Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə50/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   46   47   48   49   50   51   52   53   ...   213

 

121


 

T indeksi həmişə 0 və 1 arasında yerləşir. əgər T = 0, onda sahədaxili ticarət mövcud 

deyil.  Yuxarıdakı  tənlikdən  göründüyü  kimi,  bu,  yalnız  ixrac  və  ya  idxalın  sıfıra  bərabər 

olduğu halda mümkündür. Əgər T = 1, onda sahədaxili ticarət maksimum səviyyədədir və 

bu, yalnız ixrac idxala bərabər olduğu halda mümkündür. Digər sözlə, T əmsalı 1-ə nə qədər 

yaxındırsa  sahədaxili  ticarət  bir  o  qədər  çoxdur.  T  indeksinin  tətbiq  edilməsində 

məhdudiyyət  ondan  ibarətdir  ki,  onun  qiyməti  sahə  və  ya  əmtəə  qrupunun  necə  müəyyən 

edilməsindən əhəmiyyətli dərəcədə asılıdır. 

Beləliklə,  sahədaxili  ticarət  analoji  əmtəələrin  differensiasiyasını  əks  etdirir  və 

təxminən  eyni  dərəcədə  inkişaf  etmiş  ölkələr  arasında  və  bir-birinə  yaxın  sahələr 

çərçivəsində inkişaf edir. Sahədaxili ticarət modeli çərçivəsində ölkə bir əmtəə və ya onun 

dar  çeşidini  istehsal  edir  və  masştab  effektinin  üstünlüklərindən  istifadə  edir.  Sahədaxili 

ticarət  eynitipli  əmtəələrlə  beynəlxalq  ticarəti  izah  edir  və  müqayisəli  üstünlüklər 

nəzəriyyəsini inkar etməyərək onu daha da zənginləşdirir. 

Yuxarıda  baxılan  nəzəriyyələr  beynəlxalq  ticarətə  istehsal  və  təklif  baxımından 

yanaşırdılar və bu əsasda ölkələrin müqayisəli üstünlüklərini müəyyən edirdilər. Əsası isveş 

iqtisadçısı Staffan Linder tərədfindən qoyulan kəsişən tələb nəzəriyyəsi beynəlxalq ticarəti 

tələb  tərəfindən  izah  edən  azsaylı  nəzəriyyələrdən  biridir.  Bu  nəzəriyyəyə  görə,  ölkənin 

ixracının  strukturu  müəyyən  dərəcədə  idxalatçı  ölkədə  mövcud  olan  tələbdən  asılıdır. 

əmtəələrin çox az bir hissəsi ixrac üçün istehsal edilir və onların əksəriyyəti ölkə daxilində 

satılır.  Əmtəənin  ixrac  edilməsi  üçün  ölkə  ilk  növbədə  yerli  istehlakçıların  tələbinə 

istiqamətlənərək  daxili  bazarı  təmin  etməlidir.  Yalnız  əmtəə  ölkə  daxilində  istehlakçıların 

ehtiyaclarının tam ödədiyi halda onun dünya bazarında müvəffəqiyyət qazanacağını güman 

etmək olar. Bununla yanaşı, xaricdə əmtəə o ölkəlrdə daha yaxşı satılcaq ki, həmin ölkədə 

tələbin  strukturu  ixracatşı  ölkənin  daxili  tələbinin  strukturu  ilə  eyni  və  ya  heç  olmasa 

müvafiq olsun.  

S.Linderə görə, tələb yalnız o zaman real olur ki, o, gəlirin nisbətən yüksək səviyyəsi 

ilə  dəstəklənir.  Gəlirin  səviyyəsi  nə  qədər  yüksəkdirsə  istehlakçı  daha  keyfiyyətli  əmtəə 

tələb  edir.  Buna  görə  də  ixracatçı  və  idxalatçı  ölkələrin  yüksək  gəlir  səviyyəsi  ilə 

dəstəklənən tələblərinin strukturu nə  qədər çox kəsişirsə,  onlar arasında ticarətin səviyyəsi 

də  bir  o  qədər  yüksək  olur.  Beləliklə,  ölkələrin  istehsal  amilləri  ilə  müqayisəli  təmin 

edilməsi nəzəriyyəsinin əksinə olaraq, ölkələr arasında fərqlərlə yanaşı, oxşarlıqlar da onları 

ticarətə sövq edə bilər. 

Kəsişən  tələb  nəzəriyyəsi  –  müxtəlif  ölkələrdə  eyni  səviyyəli  gəlirlərə  malik 

istehlakçılar  eyni  zövqə  malikdirlər  və  deməli,  hər  bir  ölkə  üçün  o  əmtəələri  ixrac  etmək 

asan olar ki, onun istehsalı və ticarətində daxili bazarda böyük təcrübə əldə edilmişdir. 

Nəzəriyyənin qrafik təsviri aşağıdakı kimidir (şəkil 2.8). Gəlir səviyyəsi və istehlak 

edilən əmtəələrin keyfiyyəti arasında asılılıq X düz xətti ilə müəyyən edilir.  



 

122


 

 

Şəkil 2.8. Kəsişən tələb beynəlxalq ticarətin əsası kimi. 

 

Onun mailliyi göstərir ki, gəlir səviyyəsi nə qədər yüksəkdirsə, istehlakçı bir o qədər 



keyfiyyətli  əmtəə  alır.  Ehtimal  edək  ki,  iki  ölkə  mövcuddur.  Birinci  ölkənin  sakinlərinin 

gəlirləri  A  (minimal  gəlir)  və  C  (maksmal  gəlir)  arasında  tərəddüd  edir.  Bu  cür  gəlir 

səviyyəsi  ilə  onlar  A

  (minimum  keyfiyyət)  və  C



  (maksimum  keyfiyyət)  arasında 

keyfiyyətdə  olan  əmtəələri  alırlar.  İkinci  ölkənin  əhalisinin  gəlirləri  birinci  ölkənin 

sakinlərinə  nisbətən  bir  qədər  yüksəkdir  və  B  (minimal  gəlir)  və  D  (maksimal  gəlir) 

arasında  tərəddüd  edir.  Bu  cür  gəlirlə  onlar  B

  (minimum  keyfiyyət)  və  D’  (maksimum 



keyfiyyət) arasında keyfiyyətdə olan əmtəələri alırlar. İki ölkə arasında ticarət keyfiyyəti B

 



və C

 arasında olan əmtəələrlə həyata keçiriləcək. Məhz bu aralıqda birinci və ikinci ölkənin 



istehlakçılarının  keyfiyyətə  olan  tələbləri  kəsişəcəkdir.  İki  ölkədə  eyni  gəlirə  malik  olan 

əhali nə qədər çoxdursa, ticarət səviyyəsi də bir o qədər yüksək olacaq. 

Kəsişən  tələb  nəzəriyyəsinin  empirik  sübutu  hər  bir  ölkə  daxilində  gəlirin 

bölgüsündən əhəmiyyətli dərəcədə asılıdır. Gəlirlər nə qədər bərabər bölünərsə nəzəriyyə bir 

o qədər yaxşı işləyər. Lakin əksər dünya ölkələrində gəlirlərin bölgüsü həddən artıq qeyri-

bərabərdir  və  beynəlxalq  ticarətin  təhlili  üçün  bu  nəzəriyyənin  tətbiqini  xeyli 

məhdudlaşdırır. Doğrudan da, əgər birinci ölkədə bütün əhalinin minimal gəlir səviyyəsinə 

A, yalnız bir nəfərin maksimal gəlir səviyyəsinə C malik olduğu, ikinci ölkədə isə yalnız bir 

nəfərin  minimal  gəlir  səviyyəsinə  B,  yerdə  qalanların  isə  maksimal  gəlir  səviyyəsinə  D 

malik olduğu ekstremal bir vəziyyəti təsəvvür etsək, onda belə çıxacaq ki, bir-biri ilə yalnız 

iki  nəfər  ticarət  edəcək.  Lakin,  hər  iki  ölkənin  əhalisinə  maraqlı  olan  əmtəələrin 

keyfiyyətlərində  kəsişmə  əhəmiyyətli  olaraq  qalmaqdadır.  Ona  görə  də,  bu  nəzəriyyənin 

praktikada istifadə edilməsi zamanı ilkin olaraq, ölkələr arasında gəlirlərin səviyyəsinin və 

bölgüsünün öyrənilməsi lazımdır. 

Ticarət 

Key

fi

yy

ət

 



'



 

'

 

'

C

 

'



 

Gəlir 

Tələbin 



kəsişmə

si 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə