal amillərinə malik olduqları əmtəələri istehlak etməyə üstünlük verirlər.  



12 



12 



18 

18 




Ka

p

ita

2

1



 



Əmə



  




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə